Dünya ədəbiyyatının görkəmli



Yüklə 183,63 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü183,63 Kb.
#79340

background image
 

Dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  əsərlərinin  Azərbaycan  dilində  nəşr 

edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  .  24  avqust  2007-ci  il 

//Azərbaycan- 2007.-25 avqust. - № 189. - S. 4. 

Sərəncamın mətni

 

DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN ƏSƏRLƏRİNİN  

AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLMƏSİ HAQQINDA  

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  

SƏRƏNCAMI  

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin 



həyata  keçirilməsi  haqqında  2004-cü  il  12  yanvar  tarixli  və  “2005-2006-cı  illərdə  Azərbaycan  dilində 

latın  qrafikası  ilə  çapı  nəzərdə  tutulan  əsərlərin  siyahısının  təsdiq  edilməsi  haqqında”  2004-cü  il  27 

dekabr  tarixli  sərəncamlarına  uyğun  olaraq  Azərbaycan  və  dünya  ədəbiyyatının  görkəmli 

nümayəndələrinin  əsərləri  kütləvi  tirajla  nəşr  olunaraq  ölkənin  bütün  kitabxana  şəbəkəsinə  hədiyyə 

edilmişdir.  Hər  iki  sərəncam  üzrə  Azərbaycan  və  dünya  ədəbiyyatı,  eləcə  də  lüğət  və  ensiklopediyalar 

silsiləsindən  ümumi  tirajı  9  milyondan  artıq  kitab  kitabxanalara  göndərilərək  oxucuların  ixtiyarına 

verilmişdir.  Proses  indi  də  davam  etməkdədir.  Bu  nəşrlər  sayəsində  gənc  nəslin  latın  qrafikası  ilə  çap 

olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Lakin 

həmin  kitabların  satışının  nəzərdə  tutulmaması  və  kitab  həvəskarlarının  öz  şəxsi  kitabxanalarını  latın 

qrafikasında nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı onların ayrıca 

olaraq nəşri zərurətini meydana çıxarmışdır.  

Müasir  Azərbaycan  oxucularının  dünya  ədəbiyyatına  olan  mənəvi  tələbatını  təmin  etmək 

məqsədi ilə qərara alıram:  

1.  Azərbaycan  və  dünya  ədəbiyyatı  nümayəndələrinin  əsərlərindən  ibarət  150  cildlik  “Dünya 

ədəbiyyatı kitabxanası” nəfis tərtibatla nəşr edilsin.  

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan  Respublikası  Mədəniyyət  və 

Turizm  Nazirliyinin,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin,  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  və  Azərbaycan  Yazıçılar  Birliyinin  tövsiyələrini  nəzərə  almaqla  bu  Sərəncamın  1-ci 

bəndində  qeyd  olunan  “Dünya  ədəbiyyatı  kitabxanası”nın  nəşri  ilə  bağlı  təkliflərini  bir  ay  müddətində 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.  

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 24 avqust 2007-ci il. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 183,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə