Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

37

Bənna fikirləşdi: «Çarın verdiyi birinci məsləhət karıma 

çatdı. Yoldaşlarımın hər şeyi əllərindən çıxdı, mənim yüküm 

isə salamat qaldı».

Axşam oldu  və ustalar  bir kəndə  çatdılar. Qərara aldı-

lar ki, bir evdə gecələsinlər. Gənc bənna görəndə ki, burada 

qadın cavandır, kişi isə qoca, o buradan çıxdı və başqa evdə 

gecələdi. Hamı yuxuya gedəndən sonra cavan qadın ərinin 

boğazını kəsib, qışqırmağa başladı ki, qonaqlar ərimi öldü-

rüblər. Hiddətlənmiş kənd camaatı bura gələrək hər iki us-

tanı öldürdülər.

«İkinci məsləhət də mənə kömək elədi», - deyə bənna fi-

kirləşdi və yoluna davam etdi.

Tale cavan oğlanı doğma evinə bayram ərəfəsində gəti-

rib çıxartdı.

Bənna addımlarını yavaşıtdı və evindən səs eşitdi. Evdən 

iki səs gəlirdi: qadın və kişi. O, elə bu dəmdə tüfəngini götü-

rüb, pəncərəni nişan aldı. Bu vaxt o, üçüncü barmağın dır-

nağını gördü. Həmin barmaq tətikdə idi. Özünü saxladı, söh-

bətə diqqətlə qulaq asmağa başladı. Bənna bu sözləri eşitdi: 

- Ana, atam nə vaxt qayıdacaq? – deyə gənc dilləndi.

- Tezliklə, oğlum, tezliklə, çar artıq ustaları evlərinə bu-

raxır. Sənin atan da bu günlərdə qayıdacaq, - deyə bənnanın 

arvadının səsi eşidildi.

- Bu da mən! – deyərək bənna sevinclə qışqırdı və otağa 

daxil oldu. Arvadı onun boynuna sarıldı, onun ardınca oğlu 

atasını qucaqladı. Sevincdən sonra özünə gələn arvadı dedi:

- Axı sən yoldan gəlmisən, acsan. O, masaya yemək düz-

mək istədi, bənna qoymadı və dedi ki, çar mənə hədiyyə ola-

raq üç, kömbə verib.

- Bənna kömbəni böldü. Burdan beş yüz qızıl pul tökül-

dü. O biri – ikinci və üçüncü kömbədə də o qədər qızıl pul 

vardı. 



38

xala ava və xoruzcuğaz

(Darqi xalq nağılı)

Bir  kənddə  Xala  Ava  adlı  qa-

dın yaşayırdı. O, çox kinli, qəzəbli 

idi. Qadın heç kəsi sevmir, hamını 

incidir və söyürdü. Qonşular onun 

həyətinə girməyə belə qorxurdu-

lar.

Bir  gün  Xala  Ava  öz  bağında 



qoz  toplayırdı.  Bu  vaxt  hasarda 

xoruzcuğaz göründü.

-  Mənə  qoz  ver,  Xala  Ava,  – 

deyə o xahiş etdi.

Xala Ava əlindəki ağacı xoruzcuğazın üstünə atdı. O, az 

qala xoruzcuğazın pəncəsini zədələyəcəkdi.

- Əl çək! Vermərəm!

Xoruzcuğaz göz yaşları ilə evə qaçdı. Yolda o, qıyığa rast 

gəldi.

- Sənə nə olub, xoruzcuğaz? Niyə ağlayırsan? – deyə qı-



yıq soruşdu.

- Mən Xala Avadan qoz istədim, o isə mənim üstümə ağac 

atdı.

- Gəl qəzəbli Xala Avanın dərsini verək, - deyə qıyıq dil-



ləndi.

- Biz ona necə dərs verə bilərik? – deyə xoruzcuğaz so-

ruşdu.

- Mən onun nalçasına girərəm, o, ora oturanda onun bə-



dəninə bataram.

Xoruzcuğaz  və  qıyıq  birgə  getdilər.  Onların  qarşısına 

göyərçin çıxdı.

- Dostlar, hara gedirsiniz?

- Gedirik Xala Avanın dərsini verək.



39

- Məni də özünüzlə götürün!

- Sən bizə necə kömək edə bilərsən?

-  Mən  ocaqda  oturaram.  Xala  Ava  odu  üfürəndə  külü 

onun gözlərinə tökərəm.

Xoruzcuğaz, qıyıq və göyərçin birgə getdilər. Onlar bir 

daşa rast gəldilər.

- Möhtərəm dostlar, hara gedirsiniz? – deyə o soruşdu.

- Xala Avanın dərsini verməyə gedirik.

- Məni də özünüzlə götürün!

- Sən bizə necə kömək edə bilərsən?

- Mən qapının yanında uzanaram. Xala Ava evdən çıxan-

da onun kürəyinə zərbə vuraram!

Xoruzcuğaz,  qıyıq,  göyərçin  və  daş  birgə  getdilər.  Nə-

hayət, onlar Xala Avanın daxmasına gəlib çıxdılar.

Xala  Ava  təzəcə  uzanıb  mürgüləyirdi.  O,  xoruldayanda 

qıyıq onun, nalçasında, göyərçin ocaqda, daş isə qapının ağ-

zında yerləşdi.

Xoruzcuğaz qanadlarını çırpdı və səs-küy saldı.

Xala Ava səsi eşidib, hövlnak yerindən qalxdı. O, elə bildi 

ki, pişik şkafa qalxıb.

- Cəhənnəm ol, yaramaz! – deyə o dilləndi.

Xoruzcuğaz  isə  daha  möhkəm  səs  salır  və  qanadlarını 

çırpırdı.

Daxma qaranlıq idi. Xala Ava qərara gəldi ki, odu üfür-

sün. Elə təzəcə ocağa əyilmişdi ki, göyərçin ordan pırıldadı 

və kül Xala Avanın gözlərinə töküldü.

Xala Ava qorxdu və nalçaya oturdu. Qıyıq onun bədəninə 

girdi. Xala Ava qapıya tərəf yollandı. Bux- daş onun kürəyinə 

zərblə dəydi.

Qəzəbli, kinli Xala Ava çox uzaqlara qaçdı. Xoruzcuğaz 

isə çoxlu qoz yığdı, çoxlu yedi, hətta göyərçini də qonaq etdi.

Daş qozları sındırırdı.

Qıyıq isə kənək qozları qabıqdan çıxarırdı.




40

qızıl Başmaq

(Lak xalq nağılı)

Biri vardı, biri yoxdu, bir 

kəndli yaşayırdı. Onun üç oğlu 

vardı. Bir gün kəndli öz tarla-

sına baxmağa getdi və gördü 

ki, bu sahəni at tapdalayıb. O, 

evə  qayıtdı  və  böyük  oğluna 

dedi. 


-Bizim  tarlamız  bir  at 

tərəfindən tapdalanıb. Bu gün 

sən oranın gözətçiliyini etmə-

lisən. 


Böyük  oğul  geçə  tarlaya 

getməkdən qorxdu, hardasa gizləndi və səhərə kimi yatdı. 

Evə qayıdanda ata ondan soruşdu. 

-Necəsən, tarlada nə gördün? 

-Heç nə baş vermədi, - deyə oğul cavab verdi. 

Elə həmin gün ata tarlaya baxmağa getdi və gördü ki, ora 

yenə at tərəfindən tapdalanıb. 

Bu dəfə ata ortancıl oğlunu gözətçilik etməyə göndərdi. 

O da böyük qardaşı kimi hərəkət etdi.

Üçüncü gün ata tarlaya kiçik oğlunu göndərdi. Kiçik oğlu 

öz çeçələ barmağını  kəsdi və üstünə duz tökdü ki, gecə ağ-

rıdan yata bilməsin. O, tarlada gəzişməyə başladı. Bir azdan 

tarlaya iri atlı daxil oldu. Kiçik oğul atın yüyənindən yapışdı. 

Oğlanın əlində qızıl başmaq qaldı, atlı isə yox oldu. Kiçik oğul 

evə qayıdıb hər şeyi atasına danışdı. O çox təəccübləndi. Ki-

çik oğul dedi:

-Ata, mən qızıl başmağın ikinci tayını və onun sahibini 

tapmalıyam. 

Ata oğlunu buraxmaq istəmədi, lakin gənç öz sözünün 



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə