Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

57

altında da olsa, həmin adamı qız tapacaq. Onun üstündə nə 

qədər gəncin boynu vurulub. 

- Qəm etmə, xeyirxah qarı! – deyə çoban dilləndi. – Axı 

mən təkcə adi çobanam. Evləndim, evləndim – bunun əhə-

miyyəti yoxdur. Bəlkə, mən xan qızına kələk gəldim. 

O, saraya gəldi və qışqırdı: 

- Ey, böyük xan, mən istəyirəm ağlımı qızının ağlı ilə yox-

layım. 

- Qızım, bu divanəyə cavab ver, - deyə xan buyurdu. 



Xan qızı cavab olaraq qaladan qışqırdı: 

- Elə qizlən ki, mən səni tapa bilməyim, onda mən sə-

ninəm

Lakin, əgər mən səni tapsam, boynun vurulacaq. Bunu 



yadında saxla! 

- Mən neçə dəfə gizlənməliyəm? – deyə çoban soruşdu.

- Üç dəfə! 

- Yaxşı axtar! –deyə gənc dəniz sahilinə tələsdi, üzgəci 

yandırdı. 

Balıq dənizin dərinliyindən üzüb gəldi: 

- Sənə nə lazımdır, cavan oğlan? Sənin qayğın nədir?

O, balıqdan xahiş etdi ki, onu lap uzaqda gizlətsin. Balıq 

ağzını açdı, çobanı uddu, sonra o, dənizin dərinliyinə getdi və 

bədəni ilə quma girdi.

Xan qızı qaladan yuxarı, aşağı, dörd tərəfə baxdı. – Heç 

yanda gənci görmədi. Əgər balıq üzən gəmini görüb ağzını 

açmasaydı qız gənci tapmaya bilərdi. 

- Görürəm, görürəm! Deyə xan qızı sevinərək, əl çaldı. – 

Çıx sən lap dənizin dibində belə məndən gizlənə bilməzsən. 

Çoban balığın ağzından çıxıb, xan qızının qarşısında da-

yandı.

- İkinci dəfə gizlən! – deyə qız əmr etdi. 



Gənc meşəyə gəlib, maralın tükünü yandırdı. Budaqlar 

tərpəndi, səs saldı və elə o anda maral peyda oldu. O dedi:

- De görək, sənə necə kömək edə bilərəm? 



58

Gənc xahiş etdi ki, onu yaxşıca gizlətsin. 

Maral gənci tərkinə aldı və dedi ki, ondan möhkəm ya-

pışsın.


O, külək kimi uçdu. Maral dərələri, dağları aşdı və gəlib, 

dərin bir mağaraya daxil oldu. O, gənci orada gizlətdi özü isə 

bədəni ilə mağaranı örtdü. 

Xan  qızı  yuxarıya,  aşağıya  qaladan  dünyanın  hər  dörd 

tərəfinə baxdı. Əgər milçək gəncin başının üstündə hərlən-

məsəydi və maral qalxıb, onu qovmaq istəməsəydi, xan qızı 

gənci tapmaya bilərdi. 

- Görürəm, görürəm mağaradan çıx! – deyə gözəl qışqır-

dı və sevincindən əl çaldı. – Üçüncü dəfə gizlən!  

Gənc  geniş  düzə  gəldi,  tülkünün  quyruğundan  çəkdiyi 

tükü yandırdı. 

-Xeyirxah insan, sənə necə kömək edə bilərəm, Qayğın 

nədir? – deyə tülkü soruşdu. 

- Öz hiyləgərlik kisəni aç və məni elə gizlət ki, heç kəs 

tapa bilməsin. – deyə gənc cavab verdi. 

Tülkü kürən saqqalı olan tacirə çevrildi, rəngli tumacı 

qoltuğunun altına qoyub, gənci birəyə çevirdi və ona bildirdi 

ki, bağlamada gizlənsin. 

-Mən öz mallarımla xan sarayının qülləsi önündə gəzişə-

cəyəm, - deyə tülkü gəncə  fikrini bildirdi. Xan  qızı qəşəng 

geyinməyi sevdiyi üçün tumaca baxmaq istəyəcək və məni 

yuxarı çağıracaq. Onda sən onun paltarının ətəyinə tullanar-

san. Əgər xan qızı səni tapsa, qoy mənim kürən saqqalımı 

kəssinlər. 

Xan qızı qalada dayanıb, aşağı, yuxarı, dörd tərəfə baxır-

dı. Gənc heç yanda görünmürdü. Bu vaxt o, qalanın ətrafında 

gəzişən taciri gördü. 

- Kimə əla tumac lazımdır? Ay tumac alan! Kim qırmızı, 

göy tumac alar? – deyə tacir qışqırırdı. 

- Tumacını bura gətir! – deyə xan qızı buyurdu.

- Tacir qalaya qalxdı və mallarını xan qızının qabağına 



59

tökdü. Xan qızı tumaclara baxarkən birə qıza hiss elətdirmə-

dən onun paltarının ətəyinə tullandı. 

- Hə, qızım, sən bu adamı görürsənmi? – deyə xan səbir-

siz halda soruşdu? 

- Yox, ata, onu heç yanda görmürəm! – deyə gözəl cavab 

verdi.

- Yaxşı bax, gözəlim! 



Lakin xan qızı nə qədər o yan, bu yana baxsa da, cavanı 

görmədi. 

- Mən onu tapmaq üçün ümüdümü itirmişəm. 

Elə bu vaxt gənc çoban öz əvvəlki görkəmini aldı. 

Məmləkətdə bütün xalq sevindi ki, çoban qəddar xan qı-

zının öhdəsindən gəldi. Toplardan yaylım atəşi açıldı, təbillər 

vuruldu, zurna çalındı, mahnılar oxundu və böyük məclis qu-

ruldu. Burada mən ayı kimi oynadım sonra xalqı oxumaqda, 

şənlik etməkqə qoyub siz balacaların yanına qaçdım ki, bu 

nağılı sizlərə danışım.  




60

qurD HaqqınDa

(Kumık xalq nağılı)

Qoca ac qurd bir gün yol ilə gedirdi və o bir ulağa rast 

gəldi.

- Ulaq, ay ulaq, mən səni yeyəcəyəm, - deyə qurd ona fik-



rini bildirdi, - mən səni yeyəcəyəm.

- Eybi yoxdur, ye, - deyə ulaq cavab verdi. – Amma yemə-

yi əvvəl başdan yox, arxadan başla.  Arxadaki ət daha ləzzətli 

olur.


Qurd ulağın arxasına keçdi. Ulaq ona elə şıllaq atdı ki, 

qurdun bütün dişləri töküldü.

Qurd yoluna davam etdi və o keçiyə rast gəldi. O dedi:

- Keçi, ay keçi, mən səni yeyəcəyəm. Mən səni yeyəcəyəm.

- Yaxşı, ye, - deyə keçi razılaşdı, - qoy əvvəl mən gedim, 

çəpişlərimi yemləyim.

Qurd onu buraxdı, keçi qaçdı və daha qayıtmadı.



61

Qurd yenə də yoluna davam etdi. Onun qarşısına qoyun 

çıxdı.

- Qoyun, qoyun, - deyə qurd ona müraciət etdi. – Mən 



səni yeyəcəyəm.

- Yaxşı, - deyə qoyun cavab verdi, - ancaq gözlə, mən ge-

dim quzularımı əmizdirim.

Qoyun getdi, o da geri qayıtmadı.

Qurd yenə irəlilədi və dəvəyə rast gəldi.

-  Dəvə,  ay  dəvə,  -  deyə  qurd  ona  bildirdi.  –  mən  səni 

yeyəcəyəm.

- Yaxşı, etirazım yoxdur. Gəl otur üstümdə və məni ye, - 

deyə dəvə təklif etdi.

“Hə bunu əldən buraxa bilmərəm” – deyə qurd fikirləşdi 

və dəvənin üstünə çıxdı.

Dəvə qaçmağa başladı.

Qurd qorxdu və istədi ki, dəvəni dişləsin, lakin onun dişi 

yox idi. Dəvə bazara gəldi. Adamlar qurdu görüb, onu dəvə-

nin  üstündən  aşırdılar  və  döyməyə  başladılar.  Qurd  güclə 

adamların əlindən qurtardı. O, hündür körpüyə gəlib çatdı 

və burada gizləndi. Lakin onun quyruğu bayırda qaldığından 

adamlar onu kəsdilər. Qorxudan qurd körpüdən aşdı və o, 

çaydakı iri qayalara dəyərək parçalandı.



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə