Dünya iqtisadiyyatı fənnindən test I mtahansuallar I yer kürəsinin səthi nə qədərdir?



Yüklə 258,46 Kb.
səhifə3/10
tarix28.06.2018
ölçüsü258,46 Kb.
#52109
1   2   3   4   5   6   7   8   9   10

131. Daxili bazarın müəyyən bir hissəsi olub,yerli və qarışıq kapital çərçivəsində xarici müştərilərlə müəyyən əməliyyatlar aparan və məhsul satışı ilə yanaşı təsərrüfatçılıq fəaliyyətini də özündə cəmləşdirən bazar necə adlanır?

  1. xarici bazar

  2. daxili bazar

  3. beynəlxalq bazar

  4. dünya bazarı

  5. regional bazarlar

132. Beynəlxalq bazarlar vasitəsilə hansı əməliyyatlrın həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. təbii resursların birgə istismarı

  2. əmtəə satışı

  3. xidmətlərin satışı

  4. valyuta əməliyyatları

  5. digər ölkələrlə təsərrüfatçılıq etmək

133. Dünya təsərrüfatı mexanizminin ən mühüm vəzifəsi olan ictimai təlabatın ödənilməsi hansı qurum vasitəsilə həyata keçirilir?

  1. dünya bazarı

  2. daxili bazarlar

  3. beynəlxalq bazarlar

  4. transmilli şirkətlər

  5. maliyyə-sənaye qurumları

134. Dünya təsərrüfatı mexanizminin fəaliyyəti bu mexanizmin vasitələri,alətləri vasitəsilə həyata keçirilir.Bu alətlər içərisində hansı iqtisadi kateqoriyalar əsas yer tutur. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. ölkənin gömrük tarifləri

  2. beynəlxalq qiymətlər

  3. beynəlxalq miqyasda xarici borc faizi

  4. valyuta məzənnəsi

  5. qiymətlərin dinamikası

135. Dünya təsərrüfatında təkrar istehsal prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün təsərrüfat subyektləri kredit götürməli olurlar.O,halda kredit institutları kredit siyasətini hansı əsaslara görə aparırlar?

  1. borc kapitalına olan təlabatın səviyyəsindən

  2. dünyada artıq kapitalın kütləsindən

  3. ümumi daxili məhsulun həcmindən

  4. valyuta məzənnəsindən

  5. bu sahədə heç bir siyasət aparılmır

136. Milli təsərrüfat çərçivəsində borc faizinin azalması aşağıdakı hallardan birinə gətirib çıxarır.

  1. kreditə olan təlabatın artmasına

  2. kreditə olan təlabatın azalmasına

  3. kreditə təlabatın olmamas-ına

  4. investisiya vasitələrinə tələbi azaldır

  5. istehlak mallarına olan tələbi azaldır

137. Milli təsərrüfat çərçivəsində borc faizinin artması aşağıdakı hallardan birinə gətirib çıxarır.

  1. kreditə olan təlabatın azalmasına

  2. kreditə olan təlabatın artmasına

  3. istehsal vasitələrinə təlabatın artmasına

  4. istehlak şeylərinə olan təlabatı artırır

  5. kreditə olan təlabatın stabilləşməsinə

138. Müasir dövrdə dünya iqtisadi nizamı aşağıdakı beynəlxalq tənzimlənmə qurumları vasitəsilə həyata keçirilir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. beynəlxalq rabitə sistemi

  2. ümumdünya ticarət sistemi

  3. beynəlxalq valyuta sistemi

  4. ver giyə-almanın beynəlxalq prinsipləri

  5. beynəlxalq görük qaydaları

139. Dünya iqtisadi nizamının yaradılmasında aşağıdakı ölkələrin rolu böyükdür. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. Gürcüstan

  2. ABŞ

  3. Çin

  4. Yaponiya

  5. Almaniya

140. Dünya təsərrüfatında Iqtisadiyyatın qloballaşması prosesi necə xarakterizə olunur?

  1. beynəlxalq ticarətin genişlənməsi

  2. iqtisadi böhranın baş verməsi

  3. iqtisadi durğunluq

  4. beynəlxalq ticarətin zəifləməsi

  5. protektonizm meyllərinin güclənməsi.

141. Qloballaşma iqtisadi proseslərdən başqa digər hansı sahələrdə baş verir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. kriminal sahədə

  2. sosial sahədə

  3. siyasi sahədə

  4. hərbi sahədə

  5. mədəni sahədə.

142. Elmi aspektdən yanaşsaq qloballaşma iqtisadiyyatın hansı növünün mühüm təzahürlərindən biri hesab olunur?

  1. liberal iqtisadiyyatın

  2. milli iqtisadiyyatın

  3. gizli iqtisadiyyatın

  4. sosialist iqtisadiyyatının

  5. qapalı iqtisadiyyatın

143. Qloballaşmaya neqativ yanaşan bəzi alimlər fikrlərini aşağıdakı məsələlərlə əsaslandırırdılar. Bunlardan biri istisnadır.O, hansıdır?

    1. təsərrüfat həyatının surətlə beynəlmilləşməsi

    2. dövlət müstəqilliyini inkar etməklə

    3. cəmiyyətə yad olan istehsal standartlarını zorla yeridir

    4. milli mədəniyyəti məhv edir

    5. milli idiologiyanı şübhə altına alır

144. Qloballaşma prosesi hansı qrup ölkələrin mənafeyinə daha yaxın və uyğun hesab edilir?

  1. inkişaf etmiş iri dövlətlərin

  2. keçid dövrünü yaşayan ölkələrin

  3. zəif inkişaf etmiş ölkələrin

  4. inkişaf etməkdə olan ölkələrin

  5. inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrin

145. Qloballaşma prosesi hansı qrup ölkələr üçün təhlükəli hesab edilir?

  1. keçid dövrünü yaşayan və zəif inkişaf etmiş ölkələr

  2. inkişaf etmiş ölkələr

  3. iri sənaye ölkələri

  4. inkişaf etməkdə olan ölkələr

  5. inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr

146. Qloballaşma prosesində keçid dövrünü yaşayan və nisbətən zəif inkişaf etmiş ölkələrdə daxili bazarın daha çox idxal kanalları hesabına doldurulması,ixracın tərkibində hazır məhsulların deyil xammalın çıxış etməsi hansı iqtisadi problem yaradır?

  1. ölkəyə məxsus sərvətlərin daha ucuz qiymətə dünya bazarında satılmasına səbəb olur

  2. ölkəyə məxsus sərvətlərin daha baha qiymətə dünya bazarında satılmasına səbəb olur

  3. ölkəyə məxsus sərvətlərin daha münasib qiymətə dünya bazarında satılmasına səbəb olur

  4. dünya bazarında mövqeyini zəiflədir

  5. heç bir iqtisadi problem yaratmır

147. Qloballaşmadan daha çox hansı qrup ölkələr bəhrələnirlər?

  1. inkişaf etmiş və varlı bir neçə ölkə

  2. keçid dövrünü yaşayan ölkələr

  3. zəif inkişaf etmiş ölkələr

  4. inkişaf etməkdə olan ölkələr

  5. inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr

148. Qloballaşma prosesində təbii olaraq yaranmış qlobal problemlər necə həll edilir?

  1. güclü birlik və beynəlxalq təşkilatlar yaradılmalıdır

  2. hər bir ölkə öz daxilində problemlərini həll etməyə çalışmalıdır

  3. region dölətlər regional təşkilatlar və birliklər təsis etməlidir

  4. problemləri əsasən iqtisadi qüdrətə malik olan ölkələr həll etməlidir

  5. yaranmış problemləri iqtisadi proseslər mexaniki olaraq həll edəcəkdir

149. Milli sistemlərin vahid bir iqtisadi sistem halında birləşməsi,onların qarşılıqlı asılı vəziyyətə gəlməsi və bununlada ölkələr arasında iqtisadi münasibətlərin liberallaşması necə adlanır?

  1. qloballaşma

  2. ixtisaslaşma.

  3. təmərküzləşmə

  4. inteqrasiya

  5. azad iqtisadi zona

150.İqtisadi qloballaşmanın özəyini nə təşkil edir?

  1. ölkələrin qarşılıqlı inteqrasiyası

  2. müxtəlif sahələrin ixtisaslaşması

  3. kooperasiyalaşma

  4. iqtisadiyyatın liberallaşması

  5. protektonizm

151. Beynəlxalq iqtisadi inteqrasiya ölkələr arasında aşağıdakı məsələlərin razılıq ilə həyata keçirilməsinə əsaslanır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. sosial problemlərin birgə həlli

  2. əmtəə və xidmətlərin sərbəst hərəkəti

  3. işçi qüvvəsinin beynəlxalq hərəkəti

  4. kapitalın beynəlxalq hərəkəti

  5. birgə iqtisadi siyasətin həyata keçirilməsi.

152. Beynəlxalq iqtisadi inteqrasiya ölkələr arasında aşağıdakı məsələlərdən birinin razılıq ilə həyata keçirilməsinə əsaslanır.O, hansıdır?

  1. hərbi siyasətin razılıq ilə həyata keçirilməsi

  2. sosial məsələlərin həlli

  3. milli məsələlərin həlli

  4. kapitalın ölkə daxilində hərəkəti

  5. işçi qüvvəsinin ölkə daxilində hərəkəti

153. Aşağıdakılardan biri iqtisadi qloballaşmanın iki mühüm komponentindən birincisidir.

  1. qlobal bazarın yaranması

  2. qlobal istehsal sahəsinin yaranması

  3. qlobal xidmət sahəsinin yaranması

  4. qlobal maliyyə-valyuta sisteminin yaradılması

  5. qlobal rabitə və informasiya sahəsinin formalaşdırılması

154. Aşağıdakılardan biri iqtisadi qloballaşmanın iki mühüm komponentindən ikincisidir.

  1. istehsalın qloballaşması

  2. qlobal bazarın yaranması

  3. qlobal xidmət sahəsinin yaranması

  4. qlobal maliyyə-valyuta sisteminin yaradılması

  5. qlobal rabitə və informasiya sahəsinin formalaşdırılması

155. Tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə toplandığı “nəhəng mətir” necə adlanır?

  1. qlobal bazar

  2. regional bazar

  3. xarici bazar

  4. yarmarka

  5. auksion

156. Müəssisələrin öz məhsullarını müxtəlif ölkələrdə istehsal etməsi prosesi necə adlanır?

  1. istehsalın qloballaşması

  2. istehsalın təmərküzləşməsi

  3. istehsalın ixtisaslaşması

  4. istehsalın regionlaşması

  5. istehsalın təşəkkülü.

157. Müəssisələrin öz məhsullarını müxtəlif ölkələrdə istehsal etməsində başlıca məqsəd nədir?

  1. istehsalın xərc və keyfiyyət üstünlüklərindən yararlanmaq

  2. istehsalın təmərküzləşməsi

  3. istehsalın ixtisaslaşması

  4. istehsalın regionlaşması

  5. azad ticarət zonalarına daxil olmaq

158. Dünyada iqtisadi proseslərin tənzimlənməsini həyata keçirən TMŞ –lə yanaşı aşağıda adları qeyd olunan qurumlarda iştirak edir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. Qırmızı Aypara Cəmiyyəti

  2. milli dövlətlər

  3. dövlətlərarası institutlar

  4. Ümumdünya Ticarət Təşkilatı

  5. Dünya Bankı

159.Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasının əyani göstəriciləri kimi aşağıdakı beynəlxalq tədbirlərə və layihələrə qoşulmasını göstərmək olar. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. “Bakı-Tbilisi-Tehran” neft

  2. “Bakı-Tbilisi-Ceyhan” neft

  3. “Bakı-Tbilisi-Ərzurum” qaz

  4. “Bakı-Tbilisi-Qars” dəmir yolu

  5. tarixi “ İpək yolu”

160. “Vaşinqton konsensusu” yaradılarkən ABŞ maliyyə nazirliyinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərləri dünya ticarətinin yolu üzərində duran hansı baryerin aradan qaldırılması haqqında razılığa gəliblər.O, hansıdır?

  1. gömrük tarifləri

  2. inhisarlaşmanın aradan qaldırılması

  3. əmtəələrin daşınınması

  4. qiymətlərin tənzimlənməsi

  5. bazarlara dövlət müdaxilələrinin aradan qaldırılması

161.Aşağıdakılardan biri müasir dövrdə dünya ölkələri arasında xarici iqtisadi əlaqələri inkişaf etdirən amillərdəndir. O, hansıdır?

  1. ticarət

  2. təhsil

  3. idman

  4. mədəniyyət

  5. səhiyyə

162. Aşağıdakılardan biri müasir dövrdə dünya ölkələri arasında xarici iqtisadi əlaqələri inkişaf etdirən amillərdəndir. O, hansıdır?

  1. kapital ixrac etmək

  2. təbii sərvətləri n hasilatı

  3. idmanın inkişafı

  4. mədəniyyət günlərinin xarici ölkələrdə keçirilməsi

  5. səhiyyə sahəsində əməkdaşlıq

163. Aşağıdakılardan biri müasir dövrdə dünya ölkələri arasında xarici iqtisadi əlaqələri inkişaf etdirən amillərdəndir. O, hansıdır?

  1. kreditlər vermək

  2. idman yarışları təşkil etmək

  3. humanitar təşkilatlarla əməkdaşlıq

  4. milli mədəniyyətin təbliği

  5. informasiya mübadiləsi

164. Aşağıdakılardan biri müasir dövrdə dünya ölkələri arasında xarici iqtisadi əlaqələri inkişaf etdirən amillərdən deyil. O, hansıdır?

  1. birgə elmi tədqiqat işlərinin aparılması

  2. elmi texniki əməkdaşlıq

  3. kadrlar hazırlamaq

  4. ticarət

  5. kapital ixrac etmək.

165. Ayrı-ayrı ölkələrdə daxili bazarların inkişafı nəticəsində onun hüdudlarının genişlənməsi hansı iqtisadi qurumun formalaşmasına səbəb olmuşdur?

  1. dünya bazarının

  2. koorporosiyaların

  3. transmilli şirkətlərin

  4. ümumdünya ticarət təşkilatının

  5. maliyyə-kredit təşkilatlarının

166. Dünya bazarının aşağıdakı cəhətlərini qeyd etmək olar. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. dünya bazarının inkişafı dölətlərarası əmtəə mübadiləsindən kənara çıxmır

  2. dünya bazarı əmtəə istehsalı kateqoriyası ilə səciyələnir

  3. əmtəələrin dövlətlərarası hərəkəti daxili tələblərlə yanaşı xarici tələb və təklifin təsiri altında baş verir

  4. istehsal amillərindən daha optimal istifadə edilməsinə zəmin yaradır

  5. rəqabət qiymətlərinə uyğun olan,beynəlxalq tələblərə cavab verən məhsul istehsalına zəmin yaradır

167. Dünya bazarı aşağıdakı struktura malikdir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. beynəlxalq informasiya bazarı

  2. beynəlxalq əmtəə bazarı

  3. beynəlxalq xidmətlər bazarı

  4. beynəlxalq kapital bazarı

  5. beynəlxalq kredit bazarı.

168. Dünya bazarı aşağıdakı struktura malikdir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. beynəlxalq innovasiya bazarı

  2. beynəlxalq işçi qüvvəsi bazarı

  3. beynəlxalq maliyyər bazarı

  4. beynəlxalq qiymətli kağızlar bazarı

  5. beynəlxalq texnologiya bazarı

169. Daxili bazardan fərqli olaraq dünya bazarında iqtisadi proseslər və münasibətlər aşağıdakı qurumlar və rezidentlər arasında baş verir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. milli mədəniyyət mərkəzləri

  2. dünya ölkələri

  3. beynəlxalq qurumlar

  4. milli iqtisadiyyata mənsub fiziki şəxslər

  5. milli iqtisadiyyata mənsub hüquqi şəxslər

170. Dünya bazarını regional və milli bazarlardan fərqləndirən cəhət aşağıdakılardan biridir.O, hansıdır?

  1. mübadilə dünya valyutası vasitəsilə aparılır

  2. mübadilə tərəflərdən birinin milli valyutası vasitəsilə aparılır

  3. mübadilə tərəflərin hər ikisinin milli valyutası vasitəsilə aparılır

  4. dünya bazar qiymətlərin-dən istifadə olunmur

  5. əhatə dairəsi məhdud olur

171. Dünya bazarını regional və milli bazarlardan fərqləndirən cəhətlər aşağıdakılardır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. mübadilə milli valyutalar vasitəsilə aparılır

  2. mübadilə dünya valyutası vasitəsilə aparılır

  3. mübadilə dünya bazar qiymətləri əsasında aparılır

  4. dünya bazarının struktur tərkibi daha mürəkkəb olur

  5. əhatə dairəsi daha geniş olur

172. Dünya bazarının hansı strukturunda həyata keçirilən iqtisadi münasibətləri dünya ticarətinin nəticəsi hesab etmək olar?

  1. əmtəə və xidmətlər bazarı

  2. beynəlxalq işçi qüvvəsi bazarı

  3. beynəlxalq maliyyər bazarı

  4. beynəlxalq qiymətli kağızlar bazarı

  5. beynəlxalq texnologiya bazarı.

173. Beynəlxalq əmtəə və xidmətlər bazarında əməliyyatlar ikitərəfli müqavilələr əsasında ayrı –ayrı təsərrüfat subyektlərindən başqa aşağıdakı strukturlar arasında da baş verir. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. yerli bazarlarda

  2. biryalarda

  3. auksionlarda

  4. yarmarkalarda

  5. beynəlxalq birliklər daxilində

174. Beynəlxalq əmtəə və xidmətlər bazarında ticarət əməliyyatlarının qiymətləndirilməsi hansı valyutalarla həyata keçirilir?

  1. beynəlxalq valyutalarla

  2. milli valyutalarla

  3. milli pul vahidləri ilə

  4. qızılın dəyər vahidinə uyğun

  5. bütün növ valyutalarla

175. Dünya bazarlarında beynəlxalq valyuta kimi aşağıdakı qrup valyutalardan birindən istifadə olunur. Doğru cavab hansıdır?

  1. ABŞ dolları və AVRO

  2. Azərbaycan manatı və rus rublu

  3. Türk lirəsi və Gürcü larisi

  4. İngilis funt sterlinqi və Alman markası

  5. bütün növ valyutalar

176. Bunlardan biri dünya bazarının infrastrukturasına daxil olan vəmütəmadi fəaliyyət göstərən əmtəə birjasıdır. Doğru cavab hansıdır?

  1. metal birjası

  2. çörək birjası

  3. arpa birjası

  4. torf birjası

  5. ağac birjası

177. Bunlardan biri dünya bazarının infrastrukturasına daxil olan vəmütəmadi fəaliyyət göstərən əmtəə birjasıdır. Doğru cavab hansıdır?

  1. neft birjası

  2. su birjası

  3. qaz birjası

  4. duz birjası

  5. lava birjası

178. Bunlardan biri strateji əhəmiyyət kəsb edən və birjalarda satılan əmtəədir. Doğru cavab hansıdır?

  1. hərbi texnika

  2. rabitə texnikası

  3. neft çıxarma texnikası

  4. kənd təsərrüfatı texnikası

  5. bütün növ dən olan texniki avadanlıqlar

179. Bunlardan biri strateji əhəmiyyət kəsb edən və birjalarda satılan əmtəədir. Doğru cavab hansıdır?

  1. taxıl

  2. çuğundur

  3. yumurta

  4. arpa

  5. heyvanlar üçün qarışıq yem

180. Dünya bazarının vacib elementlərindən biri olan kapital və ya fond bazarlarında alqı-satqı predmeti bunlardan hasıdır?

  1. qiymətli kağızlar

  2. mətbəə kağızları

  3. rəngli kağızlar

  4. divar kağızları

  5. kağız istehsalı üçün xammal

181. Dünya bazarının vacib elementlərindən biri olan kapital və ya fond bazarlarında alqı-satqı predmeti bunlardan hasıdır?

  1. bank səhimləri

  2. lotoreyalar

  3. əmanət kitabçaları

  4. mərc-idman oyunlarının lisenziyaları

  5. iri şirkətlərə məxsus reklam lövhələri

182. Bunlardan hası dünya bazarının vacib elementlərindən biri olan kapital və ya fond bazarlarında alqı-satqı predmeti deyil?

  1. lotoreyalar

  2. qiymətli kağızlar

  3. bank səhimləri

  4. istiqrazlar

  5. investisiyalar

183. Əmtəə və xidmətlərin beynəlmiləl dəyəri bu göstəriciyə əsasən müəyyən edilir?

  1. məhsulun istehsalına sərf olunmuş ictimai zəruri iş vaxtı ilə

  2. məhsulun istehsalına sərf olunmuş xammal ilə

  3. məhsulun maya dəyərinə əsasən

  4. məhsulun vahidinə çəkilən istehsal xərcilə

  5. məhsulun vahidinə çəkilən isrehsal və satış xərcləri ilə

184. Küllü miqdarda istehlak olunan və dünya qiymətləriilə alınıb satılan aşağıdakı sənaye və ərzaq məhsullarıdır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. gil.

  2. neft.

  3. qaz.

  4. enerji.

  5. taxta.

185. Küllü miqdarda istehlak olunan və dünya qiymətləriilə alınıb satılan aşağıdakı sənaye və ərzaq məhsullarıdır. Bunlardan biri istisnadır.O, hansıdır?

  1. səhnə geyimləri

  2. taxıl

  3. texnoloji avadanlıqlar

  4. nəqliyyat vasitələri

  5. pambıq

186. Müqavilə qiymətlərinin səviyyəsi necə formalaşdırılır. Doğru cavab hansıdır?

  1. dövlətin xarici iqtisadi siyasətinə uyğun səmərəli şərtlərlə

  2. dövlətin daxili iqtisadi siyasətinə uyğun səmərəli şərtlərlə

  3. beynəlxalq qiymətlərə yaxın olan qiymətlərlə

  4. əmtəənin istehsal dəyəri ilə

  5. beynəlxalq qiymətlərdən aşağı olan qiymətlərlə

187. Dövlətlərarası müqavilələrə əsasən idxal olunan hər hansı malın dəyərinin ixrac olunan malla ödənilməsi necə adlanır?

  1. barter

  2. investisiya

  3. nağd hesablaşma

  4. ticarət

  5. hesablaşma

188. Dünya bazarında inhisarlaşma hansı hallarda baş verir.

  1. bazar prinsipləri pozulduqda

  2. iqtisadi böhran baş verdikdə

  3. istehsalın səviyyəsi aşağı düşdükdə

  4. xarici ticarətin həcmi böhran həddinə çatdıqda

  5. azad rəqabət zəiflədikdə

189. Dünya qiymətləri nə vaxt İnhisar qiymətlərinə çevrilir?

  1. İri istehsalçılar hər hansı bir məhsulun istehsalını öz əllərində cəmləşdirdikdə

  2. İri istehsalçılar hər hansı bir məhsulun ixracını öz əllərində cəmləşdirdikdə

  3. İri istehsalçılar dünya bazarında önəmli mövqe tutduqda

  4. xarici ticarətin həcmi artdıqda

  5. hər hansı bir əmttənin bazarda qıtlığı yarandıqda

190. Hər hansı bir ölkənin dünya bazarındakı rolunu aşağıdakı təşkilatlardan biri müəyyən edir. O,hansıdır?

  1. Rəqabət Qabiliyyəlilik Reytinqi

  2. Tarif və Ticarət üzrə Baş Razılaşma

  3. Ümumdünya Ticarət Təşkilatı

  4. Xidmət üzrə Baş Razılaşma

  5. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

191. Aşağıdakılardan biri rəqabət qabiliyyətlilik reytinqinin qruplaşdırılmış amillərindəndir. O,hansıdır?

  1. daxili iqtisadi potensial

  2. xarici ticarət siyasəti

  3. daxili ticarət siyasəti

  4. ticarətin liberallaşması

  5. azad ticarət zonalarında iştirakçı olmaq imkanı

192. Aşağıdakılardan biri rəqabət qabiliyyətlilik reytinqinin qruplaşdırılmış amillərindəndir. O,hansıdır?

  1. xarici iqtisadi əlaqələrin səviyyəsi

  2. daxili iqtisadi əlaqələrin səviyyəsi

  3. daxili bazarların inkişaf səviyyəsi

  4. sosial-iqtisadi sistem

  5. valyuta ehtiyatlarının həcmi

Yüklə 258,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə