Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   10   ...   16

26

biz  ikimiz də ayaqlarımızı soyunaq və suya girək? Sən mə-

nim belimə min və mən səni çaydan keçirim”. 

Ələsgər sevindi. O, yəqin etdi ki. Əlağa əsl dost  və yol-

daşdır. 

Onlar yenə xeyli yol getdilər və dərin bir mağaraya rast 

gəldilər.  Dostlar  bura  daxil  oldular  və  gördülər  ki,  mağara 

ləl-cavahiratla doludur. Dostlar buradakı var-dövlətə əməl-

li – başlı baxmamış, birdən səslər eşitdilər. Bunlar bir dəstə 

quldur idi. Quldurlar şahın xəzinəsini qarət etmişdilər, indi 

də qəniməti bölməyə hazırlaşırdılar. Onlar hər şeyi böldülər

növbə qızıl tutacağı olan qılınca çatanda möhkəm mübahisə 

başladı və yumruqlar işə düşdü. 

Mübahisənin qızğın çağında Ələsgər bir daş götürüb on-

lara tərəf atdı. Qorxmuş quldurlar fikirləşdilər ki,mağarada 

kabus var və buradan qaçdılar. Ələsgər isə onları qovanda 

dərin bir dərəyə düşdü. “Əgər Əlağa məni burdan çıxarsa, o, 

mənim əsl dostum və qardaşım olacaq, - deyə Ələsgər fikir-

ləşdi. - Əgər,  məni çıxarmasa, mənim axırım çatıb.” 

  Bu vaxt o, eşitdi: 

-Ey, Ələsgər, mən sənə kəndir atıram! 

Əlağa Ələsgəri dərədən çıxardı. 

-Sağ  ol,  qardaş,  -  deyə  Ələsgər  onu  qucaqladı:  -  Ömür 

boyu sənin yaxşılığını unutmaram. 

-Sən niyə mənə öz minnətdarlığını bildirərsən? – deyə 

Əlağa təccübləndi. 

-Düzdür, burada qızıl, qiymətli daşlar  və başqa var- döv-

lət istənilən qədərdir. Əgər mən bunlara sahib olsaydım, şah 

kimi əzəmətli,varlı olardım. Lakim mənə var- dövlət lazım 

deyil, mənə təmiz vicdanım vacibdir. Çörəyini və yolunu mə-

nimlə bölüşəni köməksiz qoyub gedə bilərdimmi? 

Gənclər var- dövlətlə Ələsgərin anasının yanına qayıtdı-

lar. Qarı çox sevindi ki, onun öyüdləri oğlu Ələsgərə kömək 

edib və o, özünə əsl dost tapıb.  




27

tənBəl qız

(Ləzgi xalq nağılı)

Biri vardı, biri yoxdu, bir qarı ilə oğlu vardı. Əkinçiliklə 

dolanan onların təsərrüfatları iki öküzdən ibarət idi. 

Qış  günlərinin  birində  könlünə  ət  yemək  düşən  qarı 

dedi: 

-Oğlum, gəl bu öküzlərdən birini kəsək. 



Oğlu anasının bu sözündən kədərləndi:  

-Ay ana, əgər öküzün birini kəssək, tarlanı neçə şumla-




28

yacayıq? 

-Məgər biz yaza kimi bir öküz ala bilməyəcəyik? –deyə 

ana oğlunu sakitləşdirdi. 

Oğul anasının sözündən çıxa bilmədi, öküzü kəsdi, qarı 

isə ətdən bütün qışı müxtəlif  dadlı yeməklər bişirdi. Yaz gəl-

di, qonşular şuma çıxdılar, qarı ilə oğlunun isə öküz almağa 

pulları olmadı. 

-Qonşular tarladadır. Bizim də ora getmək vaxtımızdır! – 

deyə oğlu dillənəndə qarı etiraz edə bilmədi. 

Onlar xışla və tək öküzlə tarlaya yollandılar.

Oğul  öküzü  sol  tərəfdən  qoşquya  qoşdu,  özü  isə  sağ 

tərəfə keçib tarlanı şumlamağa başladı. 

Əyanları  və  nökərləri  ilə  ova  çıxan  xan  bu  qeyri  –  adi 

qoşqunu görüb oğlandan soruşdu:

-Niyə qoşquya öküz əvəzinə özun qoşulmusan?

O isə cavab verdi: 

-Bizim iki öküzümüz vardı, qışda anam xahiş etdi ki, bi-

rini kəsim. Sonra isə pulumuz olmadı ki, yenisini alaq. Ona 

görə də xışa öküz əvəzinə özüm qoşulmuşam.

-Qulaq as, - deyə xan dilləndi.  

-Dağdakı otlağımda vəhşi  və tənbəl bir öküzüm var. Bu 

vaxta kimi heç kəs ona boyunduruq keçirə bilməyib. Əgər 

bacarsan, onu gətirib xışa qoş.

Gənc əkinçi sevindi, xana təşəkkürünü bildirib dağdakı 

otlağa yolladı.

Öküz  dırnaqları  ilə  yeri  eşir,  buynuzları  ilə  hec  kimi 

yaxın buraxmırdı. Lakin oğlan ona kələk gəldi. O, böyük bir 

çala qazdı və öküzü ora qovdu. Çalaya düşən öküz burada 

yeməksiz qalıb gücdən düşdü. Onda gənc onun boynuna ip 

salıb evə gətirdi. Üç gün onu susuz, yeməksiz saxladı. Öküz 

sakitləşəndə oğlan onu xışa qoşdu.

Bu hadisədən bir xeyli vaxt kecdi. Bir gün ova çıxan xan 

gördü ki, gənç əkinçi yaz şumunu həmin vəhşi öküzlə aparır. 

Xan fikrə getdi. Onun gözünün ağı - qarası bir qızı vardı, o da 



29

çox tənbəl idi. Elə tənbəl idi ki, çörəyi də özü yeyə bilmirdi. 

Saraya qayıtdıqdan sonra xan öz vəzirinə dedi: 

-Qızımı tənbəllikdən ancaq o gənç əkinçi xilas edə bilər. 

Vəzir onu anlayıb dərhal atını tarlaya çapdı və xanın de-

diklərini olduğu kimi əkinciyə çatdırdı. 

-Xan istəyir ki,onun qızını sən tənbəllikdən qurtarasan. 

Əgər qızı almaq istəsən, xan etiraz etməyəcək.  

-Yaxşı, elçi göndərərəm! - deyə əkinçi cavab verdi. 

O, evə qayıdanda anasına dedi: 

-Sabah xanın sarayına get.Onun qızını mənim üçün istə. 

-Məgər xan öz yeganə qızını kasıb əkinçiyə verərmi? – 

deyə ana təəccüblə soruşdu. 

-Verər, - deyə oğlu anasını əmin etdi. 

Qarı xanın qəzəbindən qorxsa da, çarəsiz qalıb  saraya 

yollandı: 

-Oğlum məni bura göndərib ki,qızına elçilik edim, - dedi. 

Xan məmuniyyətlə razılığını bildirdi: 

-Qızımı oğluma verərəm. 

Qarı sevinclə evə qayıtdı. 

-Hə, nə oldu, ana? –deyə gənc soruşdu. – Xan səni necə 

qəbul etdi?  

-O, razıdır! – deyə qarı bildirdi. 

Tezliklə gənc əkinçi xan qızı ilə evləndi. 

Toy gününün səhəri oğlan tarlaya getməyə hazırlaşdı.

-Bax  ha, - deyə o, anasına tapşırdı,- nəbadə çörəyi gəli-

nin əlinə verəsən. Çörəyi görünən bir yerə qoy. Çalış özün də 

bu gün evdə olma. Aclıq güc gələndə özü götürüb onu yeyə-

cək. 

Elə də oldu. İşdən sonra ana və oğlu evə qayıdanda gör-



dülər ki, boşqabdakı çörək parçası yoxdur. 

İkinçi gün gənç anasına tapşırdı: 

-İndi isə çörəyi qonaq otağına qoy, yanında qoyun pen-

diri də olsun. 

Qarı oğlunun dediyini yerinə yetirdi və onlar tarlaya get-



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə