Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   ...   16

10

çiyi həyətdə gizlədilmiş əsanı çıxartdı və dedi:

- Get götür!

Əsa dərhal ləzzətli xörəklər gətirdi. 

- Budur sənə lazım olan şey, - deyə qurbağa pıçıldadı. 

Pəhləvanlar yedilər, içdilər, əsanı gizlədib getdilər. 

Bu vaxt qurbağa əsanı axtarıb tapdı, onu götürüb yenə 

də çalaya qayıtdı. Axşam pəhləvanlar qayıtdılar. Onlar yemək 

istəyirdilər, lakin əsanı tapa bilmədilər. 

- Dərdimiz artdı, - deyə onlar öz aralarında söhbətləş-

dilər. 

- Bizim bütün möhtəşəmliyimiz bu əsada idi. 



- İndi biz olduğumuz yerdən çıxmalıyıq? – deyə qurbağa 

dilləndi. Gənclə birgə o çaladan çıxdı və ikisi bütün pəhlə-

vanları öldürdülər.

Bunu eşidən qonşu şəhərin sakinləri çox sevindilər. Bu 

pəhləvanlar şəhərliləri incidir, onlara zülm edirdilər. 

İndi  şəhərlilər  onları  bəladan  xilas  edənlərin  şərəfinə 

bayram  edirdilər.  Şəhərin  xanı  bütün  var-dövlətini  gəncə 

təklif etdi, o isə heç nə götürmədi. 

Əsanı ələ keçirib, kasıb qurbağanın üstünə mindi və üç 

gündən sonra onlar kasıbın qohumlarının yanına qayıtdılar. 

Tezliklə oğlanın arvadı da bura uçub gəldi. Hamı sevindi. Öz 

qohumlarının yanında qonaq olan kasıb və arvadı balaca xal-

çaya minib evə qayıtdılar. 

Gənc əsanı xana verdi, o da kasıbı çoxlu ənamla mükafat-

landırdı. Xan bu gənc ailəni rahat buraxdı. Ər və arvad xoş-

bəxt ömür sürdülər. 




11

canavar, ayı və tülKü

(Avar xalq nağılı)

Ayı, canavar və tülkü bütün yayı mehriban və yaxın dost-

lar kimi yaşadılar. Lakin qış gələndə hər yeri qalın qar örtdü 

və aclıq başlandı.

Ayı çürük ağacların dalınca getdi. Bu vaxt tülkü canavara 

dedi:


- Gəl ayını yeyək.

- Əgər ayı eşitsə ki, bunu sən demisən, o bizim hər iki-

mizi yeyər.

- Əgər sən mənə qulaq assan – deyə tülkü dilləndi, - biz 

ayını aldadıb yeyə bilərik. Indi sən uzan və özünü ölülüyə 

vur. Səni suya atsaq, özünü elə göstər ki, sən dirildin.

Ayı geri qayıtdı. O gördü ki, canavar ölüb. Ayı ağladı və 

dedi:


Bizim yaxın dostumuz öldü.

Tülkü isə onu sakitləşdirib dedi:

Ağlama, mənə məlumdur ki, bu çayın suyu ölünü di-



rildir.

Ayı və tülkü canavarı çaya gətirib onu suya atdılar. Cana-

var “dirildi”. Onda tülkü ayıya dedi:

İcazə ver səni yeyək. Yazda biz səni suya atarıq və sən 



dirilərsən. Buna görə sən iyirmi beş qoyun əldə edərsən.

Ayı razılaşdı. Tülkü və canavar onu yedilər.




12

əKİnçİ BəBİrə necə Dərs verDİ

(Ləzgi xalq nağılı)

Bir kəndin sakinləri meşənin kənarındakı tarlanı şum-

layırdılar.  Torpaq  münbit  idi,  buradan  onlar  bol  məhsul 

toplayırdılar.  Budur,  həmin  yerdə  bir  bəbir  peyda  oldu.  O, 

meşədən çıxaraq burada işləyən əkinçini və onun öküzlərini 

parçaladı. Belə hadisələr bir neçə dəfə təkrarlandı.  Kənddə 

hamı vahimə içində idi. Igid cavanlar bəbiri öldürməyə yol-

landılar. Lakin onlar da heç nə edə bilmədilər.

Deyəsən biz bu bəbirdən yaxa qurtara bilməyəcəyik, 



- deyə ovçular dilləndilər.

Əkinçilər  tarlanı  tərk  etdilər.  Axı  kim  vəhşi  heyvanın 

caynağına  keçmək  istəyər?  Onlar  “ölməkdənsə,  ac  qalmaq 

yaxşıdır”, - dedilər.

Yalnız bir kəndli qorxmadı.

Dayanın,  -  deyə  o,  dilləndi.  –  Mən  bu  bəbirə  dərs 



verərəm!

O,iki öküzünü cütə qoşdu, pişiyini səsləyib, tarlaya yol-

landı.

Qonşular  işi  belə  görüb,  onun  hərəkətinə  təəccüblən-



dilər və bir-birinə dedilər:

Görünür, qonşumuz dəli olub, həyatı onun üçün əziz 



deyil.

Əkinçi isə tarlaya gələrək öküzləri cütdən açdı ki, şumla-

madan qabaq bir az dincəlsinlər. Elə təzəcə bir öküzü açmış-

dı ki, bu anda bəbir meşədən çıxdı, başını qaldırıb fısıldadı, 

bığlarını tərpətdi.  Onu görən öküz qorxaraq qaçdı.

Bu  zaman  o,  pişiyi  gördü.  Bəbir  onu  nəzərdən  keçirib 

təəccüblə soruşdu:

Sən kimsən?



Pişik cavab verdi:

Mən sənin bacın oğlunam. Sən mənim dayımsan.




13

Bəbir pişiyə baxıb dedi:

Düzdür, sən bizim nəsildənsən, gözlərin, qulaqların, 



pəncələrin,  bığların,  quyruğun  bəbirlərdə  olduğu  kimidir. 

Ancaq de görək, sən niyə bu qədər balacasan?

Bu  ona  görədir  ki,  məni  o  insan  ələ  keçirib.  Onun 



əlinə keçsən, sən də mənim kimi kiçilərsən, - deyə pişik ca-

vab verdi.

Deyirsən yəni o, çox güclüdür? – deyə bəbir fınxırdı. 



–  Ondan  qorxmuram!  Indi  mən  onun  öküzlərini  və  özünü 

yeyəcəyəm!

Pişik dedi:

Get, gücünü sına!



Bəbir əkinçinin üstünə atıldı və nərildədi:

Ey insan! Sən mənim bacım oğlunun başına nə oyun 



açmısan? Buna görə mən səni parçalayıb yeyəcəyəm!

Qüdrətli bəbir! – deyə əkinçi sakit tərzdə cavab ver-



di. – Görürəm ki, mən səni qəzəbləndirmişəm, məni bağışla. 

Istəyirəm ki, sənin şikarın çox olsun.

Bəbir təəccübləndi:

Bu, necə ola bilər? – deyə o, soruşdu.



Əkinçi dedi:

Mənim iki öküzüm var. Biri səni görüb, qorxudan qaç-



dı. Sən bu öküzü saxla, mən gedib o biri öküzü tapıb gətirim. 

Onda sən bizim hamımızı yeyərsən.

Mən onu necə saxlaya bilərəm? – deyə bəbir soruşdu.



Gəl səni taxta boyunduruğa bağlayım, - deyə kəndli 

cavab verdi.

Yaxşı, - deyə bəbir razılaşdı və özü başını boyunduru-



ğa keçirdi.

Onun başı boyunduruğa girən kimi əkinçi qayışları möh-

kəm  bərkitdi  və  bəbirin  belinə  qamçı  çəkməyə  başladı.  O, 

qamçını çəkdikçə qışqırırdı:

Tez ol, torpağı şumla!



Bəbir  yerindən  sıçradı,  özünü  ora-bura  atdı,  buradan 


Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə