«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə7/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   2   3   4   5   6   7   8   9   10   ...   212

FRANSUAZA SAQAN

24

mö tə bər bir bankda he sab nömrəsi, bir sözlə, hər şey ne-



cə lazımdırsa... Bu nun la belə, beş yüz min frank borc elə-

miş di – özü də təzə pulla. Əlbəttə ki, narahat olmağa baş-

la dım, Ope 

ra küçəsindəki kontoruna yollandım… Bu gün 

də elə buna görə Yelisey çöllərinə baş çəkməli ol mu şam. 

Etiraf edim ki, yalnız on dördüncü dairə xo 

şu ma gə lir. 

Yaxşı olar ki, Vensandan borc gö tür dük lə ri ni zi tez bir za-

man da ona qaytarasınız... – o əyilərək sə sini bir qədər də 

al çal tdı; mən sakitcə qulaq asır dım.

– Siz nə danışırsınız, nə danışırsınız, əziz Ko rio lan... – 

Qəpik-quruşsuz dodaqaltı  mızıldandı. – Siz ki SACEM-in 

pu lu ödəməyi uzatdığını yaxşı bilirsiniz... – o, ucadan əla-

və etdi.


Koriolan yenidən bir az əyildi, bütün bəhanələrə  əlini 

yel ləməklə cavab verdi və asta səslə yenidən ona nəsə 

qan dırmağa başladı.

Qəpik-quruşsuz asta səslə boyun qaçırmağa ça lı şır dı; 

nəhayət, pıçıltıya keçərək stolunun üstündən bəzi ka ğız-

ları götürdü.

Koriolan qalib baxışlarla mənə baxdı, mən isə ona 

güm rah bir təbəssümlə cavab verdim. Nə olursa ol 

sun, 

dost ların qədir-qiyməti belə  məqamlarda da ha yaxşı hiss 



olunur.

Uzun sözün qısası, mən valeh olmuşdum, Ko 

rio lan 

isə  məmnun idi; və  nə  qədər qəribə  də olsa, Qə pik-qu-

ruş su zun özü də, deyəsən, çiyinlərindən ağır yük gö tü rü-

lüb müş kimi dərindən nəfəs aldı. Son ra hər üçümüz bir-

lik də «Delta Blüz» müştəriləri ilə bir 

lik də nahar etməyə 

yol landıq; bu müştərilər han sı sa rok-qrupun musiqiçiləri, 

bir də tanınmış bir mü ğən ni xa nım idi...

Yol yoldaşlarımın təkidlərinə  və  gətirdikləri də lil-sü-

but lara təslim olaraq vicdan əzabını ba şım dan çı xar dım və 

Loransa zəng edib nahara gəl mə yə cə yi mi xə bər ver mək 

qərarına gəldim. Artıq çoxdan idi gülməli gö rün mək dən 

qorxmurdum; yoldaşlarım mə ni simiclikdə gü 

nah lan dır-

maq qərarına gəl miş di lər – hər ikisi əmin bir gör 

kəmlə 


söyləyirdi ki, res 

to ra nın haqqını mütləq mən ödə mə-

liyəm. Onsuz da, im 

pres sa rio rolu oynayan Ko 

rio lan-

la olan əhvalat mə nim üçün elə bir ailə dramı  vəd edir di 

ki, ha vaya uçurduğum  əlavə iki saat heç nəyi həll et mə-



BOYUNDURUQ

25

yə cək di. Düz dür, evə  zəng etməyi qarderobçu qadından 



xa hiş etdim, çünki yaxşı bilirdim ki, əgər özüm Loransa 

bu «xəyanətim» haqqında məlumat verməli olsam, o, üzr-

xah lı ğıma elə acı-acı  və  təkəbbürlə cavab ve 

rə cək di ki, 

söyüb biabır etsə, daha yaxşı olardı; mə nim isə kefim əla 

idi, həm də həddindən artıq əla; Ko riolanın qayğısız, par-

layan, şən gözlərini gör dük dən sonra xoşbəxtliyimin üzə-

ri nə kiçik bir qanqaraçılığın belə kölgə salmasına imkan 

ve rə bilməzdim. 

Bəzən mən də eqoistə çevrilməyi bacarırdım...



2

İki saat sonra bir qədər çaşqın, eyni zamanda da, tə-

kəb bürlü Koriolanı öz yeni vəzifəsini icra edə- edə qoyub 

res torandan çıxdım; o, «Delta Blüz Pro 

dakşn»ın hələ  də 

inad la «Tulon tarakanı» adlandırdığı mü 

hasibi ilə söhbət 

edir di. Pullara qarşı hörmətsiz mü 

nasibəti sayəsində o, 

gö zəl bir maliyyə agenti ola bi lə cəkdi. Bundan başqa, on-

suz da, bu təyinat haqda tez liklə Loransa xəbər vermək 

fik rin də deyildim, hər hal da, nə  qədər ki böyük məbləğli 

qəbz kisəmizə gir mə yib, bunu eləmək lazım deyildi... 

Saat dörddə asta-asta mənzilimizin qapısını aç 

dım. 

Elə o dəqiqə  də gözəl bir musiqi səsi eşidildi: Lo ran sın 



ota ğından gəlirdi, sanki, mənə ibrət dərsi ol sun de yə Şu-

ma nın konsertini dinləyirdi. Əvvəlcə for te pia noda as ta-as-

ta dınqıldada bilim deyə  mənim üçün dü zəldilmiş stu di-

ya ma getmək qərarına gəl dim; amma bunun üçün ümumi 

ota ğı mı zın içindən ke çib getməli idim; bizim yataq ota ğı-

mı zın, ya da ka ti bəm Odilin yanından adlamalıydım.

Gələn məktubları ayırd etməyi, telefon zəng lə rinə ca-

vab verməyi – gözlənilməz uğurumdan son 

ra mənə ki-

fa yət qədər tez-tez zəng vururdular – və bu kimi işləri 

gör mə yi Lorans öz saysız-hesabsız pə rəs tiş karlarından 

bi ri nə, məktəb rəfiqəsi Odilə eti bar et mişdi. Heç bir şey 

ifadə etməyən sifəti olan saf qəlb li bu sağlam qadın yaş-

lı olmayan qadınlardan idi; bu cür adamlar, adətən, utan-

caq lıq və ümid ki 

mi qarışıq hisslərlə  əvvəlcə  qız, sonra 

gənc qadın, güm rah xanım və ilaxır və ilaxır...  ən sonda 

da yax şı lıq bilməyən adam rolu oynayırlar və heç vaxt heç 




FRANSUAZA SAQAN

26

ki mi, hətta özlərini belə oyunlarının səmimiliyinə inan dır-



ma ğı bacarmırlar. Odil səhər tezdən gəlir, ge cə ge dir di; 

mənim  əvəzimə qalın məktublara ca vab ve rir di; bu mək-

tub lar da, adətən, məndən pul is tə yir di lər.

Lorans hesab edirdi ki, bu, «şlyager» ustasının klas sik 

mək tublaşmasıdır. Əgər virtuoz kimi ta nın say dım, aldığım 

məktublar daha zərif, onun cə miy yət də ki hörməti isə daha 

çox olardı.

Neyləmək olar, əgər  ərinin solo konsertindən son 

ra 

Bay reyt də, ya da Zalsburqda



1

 Şolti


2

 və Ka balye ilə birlikdə 

na har xəyalı qurduğun halda Monte-Kar 

lo da «Avrovijn» 

mah nı festivalına düşürsənsə, tə bii ki, qanın qaralacaq. Ya 

da, nə bilim… ərinin avan səh nə də həyəcanlanmış pub li ka-

nın qarşısında necə baş  əy diyini təsəvvür etdikdən sonra 

bir dən-birə onu səh nə arxasında  əldən düşmüş, saxta bir 

səs sa 

hi bi nə ürək-dirək verərkən görürsənsə – məhz bu 



səs sa hi bi nin sayəsində onun valları minlərlə nüsxədə ya-

yı lır – bundan sonra gözlərində dünya da qara rən gə bo-

ya na bilər.

Kim nə deyir-desin, mənim işgüzar həyatım yed di il 

ərzində belə bayağı  səhnələr sayəsində sola bi lər di. Am-

ma bir şey maraqlı idi: görəsən, Lorans ni yə elə fi kir lə şir 

ki, mən romantik və gözəl yalan-pa 

lan la ra qarşı la 

qey-

dəm? Və  əgər o Mari d’Aqu



3

 olmaq istəyirdisə, qoy ol-

sun, bu, mənə Ferens Listin şöh rəti haqqında xəyal qur-

ma ğa mane olmurdu.

Bununla belə, Bethoveni Vensan Skottodan

4

 ayı ra bil-



məyə  ağlım yetirdi; və  əgər səhərdən ax şa ma ki mi mə ni 

Şumanla kar etsəydilər belə, mə zəm mə tin, həs sas lıq və 

1

  Bayreyt (AFR), Zalsburq (Avstriya) – Vaqner və Motsartın adı ilə 



bağ lı olan şəhərlər.

2

 Corc Şolti – avstriyalı dirijor, 70-ci illərdə Fransa simfonik or-



kestrinin dirijoru olub; Paris filarmoniyasında.

3

 Mari d’Aqu – Ferens Listin həyat yoldaşı, Avropaya tən tə nə li 



turnesi zamanı onun şöhrətini bölüşüb, bu turne isə, əslində, məcburi idi 

– Paris cəmiyyəti onların əlaqəsini qəbul etmirdi və qa dın ona görə çox 

şeylərini qurban vermişdi, o cümlədən də öz yazıçı karyerasını.

4

  Vensan Skotto – XX əsrin birinci yarısında yaşamış məşhur fran sız 



bəstəkarı.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə