Dünya iQTİsadiyyatinin yanacaq-energetika resurslari



Yüklə 91,17 Kb.
tarix23.10.2017
ölçüsü91,17 Kb.
#6432

TƏLƏBƏ:BABAYEV YUSİF

DÜNYA İQTİSADİYYATININ YANACAQ-ENERGETİKA RESURSLARI.

İqtisadi ədəbiyyatlarda resursların, istehsal güclərinin yerləşməsi ilə bağlı bütöv bir nəzəriyyənin formalaşdığını görmüş olarıq. “Yerləşmə amilləri” anlayışını elmi tədavülə alman iqtisadşısı Alfred Veber (1868-1958) özünün 1909-cu ildə yazdığı “Sənayenin yerləşməsi nəzəriyyəsi” adlı klassik tədqiqat işi ilə buraxmışdır. Nəzəriyyə görə sənayenin yerləşməsinin başlıca şərtlərindən əsası kimi də təbii sərvətlərin coğrafiyası amili dominatlıq təşkil edir [1.2]. Bu baxımdan dəyərləndirmələr göstərir ki yanacaq-enerji sərvətlərinin planetimizdə bölgüsü və yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə səciyyəvidir. Belə vəziyyət yer kürəsində müxtəlif iqlim, textonik proseslərlə, geoloji dövrlərdə faydalı qazıntıların yaranma şərtləri və digər amillərlə bağlıdır. Yanacaq-enerji sərvətləri faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir. Bununla yanaşı, yanacaq-enerji sərvətləri bol olduğu ölkələrdə çox hallarda onlardan israfçılıqla istifadə olunur. Əks qübtdə isə ETT-nin geniş inkişafı nəticəsində resurslardan səmərəli istifadə yeni imkanları yaranmışdır. Yaponiyada, Cənubi Koreya, İtaliya və digər bu kimi ölkələrdə əldə edilmiş iqtisadi tərəqqi buna parlaq misaldır. Elmin nəaliyyətlərinin tətbiqinin, innovasiya fəaliyyə- tinin genişlənməsinin sürətli inkişafı, xüsusəndə az enerjitutumlu texnologiyaların yaranması, yeni enerji, xammal növlərinin mənimsənilməsi ənənvi təbii ehtiyatlardan istifadənin xüsusi çəkisinin aşağı salır. Belə xüsusiyyət isə yalnız azsaylı ölkələrdə xasdır [3]. Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkiaf etmiş ölkələr xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı və ixracatçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə yetərli şərtliliklə bağlılığı vardır. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20 faiz, Qərbi Avropa ölkələri 70 faizə qədərini, Yaponiya 90 faizdən çoxunu idxal edir . Dünyada təbii ehtiyatlar balansı, onların müasir vəziyyəti və istifadə perspek- 98 Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu tivləri ayrı-ayrı mənbələrdə qismən müxtəlif verilir. Bir çox yüksək reytinqli beynəlxalq təşkilatlar, elmi idarələrin, analoji mətbu orqanların və hətta internet şəbəkəsinin məlumatlarında bu balansın ayrı-ayrı elementlərində müəyyən fərqlər müşahidə olunur. BMT-nin Dünya və Avropa bankının, iri maliyyə qruplarının və digər mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda da bu fərq sezilməkdədi. Bununla belə, qeyd etmək lazımdır kı, neft iqtisadiyyatının statistikasına konfedisialıq xasdır. Bəzi göstəricilərin müasir, obyektiv mənzərisini müşahidə etmək çətinliklərlə müşayiət olunur. Belə ki, ayrı-ayrı iri neft inhisarları, neft hasil edən ölkələr müvafiq göstəriciləri nümayiş etdirməkdə o qədər də həvəsli deyirlər. Bir cəhəti də qeyd etmək zəruridir ki, təbii sərvətlər miqyaslı olmasına baxmayaraq əksərən tükənən xassəlidirlər. Buna görə də bəşəriyyət bu sərvətlərdən daha ekosivil və biçimli istifadəni əxz etməlidir [5-8]. Aşağıdakı cədvəldə dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətlərini xarakterizə edən şəkil verilmişdir:. Şəkil. Dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə. Təbii ehtiyatların növləri Ehtiyatların səviyyəsi və istifadəsinin qısa xarakteristikası Neft Ehtiyatlar - 270-300 milyard ton İllik məsrəf 3 milyard ton Perspektivlik imkanları 40-50 il Təbii qaz Ehtiyatlar - 151 trilyon m3 İllik məsrəf 2,2 trilyon m3 30-50 illik perspektiv Daş kömür Ehtiyatlar 10 trilyon ton İllik məsrəf 5 milyard ton Mənimsəmə imkanlığı 100 ildən çox Yanar şistlər Ehtiyatlar 40 trilyondan çox Zəif istifadə olunur. Yüksək əmək tutumludur. Torf Ehtiyatlar 150 milyard ton Ekoloji pozuntuluğuna görə məhdud perspektivlidir. Çayların hidroenerjisi Ehtiyatlar 150 milyard ton Ekoloji problemliyə baxmayaraq aktiv istifadə olunur və perspektivlidir. Atomun parçalanması və nüvə sintezi enerjisi Fiziki olaraq ehtiyatlar tükənməzdir. Ekoloji fəsadlı olmasına baxmayaraq inkişaf etməkdədir Geotermal enerji Yetərli ehtiyatlıdır.Zəif istifadə olunur. Perspektivlidir. Dənizlərin qabarma və çəkilmələri, okean axınları enerjisi Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. Perspektivlidir. Günəş radiasiyası Praktiki tükənməzdir. Məhdud istifadə olunur. Perspektivlidir. Külək enerjisi Yerli əhəmiyyətlidir və lokal keyfiyyətdə də perspektivlidir. Dünya iqtisadiyyatının sürətli inkişafı, əhalinin sayının artması, texnoloji irəlilə- yişlər və digər dəyişikliklər təbii olaraq enerjiyə və bilavasitə enerji resurslarına olan tələbatı sürətlə artırır. Əgər ilkin enerji resurslarının istehlakı dünyada ümumilikdə 2005-cu ildə təxminən 10537,1 mln. ton n.e olmuşdursa, 2009-cu ildə bu göstərici 11363,2 mln. ton n.e, 2010-cu ildə isə bu rəqəm 12002,4 mln. ton n.e yüksəlmişdir [9]. Beynəlxalq təşkilatların proqnozlarına görə yaxın on ildə ETT-nin inkişafı, əhalinin artımı, istehsalın yüksəlişi, ayrı-ayrı sahələrində texnoloji irəliləyiş, innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat ən azı iki dəfə artacaqdır. Belə inkişaf isə təbii sərvətlərdən optimal istifadəni daha stimullaşdıracaqdır. Ötən müddət ərzində enerji istehsal və istehlak edən regionlar arasında diferensiallaşma və buna uyğun olaraq enerjinin bütün aspektlərində, xüsusi ilə neft-qaz sənayesində xarici ticarətin əhəmiyyəti də artmışdır. Enerji istehsal və istehlakında ən böyük pay sahibi isə inkişaf etmiş ölkələrdir. Xüsusilə hazırda dünyada elektrik və istilik enerjisi istehsalı və istehlakında ABŞ və Çin liderdir [10]. Ənənəvi yanacaq növləri - kömür, neft, qaz, torf, yanan bərk suxurların ehtiyatlarının əhəmiyyətli hissəsi - neft və təbii qaza malik olan ərazilərin 30 faizi, kömürün 50 faizdən çoxu, dünya hidroresursların 12 faizi MDB ölkələrinin ərazisində yerləşir. Bununla yanaşı, göstərilən resursların ümumi ehtiyatının 80 faizi Rusiyanın Şərq rayonlarının payına düşür ki, burada əhalinin 20 faizi yerləşmişdir, 30 faiz isə, Avropa hissəsinin payına düşür ki, burada, əhalinin 80 faizi yerləşmişdir [3] Yanacaq-enerji xammalı əsasında elektrik enerjisi istehsalı dövlətin iqtisadi inkişafına təsir edən əsas amillərdən biri olduğundan ona tələbat daim artır, nəticədə elektrik enerjisinə tələbatın ödənilməsi bir dövlət çərçivəsindən çıxaraq beynəlxalq xarakter alır. Yanacaq-enerji sərvətlərinin dünyada qeyri-bərabər yerləşməsi zəif inkişaf etmiş ölkələrdə bu resursların bolluğu şəklində özünü göstərir və bu da istehlakçılar arasında qeyri mütənasiblik yaradır. Belə olan halda enerji resurslarının mənimsənilməsi əlavə stansiyalar tikmək, bu məhsulu uzaq məsafələrə ötürmək kimi çətinliklər yaradır. Son 30 ildə dünyada təxminən 135 mlrd. ton neft, 145-155 mlrd. ton daş kömür və 1600 trln. m3 təbii qaz yandırılmışdır. Digər tərəfdən dünyada kəşf edilmiş yanacaq-enerji yataqları və istifadəyə verilmiş mədənlər hesabına onların ehtiyatı xeyli artmışdır. Bütün bunlar isə müvafiq dövr ərzində enerji istehlakının 38-40 faiz artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz, daş kömür 28 faizlik çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın xüsusi çəkisi 19 faizdən 27 faizə yüksəlmiş, neft 49 faizdən 40 faizə, daş kömür 30 faizdən 26 faizə enmişdir [10]. Son dövrlərdə enerjidaşıyıcılarının xüsusilə neftin qiymətinin yüksəlməsi də ilkin enerji resurslarından istifadənin artmasının qarşısını ala bilməmiş və elektrik enerjisinə olan tələbat da bu müddət ərzində sürətlə artmışdır. Belə ki, əgər 2000-ci ildə 100 Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu enerji daşıyıcılardan istifadə 9,3 mlrd. ton n.e. təşkil edirdisə bu göstərici 2005-ci ildə 10,5 mlrd. ton n.e., 2009-cu ilə 11,2 mlrd. ton n.e., 2010-cu ildə təxminən 12,1 mlrd. ton n.e. bərabər olmuşdur [11]. Məlum olduğu kimi, milyon illər ərzində yerin təkində əmələ gəlmiş bu sərvətlərin son əsrdə sürətlə tükənməsi yüzlərlə faydalı qazıntının ehtiyatlarının da tükənməsi ilə nəticələnir ki, bunlar da iqtisadi inkişafa, insanların maddi vəziyyətinə, iqtisadi münasibətlərin inkişafına təsir göstərən əsas amillərdir. Bu resurslardan səmərəsiz və kor təbii istifadə həm ekoloji mühitə, həm də yuxarıda sadaladığımız amillərə mənfi təsir edir. Bu resursların işlənməsi və geoloji kəşfiyyat işləri, tullantıların zərərsizləşdirilməsi əlavə xərclər və böyük miqdarda vəsait tələb edir. Yeni yataqların kəşf edilməsinin sürəti mövcud yataqların istifadə sürətini qabaqlamaqla ehtiyatların artımını təmin edir, istismar edilən resursların azalması meylinin sürətlənməsi, onların tükənməsi, müvafiq sərmayə qoyuluşu vasitəsilə yeni enerji resurslarının kəşfini tələb edir və bu da dünyada müvafiq xammal ehtiyatının azalması ilə nəticələnir. 3. Karbohidrogen ehtiyatl
Yüklə 91,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə