Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə4/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

15 


Bütün  təsəvvürlərimiz  arasında  əsas  fərq  intuitiv  və 

mücərrəd  olan  arasındakı  fərqdən  ibarətdir.  Sonuncu, 

təsəvvürlərin  yalnız  bir  sinfini–  anlayışları  əmələ  gətirir:  – 

anlayışlarsa yer üzündə təkcə insanın varidatını təşkil edirlər və 

insanın

 

anlayışlara



 

olan  qabilliyi    ta  əzəldən  onu  bütün 

heyvanlardan fərqləndirən zəka adlandırılır*

1

.



 

Bu  mücərrəd  təsəvvürləri  biz  sonra  xüsusi  olaraq 

araşdıracağıq;    əvvəlcə  isə  yalnız  intuitiv  təsəvvürdən  bəhs 

edəcəyik.  O,  bütün  dünyanı  və  ya  mümkünlük  şərtləri  ilə  birgə 

təcrübənin  məcmusunu  əhatə  edir.  Deyildiyi  kimi,  Kantın  çox 

vacib kəşfi odur ki, məhz bu şərtlər, bu təcrübə formaları, yəni 

onun qavrayışında onun bütün təzahürlərinə eyni dərəcədə xas 

olan  ən  ümumi  olan  şey,–  zaman  və  məkan–  öz-  özlüyündə, 

məzmunundan asılı olmayaraq, təkcə mücərrəd təfəkkürün yox, 

həm  də  bilavasitə  seyrin  predmeti  ola  bilər.  Və  bu  cür  seyr 

təkrar yolu ilə təcrübədən alınmış fantaziya obrazı deyil, amma 

o təcrübədən o qədər müstəqildir ki, əksinə, sonuncunu ondan 

asılı saymaq lazımdır, çünki seyrin onları a priori dərk etdiyi kimi 

məkan və zamanın xassələri hər cür mümkün təcrübə üçün elə 

qanunların  qüvvəsinə  malikdirlər  ki,  o onlara  uyğun  olaraq hər 

yerdə  baş  verməlidir.  Bax  buna  görə  özümün  əsas  qanunu 

barədə  traktatımda,  onlar  xalis  şəkildə  və  məzmundan  kənar 

seyr  edildiyindən,  zaman  və  məkanı  təsəvvürlərin  xüsusi  və 

müstəqil  bir  sinfi  kimi  nəzərdən  keçirirdim.  Və  adı  çəkilən 

ümumi seyr formalarının  Kant tərəfindən kəşf edilmiş xassəsi– 

                                                           

* Kant ağlın bu anlayışını səhv salır; əlavəyə və özümün “Etikanın əsas 

problemləri” (§ 6) əsərimə baxın. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

16 


onların  öz-özlüyündə  və  təcrübədən  asılı  olmayaraq    aşkar 

olması və bütün qanunauyğunluqlarında dərk edilən olmaları,– 

qüsursuzluğu ilə riyaziyyat da buna əsaslanır,– nə qədər mühüm 

olsa da, hər halda onların o xassəsi də heç də daha az mühüm 

deyil  ki,  səbəbiyyət  və  motivləşmə,    təcrübəni  təyin  edən 

təcrübə  və  mühakimələrin  əsaslandırılması  qanunu  olaraq  

təfəkkür burada varlığın əsası adlandırdığım və zamanda– onun 

anlarının  ardıcıllığı,  məkandasa–  onun  bir-birini  sonsuzluğadək 

qarşılıqlı təyin edən hissələrinin vəziyyəti olan tamamilə xüsusi 

bir formada çıxış edirlər. 

Kimə  mənim  giriş  traktatımdan  növlərinin  bütün 

müxtəlifliyində  əsas  qanununun  məzmununun  tam  eyniyyəti 

aydın  oldusa,  o  əmin  olacaqdır  ki,  bu  qanunun  daxili 

mahiyyətinin  dərk  edilməsi  üçün  onun  formalarının  özlüyündə 

məhz ən sadəsinin dərk edilməsi necə vacibdir və bu forma kimi 

biz  zamanı  qəbul  etdik.  Onda  hər  bir  anın  elə  bu  qədər  də  tez 

məhv  olmaq  üçün  özündən  əvvəlkini,  öz  atasını  məhv  edərək 

mövcud  olduğu  kimi;  keçmiş  və  gələcəyin  (məzmunlarının 

nəticələrindən  savayı)  istənilən  yuxugörmə  kimi  puç, 

əhəmiyyətsiz  olduğu  kimi,  indi  isə  bu  və  digəri  arasında  yalnız 

qısa  və  dayanıqsız  sərhəddir,–elə  bu  puçluğu  əsas  qanununun 

bütün  başqa  formalarında  da  görərik  və  anlayarıq  ki,  həm 

məkan,  həm  də  zaman  və  o  da  və  onda  və  zamanda  olan  hər 

şey, yəni səbəblər və motivlərdən irəli gələn hər şey yalnız nisbi 

varlığa  malikdir,  yalnız  onunla  eynicinsli  olan,  yəni  o  da  məhz 

buşəkildə  mövcud  olan  başqası  vasitəsilə  və  onun  üçün 

mövcuddur. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

17 


Bu baxışın məğzi köhnədir: onda Heraklit şeylərin əbədi 

axınından  şikayətini  ifadə  edirdi;  Platon  onun  predmetini 

həmişə oluşan, amma heç vaxt vücuda gəlməyən bir şeyə qədər  

endirirdi:  Spinoza  onu  yeganə  mövcud  olan  və  qərarlaşmış 

ümumvahid  substansiyanın  aksidensiyaları  adlandırırdı;  Bu  cür 

dərk  edilmişi  Kant  özündəşeyin  sadə  təzahürü    olaraq,  qarşı 

qoyurdu, nəhayət hindlilərin qədim  bir  hikməti deyir:  bu  yalan 

örtüyü,  Mayya  fani  adamların  gözlərini  örtür  və  barəsində  nə 

onun  mövcud  olduğunu,  nə  də  mövcud  olmadığını  söyləməyin 

mümkün olmadığı dünyanı görməyə vadar edir; çünki o yuxuya, 

yolçunun qum üzərində uzaqdan su saydığı günəş parıltısına və 

ya  ona  ilan  kimi  görünən  isladılmış  kəndirə  bənzəyir.  (Bu 

müqayisələr  Vedaların  və  Puranaların  saysız  yerlərində 

təkrarlanırlar).  Bu  mütəfəkkirlərin  nəzərdə  tutduqları  və  bəhs 

etdikləri  şey  indi  bizim  tərəfimizdən  əsas  qanununa  tabe  olan 

bir təsəvvür  kimi dünyadan başqa bir şey deyil. 

 

 

§ 4 



Əsas  qanununun  özlüyündə  xalis  zamanda  üzə  çıxan  və 

hər  cür  hesab  və  hesablamanın  ona  əsaslandığı  o  növünü  kim 

dərk  etmişsə,  o  kəs  bununla  birgə  zamanın  da  bütün 

mahiyyətini  dərk  etmişdir.  O  məhz  əsas  qanununun  bu 

növündən başqa bir şey deyil və başqa xassələrə də malik deyil. 

Ardıcıllıq–əsas  qanununun  zamandakı  formasıdır;  ardıcıllıq 

zamanın bütün mahiyyətidir. Daha sonra, əsas qanununu, onun 

sırf  seyr  edilən  məkanda  necə  hökmranlıq  etdiyini  kim  dərk 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə