Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   ...   16

14

yaxasını qurtarmağa çalışdı. Ancaq əkinçi qamçını möhkəm 

endirirdi. Öküz qorxub irəliyə atılır, bəbir isə onunla boyun-

duruğu dartmalı olurdu. Əkinçi elə hey qışqırırdı:

Tez ol, tez ol! Şırımdan çıxma!



Beləliklə, onlar tarlanın yarısını şumladılar. Pişik isə bə-

birin yanınca gedir, ona baxırdı.

Bəbir ehtiyatla pişikdən soruşdu:

Qulaq as, bacı oğlu! Sənin sahibin məni tezmi buraxa-



caq?

O  səni  yəqin  ki,  mənim  kimi  balacalaşandan  sonra 



buraxacaq, - deyə pişik cavab verdi.

Bəbir qorxdu:

Mən onsuz da iki dəfə kiçilmişəm, - deyə o dilləndi. - 



Əgər əkinçi axşama kimi yeri şumlasa, mən səndən də kiçilə 

bilərəm.


O, başını aşağı saldı və boyunduruğu irəli çəkdi.

Nəhayət, axşam oldu. Əkinçi bəbiri biyunduruqdan xilas 

edib dedi:

Indi cəhənnəm ol buradan və bir də mənim gözümə 



görünmə!  Yoxsa  səni  boyunduruğa  qoşub  üç  gün,  üç  gecə 

torpağı şumladaram.

Bəbir meşəyə qaçdı. O, ayaqlarını güclə sürüyürdü. Əl-

dən düşmüş bəbir bir ağacın altında uzandı, dili bayıra çıxdı. 

Qarğalar elə bildilər ki, bəbir ölüb.

Onlar bəbirin üstünə enib onu dimdikləməyə başladılar. 

Yaxşı ki, bəbirin gücü quyruğunu yelləməyə çatdı və onunla 

qarğaları qova bildi.

Bundan  sonra  bəbir  heç  vaxt  tarlaya  yaxın  düşmədi. 

Başqa vəhşi heyvanlara o, həmişə deyərdi:

Insandan uzaqlaşın! O, çox güclü olmasa da, ağıllıdır. 



Insana bizim heç vaxt gücümüz çatmaz.


15

üç Bacı

(Ləzgi xalq nağılı)

Kənddə bir kasıb kişi yaşayırdı. Onun arvadı və üç qızı 

vardı. Günlərin birində arvad öldü. Bu ailənin qonşuluğun-

da bir dul qadın yaşayırdı. O, hər gün kasıb kişinin qızlarını 

evinə çağırar, onların könlünü ələ almağa çalışardı. Ataları 

işdən qayıdanda qızlar deyərdilər:

- Ata, nə olar, bu qadınla evlən də.

Kişi qızların sözünə qulaq asıb, dul qadınla evləndi.

Bir gün ögey ana ərinə dedi:

-  Qızlarını  evdən  qovmasan  mən  sənin  yanından  çıxıb 

gedəcəyəm.

O, ərinə ötkəmliyini elə göstərdi ki, yazıq kişi ona dedi:




16

- Qoy sən deyən olsun, mən bazara kəhrəba almağa ge-

dirəm, sən isə qızları tarlaya göndərərsən.

Ər bazara getdi, kəhrəba alıb tarlaya qayıtdı. Burada o, 

çala qazdı, onun üstünü keçə ilə örtüb, bura kəhrəba mun-

cuqları düzdü. Bir azdan qızlar tarlaya gəldilər.  Onlar atala-

rına yemək gətirmişdilər.

Əziz qızlarım, mən sizə kəhrəba muncuqlar almışam, 



- deyə ata dilləndi. – Tez qaçın, keçənin üstündən onları gö-

türün.


Qızlar sevindilər. Qaçıb muncuqları götürmək istəyəndə 

üçü də çalaya düşdü. Xeyli ağlayıb sızlayandan sonra bacılar-

dan biri dedi:

Qoy mənim əlim belə çevrilsin.



Mənim əlim isə külüng olsun, - deyə o biri bacı dilləndi.

Qoy mənim əlim ling olsun! – deyə üçüncü bildirdi.



Bu vaxt birinin əli belə, o birininki külüngə, üçüncünün-

kü  isə  lingə  çevrildi.  Qızlar  yeri  qazmağa  başladılar.  Onlar 

qazdılar, qazdılar və nəhayət, bir at tövləsinin üstünə gəlib 

çıxdılar.

Bacılar buradan bir dəlik açdılar və gördülər ki, içəridə 

bir at xurma yeyir. Qızlar paltarlarını bir-birinə bənd elədilər 

və böyük bacı aşağı endi. O, atın qabağındakı xurmaları götü-

rüb, bacılarının yanına qayıtdı. Ertəsi gün bura ortancıl bacı 

düşdü. O da böyük bacı kimi etdi.

Bir dəfə şah tövləyə atına baxmağa gəldi.

Bir buna bax! At necə də arıqlayıb! Bu nədən ola bilər?



Şah öz oğullarına dedi:

Çalışın, atın nədən arıqladığını öyrənəsiniz.



Burada ilk pusquda duran böyük oğul oldu. Lakin o, göz-

ləyə bilməyib, yuxuya getdi. Ertəsi gün ortancıl oğul pusqu-

da durdu. O da yuxuya getdi. Üçüncü gün növbə kiçik oğula 

çatdı. Gənc barmağının ucunu çərtdi və üstünə duz tökdü ki, 

ağrıdan yata bilməsin.

Bir  azdan  kiçik  bacı  tövləyə  düşdü.  O,  elə  gözəl  idi  ki, 




17

günəşə deyirdi sən çıxma, mən çıxım, aya deyirdi sən çıxma, 

mən çıxım. Gənc qızı yaxalayıb, atasının yanına apardı. Bura-

da o, kiçik bacının qabağına yemək və su qoydu. Qız bir dili-

mi ağzına qoyur, o birini isə cibinə atırdı. Bunu görüb, gənc 

soruşdu:


Sən niyə belə edirsən?

Qız dedi:

Mən tək deyiləm, bacılarım da var.



Get onları da bura çağır.

Qız gedib bacıları ilə qayıtdı. Şah gözəl qızları görcək qə-

rara aldı ki, oğlanlarını evləndirsin. Yeddi gün, yeddi gecə toy 

oldu.

Sizə kimdən deyək – kiçik bacıdan. Kiçik bacı şahın kiçik 



oğlundan uşaq gözləyirdi.

Uşağı necə doğurlar? – deyə o, bacılarından soruşdu.



Bacılar belə cavab verdilər:

Sən dama çıx və bacanın üstündə otur, biz isə aşağıda 



xəlbir tutarıq.

Kiçik bacı gedib bacanın üstündə oturdu. O, bir oğlan və 

bir qız doğdu. Uşaqların qızılı saçları vardı.

İş elə gətirdi ki, bu vaxt şahın bir iti küçüklədi. Bacılar 

küçükləri götürüb, xəlbirə qoydular, uşaqları isə sandığa qo-

yub, çölə atdılar.

Şah öyrənəndə ki, onun gəlini küçüklər doğub, əmr etdi 

ki, iti öldürsünlər, gəlini isə itin dərisinə bürüyüb qapıya bağ-

lasınlar.

Meşəyə odun yığmağa gedən bir qarı bacıların çölə at-

dıqları  sandığı  tapır.  O,  sevinərək,  onu  evinə  aparır.  Qarı 

sandığı açanda burada iki uşaq görür. O, uşaqları böyüdür. 

Onların yeddi yaşı tamam olanda xəbər yayılır ki, şahın kiçik 

oğlunun toyudur. Qarının qızı və oğlu da toya yollanır. Bunu 

görəndə qarı deyir:

Geri  qayıdanda  özünüzlə  bir  parça  ət  götürərsiniz. 



Onu şahın qapısına bağlanmış itə atarsınız.


Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə