Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə7/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   2   3   4   5   6   7   8   9   10   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

24 


necə  seyrə  alışdığını,  bir  çox  hissi  fenomenlərin  -  iki  gözlə  adi 

görmə qabiliyyəti,  çəpgözlük  və  ya  biri-birinin ardınca  dayanan 

və  eyni  vaxtda  gözlə  dərk  edilən  əşyaların  iki  görünməsinin  və 

hiss orqanlarında qəfil dəyişiklikdən yaranan cürbəcür xəyalların 

izahının açarının yalnız bunda olmasını mən artıq göstərmişəm. 

Lakin  mən  bu  mühüm  məsələni  daha  dərindən  və  təfsilatı  ilə 

əsas qanunu haqqında traktatımın ikinci nəşrində şərh etmişəm 

(§  21).  Orada  deyilənlərin  hamısı  burada  yerinə  düşərdi  və 

əslində  burada  təkrarlanmalı  idi,  lakin  məndə  necə  ki, 

başqalarından,  eləcə  də  özüm-özümdən  köçürmək  ikrah 

doğurduğu,  bundan  savayı  mənim  bunu  orada  edildiyindən 

daha  yaxşı  şərh  etmək  qüdrətində  olmadığım  üçün,  burada 

təkrar  olunmaq  əvəzinə  adı  çəkilən  əsərə  baxmağı  tövsiyə 

edirəm, güman edirəm ki, bu əsər kifayət qədər məşhurdur. 

Uşaqlar  və  cərrahiyyə  əməliyyatına  məruz  qalmış, 

anadan kor doğulanlar görməyi necə öyrənirlər; dərk ediləni iki 

gözlə,  ikiqat  çox  görmə;  hiss  orqanlarının  adi  vəziyyətlərindən 

yerdəyişməsi  zamanı  ikiqat  görmə  və  dərk  etmə;  obyektlərin 

obrazları  gözdə  pozulduğu  halda,  onların  düz  peyda  olması; 

gözlərin  fəaliyyətinin  yalnız  daxili  funksiyasını,  tamamilə  əks 

qütblərə  bölünməsini  təşkil  edən  rənglərin  xarici  əşyalara 

keçməsi;  nəhayət  stereoskop–  bütün  bunlar  onun  sabit  və 

təkzibedilməz sübutudur ki, hər bir seyr təkcə sensual yox, həm 

də  əqlidir,  yəni  hərəkətdən  səbəbin  sırf  düşüncəli  dərkidir  və 

deməli  səbəbiyyət  qanununu  nəzərdə  tutur,  o  qanunu  ki,  hər 

bir seyr, o cümlədən də təcrübə özünün ilkin imkanları ilə onun 

dərk  edilməsindən  asılıdır,  daha  əksinə  yox,  yəni  səbəbiyyət 

qanununun dərk  edilməsi,  Yumun  skeptisizmi  iddia  etdiyi  kimi, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

25 


təkcə  bu  mülahizələrlə  təkzib  edilən  təcrübədən  asılı  deyildir. 

Çünki  səbəbiyyətin  dərk  edilməsinin  hər  hansı  təcrübədən 

azadlığı,  yəni  onun  a  prior  olması  yalnız  hər  bir  təcrübənin 

ondan  asılılığından  çıxarıla  bilər,  bunu  isə,  öz  növbəsində, 

burada  göstərilmiş  üsulla  (indicə  adı  çəkilmiş  yerlərdə  bəyan 

edilmiş)  sadəcə  aşağıdakıları  sübuta  yetirməklə  etmək  olar: 

səbəbiyyətin dərk edilməsi seyrdə, ümumiyyətlə, mövcuddur və 

hər bir təcrübə bu  sahəyə  salınmışdır,  yəni  o  (seyr)  bütünlüklə 

özünün  təcrübəyə  münasibətində  apriordur,  onun  tərəfindən 

şərt kimi nəzərdə tutulur, daha onu nəzərdə tutmur. Lakin bunu 

Kantın  etməyə  çalışdığı  və  mənim  əsas  qanunu  haqqında  öz 

traktatımın 23-cü paraqrafında tənqidə məruz qoyduğum üsulla 

sübut etmək mümkün deyil. 

 

§ 5 



Lakin  böyük  anlaşılmazlıqdan  çəkinmək  lazımdır,  ona 

görə  ki,  guya  seyr  səbəbiyyəti  dərk  etmək  vasitəsilə  baş  verir, 

obyekt və subyekt arasında səbəb və hərəkət münasibəti vardır; 

əksinə,  belə  münasibət  həmişə  yalnız  bilavasitə  və  vasitəli 

obyekt  arasında,  yəni  həmişə  yalnız  obyektlər  arasında 

mövcuddur.  Xarici  aləmin  gerçəkliyi  barədə  mənasız  mübahisə 

məhz  bu  qeyri-düzgün  ehtimala  əsaslanır.  Bu  mübahisədə 

doqmatizm  və  skeptisizm  bir-birinə  qarşı  çıxır,  həm  də  birinci 

gah  realizm,  gah  da  idealizm  kimi  çıxış  edir.  Realizm  əşyanı 

səbəb  sayır  və  onun  hərəkətini  subyektin  üzərinə  keçirir.  Fixte 

idealizmi  obyekti  subyektin  hərəkəti  hesab  edir.  Lakin  –  bunu 

yorulmadan təkrar etmək lazımdır – subyekt və obyekt arasında 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

26 


əsas qanununa görə heç bir münasibət olmadığına görə nə bu, 

nə  də  digər  iddia  heç  vaxt  sübut  edilə  bilməzdi  və  skeptisizm 

uğurla  hər  ikisinə  hücum  edərdi.  Çünki  necə  ki,  səbəbiyyət 

qanunu  seyr  və  təcrübənin  şərti  kimi  artıq  öndə  gedir  və buna 

görə  onun  onlardan  dərk  edilməsi  (Yumun  düşündüyü  kimi) 

mümkün deyil, eləcə də obyekt və subyekt artıq birinci şərt kimi 

hər  hansı  dərketmənin  və  deməli,  ümumiyyətlə,  əsas 

qanununun  önündə  gedir,  çünki  sonuncu  yalnız  hər  hansı 

obyektin forması, onun təzahürünün vacib üsuludur; obyekt isə 

həmişə subyekti nəzərdə tutur, bu səbəbdən onların hər ikisinin 

arasında  səbəb  və  nəticə  münasibəti  ola  bilməz.  Əsas  qanunu 

haqqında  traktatımın  vəzifəsi  məhz  bu  qanunun  məzmununu 

istənilən obyektin mühüm forması, yəni hər bir obyektiv varlığın 

ümumi  üsulu  və  obyektə  xas  necə  bir  şey  kimi  təqdim 

etməkdən  ibarətdir,  lakin  obyekt  özlüyündə  hər  yerdə  özünün 

zəruri  korrelyatı  kimi  subyekti  nəzərdə  tutur,  odur  ki,  sonuncu 

həmişə  əsas  qanununun  fəaliyyətindən  kənarda  qalır.  Xarici 

aləmin  reallığı  barədə  mübahisənin  əsasında  adı  çəkilən 

qanunun  subyektə  də  təsirinin  məhz  bu  qeyri-düzgün  şamil 

edilməsi durur; bu anlaşılmazlıqdan çıxış edərək o, heç vaxt özü-

özünü  başa  düşə  bilməzdi.  Bir  tərəfdən  realist  doqmatizm 

təsəvvürü  obyektin  hərəkəti  kimi  qiymətləndirdiyindən,  onları 

təsəvvür  və  obyekt  deyə  ayırmaq  istəyir,  halbuki  onların  hər 

ikisi  eyni  şeydir;  o,  təsəvvürdən  tamamilə  fərqlənən  səbəbi– 

özündə obyekti subyektdən asılı olmayaraq qəbul etmək istəyir, 

bunu  isə  heç  ağla  belə  gətirmək  olmaz,  çünki  obyekt  artıq 

özlüyündə  həmişə  subyekti  nəzərdə  tutur  və  bu  səbəbdən 

həmişə  yalnız  onun  təsəvvürü  olaraq  qalır.  Həmin  yanlış 

fərziyyədən  çıxış  edərək,  skeptisizm  bu  baxışın  əksinə  olaraq 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə