«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə3/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   2   3   4   5   6   7   8   9   ...   212

FRANSUAZA SAQAN

10

elə bu xasiyyətim xilas edib. Əgər təmin olun 



muş 

və maddi cəhətdən azad biri olmasaydım, bil 

mi-

rəm, yazardımmı… Mən gecələr telefonları sön 



dü-

rür, heç kimin və heç nəyin məni narahat et mə di yi 

vaxtlarda yazıram. Nəfəs alırmış kimi, öz ins 

tin k-


ti mə cavab verərək – tabe olaraq yazıram, mütləq 

nə isə təzə bir söz yazmalı olduğumu düşünmədən 

ya zı ram. Düzdür, bəzən elə ilahi məqamlar olur ki, 

özü nü sözlərin şahzadəsi kimi hiss edirsən… O za-

man insana elə gəlir ki, həqiqətən də, cənnətdədir”.

Qonkurov Akademiyasının heyətinə daxil ol-

maq dan imtina etmiş, Fransa Akademiyasına se-

çil mək istəməyən (halbuki bu şərəfə yalnız bir ya zı-

çı qadın nail olmuşdu) Saqan bu dərəcədə azad və 

müs təqil olmağı sevən bir qadın idi. “Xəyallarımda 

özü mü çimərlikdə uzanmış kimi təsəvvür edirəm. 

Heç bir iş görülməyən yerdə… bir sözlə, tənbəllər 

üçün cənnətdə; harada ki zəhmət çəkməyə ehtiyac 

yox dur… Ölümdən sonrakı şöhrətə və əbədi pan teo-

na gəlincə, bu, mənim heç vecimə də deyil” de yə cək 

qədər azad...

Fransuaza iki dəfə  ərə getmişdi, birinci dəfə 

1958-ci ildə – 40 yaşlı naşir Qay Şuellerə, ikinci 

dəfə isə 1962-ci ildə  gənc amerikalı Bob Uesthoffa 

– təy yarəçiliyi modelliklə əvəzləmiş bir adama. İkin-

ci nikahdan onun Denn Uesthoff adlı bir oğlu qa lıb.

Təxəllüsünü Prustun əsərindən götürən bu qa-

dı nın narkotik və alkoqol düşkünlüyü çox mü 

za-


ki rə olunsa da, o özü bu barədə deyirdi: “Mənim 

al ko qol düşkünü olmağımla bağlı iyirmi ildir ki ya-

zır lar. Amma bu, həqiqət deyil. Mən Fransada hər 

kəs kimi şərab içirdim. Sonra düz on il qadağaya 

əməl edərək içmədim. Bir damcı belə. Jurnalistlərə 

isə bu mane olurdu və onlar mənim narkoman ol-

ma ğım la bağlı yalanı uydurdular. Narkotik al ver çi-

si ni həbs etdilər. Mən ondan kokainin hansısa ba-

la ca bir dozasını alan yüz nəfərdən biri idim”.

Beləliklə, müasirliyin və qalmaqallarla dolu bir 

həyatın simvolu olan bu yazıçı öz sadə süjetli əsər-

lə rində bəzən primitiv görünsə belə, özünü və adını 

oxu cu yaddaşına yazmağı bacardı. 

Nərgiz Cabbarlı 



 

B O Y U N D U R U Q

(roman)

Nikol Visnyak Qryumbaşa həsr olunur



BOYUNDURUQ

13

1

Sakitcə alaqaranlıq yataq otağına qayıtdım. Qa dın sa-

ya ğı  bəzədilmiş  və divarlarına çit çəkilmiş otaq, hər za-

man olduğu kimi, Loransın  ətrinin tünd qo xu su na bü rün-

müş dü; adətən, bu ətirdən yüngülcə ba şım ağrıyırdı; bu 

az mış kimi, arvadım uşaqlıqdan bağ lı pəncərələr və qapalı 

pər də lər lə yatmağa alış mış dı; qızının vərəmə meyilli ol-

du ğunu öyrənən ana sı onu belə öyrətmişdi.

Amma eybi yoxdur… Onsuz da, vanna otağındakı 

pən cərələri taybatay açıb Parisin havasını yenicə ci yər lə-

rimə çəkmişdim; kənd havası kimi təmiz və qüv vətli hava 

Parisdə yalnız sübh çağı ola bi lər di; in di də yuxuda olan 

gö zəl Loransımın başı üs tün də əyilərək özümü çox gözəl 

hiss edirdim. Də qiq klas sik cizgiləri olan sifətini uzun qara 

zülf lə ri  əha təyə almış  və onu Roma gözəllərinə  bən zət-

miş di; bu bənzərliyi tanış olduğumuz ilk günlərdən hiss 

et mişdim. Nədənsə, köksünü ötürdü. Əyilib do daq la rımı 

onun boynuna toxundurdum. Axı nə üçün Lo rans həmişə 

arıqlamağa çalışır?! Belə  cəz bedi ci, güm rah, zərif çəhrayı 

dərisinə kölgə sa lan qara kir pik ləri olan biri... Mən onu bir 

az da çıl paq laş dır maq üçün yorğanın kənarını qaldırdım, o 

isə, sanki, bun dan utanırmış kimi yorğanı çiyinlərinə qədər 

dartdı.


– Yox, yox, yox! Xahiş edirəm! Sənin bu də cəl li yin!.. 

Özü də  səhərin gözü açılmamış... Bircə bu qal 

mış dı?! 

Dinc dur!

Bir çox qadınlar kimi o da səsində ikrah hissi ilə da nı-

şır dı: «Sən elə ancaq bunun barəsindəcə dü şü nür sən!» İs-

təyim haqda ağzımı açmaq bəs edirdi ki, be lə desin; yox, 

əgər qəmiş olmurdumsa, onda da sö nük səslə dodaqaltı 

mı zıl danırdı: «Sən məni daha sev mirsən?!»

Fikrini ciddi ifadə etmək üçün həddindən artıq eh 

ti-

ras lı olan Lorans, bununla belə, məhəbbət haq 



qın da fa-

hi şə kimi yox, əxlaqlı qadın kimi danışırdı – uşaq casına 

və həd dindən artıq sadə. Həm də axı in di kim məhəbbət 

haqqında danışmağı bacarır ki? Fik rim cə, heç kişilər də bu 

məsələdə qadınlardan uza ğa getməyiblər.



FRANSUAZA SAQAN

14

– İşə bir bax…. – dedim, – biz artıq hirslənmişik də...



– Mən hirslənməmişəm, məyus olmuşam.

– Məyus olmusan? Niyə? Günahım nədir? – qə ba hə-

tim olduğunu hiss edərək soruşdum. 

Deyəsən, bu günlərdə qonaqlıqların birində han 

sı sa 

ban kir arvadı ilə ikibaşlı sözlər danışmışdım; du man lı da 



ol sa, xatırlayırdım, amma məncə, bizim söh bə ti mizdə çə-

tin ki, hansısa məna, ya da eyham tut maq olaydı.

Sən demə, bu bankir dəhşətli bir tip olan qa yı na ta mın 

ya xın dostu imiş; biz qayınatamla yeddi il əvvəl – o, mə-

nim  şərəfsiz bir fırıldaqçı olduğumu, ye 

ga nə  məsum və 

qiy mətli övladını soymaq üçün onun la evləndiyimi söy lə-

yər kən dalaşmışdıq. Sa kit cə şübhələnməkdənsə, səs-küy-

lə ittiham etmək qa yı na tamın xasiyyətinə daha uyğun idi 

və onun bu hə rə kəti Loransı, həqiqətən də, sarsıtmışdı. 

İn di də  qı zını soyduğum azmış kimi, onu gülməli və ziy-

yə tə saldığımla bağlı atasına nəsə deyilsəydi, onun ki çi cik 

ey hamı belə Lorans üçün dözülməz olardı; nikahda ol du-

ğu muz bu yeddi il ərzində valideynlərinin gö zün dən düş-

dü yü üçün arvadım çox üzülürdü. 

Loransla konservatoriyanın fortepiano sinfini bi 

tir dik-

dən iki, ya üç il sonra tanış olmuş, tez də ev lən miş dik; 

onun atası  mənim virtuoz sənətkar kimi mü 

vəf fə qiy yət 

qa za nacağıma  şübhə ilə yanaşırdı. Ara 

dan yeddi il keç-

miş di, amma onun istedadıma şüb hə etməyə hə lə də sə-

bə bi vardı;  əgər təsadüfən mən dən bir film üçün musiqi 

bəs tə ləməyi xahiş etməsəydilər, yenə  də olacaqdı; film 

əməl li-başlı  uğur qazandı, musiqini «ura» deyə-deyə  qə-

bul et 

dilər; o vaxtdan onu Avropanın, indi isə  həm də 



Ame ri kanın bütün müğənniləri və orkestrləri çalır. Ümid 

edir dim ki, qonorarımı alıb Loransdan borc gö tür dük lə ri-

min, heç olmasa, bir hissəsini geri qay ta ra ca ğam. Amma… 

bu dur, bikarçılıq etdiyim və  məq səd siz ya şa dığım həyatı 

ta ma mi lə sakitcə həzm edən Lorans, nə qə dər qəribə olsa 

da, bu uğurdan son ra birdən-birə qorxuya düş dü; o, elə 

çaş qın gö rü nür dü ki, mən hətta  əsəbiləşir və ba şa düşə 

bil mir dim: niyə uğuruma mənimlə birlikdə o da se vinmir.

Bu musiqinin şöhrəti o qədər böyük oldu ki, ha 

mı 


əsə rin müəllifini axtarmağa başladı. Lorans dəh şət içə-

ri sin də  məni Baltik dənizində adını belə xa 

tır la ma dı ğım 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə