«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə212/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

FRANSUAZA SAQAN

648


Şarl tutuldu:

– Deməli, buna görə mənə zəng etmisiniz? Belə çıxır 

ki, tənhalıqda ölməyimi istəmirsiniz…

Lüsil başını yellədi:

– Mən, sadəcə, sizi görmək istəyirdim.

Öz dərin heyrətinə rəğmən Lüsil başa düşdü ki, hə qi-

qəti söyləyib.

– Mən sağam, əziz Lüsil. Təəssüf ediləcək olsa da, sa-

ğam, halbuki ölmüş adamların qayğısına daha çox qalırlar. 

Yenə  də  əvvəlki kimi işləyirəm. Hətta cəmiyyət arasında 

da oluram, çünki tənhalığa dözə bilmirəm.

Bir qədər susduqdan sonra əlavə etdi:

– Əvvəlki kimi saçlarınız tünd, gözləriniz boz rəng də-

dir. Hər zaman olduğutək yenə də gözəlsiniz.

Lüsil xatırladı ki, çoxdandır heç kəs onun nə göz lə ri-

nin rəngi, nə  də xarici görünüşü haqqında bir söz söy lə-

yib. Antuan hesab edirdi ki, ehtirası onun yerinə danışır və 

is tə nilən sözü əvəz edir.

Qarşısında  əyləşmiş yaşlı kişinin gözlərində isə qiy-

mət li, arzulamaqla sahib ola bilməyəcəyi əlçatmaz bir şey 

ol du ğunu görmək Lüsilin xoşuna gəlirdi.

– Siz  cümə axşamı boşsunuz? De Lya Molleylərin 

evin də musiqili qonaqlıq olacaq. Proqramda Motsart, si-

zin sevdiyiniz fleyta və arfa üçün konsert də var. Luiza 

Ver merin özü ifa edəcək. Amma… yəqin ki, çıxa bil məz-

si niz...

– Nə üçün belə düşünürsünüz?

– Bilmirəm Antuan musiqini sevirmi?! Həm də mənim 

sizi dəvət etməyim onun xoşuna gəlməyə bilər.

Şarl belə adam idi. O, Lüsili Antuanla birlikdə  dəvət 

edirdi. Xeyirxahlığından, buna borclu olduğunu sanırdı. 

Bir də onu Antuanla birlikdə görməyi heç görməməkdən 

da ha üstün tuturdu. O, Lüsili nə olursa olsun, gözləyəcək, 

bütün çətinliklərə baxmayaraq, ona kömək edəcəkdi. O 

isə yarım il ərzində bir dəfə də olsun Şarlı xatırlamamışdı. 

Yalnız ölüm ayağında olduğunu eşidəndə vicdanı tər pən-

mişdi. Bu ki haqsızlıqdır! Belə  dəhşətli nankorluğa axı o, 

ne cə dözür? Bu cavabsız məhəbbətə, incəliyə, səxavətə 

sə bəb olan nə idi? Lüsil stolun üzərindən ona tərəf əyildi:

– Nə üçün siz hələ də məni sevirsiniz?




MƏĞLUBİYYƏT ZƏNGİ

649


Sual kəskin, demək olar ki, acıqlı  səslənmişdi?  Şarl 

dər hal cavab vermədi:

– Mən «sizin məni sevmədiyinizə görə» deyə bi 

lər-


dim. Prinsipcə bu, yaxşı  səbəbdir. Amma çətin ki siz bu-

nu başa düşəsiniz. Axı xoşbəxt olmağı  həddindən artıq 

se vir siniz. Bir də sizdə başqa nəsə, dəhşətli dərəcədə 

cəlb edici bir şey var. Necə deyim… Əbədi ruh yüksəkliyi 

ki mi bir şey... Adamda elə  təəssürat yaranır ki, daim hə-

rə kət dəsiniz. Halbuki heç yerə getmirsiniz. Sanki, içiniz 

ac gözlüklə doludur. Halbuki heç nəyə sahib olmaq is tə-

mir siniz. Sizdə  şadyanalığa bənzəyən bir şey görürəm, 

hal buki nadir hallarda gülürsünüz. Bilirsiniz, insanlar o 

qə dər tez-tez həyatdan yorulmuş, düşkün görünürlər ki… 

Sizinsə gözlərinizdə  həyat qaynayır. Bəlkə  də, səbəb bu-

dur. Bəlkə  də, dəqiq izah edə bilmədim… Limonlu don-

dur ma istəyirsiniz?

– Hə, o, xeyirli şeydir, – Lüsil qeyri-ixtiyari razılıq ver-

di və bir qədər susduqdan sonra əlavə etdi, – cümə ax-

şa mı Antuan işgüzar nahara dəvətlidir. Ona görə  də  tək 

gə lə cə yəm. Əgər etiraz etmirsinizsə…

Şarl etiraz etmədi. O, bundan daha gözəl bir şey ağ lı-

na belə gətirə bilməzdi. Onlar evdə, axşam doqquzun ya-

rı sın da görüşəcəkləri ilə bağlı şərtləşdilər. Şarl «evdə» de di 

və Lüsilin ağlından belə keçmədi ki, söhbət Puatye kü çə-

sin dəki evdən gedə bilər. Ora bir otaqdan ibarət idi. Və 

cə hən nəm və cənnətin bir arada olduğu vaxtlarda da belə 

ev olmamışdı.



XXIII fəsil

De Lya Molleylərdən biri XVIII əsrdə kral naziri sə viy-

yə sinə  qədər gedib çıxmışdı. Onların Sen-Lui adasındakı 

evi, evin zalları möhtəşəm idi, divarlardakı  ağac səkilər 

isə  əsl incəsənət  əsəri hesab oluna bilərdi.  Şam işığında 

bü tün bina daha geniş, qonaq otağı isə daha təmtəraqlı 

gö rü nür dü. Şamların parıltısı eyni zamanda həm acımasız, 

həm də  mərhəmətli idi. Ona görə acımasız ki, sifətlərə 

dü şə rək ağılın varlığını da, yoxluğunu da aydın  şəkildə 

işıq lan dırırdı. Ona görə mərhəmətli ki, yaşı ört-basdır edə 

bi lir di.



FRANSUAZA SAQAN

650


Musiqiçilər qonaq otağının dərinliyindəki estradada 

əy ləş mişdilər.  Şarlla Lüsil pəncərənin kənarında otur muş-

du lar. Haradasa iyirmi metr uzaqlıqda Sena çayının işıq 

dolu suları axırdı. Adama elə gəlirdi ki, çay özü işıq sa çır. 

Ümumiyyətlə, bu axşam qeyri-reallıqlarla dolu idi. Ət raf da 

hər  şey mükəmməl görünürdü: pəncərədən açılan mən-

zə rə, qonaq otağındakı  şərait, musiqi… Bir il əvvəl bütün 

bun lar Lüsili darıxdıra bilərdi. Ya da aşan stəkanın səsi, ya-

xud kiminsə öskürəyi ona əyləncəli görünərdi. Amma bu 

gün müstəmləkə ticarəti sayəsində De Lya Molleyin təq-

dim etdiyi sakitlik, səliqə və gözəllik onu sevindirirdi.

– Bu da sizin konsertiniz, – Şarl pıçıldadı. Onlar həd-

din dən artıq yaxın əyləşmişdilər. O, Lüsilə bir stəkan skotç 

uzatdı. Yarıqaranlıqda qız onun ağ köynəyinə, qə şəng saç 

düzümünə, baxımlı əllərinə, uzun, çilli bar maq la rı na b axır-

dı.  İşığın altında  Şarl elə yaraşıqlı, özünə gü 

və nən, ey-

ni zamanda da elə  uşaq kimi görünürdü ki… O, xoş bəxt 

adam təsiri bağışlayırdı. Conni onların birlikdə  gəl dik lə-

ri  nin fərqinə varan kimi hər ikisini təbəssümlə sa lam la dı. 

Lü sil onun nə üçün yalan danışdığını soruşmadı da. 

Estradadakı yaşlı qadın yüngülcə gülümsədi və təzim 

etdi. Gənc fleytaçı sual dolu baxışlarla ona tərəf boylandı. 

Onun köynəyinin boğazlığı altında hülqumunun necə qal-

xıb-endiyi açıq-aydın görünürdü. Lap Prust ruhunda dü-

zən lənmiş  səhnə idi: Verdyürenlərdə axşam… gənc Mo-

relin debütü... Svan isə  Şarl idi. Amma bu gözəl pyesdə 

Lü sil üçün rol yox idi. Üç ay əvvəl «Revey»in tutqun bü ro-

sunda olduğu kimi. Ümumiyyətlə, heç vaxt dünyanın heç 

bir pyesində onun üçün rol tapılmayacaqdı. Çünki o, nə 

kur ti zanka, nə  də intellektual qadın idi; ümumiyyətlə, o, 

heç kim idi.

Arfanın tellərindən qopan ilk notlar Lüsilin göz yaş la-

rı na səbəb oldu. O bilirdi ki, melodiya getdikcə daha zərif 

və daha kədərli çalınacaq. Bu isə ürəyində düzəldilməsi 

müm kün olmayan şeylərlə bağlı  təəssüratı daha da güc-

lən di rəcək… Bu musiqidə  qəddar nəsə var idi… Bu, ona 

bən zə yir di ki, kim isə xoşbəxt və mehriban olmağa çalışır, 

əvə zində başqalarını əzab çəkməyə vadar edir… İndi o özü 

də bilmirdi ki, kimdir, nədir… 

Arfanın səsindəki qəddarlıq getdikcə artırdı. Lüsil 

için də ki həyəcana tabe olaraq əlini yanındakı adama tə-




MƏĞLUBİYYƏT ZƏNGİ

651


rəf uzatdı  və  sıxdı… Təbii ki, bu an onun yanındakı adam 

Şarl idi. Onun əli, onun canlı istisi Lüsili ölümdən və tən-

ha lıq dan qorumuşdu; indi isə fleytanın və arfanın mü ba hi-

sə sin dən qopub gələn təəssüratın dözülməz in ti za rın dan 

qo ru yur du. Cəsarətsiz cavan oğlan və  dəfələrlə mü ka fat-

lan dı rıl mış yaşlı qadın Motsartın zamana ik 

ra hı nın qar-

şı sın da indi bərabər görünürdülər.  Şarl ehmallıca Lüsilin 

əli ni sıxdı. Pauzalar zamanı o, digər  əli ilə  məcməyidən 

vis ki stəkanı götürür və ona tərəf uzadırdı. Həmin ax şam 

başdan-başa musiqi və viski ilə dolu idi – hər ikisi də in-

sanı eyni dərəcədə sərxoş edirdi. Şarlın ensiz əli get dik cə 

Lü silə daha etibarlı  və daha isti təsir bağışlayırdı. Kimdir 

o? Həmin sarışın oğlan ki, yağış yağa-yağa onu kinoya 

get mə yə vadar edir… O adam ki, onun işləməsini istəyir… 

Onun ucbatından o, az qala, idbar bir qəssabın bıçağı al tı-

na düşəcəkdi? Kim idi axı? Onun nə haqqı çatırdı ki, bü-

tün bu sevimli insanları, bu rahat divanı, Motsartın mu si-

qi si ni çürüntü adlandıraydı?! Əlbəttə, o, qonaqlıqlar, ra hat 

divan və Motsart haqqında belə demirdi. Amma Lüsi lin 

sa yə sində bütün bunlardan zövq alan insanları be lə ad lan-

dı rır dı. Lüsil təkcə bundan deyil, udulması suyu iç mək qə-

dər asan olan qızılı, yandırıcı mayedən də  həzz alırdı. O 

həm sərxoş, həm də  ətrafdakı  hər  şeydən razı idi; Şarlın 

əlin dən bərk-bərk yapışmışdı. O, Şarlı sevirdi. Bu dinməz-

söy lə məz və mehriban kişini. Həmişə  də sevmişdi. O, 

on dan ayrılmaq istəmirdi.  İndi də başa düşə bilmirdi ki, 

ma şın da ikən bunu Şarla söylədikdə o, nə üçün kədərlə 

gü lüm sədi.

– Hər  şeyimi qurban verərdim, təki sizə inana bi ləy-

dim. Amma təəssüf ki, sərxoşsunuz. Sevdiyiniz adam isə 

mən deyiləm.

Əlbəttə, Antuanın yastığın üzərinə dağılmış saçlarını, 

on la rın üstünə atılmış uzun əllərini görmək yetərdi ki, Lü-

sil Şarlın haqlı olduğunu başa düşsün. Bəli, o, Şarlı sev mir-

di və buna, həqiqətən də, təəssüf edirdi. Bu aylar ərzində 

ilk dəfə idi belə bir hissin içində baş qaldırdığını duyurdu.

İlk dəfə, amma son yox... O, əvvəlki kimi yenə də An-

tuanı sevirdi, amma ona olan məhəbbətini yox... Pul suz-

luq ucbatından ahəngli və sakit həyatları getdikcə onun 

gö zün dən düşməyə başlamışdı. Günlərin bir-birinə bən zə-



FRANSUAZA SAQAN

652


mə si onu təngə gətirirdi. Antuan isə bunu hiss edir və ça-

lı şır dı ki, evdə az tapılsın. O, demək olar ki, Lüsili atmışdı.

Onu gözləməyə  sərf etdiyi saatlar isə Lüsil üçün sö-

zün  əsl mənasında boş  və  mənasız idi. Axı o, indi han-

sı sa möcüzəni deyil, gündəlik  şeyləri gözləməklə  məşğul 

idi. Hərdənbir Lüsil Şarlla görüşürdü. Təbii ki, bu barədə 

An tua na bir kəlmə belə söyləmirdi. Onun qızılı gözlərində 

ümid siz cəsinə kök salmış əzabı bir az da qısqanclıqla ağır-

laş dırmağın nə mənası vardı? Yaxınlıq dəqiqələri in di mə-

həbbət aktından daha çox, təkbətək döyüşü xa tır  la  dır  dı. 

Onlar uzun müddət bir-birini öyrənir, həzz də qi qə lərini 

uza dan yeni gizli yollar axtarırdılar.  İndi təc rü bə ləri də 

ruh suz bir texnikaya çevrilmişdi və hər şeyi tez qur tar ma-

ğa xidmət edirdi. Hər biri o birinin iniltisi ilə sa kit lə şə rək 

yu xu ya gedirdi. Əvvəllər isə bu iniltilər, əksinə, on la rı da-

ha da ehtiraslandırardı.

Bir dəfə axşam Lüsil çox içmişdi (son vaxtlar o, ümu-

miy yətlə, çox içirdi), ona görə  də  Şarlın evində qaldı. O, 

ümu miyyətlə, həmin gün nə etdiyini çox çətinliklə başa 

dü şür dü. Amma öz-özünə təkrar edirdi ki, gec, ya tez, bu 

baş verməli idi və Antuana bunu demək lazımdır.

O, evə səhərəyaxın qayıdaraq Antuanı yuxudan oyat-

dı. Bir dəfə Antuan elə bilmişdi ki, onu həmişəlik iti rib. O 

vaxt dəli kimi aşiq olmuş bu adam otaqda ora-bu ra vur-

nu xaraq nə edəcəyini bilməmişdi. Həmin gün, ye 

nə  də 


sübh çağı başqa bir qadın – Diana onun yanına vi da laş ma-

ğa gəlmişdi. İndi isə o, Lüsili doğrudan-doğruya itirmişdi. 

Onun bu sevgini qoruyub saxlamağa gücü yetməmişdi… 

O artıq çoxdan idi məğlubiyyət hissini, gücsüzlüyün ləz-

zə tini dadmışdı. Danışmalı bir şey olmadığını, Lüsilin, 

on suz da, Şarlla olmasa da, öz həyatı ilə onu çoxdan al-

dat dı ğını, az qala, dilə  gətirəcəkdi. Amma bunu etmək 

istədiyi məqamda ötən yayı, avqustun sonuncu gününü, 

Lü si lin göz yaşlarını xatırladı  və susdu. Onsuz da, Lüsil 

Ce nev rədən qayıtdıqdan sonra Antuan onun hər an çı xıb 

gedəcəyini gözləyirdi. Həyatda elə  şeylər var ki, qa 

dın 


və kişi nə  qədər mövhumatdan uzaq olursa olsun, mə-

həb bətin ölümcül yarasını onlara yetirir. Yəqin ki, onlar 

üçün  əsl maneə Cenevrə  və onunla bağlı olan hadisələr 



MƏĞLUBİYYƏT ZƏNGİ

653


idi. Bəlkə də, hər şey elə əvvəlcədən müəyyən edilmişdi. 

Yə ni onların gülüşlə doğmalaşaraq Kler Santrenin evindən 

çıx dıq ları gün…

Antuan belə tezliklə özünə gələ bilməyəcəkdi. O, Lü-

si lin yorğun sifətinə,  ətrafına qara kölgə çökmüş göz lə ri-

nə, döşəkağının üstünə  sərilmiş  əlinə baxaraq bu ba rə də 

fikirləşirdi. O, bu sifətin hər cizgisini əzbər bilirdi, onun 

bədəninin hər incəliyinə yaxşı  bələd idi. Belə bir coğ ra fi-

yanı yad dan çıxarmaq elə də asan deyildi. Onlar bir-birinə 

bir ne çə  mənasız söz söylədilər. Lüsil bu an heç bir şey 

hiss et mədiyinə görə utanırdı.  Əgər Antuan onun üstünə 

qış qır mış olsaydı, Lüsil, yəqin ki, qalacaqdı. Amma o qış-

qır ma dı.

– Sən, həqiqətən də, xoşbəxt deyildin.

– Sən də.

Onlar bir-birinə baxıb gülümsədilər – günahkar, pə-

ri şan, demək olar ki, kübarcasına… Və Lüsil çıxıb getdi. 

Qı zın ardınca qapı  çırpılanda o, iniltisini saxlaya bilmədi: 

«Lü sil, Lüsil…» Sonra da buna görə özünə acığı tutdu. Lüsil 

Şar lın evinə – öz tənhalığına tərəf piyada yollanmışdı... 



***

Onların qismətində bir dəfə görüşmək də var imiş. 

Belə ki, iki il sonra Kler Santrenin evində qarşılaşdılar. 

Lü sil  Şarla  ərə getmişdi. Antuan öz nəşriyyatında  şö bə 

müdiri işləyirdi. Onu elə direktor sifətiylə  dəvət et miş di-

lər. İndi o, özünü bütünlüklə işə bağlamışdı. Antuanda öz 

bə la ğətli danışığı ilə bir qədər özünü əzib-büzmək vərdişi 

də yaranmışdı. 

Lüsil əvvəlki kimi gözəl idi, xoşbəxt görünürdü. Məc-

lis dəkilərdən biri – Soems adlı gənc ingilis gözünü on dan 

ayıra bilmirdi. Stol arxasında Lüsil və Antuan ya tə sa dü-

fən, ya da Klerin məkrli planına uyğun olaraq ya na şı əy ləş-

miş dülər. Onların arasında  ədəbiyyatla bağlı  nə za kət li bir 

söh bət də oldu.

– Bu  «şamada» nə deməkdir axı? – stolun o biri 

başında əyləşmiş gənc ingilis maraqlandı.

– «Litre» lüğəti belə bir izahat verir: məğlubiyyəti elan 

edən baraban səsi, – eruditlərdən kimsə izah etdi.




FRANSUAZA SAQAN

654


– Necə  də poetikdir, – Kler Santre söylədi. – İngilis 

dil ində çox söz olsa da, razılaşın ki, poeziya sahəsində bi-

rin cilik Fransanın tərəfindədir.

Antuan və Lüsil bir-birinin yaxınlığında oturmuşdular, 

am ma «şamada» sözü onlara heç nəyi xatırlatmadı. Heç 

əv vəllər olduğu kimi gülüş də doğurmadı.




655

M Ü N D Ə R İ C AT

Bu dünyadakı cənnətin sakini . . . . . . . . . . . . . . . . . . . . . 5



ROMANLAR

Boyunduruq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 11

Dolanbac yollarla . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 159

Müəmmalı təbəssüm . . . . . . . . . . . . . . . . . . . . . . . . . 321



POVESTLƏR

Sehrli buludlar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 409

Məğlubiyyət zəngi. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 513



FRANSUAZA SAQAN

SEЧILMIШ ЯSЯRLЯRI

“Шярг-Гярб” Няшриййат Евинин мящсулудур.

www.eastwest.az

www.fb.com/eastwest.az

 Buraxыlышa mяsul:  



РАФИГ КАЗЫМОВ

 

Дизайнер: ALEKSANDRA 



SAMUYLOV 

A

  



ELŞƏN QURBANOV

 

Техники редактор: 



ЭЦЛТЯКИН ЙУСИФОВ А

 

Техники директор: 



АЛЛАЩВЕРДИ КЯРИМОВ

 

Nяшriyyat direktoru: 



RASИM MЦZЯFFЯRLИ

Чапа имзаланмышдыр: __.__.2013. Формат 54X88 1/16. Офсет чапы.

Физики чап вяряги 41. Сифариш ____. Тираж 7000

Шярг-Гярб” Няшриййат Евинин мятбяясиндя чап олунмушдур.

  АЗ1123, Бакы, Ашыг Ялясэяр кцчяси, 17

  Тел.: (+99412) 374 83 43, Факс: (+99412) 370 18 49



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə