Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə38/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   34   35   36   37   38   39   40   41   ...   272

Keçmişə nəzər salınsa, Parisin qədim kloakası əyri-üyrü idi; onun 

ora-burası  çatlamış,  qopub  tökülmüşdü,  onda  çuxurlar  əmələ 

gəlmişdi; onun qəribə qol-budağı, döngələri, nizamsız enişləri, yoxuş-

ları,  dibinə  döşənən  sal  daşlarda  qazıqları,  divarlarında  çapıqları 

vardı, o, qaranlığa qərq olmuşdu, o, üfunətli idi, qorxunc və dəhşətli 

idi. Onun hər yerində xarabalıq görünürdü. Koridorların ayncları, qol-

budaqları ya qaz pəncəsi, ya da ulduz şəklində idi, sanki, yer altında 

lağım  atılmışdı;  onun  kor  bağırsağa  oxşayan  dalanları,  üfunətli 

çalaları  vardı;  qübbələrin  tavanına,  elə  bil,  şora  vurulmuşdu; 

tavanından  su  damcılayırdi;  göz-gözü  görmürdü.  Bu  qədim  çirkab- 

təmizləyən  sərdabənin,  Babilin  həzm  cihazının,  mağaraların,  çuxur-

ların,  çalın-çarpaz  küçələri  olan  bu  girdabın,  bu  ucsuz-bucaqsız 

porsuq  dəlmə-deşiyinin  dəhşətilə  heç  bir  dəhşət  müqayisə  oluna 

bilməzdi; elə bil ki, bu porsuq dəlmə-deşiyi içində, bu zülmət içində, 

keçmiş dəbdəbələrin iyrənc zirzibili içində nəhəng bir kor porsuq olan 

keçmiş gəzib-dolaşırdı. 

Təkrar edirik, keçmiş zamanların kloakası belə idi. 

Beşinci fəsil 

HAL-HAZIRIN TƏRƏQQİSİ 

Bizim dövrümüzdə kloaka təmizdir, səliqəlidir, abırlıdır, qaydaya 

salınmışdır.  O,  İngiltərədə  “respektabel”  sözü  ilə  ifadə olunan  idealı 

təcəssüm  etdirməyə  çox  yaxındır.  Onun  xoş  görünüşü  var,  rəngi 

bozdur, əgər belə demək mümkünsə, sim kimi tarımdır, təzə tikilmiş 

paltar geymişdir. O, birdən-birə tacirlikdən məxfi müşavir dərəcəsinə 

yüksələn  adama  oxşayır.  Ora  işıqdır.  Orada  çirkab  da  özünü  ədəbli 

tutur.  İlk  baxışda  kloakanı  çox  asanlıqla  yeraltı  yollardan  biri  hesab 

etmək olar; belə yeraltı yollar qədimdə çox olardı, bu yollar “xalq öz 

padşahını  çox  istədiyi  vaxtlarda”,  o  gözəl  vaxtlarda  müxtəlif 

hökmdarların,  şahzadələrin  qaçması  üçün  çox  əlverişli  idi.  İndiki 

kloaka  ondan  da  gözəldir:  burada  üslub  təmizliyi  əsas  yer  tutur. 

Poeziyadan  qovulan  və  sanki,  memarlıqda  özünə  sığınacaq  tapan 

klassik  İskəndəriyyə  üslubu  burada  uzun,  tutqun,  ağımtıl  qübbənin 

hər daşında hiss olunur. Hər çirkab kanalı, elə bil, tağlar sırasıdır 

113 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

- Rivoli küçəsinin memarlığı kloakaya da öz təsirini göstərmişdir. Bir 



də  həndəsi  xətlər  bir  yerdə  vacibdirsə,  o  yer  də  böyük  şəhərin  zirzi- 

bilini çəkib aparan kanallardır. Orada hər şey  məsafənin qısa olması 

fikrinə  tabe  edilməlidir.  Bu  günün  kloakası  rəsmi  bir  şəkil  almışdır. 

Hətta tez-tez adı çəkilən polis idarəsi hesabatında da ondan hörmətlə 

bəhs olunur. İnzibati dil ona aid olan sözlərə nəciblik və ləyaqət hissi 

vermişdir. Vaxtilə bağırsaq deyilən şeyə indi qalereya, deşik deyilən 

şeyə nəzarət quyusu deyilir. Viyon indi olsaydı, gecələr daldalandığı 

yeri  tanımazdı.  Doğrudur,  bu  dolaşıq  yeraltı  mağaralarda  indi 

əvvəlkindən  daha  çox  kəsəyən  vardır,  bu  kəsəyənlər  ta  qədim 

zamandan burada yaşayır; hələ indi də görürsən ki, bığlı, iri bir siço-

vul başını nəfəslikdən çıxarıb parislilərə baxır; hətta bu həşəratlar öz 

yeraltı  saraylarından  o  qədər  razıdırlar  ki,  yavaş-yavaş  əhliləşirlər. 

Kloakanın  keçmiş  zamanlarda  olan  ibtidai,  vəhşi  siması  tamamilə 

dəyişmişdir. Yağış vaxtilə çirkab kanallarını ancaq zibilləyirdisə, indi 

onları yuyub təmizləyir. Lakin bu kanallara çox da inanmayın. Zərərli 

buxarlanmanı  yaddan  çıxarmayın.  Kloaka  zahid  deyil,  riyakardır. 

Polis  perefekturası  və  səhiyyə  komissiyaları  nahaq  yerə  əlləşirlər. 

Təmizliyə  nə  qədər  fikir  verilsə  də,  Tartüf  günahını  etiraf  edəndən 

sonra necə iy verirdisə, kloaka da elə şübhəli iy verir. 

Bu  söylənilən  sözlərdən  belə  nəticə  çıxarmaq  lazımdır;  kloaka 

zirzibili çəkib aparmaqla mədəniyyətə xidmət edir; bu nöqteyi-nəzər-

dən Tartüfün vicdanı Avginin tövləsinə nisbətən böyük bir tərəqqidir, 

ona görə də Paris kloakasının heç şübhəsiz təkmilləşdirildiyini etiraf 

etmək olmaz. 

Bu,  tərəqqidən  də  böyük  şeydir,  bu,  qədim  kloakanı  dövrümüz- 

dəki  kloaka  şəklinə  salmaqdır.  Kloakanın  tarixində  çevriliş  əmələ 

gəldi. Bu çevrilişi kim elədi? 

Hamının  yaddan  çıxardığı  və  bizim  indicə  adını  çəkdiyimiz  bir 

adam: Brünzo. 

114 


downloaded from KitabYurdu.org


Altıncı fəsil 

GƏLƏCƏYİN TƏRƏQQİSİ 

Parisin çirkab kanallarını qazmaq asan iş deyildi. On əsrdən bəri 

Parisi  tikib  qurtarmaq  mümkün  olmadığı  kimi,  bu  işi  də  bitirmək 

mümkün  olmamışdır.  Parisin  tikilib  böyüməsi  kloakaya  da  təsirini 

göstərir.  Kloaka  min  bir  hiss  üzvü  olan  yeraltı  polip  kimidir:  şəhər 

yuxarıda  böyüdükcə,  o  da  aşağıda  böyüyür.  Şəhərdə  yeni  bir  küçə 

salınan  kimi  kloakada  yeni  bir  yol  uzanır.  Köhnə  sülalə  dövründə 

ancaq  iyirmi  üç  min  üç  yüz  metr  kanal  çəkilmişdir  -  1806-cı  il 

yanvarın birinə kimi Parisdə işin vəziyyəti belə idi. Bu dövrdən yenə 

işə  başlandı,  böyük  səy  və  müvəffəqiyyətlə  davam  etdirildi:  biz  bu 

dövrdən  yenə  bəhs  edəcəyik.  Napoleon  dörd  min  səkkiz  yüz  dörd 

metr, XV11I Lüdovik - beş min yeddi yüz doqquz metr, X Karl  - on 

min səkkiz yüz otuz altı metr, Lui-Filipp - səksən doqquz min iyirmi 

metr,  1848-ci  il  respublikası  -  iyirmi  üç  min  yüz  səksən  bir  metr, 

indiki hökumət də yetmiş min beş yüz metr çirkab kanalı çəkdirmiş-

dir; bu rəqəmlər diqqəti cəlb etməyə bilmir. Nəticə etibarilə bu vaxta 

qədər iki  yüz iyirmi altı  min  yüz on metr, başqa sözlə desək, altmış 

min çirkab kanalı çəkilmişdir - Parisin bətni belə böyükdür. Bu, gözə 

görünməyən,  daima  böyüyən,  qollu-budaqlı  bir  pöhrəlik,  heç  kəsin 

bələd olmadığı nəhəng bir tikinti idi. 

Bu  qeydlərdən  aydın  görünür  ki,  Parisin  yeraltı  labirinti  əsrin 

başlanğıcında  olduğundan  çox-çox  artıq  böyümüşdür.  Kloakanı 

təkmilləşdirib  indiki  şəklə  salmaq  üçün  nə  qədər  əzm  və  səbat,  nə 

qədər  səy  lazım  olduğunu  təsəvvür  etməyin  özü  çətindir.  Kral  döv-

rünün şəhər idarəsi, XVIII əsrin son on ilində inqilabi bələdiyyə ida-

rəsi  -  1806-cı  ilə  qədər  olan  beş  mil  uzunluğunda  çirkab  kanalının 

qazılmasını  çox  çətinliklə  başa  çatdırmışdı.  Müxtəlif  çətinliklər  bu 

işin gedişini ağırlaşdırırdı: bu çətinliklərdən bəzisi torpağın xüsusiy-

yətilə,  bəzisi  də  Paris  fəhlələrinin  fikrində  kök  salan  köhnə  mövhu-

matla  əlaqədardır.  Paris  elə  bir  torpaq  üzərində  qurulmuşdur  ki,  bu 

torpaqda  bel  və  külüng,  torpaq  burğusu,  insan  əli  çox  çətinliklə  iş 

görə  bilir.  Paris  deyilən  gözəl  tarixi  formasiyanın  yerləşdiyi  geoloji 

formasiyanı qazmaqdan, dəlib-keçməkdən çətin şey yoxdur. İnsan bu 

torpaq təbəqələrinə yol açmaq istərkən dərhal onun qarşısına 

115 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə