Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

53

- Ata!


O biri tənəyə qalxdı və qışqırdı:

- Ata!


Lakin səs çıxmadı. Onda qız bir ağaca qalxdı və acı-acı 

ağladı.


Bu vaxt buradan canavarlar keçirdi. Onlar qızdan soruş-

dular:


- Ay qız, niyə ağlayırsan?

- Ona görə ağlayıram ki, siz məni yeyə bilərsiniz.

- Biz sənə toxunmarıq, odur, ayı sürüsü gəlir, görürsən? 

Onlar səni yeyə bilərlər.

Bura ayılar gəldi.

- Ay qız sən niyə ağlayırsan?

- Ağlayıram ki, siz məni yeyə bilərsiniz.

- Biz sənə toxunmarıq. Odur, tülkü dəstəsi gəlir. Bax, on-

lar səni yeyə bilərlər, - deyə ayılar bildirdilər.

Tülkülər gəldilər və dedilər:

- Biz səni yemərik. Odur, bax ağ inək Zaza gəlir. O bir buy-

nuzu ilə göyü qazır, o birisi ilə yeri. Bax, qoy o səni yeməsin.

Budur, ağ inək Zaza gəldi və ağacın altında oturub dedi:

- Oh, mən möhkəm yorulmuşam.

Birdən onun üstünə damcı düşdü. O yuxarı baxdı və dedi:

- Yağış yoxdur, damcılar hardan gəlir?

Sonra o yenə də yuxarıya baxdı və nəhayət, ağlayan qızı 

gördü.


- Sən kimsən, mənim balam? – deyə Zaza soruşdu.

- Qorxuram ki, sən məni yeyərsən, - deyə qız cavab verdi.

- Yox, yox, qorxma. Gəl mənimlə gedək.

Onlar çox getdilər, az getdilər, gəlib zirzəmiyə çıxdılar. 

Burada Zaza bir neçə bardaq göstərib dedi:

-  Qızım,  nə  qədər  istəyirsən,  ye  iç,  ancaq  bardaqlara 

toxunma.

Lakin bir gün ağ inək Zaza evdən harasa getdiyi vaxt qız 

barmağını  bir  bardağa  soxdu,  elə  o  anda  barmaq  gümüşü 



54

rəng aldı. Qız qorxdu, daşı götürüb barmağını əzdi, sonra da 

ona sarğı qoydu. Ağ inək Zaza evə gəldi.

- Sənin əlinə nə olub, qızım?

- Heç nə, - deyə qız cavab verdi.

- Göstər görək, mənim balam?

Görəndə ki, barmaq əzikdir, ağ inək Zaza dedi:

- Soyun, qızım mənim, bu bardaqda çim.

Qız soyundu, bardaqda çimdi və o, bütünlüklə gümüşü 

rəngdə oldu.

- İndi isə o biri bardaqda çim.

Qız çimdi və qızılı rəngdə oldu.

- İndi isə əlini mənim sağ qulağıma sal. Qız oradan mis 

və çini bardaqlar, padnoslar, fincanlar, böyük qazanlar, şüşə 

qrafinlər çıxartdı.

- İndi isə sən əlini o biri qulağıma sal.

Qız  oradan  mirvari,  mərcan,  ipək  paltarlar,  şallar,  sarı 

ayaqqabılar, yasəmən çıxartdı.

Sonra ağ inək Zaza qıza qırmızı paltar geyindirdi. Ona 

qənd-şəkər yedizdirdi və qızı xanın oğluna ərə verdi.

O toyda məndə rəqs etdim, yedim, içdim, sonra isə sizin 

yanınıza gəldim. 




55

çoBanın Dostları 

(Kumık xalq nağılı)

Bu əhvalat olub, ya olmayıb, bilinmir ancaq nəql edirlər 

ki, bir şəhərdə kasıb çoban yaşayırdı. Ata ilə oğul çobanlıq 

edir və şəhərdəki mal-qaranı otarırdılar. 

Günlərin birində gənc inəkləri çəməndə otararkən, də-

nizin kənarında, qumun üstündə böyük bir balıq gördü. 

Çoban  yolla  gedən  bir  adamla  atasına  xəbər  göndərdi 

ki, o, qəniməti aparmaq üçün araba ilə dəniz sahilinə gəlsin. 

Özü isə xəncərini çıxarıb balığın üzərinə atıldı. Balıq quyru-

ğunu bulayaraq insan dili ilə rəhm etməyi xahiş etdi, çobana 

yalvardı ki, onu öldürməsin. 

-Məni dənizə at. Çətin məqamda mən sənin köməyinə 

gələrəm. 

-Mən  çətinliyə  düşəndə  səni  neçə  köməyə  çağıra 

bilərəm? –deyə gənc soruşdu. 

Mənim  üzgəçimi  götür.  Lazım  olanda  dənizin  sahilinə 

gəl və üzgəci oda at. O, yanıb qurtarmamış mən sənin yanına 

gələrəm. 

Gəncin  balığa  yazığı  gəldi,  üzgəci  götürüb,  onu  dənizə 

itələdi. 

-Hanı o böyük balıq, oğul, deyə ata uzaqdan qışqırdı. 

O, sevincək araba ilə qənimət dalınca gəlirdi. 

-Balıq çox istəyirdi ki, dənizə qayıtsın. O, məndən kömək 

istədi. Mən ona yardım etdim, -deyə oğul bildirdi. 

Ata oğlunu danladı, söydü, hətta onu döymək istədi. 

Çoban əsəbiləşmiş atasının yanından qaçdı və meşəyə 

gəldi. Burada gəzərkən o, şikayət edici inilti eşitdi. İrəli getdi 

və gördü ki, maralın buynuzu ağacın budaqlarına ilişib. Gənc 

xəncərə əl atanda maral insan kimi dil açıb, dedi:

- Məni öldürmə, ey insan məni burdan xilas et! Sonra yu-

numdan bir az çək və özündə saxla! Çətinliyə düşsən həmin 



56

yunu oda at və mən qarşında olacaq və xidmətində dayana-

cağam. 

Gəncin marala yazığı gəldi. O, heyvanı budaqlardan xilas 



etdi, ondan bir az yun qoparıb, yazığı azadlığa buraxdı. 

Çoban meşədə çox gəzdi, nəhayət talaya gəlib çıxdı. Bu 

vaxt o, gördü ki, tülkü qaçır, onu bir neçə ev iti təqib edir. 

Tülkü bərk yorulmuşdu. O, gəncin ayaqlarına qısıldı:

- Məni öldürmə, xeyirxah insan!  - deyə tülkü ağlamağa 

başladı. Məni bu ov itlərindən xilas elə və quyruğumdan tük 

qopart, lazım olanda mən sənin köməyinə gələrəm. 

Çoban  ov  itlərini  qovdu  və  tülküdən  tük  qoparıb,  onu 

meşəyə  buraxdı. 

O, yoluna davam etdi və böyük bir şəhərə gəlib çatdı. 

- Qonaq qəbul eləməzsiniz? - deyə o, şəhər darvazasının 

yanındakı bir kasıb evin qapısını döydü. 

- Niyə də qəbul etməyək? – deyə qoca ev sahibəsi cavab 

verdi. 


O,  çobanı  masa  arxasına  oturtdu,  onu  yedirtdi,  içirtdi. 

Sonra çoban şəhərə baxmağa çıxdı. 

Bu  şəhər  həm  varlı,  həm  də  geniş  idi.  Burada  çoxlu 

qəşəng binalar, həm də çox möhtəşəm xan sarayı vardı. Qo-

naq geri qayıdıb, qarıdan xan sarayında kimlərin yaşadıqla-

rını soruşdu:

- Oh, yaxşı olar ki, soruşmayasan, oğul! – deyə qarı dərin-

dən köks ötürdü. – Bizim xanın gözünün ağı-qarası bir qızı 

var. Onun şöhrəti bütün əcnəbi ölkələrə yayılıb. Xanın qızı 

çox ağıllı və gözəl, qürurlu və qəddardır. Çoxlu mərd insanlar 

onu nişanlamaq istəyib. Hər birinə o, əmr edir ki, gizlənsin. 

Əgər qız o, adamı tapa bilməsə həmin şəxsə ərə gedəcəkdir. 

-Mən axı qorxaqlardan deyiləm? - Mən də gedim, gözələ 

tamaşa edim! 

-Getmə, oğul, - deyə qarı onu yola gətirməyə çalışdı. –Axı 

sən məni axıra kimi dinləmədin. - Həyatda elə bir adam tapıl-

mayıb ki, ondan gizlənə bilsin. Suyun dibində də olsa, yerin 



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə