Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə5/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

18 


etmişsə,  o  bununla  birgə  məkanın  bütün  mahiyyətini  sonacan 

dərk  etmişdir,  çünki  sonuncu  bütünlüklə  onun  hissələrinin  bir-

birini  vəziyyət  adlanan  təyinetmələri  imkanıdır.  Sonuncunun 

ətraflı araşdırılması və buradan irəli gələn nəticələrin mücərrəd 

anlayışlara  keçirilməsi  (daha  rahat  istifadə  üçün)  bütün 

həndəsənin  məzmununu  təşkil  edir.  Eynilə  bu  cür,  kimsə    əsas 

qanununun  adı  çəkilən  formalarının    məzmunu  (zaman  və 

məkan),  onların  qavranıla  bilənliyi,  yəni  materiya  üzərində 

hökmranlıq  edən  növünü  dərk  etmişsə,  –o  kəs  bununla  birgə 

özlüyündə  materiyanın  bütün  məğzini  dərk  etmişdir,  çünki 

sonuncu büsbütün səbəbiyyətdən başqa bir şey deyil, buna isə 

predmetin  məğzinə  varınca  bilavasitə  hər  kəs  əmin  ola  bilər. 

Materiyanın  varlığı–onun  hərəkətidir,  onun  başqa  cür  varlığını 

ağla  belə  gətirmək  olmaz.  Yalnız  hərəkət  edərək  o,  məkan 

zamanı  doldurur;  onun  bilavasitə  obyektə  (özü  də  materiya 

olan)  təsiri  onun  təkcə  onda  mövcud  olduğu  seyri  şərtləndirir; 

hər  bir  başqa  maddi  obyektin  digərinə  təsirinin  nəticəsi  məhz 

ona  görə  dərk  edilir  ki,  sonuncu  indi  əvvəlkindən  başqa  bir 

şəkildə bilavasitə obyektə təsir edir və adı çəkilən nəticə məhz 

bundadır. Beləliklə, səbəb və təsir–materiyanın bütün mahiyyəi 

də  bundadır:  onun  təsiri–onun  varlığıdır  (bu  barədə  müfəssəl 

əsas  qanunu  barədə  traktatda,  §                21-ə  bax).  Ona  görə  ən 

yüksək  dərəcədə  uğurlu  olaraq  bütün  maddi  olanın  məcmusu 

gerçəklik  adlandırılmışdır* 

HAŞİYƏ*  (“Bu  çox  heyrətamizdir  ki, 

bəzi hallarda sözlərin xassəsi və qədim dilin qaydası  özgə olanı 

olduqca ifadəli vasitələrlə işarələyir” (Seneka, 81-ci məktub)

; bu 

söz  reallıq  sözündən  qat-qat  daha  ifadəlidir** 



HAŞİYƏ 

*(Şopenhauer  burada,  əslində,  alman  dilində  Wirklichkeit 

ifadəsindən bəhs edir, lakin sonuncuya  azərbaycanca gerçəklik 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

19 


sözü  daha  uyğun  gəlir).   

Materiyanın  təsir  etdiyi  şey  yenə  də 

materiyadır: beləliklə, onun bütün varlığı və mahiyyəti onun bir 

hissəsinin başqa hissəsində yaratdığı qanunauyğun dəyişiklikdir, 

odur  ki,  bu  varlıq  və  mahiyyət  yalnız  onun  öz  sərhədləri 

daxilində  qüvvəyə  malik  münasibətə  uyğun  olaraq  tam 

nisbidir,–deməli, tamamilə zamana, məkana oxşardır. 

Amma zaman və məkan, hər biri özlüyündə, materiyasız 

təsəvvür ediləndir, materiya isə onlarsız təsəvvür edilməyəndir. 

Artıq ondan ayrıla bilməyən forma məkanı nəzərdə tutur, bütün 

varlığı  elə  ondan  ibarət  olan  materiya  isə  həmişə  hansısa 

dəyişikliyə, yəni zamanda təyin olmaya aiddir. Məkan və zaman 

materiya  tərəfindən  sadəcə  hər  biri  öz-özlüyündə  nəzərdə 

tutulmur, amma onun mahiyyətini hər ikisinin birləşməsi təşkil 

edir,  çünki,  göstərildiyi  kimi,  onun  mahiyyəti  təsirdən, 

səbəbiyyətdən  ibarətdir.  Bütün  ağlagələn,  saysız  hadisələr  və 

hallar  bir-birini  sıxışdırmayaraq,  bir-birinin  yanında  ola,  yaxud 

həmçinin  bir-birinə  mane  olmadan  sonsuz  zamanda  bir-birinin 

ardınca gələ bilərdilər. Onda onların bir-birinə zəruri münasibəti 

və bu münasibətin qanunu da əsla lazım olmazdı və, deməli, bu 

formalardan  hər  biri  özlüyündə  və  başqası  ilə  əlaqə  olmadan 

mövcud  olduqca  və  öz-özünə  vaqe  olduqca,  məkandakı  bütün 

birgəlik  və  zamandakı  bütün  dəyişikliklər  halında  hələ  heç  bir 

səbəbiyyət  olmazdı,  sonuncu  isə  materiyanın  əsl  mahiyyətini 

təşkil  etdiyindən,  materiya  da  olmazdı.  Səbəbiyyət  qanunu  isə 

yalnız  o  səbəbdən  önəm  və  zərurət  kəsb  edir  ki,  dəyişikliyin 

mahiyyəti  halın  sadə  dəyişməsində  deyil,  məkanın  eyni  bir 

yerində  indi  bir  hal  var,  sonra  isə  başqa  bir  hal  və  eyni  bir 

müəyyən zaman anında burada bir hal var, orada isə başqa bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

20 


zaman 

və 


məkanın 

bir-birini 

məhz 

bu 


qarşılıqlı 

məhdudlaşdırılması,  ona  görə  dəyişiklik  baş  verən  qanuna 

qüvvə  və  bununla  yanaşı  zərurət  verir.  Beləliklə,  səbəbiyyət 

qanunu ilə vəziyyətin tək bir zaman daxilində ardıcıllığı – bu isə 

müəyyən məkana münasibətdə ardıcıllıqdır – və müəyyən yerdə 

bu  vəziyyətin  mövcudluğu  yox,  onların  həmin  yerdə  və 

müəyyən  zamanda  mövcudluğunu  müəyyən  edir.  Dəyişiklik, 

yəni  səbəbiyyət  qanunu  üzrə  baş  vermiş  dəyişmə,  həmişə 

məkanın  müəyyən  hissəsinə  və  zamanın  müəyyən  hissəsinə 

dərhal və əlaqədar olaraq aiddir. Buna görə səbəbiyyət məkanı 

zamanla  birləşdirir.  Lakin  biz  müəyyən  etdik  ki,  materiyanın 

bütün  mahiyyəti  hərəkətdə,  yəni  səbəbiyyətdədir  və  deməli, 

məkan və zaman onda birləşməlidir, yəni materiya özündə bəri 

başdan  həm  zamanın,  həm  də  məkanın  xüsusiyyətlərini 

daşımalı  (onlar  biri-biri  ilə  hər  necə  mübarizə  aparsalar  da),  o, 

onların  hər  birində  ayrılıqda  özü-özünə  mümkün  olmayan  şeyi 

özündə  birləşdirməlidir:  yəni  zamanın  fəal  dəyişkənliyini  və 

məkanın  durğun,  dəyişməz  sabitliyini.  Bax  elə  bu  səbəbdəndir 

ki,  o,  hər  şeydən  əvvəl  eyni  zamanda  mövcud  olmanı  öz 

arxasınca  apara bilmişdir.  Bu  isə  nə  yanaşılığı  bilməyən  tək  bir 

zamanda,  nə  də  əvvəlləri,  sonranı  və  ya  indini  bilməyən  yalnız 

məkanda  ola  bilərdi.  Bir  çox  halların  eyni  zamanda  mövcud 



olması isə, doğrusunu desək, gerçəkliyin mahiyyətini təşkil edir, 

çünki  yalnız  onun  vasitəsilə  yaşama  mümkün  olur  və  o,  yalnız 

yaşayanla  yanaşı  mövcud  olanın  dəyişikliyini  qəbul  edir.  Lakin 

digər  tərəfdən,  yalnız  növbədə  olanın  sayəsində  sonuncu 

dəyişiklik  xarakterini,  yəni  substansiyanın,  başqa  sözlə, 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə