Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.

səhifə8/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

30

dilər.


Axşam ana-bala evə çatanda gördülər ki, xan qızı pendir 

çörəyi yeyib. 

Üçüncü gün gənc anasına dedi: 

-Bu gün çörəyi görünən yerdə qoyma.Qoy gəlin onu ax-

tarsın. 

Qarı çörəyi, pendiri, çayı anbara qoydu, özü isə oğlu ilə 

birgə evdən çıxdı. Onlar axşama kimi çöldə oldular. 

Xan qızı yumşaq mütəkkənin üstündə xeyli oturdu, da-

rıxdı və möhkəm acdı. 

“Görünür  bu  adamlar  işləməyənlərə  yemək  vermirlər. 

Gərək işə başlayım. Yoxsa onlar mənə şam yeməyi verməz-

lər...” deyə o, fikirləşib işə başladı. Evi səliqəyə saldı, qabları 

yudu, ocaq qaladı. İşləyərkən anbarda yemək görüb iştahla 

onu yedi. 

Tarladan qayıdan ana bala gördülər ki, ev səliqəyə salı-

nıb, hər yer tər - təmizdir, ocaq qalanıb. Xan  qızı qarıya ya-

xın laşıb onu xalçada oturtdu, altına mütəkkə qoydu. 

O vaxtdan xan qızı tənbəlliyin daşını atdı.O da əri ilə bir-

tarlaya gedir,qayıdan da isə ev işlərini görürdü.

Bir gün xan öz vəziri ilə bərabər kürəkəngilə yollandı. 

Onları hörmətlə qarşıladılar. Kürəkən qaynatasının ayağının 

altında toğlu kəsdi, qarı isə plov dəmlədi.  

Xan qızı bu vaxt səhənglə bulaqdan qayıdırdı. Qız atasını 

görüb çox sevindi. Bir azdan o atasının qulağına pıçıldadı: 

-Ata, ocaqdan kənara sıçrayan közləri görürsənmi? Tez 

ol, onları ocağa at. Burada işləməyənlərə yemək vermirlər. 

Xan təəccübləndi, hec nə deməyib yerdəki közləri ocağa 

atdı. Ev yiyələri qonaqlara necə lazımdır,qulluq etdilər. Xan 

və vəzir xudahafizləşib saraya qayıtdılar. Xan ürəyində çox 

sevinirdi ki, qızı tənbəlliyin daşını atıb və o, xöşbəxtdir. 




31

FalFaraş-axun

(Ləzgi xalq nağılı)

Xatay-Xutay ölkəsi padşahının gözəl bir bağı vardı. Bura-

nı müxtəlif meyvələri olan ağaclar bəzəyirdi. Bağa təkcə bağ-

ban girə bilərdi. Lakin bura Falfaraş-Axun adında bir tülkü 

dadanmışdı. O, qarnını doyurmamış burdan çıxıb getməzdi. 

Bağban qərara gəldi ki, nə olursa-olsun bu heyvanı tutma-

lıdır. Ona görə də tələ qurdu və ona böyük bir tikə quyruq 

qoydu. Tezliklə tülkü bağa gəldi. O, quyruğu görüb çox sevin-

di. “Xöşbəxtlik mənim yanıma öz ayağı ilə gəlib”, - deyə tül-

kü Allaha şükür etdi. Birdən o, fikirləşdi: “Ey Falfaraş-Axun, 

sən kitablarda oxumusan ki, tamahkarlıq bədbəxtlik gətirir. 

Bəlkə bağban bura quyruğu qoyub ki, səni tələyə salsın?”

Tülkü  ayaq  saxladı,  lakin  quyruğa  baxıb  ağzı  sulandı. 

“Mübariz  olan  təhlükədən  qorxmur”  ,  -deyə  Falfaraş-Axun 

fikirləşdi,  -  bu  quyruq  hec  də  mənə  Allah  tərəfindən  gön-

dərilməyib. O, azqala əlini quyruğa vuracaqdı, lakin nəfsini 

saxladı və öz-özünə dedi: “Əgər səbrsiz olub, axmaqlıq et-

sən, məhşər günü adamlar məni nümunə göstərərək deyə-

cəklər:” Sən məşhur tülküdən də səfehsən.

Yaxşı olar ki, bir səfeh axtarım və onunla saziş bağlayım. 

Ona deyərəm ki, quyruq tapmışam, ona yarısını bağışlama-

ğa söz verirəm və onu bura gətirərəm. Əgər o, tələyə düşsə, 

quyruq özümə qalar. Əgər bu, tələ deyilsə, onu ikimiz bölə-

rik. Bəs belə səfehi hardan tapmalı? Falfaraş-Axun fikrə dal-

dı. Birdən onun yadına düşdü ki, atası Baləhməd Axun qədim 

kitabların birində səfehlərin əlamətlərini oxumuşdu. Orada 

belə yazılmışdı: “ Kimin boyu uzun, gözləri rəngbərəng, diş-

ləri  seyrəkdirsə,  kürən  saqqalı  ovcuna  sığmırsa,  o,  səfeh-

dir”.  Bütün bu xüsusiyyətlər Baləhməd-Axunda vardı və o. 

hirslənib, kitabdakı həmin sözlərin üstündən xətt çəkmişdi. 

Görkəmini dəyişməyi qərarlaşdıran Baləhməd –Axun saqqa-

lını ovcuna yığıb, artıq hissəsini oda tutdu.Saqqal alovlandı 

və onun yumruğunu yandırdı. O, yumruğunu açanda bütün 



32

saqqalı yandı. Əgər mən səfeh olmasaydım, saqqalımı yandı-

rardımmı?”-deyə Baləhməd-Axund fikirləşdi və kitabda üs-

tündən xətt çəkdiyini yenidən ora yazdı. Bunu yadına salıb, 

Falfaraş-Axun qərara aldı ki, atasının oxşarını axtarıb tapsın. 

Tülkü bağdan çıxdı və bu vaxt canavara rast gəldi. Tülkü onu 

salamladı: 

-Sən burada nə edirsən? –deyə canavar soruşdu.

Tülkü cavab verdi: 

-Atam ölərkən mənə vəsiyyət edib ki, elə adama qulluq 

göstər ki, sənə oxşayan olsun. O vaxtdan mən onu axtarıram. 

Nəhayət, səni tapdım. Atam Baləhməd-Axuna daha çox sən 

oxşayırsan. İcazə ver, ömrümün qalan hissəsini sənə vicdan-

la xidmət edim. 

-Allah Baləhməd –Axuna rəhmət eləsin. Mən eşitmişəm 

ki, o, çox ağıllı olub və indi mən buna inandım. 

-Atama olan hörmətimə görə, sənə ehtiram göstərəcək,  

səni  bəlalardan qoruyacağam. 

Tülkü canavarın yanında qaldı. Bir neçə gündən sonra o, 

canavara dedi: 

-Mən yağlı quyruq görmüşəm! - İstəsən, onu sənə göstərə 

bilərəm.  

-Gedib onu özün ye, -deyə canavar cavab verdi. Tülkü isə 

dedi: 


-Biz tülkülər bir ay pəhriz saxlayırıq və ət yeyə bilmərik. 

-Onda gedək, -deyə canavar bildirdi və ikisi yola düşdü. 

Tülkü canavarı padşahın bağına gətirdi və quyruq parçasını 

ona göstərdi. Canavar quyruğa yaxınlaşan kimi hər iki pən-

cəsi tələyə düşdü. Tələ bağlandı və quyruq kənara sıçradı. 

Tülkü ləzzətlə quyruğu yeməyə başladı. 

Canavar təəccübləndi: 

-Əzizim, məgər sən pəhriz saxlamırsan? 

Tülkü ona baxıb cavab verdi:  

-Bir göyə bax, orda təzə ay  görünür, deməli mənim pəh-

rizim qurtarıb.

Faltaraş-Axun  quyruğu  yeyib  çıxıb  getdi.  Bağban  bağa 

gələndə tələyə düşmüş canavarı görüb, onu öldürdü.





Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə