Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

33

şamama

(Ləzgi xalq nağılı)

Bir kənddə bir qoca ilə bir qarı yaşayırdı. Onların evində 

iki qız böyüyürdü. Qızlardan biri qarının, o biri qocanın idi. 

Qocanın qızı gözəlliyi, xoş xasiyyəti və zəhmətkeşliyi ilə se-

çilirdi. Qarının qızı isə dalaşqanlığı və tənbəlliyi ilə tanınırdı. 

Qarı doğma qızlını daim əzizləyər, ögey qızına isə göz verib, 

işıq verməzdi.

Bir gün qarı qocaya əmr elədi:

- Qızını hara istəyirsən apar, təki gözüm onu görməsin.

Qoca xurcununa bir şamama qoyub peşman halda qızını 

da götürüb evdən çıxdı. Onlar bir xeyli  yol gedəndən sonra 

kəndin qurtaracağındakı tarlaya çatdılar. Oturub yorğunluq-

larını almaq qərarına gəldilər. Qızının yuxuya getdiyini görən 

qoca şamamanı onun yanında qoyub evə qayıtdı.

Bir azdan qız oyandı. Gördü ki, tarlada tək-tənhadır, ya-

nında isə balaca bir yemiş var. O acı-acı ağladı. Bu vaxt bir 

dəstə qarğa onun başı üstündə dövrə vurmağa başladı.  On-

lar qarıldaşdılar:




34

- De görüm, sən quşcuğazsanmı?

- Hə, mən yazıq quşcuğazam, - deyə qız cavab verdi.

Bu sözləri eşidəndə qarğalar ona toxunmayıb, uçub get-

dilər.

Qız şamama ilə oynamağa başladı. Sonra ona dedi:



- Ah, şirin yemiş, səni yeyim, yeməyim?

Şamama dil açdı:

- Yaxşısı budur, məni yerdə diyirlə.

Qız onun sözünə əməl etdi. Birdən yemişin diyirləndiyi 

yerdə gözəl bir ev ucaldı.

Qız sevindi. Bir azdan o, şamamadan soruşdu:

- Ah şirin yemiş, səni yeyim, yeməyim?

Şamama isə bu dəfə dedi:

- Məni tarla aşağı diyirlət.

Qız onun dediyi kimi elədi. Birdən onun qarşısında bir 

təndir peyda oldu. Onun içində indicə bişmiş çörək var idi. 

Qız ləzzətlə çörəyi yeyib, yenidən şamamanı oynatdı. Bu dəfə 

şamama diyirlənib tarla aşağı getdi və arabaya cevrildi. Ara-

bada nələr yox idi: pal-paltar, süfrə, yorğan- döşək...

Qız onları evə daşıdı, çörəyin üstünü süfrə ilə örtdü. Son-

ra  isə  bəzənib  çölə  çıxdı.  Yenidən  şamamanı  diyirlətdi.  Bu 

dəfə şamama lap uzağa diyirləndi və gözəl bir xalçaya çevril-

di. Elə bu vaxt bir gənc çoban oradan keçirdi. O, sevincək hal-

da xalçanın üstündə oturdu. Xalça o saat göyə qalxdı və uçub 

düz qızın yanında aşağı endi. Çoban qızı görüb heyrətə gəldi:

- Sən kimsən, gözəl qız? – deyə soruşdu.

- Ögey anam məni evdən qovdu, doğma atam məni çöldə 

azdırdı. Bu balaca şamama isə məni aclıqdan və tənhalıqdan 

qurtardı. Üstəlik bu gözəl evi də mənə bağışladı, - deyə qız 

cavab verdi.

Oğlan bir könüldən min könülə qıza aşiq oldu. Onlar ev-

ləndilər, balaca şamamanı isə pəncərənin qabağına qoydular.

O vaxtdan aylar ötdü. Bir dəfə qarı qocaya dedi:

- Get, heç olmasa qızının sümüklərini yığıb gətir.



35

Qoca tarlaya yollandı. Burada gözəl bir ev ucalırdı. İçəri-

dən onun qızı çıxaraq atasını hörmətlə qarşıladı, yedirib-içi-

rib, hədiyyələrlə yola saldı.

Qoca evinə qayıdanda şad və xürrəm idi. O, gördüklərini 

qarıya danışanda qarı qışqırdı:

- Yaramaz qoca, öz qızını ərə vermisən, mənim qızım isə 

evdə qarıyır. Tez ol, mənim qızımı da həmin tarlaya apar!

Qarı qızı üçün şirin kökələr bişirdi və onu qoca ilə yola 

saldı. Qoca isə qızını başqa səmtə apardı. Bir xeyli yol gedən-

dən sonra onlar yorulub dincliklərini almaq üçün oturdular. 

Qız yuxuya gedən kimi qoca evə qayıtdı.

Bir  azdan  qız  oyananda  gördü  ki,  böyük  bir  tarlada 

tək-tənha qalıb. O, ucadan ağlamağa başladı. Səsə bir dəstə 

qarğa uçub gəldi. Onlar qarıldaşıb soruşdular:

- De görüm, sən quşcuğazsanmı?

Qız hirslənib onları əlləri ilə qovmağa başladı:

- Rədd olun, lənətə gəlmiş qarğalar!

Bunu görəndə qarğalar qızı dimdikləməyə başladılar.

Ertəsi gün qarı ərini tarlaya göndərdi:

- Get, gör mənim qızım necə yaşayır. 

Qoca tarlaya çatanda gördü ki, qarının qızının ancaq sü-

mükləri qalıb. O, sümükləri xurcuna yığıb evə gətirdi və ar-

vadının qabağına atdı. Qarı acı-acı ağladı. Lakin artıq gec idi.




36

üç müDrİK məsləHət

(Darqi xalq nağılı)

Nə vaxtsa bir çar böyük şəhər salmaq fikrinə düşür. Bu-

nun üçün o, əmr verir ki, onun ölkəsində olan bütün mahir 

bənna  və  xarratları  toplasınlar.  Onların  arasında  bir  gənc 

bənna da vardı. Bu gənc toy gecəsinin ertəsi günü bura gəl-

mişdi.


Ustalar şəhəri on iki il inşa etdilər. Illər keçdi, işlər ta-

mamlandı  və  ustaları  evə  buraxmağa  başladılar.  Onların 

uzun müddətli əməklərinə mükafat verildi. Hər bir inşaat-

çıya ya pul götürmək, ya da üç müdrik məsləhət almaq tək-

lif olunurdu. Lakin ustalardan heç biri pulun yerinə müdrük 

məsləhət almaq istəmədi. Toyunun səhərisi tikintiyə gələn 

bənna isə bildirdi ki, o həmin üç məsləhəti eşitmək istəyir. 

Onda çar dedi:

- Birinci məsləhət budur:  heç vaxt öz yükünü təsadüfən 

rastlaşdığın adamın atının üstünə qoyma! Ikinci – heç vaxt 

arvadı qoca, əri cavan və ya arvadı cavan, əri qoca olan evdə 

qalma! Üçüncüsü – yadında saxla üçüncü barmağın dırnağı-

na bax, səbirli ol! Hövsələli ol! Sözləri yazılıb, ona riayət elə!

Bundan  başqa  çar  həmin  bənnaya  arpa  unundan  bişi-

rilmiş üç kömbə verdi və dedi ki, onları evə daxil olmamış 

bölməsin.

Budur, gənc o biri iki usta elə evlərinə yola düşdü.

İsti günorta çağı bir atlı onlara çatdı.

- Dostlar, - deyə o, ustaları səslədi, - Gəlin mən sizə kömək 

edim. Öz əşyalarınızı, yükünüzü atımın tərkinə qoyun.

Hər iki bənna öz yüklərini ata qoydular. Həmin atlı qam-

çını ata elə çəkdi ki, at bənnaların yükləri, pul və geyimləri 

ilə götürüldü.

İki usta aldandı, gənc bənna isə həmin atlıya heç nə ver-

mədi.



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə