«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə4/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   2   3   4   5   6   7   8   9   ...   212

BOYUNDURUQ

15

ada la ra sürüyüb apardı; onun ağız- bur nunu əyərək de di yi 



ki mi – «bu vulqar jur na list lər dən» gizlənmək üçün. On lar 

mə ni tap ma dıqlarından re jis sorla aktyorlara hücum çək di-

lər və biz Parisə qa yı danda artıq heç kim mənimlə ma raq-

lan mır dı. Bu nun la belə, Loransın qıcığı, qəzəbi və inam-

sız lı ğı yo xa çıxmamışdı, sanki, nədəsə günahım vardı.

Digər tərəfdən isə onun uğuruma olan mü na si bə tin-

dən  şikayətçi deyildim, başa düşməyə ça lı şır dım. Lo rans 

ta nın mış pianoçuya, virtuoza ərə get 

mək is 

təyir di, mən 



isə belə biri ola bilmədim (o, heç vaxt bu nu ba şı ma qax-

ma sa da). Hər halda … o, han sısa pop-mu si qi bəs tə çi sinin 

ar va dı da de yil di axı; öz ailəsi ilə münasibətlərini hansısa 

ara bəs tə ka rına görə  kəsməmiş, atasının istəyinə  və onu 

mi ras dan məhrum edəcəyi ilə bağlı hədələrinə eti na sız lıq 

göstərməmişdi; düz yeddi il sərasər öz dost la rına, snob la-

ra

1

 və melomanlara məni əri və mu si qi çi kimi zorla qəbul 



et dir məmişdi – halbuki hər kəs tam əsassız olaraq məni 

qa dın he 

sa bına yaşayan bi 

ri sayırdı: Loransla biz yaşıd 

idik; o, sözün əsl mə na sın da, gözəl idi və musiqini çox 

se vir di.

Özü də o, toydan qabaq bilirdi ki, sənət puldan va cib-

dir; amma onun valideynlərinin fikrincə, bu prin sip absurd 

idi (mən bütün mümkün və onun söz lə rinə görə, o qədər 

də xoş olmayan vasitələrlə Lo ran sın haqlı olduğunu sübut 

edə cə yimə ümid edir dim).

O, bu snoblar, fırıldaqçılar və riyakarlar mü hi tin də mə-

ni qəbul etmələri üçün mübarizə aparmalı ol muş du; onlar 

da, öz növbələrində, qayınatama mə nə nifrət etmək üçün 

bü tün lazım olan fürsətləri ver miş dilər. 

Zavallı… o, vəfat edən arvadının bütün var-döv 

lə tini 

bi zə vəsiyyət etməsi ilə barışmalı oldu (Loransın ana sı bu 

ailə də  ən suyuşirin adam idi. Onda hələ  də ca zibədarlıq 

qal mış dı  və etiraf etməliyəm ki, əgər vax tında dünyasını 

dəyiş məsəydi, bu ölümə çox kə dər lə nərdim). 

Beləliklə,  əlbəttə ki, Loransa ürək-dirək verməli ol du-

ğumu başa düşürdüm. 

– Əzizim, mən səni aldatmıram, sən də bunu yax şı bi-

lir sən. Bəli, bəli, – təkid edirdim, – bilirsən! Mən özüm… 

1

  Snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-ko ra nə təqlid 



etməyə çalışan və bütün digər şeylərə xor baxan adam.


FRANSUAZA SAQAN

16

özüm bu həyatı seçmişəm! Qəbul et mi şəm ki, sən mənə 



sı ğı nacaq, yemək, geyim, pul, siqaret, maşın, sığorta pulu 

ve rirsən...

– Sus! – o dedi. 

Etdiyi yaxşılıqları sadalamağa başlayanda Lorans dö-

zə bilmirdi, daha doğrusu, o, bu sadalamanı  mə nim et-

mə yi mə dözmürdü, çünki bu hərəkətimdə onu ehtiyatlı 

ol ma ğa vadar edən mazoxistcəsinə bir şey görürdü; san-

ki, bununla ona məni dilənçilikdən qo ru yarkən etdiyi ali-

cə nab lı ğı xatırladırdım; və bu da onu sevmək üçün əlavə 

sə bəb rolunu oynayırdı.

– Bəsdir! – o, mənə tərəf əyilib qışqırdı. – Bəsdir! – və 

boy nu mu qucaqladı. – Bəsdir! – yanaqlarını ya naq la rıma 

ya pış dırdı.

– Sakit ol, sakit ol, – onu yırğalaya-yırğalaya tək rar 

edir dim, – sən ki özün o zavallını gördün, sü mük ləri çı-

xıb… saçı da saman rəngində… burnu dimdik... Ya dın dadır?

– Bilmirəm. Ola bilsin ki, düz deyirsən...

– Hər halda, onun mənim zövqümdə olduğunu dü-

şün mür sən?! – bu cəfəng sözə görə özüm də  qəh qə hə 

çək dim, – xahiş edirəm, bir özünə bax.

O mızıldanıb başını tərpətdi: «Hə, yəqin ki...» (elə bil, 

bu cür zidd cəhətlərin bir-birini əvəzləməsinin öz gö zəlliyi 

var idi... Əgər qadına məntiq lazımdırsa, bu yalnız onun 

özü nü xoşbəxt hiss etməsi üçündür).

– Yaxşı da, gələn dəfə ondan uzaq durmağa ça 

lı şa-


ram, – ayağa qalxdım. – Yaxşı. Gedim Qə pik- quruşsuz

1



qa rət edim, – dedim və bu bayağı za 

ra fa ta, nə  qədər 

müm kün dürsə, bərkdən gül 

mə yə ça 

lı şaraq, sözümü ya-

rım çıq kəsdim; Lo 

ran sı  şən lən dirmək istəyirdim, özüm 

isə – nə qə dər ki onun sifətinin oynaq ifadəsi məyusluqla 

əvəz lən mə yib, mə nimkisə günahkarcasına dartılmamışdı – 

otaq dan  əkil məyə çalışdım; Lorans bu barədə  mənə heç 

bir söz deməsə də, evdən çıxmağımı qətiyyən xoş la mır dı; 

bu nun xasiyyət olduğunu, yoxsa əsəbilikdən doğ du ğunu 

söy ləmək çətin idi. İstənilən halda, fik rim cə, yeddi il ərdə 

ol duq dan sonra çox gözəl reak si ya dır və bunu mənim  ər 

«ak ti vimə» yazmağa də yər.

1

 «Palasu» öz səslənməsinə görə «pas un sous»u xatırladır, bu isə 



fransız dilindən tərcümədə «Qəpik-quruşsuz» mənasını verir. Buradan da 

naşirin təxəllüsü götürülüb.




BOYUNDURUQ

17

Qapıdan sürüşüb çıxmağa və pillələrlə  aşağı en 



mə-

yə ancaq imkanım çatdı. Yanına yollandığım Qə pik- qu-

ruş suz mənim «Leysan» kompozisiyamın çıx dı ğı «Del 

ta 


plyus Pro dakşnz» nəşriyyatının sahibi idi. Bü tün bu ame-

ri ka nizminə

1

  və Nyu-Yorka ara sı kə sil mə yən sə ya hət lərinə 



bax ma yaraq, Palassu so ya dı onun cə nub mən şə li ol du ğu-

nu ikirəngli çək mə lə rin dən və qey ri-adi kost yum la rın dan 

heç də az büruzə vermirdi. Fer di nand Palassu çox mənfur, 

si mic və vicdansız naşir ki mi tanınırdı; bununla be lə, yu-

murt layan toyuqlarını ye dir tmə yə qadir idi – əl bəttə, əgər 

onlar, az da olsa, gəlir gə ti rə bi lir di lər sə; mən də bu cür 

eləmişdim; başqaları öz qo 

no ra rı nı  səs-küylə  tələb edir-

disə  və bu yolla nəsə  əl də etməyi bacarırdısa, mən niyə 

sus ma lıyam?! Ona gö rə də ən yaxşı dostum Koriolan Lat-

lonun kö mək liyi ilə işə başlamaq qərarına gəldim. 

Bizim ümumi keçmişimiz vardı  və yaşıd idik. Eyni il-

də eyni mahalın eyni küçəsində anadan ol muş duq. Eyni 

li sey də oxumuş, eyni kazarmada xid mət etmiş, eyni qız-

la rın dalınca düşmüşdük; Lo rans peyda olana qədər ikimiz 

də eyni cür çətin və ziy yət də idik. Elə ilk gündəncə onların 

bir-bi rindən xoşu gəl mədi; və  əgər onlar istənilən uyğun 

şə rait də bir-bi rinə qarşı antipatiyasını nümayiş etdirməyə 

ça lış ma saydı, buna alışardım: Lorans onun özünü gə zə yən 

adam kimi qələmə verdiyini deyirdi, o isə Lo ran sı «meş-

şan» adlandırırdı – özü də rolunu açıq-aş kar və tək rar- tək-

rar oynayan meşşan; getdikcə bu za ra fat tənəyə çev ril mə-

yə başlamışdı.

Hər zaman olduğu kimi, «Lyön de Belfor» ka 

fe si nin, 

yə ni qərargahımızın qarşısında gö 

rü şə cək dik. Ko 

rio lanın 

av to emalatxanası Dagger küçəsinin so 

nun da yerləşirdi, 

onun bukmeker kontoru isə Fru-ad vo küçəsində idi – bi-

zim mənzilimizdən cəmi iki də qi qəlik məsafədə. 

Loransın anasına məxsus daşınmaz əmlakdan biz Ras-

pay bulvarının yaxınlığında, Monparnasın ar xa sın dakı bi-

na nın altıncı mərtəbəsindəki mənzili seç miş dik; buna görə 

də mən təkcə Koriolandan üç yüz metr aralıda deyil, həm 

də  uşaqlığım keçən kvar ta lın yaxınlığında yaşayırdım və 

cidd-cəhdlə bu 

nu Loransdan gizləyirdim;  əgər o xəbər 

1

  Amerikanizm – Amerika millətçiliyi; amerikalılara məxsus sifət və 



xassələr.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə