Dünyada Dəzgahqayırma sənayesi haqqında



Yüklə 177,96 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü177,96 Kb.
#6133


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Dünyada Dəzgahqayırma sənayesi haqqında arayış 



ARAYIŞ 

 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye layihələri  sektorunun 

aparıcı məsləhətçisi Orxan Ağaməhəmmədzadə  

 

 

 

 

BAKI – 2015 


 

MÜNDƏRİCAT 

 

 

Ümumi müddəalar ...................................................................................................... 1 



Dünya dəzgahqayırma sənayesində mövcud vəziyyət ............................................... 2 

Ədəbiyyat.................................................................................................................... 3 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

I.



 

Ümumi müddəalar 

 

Dəzgah nədir? 

Dəzgah  verilmiş  hər  hansı  bir  pəstahı  alətlə  emal  etmək  qabiliyyətinə  malik 

olan  maşınlara  deyilir.  Praktikada  dəzgahlar  materialları  kəsmək,  soyuq  halda  emal 

etmək  və  ya  birləşdirmək  üçün  tətbiq  edilir.  Hissəyə  forma  verilməsi  üçün  dəzgah 

alət  və  pəstah  arasında  kinematik  hərəkəti  yerinə  yetirmək  üçün  ötürmə  sisteminə 

malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkətlə, boş gedişdəki 

hərəkətlər  fərqlənirlər.  Əsas  hərəkət  çox  vaxt  fırlanma  ilə,  köməkçi  hərəkət  isə 

ötürmə ilə xarakterizə olunur. 

Mexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı yonaraq emal 

etməkdən  ibarətdir.  Soyuq  halda  emalda  isə  dəzgah  metalların  təzyiq  altında 

deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların hərəkətli hissələrini bir-biri 

ilə  stabil  birləşdirmək  üçün  çuqundan  və  ya  polimerbetondan  hazırlanmış  ağır 

gövdədən  istifadə  edilir.  Bu  gövdənin  üzərində  bərkidilmiş  yönəldicilər  hərəkətli 

hissələrin yüksək dəqiqliklə və sürətlə hərəkətinə imkan verir. Elektrik mühərrikindən 

verilən fırlanma və ya xətti hərəkəti işçi hissələrə ötürmək üçün ötürmə sistemindən 

istifadə  edilir.  Müasir  dəzgahlarda  ötürmə  sistemində  xətti  mühərriklərdən  geniş 

istifadə olunur. Hal-hazırda ötürmə sistemi ümumi şəkildə CNC idarəetmə sistemi ilə 

idarə  olunur.  Bu  idarəetmə  sistemləri  dəzgahların  kompyuterdən  idarə  edilməsini 

mümkün  edir.  Dəzgahların  növündən  asılı  olaraq  onlar  müxtəlif  konstruksiyalara 

malik olurlar. 

XX əsrin sonuna qədər dəzgahlar klassik konstruksiyaya malik olmuşlar. Yəni 

dəzgahın  gövdəsi  üzərində  hissələr  ardıcıl  olaraq  yığılmışlar.  Son  zamanlar  isə 

parallel  kinematikaya  (Heksapod)  malik  yeni  tipli  dəzgahların  tətbiqi  vüsət 



 

almaqdadır. Bu dəzgahın əvvəlkilərdən fərqi ondadır ki, emal zamanı ümumi hərəkət 



dəzgahın bütün hissələrinin paralel olaraq işdə iştirakı nəticəsində əldə edilir.  

 

 



 

Dəzgahların təsnifatı 

Dəzgahların aşağıdakı növləri vardır: 



Torna dəzgahı; 

Frezləmə dəzgahı; 

Burğulama dəzgahı; 

Üstyonuş dəzgahı; 

İçyonuş dəzgahı; 

İskənələmə dəzgahı; 

Pardaqlama dəzgahı; 

Honalama dəzgahı; 

Cilalama dəzgahı; 

Elektroerrozion dəzgahı; 

Lazer dəzgahı. 

Avtomatlaşdırma dərəcəsinə görə dəzgahlar aşağıdakı qruplara bölünürlər: 



Adi dəzgahlar, burada baş və veriş hərkətlər mühərrik və ötürmənin köməyi ilə əllə 

yerinə yetirilir. 



Avtomat  dəzgahlar,  veriş  hərəkəti  xüsusi  sərt  proqramdaşıyıcılarının  köməyi  ilə 

avtomatik aparılır. 



CNC dəzgahlar, emal prosesi kompyüterdən idarə proqramının köməyi ilə avtomatik 

aparılır. Alətin avtomatik dəyişdirilməsi mümkündür. 



Emal mərkəzi, bir neçə emal növünün inteqrasiyasına, prosesə nəzarətin və pəstahın 

dəyişdirilməsinin avtomatik aparılmasına imkan verir. 




 

Çevik  istehsal  sistemləri  avtomatlaşdırılmış  pəstah  axınına  qoşulmuş  və  istehsalın 

mərkəzləşdirilmiş planlaşdırma sistemi tərəfindən idarə olunur. 

 

 



 

Dəzgahqayırma sənayesi 

Ümumi  maşınqayırmada-  əsas  yeri  dəzgahqayırma  sahəsi  tutur.  Bu  sahə 

maşınqayırma sənayesinin ən qabaqcıl sahəsindən biridir. 

 

  Ümumi  maşınqayırmanın  aparıcı  sahəsi  dəzgahqayırma  hesab  olunur. 



Dəzgahqayırma  müasir  dünyada  elmi-texniki  inkişafı  müəyyən  edir,  yüksək  ixtisaslı 

əmək ehtiyatlarının istifadəsini tələb edir,  ona görə də əsasən sənayecə inkişaf etmiş 

ölkələrin ərazisində yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah istehsalının 75%-i 

Çin,  Almaniya,  Yaponiya,  Cənubi  Koreya,  İtaliya  və  ABŞ-ın  payına  düşür.  2002-ci 

ildə  dünya  dəzgahqayırma  bazarında  dövriyyəyə  görə  liderliyi  Almaniya  (6,73 

mlrd.dol.), Yaponiya (6,37 mlrd.dol.), İtaliya (3,77 mlrd.dol.), Koreya (3,02 mlrd.dol.) 

və  ABŞ  (1,91  mlrd.dol.)  paylaşırdılar.  Dəzgahqayırma  məhsullarının  aparıcı 

ixracatçıları  Almaniya,  Yaponiya,  İtaliya  və  İsveçrədir.  Bu  ölkələrdə  istehsal  olunan 

dəzgahların yarıdan çoxu ixrac olunur. 

 

Dəzgahqayırma  sənaye  müəssisələrinin  istehsal  vasitələri  ilə  təmin  olunmasında 



həlledici  rol  oynayır.  Dünya  bazarında  isə  Avropa  dəzgahqayırma  sənayesi  lider 

mövqe  tutmaqdadır  və  bu  yeri  qorumaq  üçün  fasiləsiz  olaraq  yeni  elmi-texniki 

nailiyyətlərdən istifadə edərək rəqabətqabiliyyətliliyi saxlamalıdır.  

 

Dəzgahqayırma  sənayesi  klassik  tsiklik  inkişaf  tempilə  -  kəskin  qalxma  və 



enmələrlə  fərqənir:  iqtisadi  eniş  başlayan  kimi  dəzgahlara olan  tələbat kəskin şəkildə 

aşağı  düşür.  2002-ci  ildə  dünya  dəzgah  istehsalı  14%  (36,1  mlrd-dan  31  mlrd.-a)  o 

cümlədən, ABŞ-da 33%, Yaponiyada 30%, Almaniyada 12% aşağı düşmüşdür.  



 

 



2005-ci ildə metalemaledici avadanlıq istehsalı 51,8 mlrd. dollara çatmışdır ki, bu 

da 2004-cü ilə nisbətən (45 mlrd. dollar) 14% çoxdur. Həmin ildə liderlik Yaponiya və 

Almaniyaya  məxsusdur  ki,  onların  payına  dünya  istehsalının  45%-i  düşür.  Üçüncü 

yerdə 5 mlrd. dollarlıq istehsalla İtaliyanı qabaqlayan Çin durur.  

 

Beynəlxalq  maşınqayırma  biznesinin  əsasını  təşkil  edən  kooperasiya  və 



ixtisaslaşma  dəzgahqayırma  sahəsində  xüsusən  inkişaf  etmişdir.  Bu  sahə  çox  geniş 

məhsul  çeşidi  ilə  fərqlənir.  Dünyada  35  əsas  dəzgahqayırma  ölkəsinin  100-dən  çox 

müəssisəsində  minlərlə  çeşiddə,  modeldə  dəzgah  və  dəmirçi-press  avadanlıqları 

istehsal olunur. Eyni zamanda İEÖ-in əksəriyyəti metal emal edən avadanlıqlara olan 

tələbatını idxal hesabına ödəyirlər.  

Dəzgahqayırma  məhsullarının  istehsalının  coğrafiyası  getdikcə  genişlənsə  də, 

dünyada  bu  sahənin  təmərküzləşmə  səviyyəsi  çox  yüksəkdir.  Dünya  üzrə  cəmi 

dəzgahlar istehsalında lider olan üç ölkənin ( Çin, Almaniya və Yaponiya) payı 50%-

dən  çoxdur.  Dəzgahqayırma  məhsulları  istehsalında  ən  iri  regionlar  arasında  Asiya 

regionu  liderdir  (dünya  üzrə  istehsalın  təqribən  60%-i,  o  cümlədən  Çinin  payı 

təqribən  30%).  İkinci  yerdə  Qərbi  Avropa  regionudur  (30%-dən  çox,  o  cümlədən 

Almaniyanın  payı  20%-dən  çox).  Şimali  və  Cənubi  Amerikanın  payına  sahə 

məhsulunun  dünya  üzrə  həcminin  təqribən  10%-i  düşür.  Dəzgah  və  avadanlıqların 

dünya bazarında ilkin yerləri həmişə olduğu kimi Almaniya, ABŞ, Yaponiya, İtaliya, 

B.Britaniya,  Fransa  və  digərləri  tutur.  Lakin  hazırda  Çin,  Koreya  Respublikası, 

Taypey (Tayvan) və habelə Braziliya artıq onları çox yaxından təqib edirlər. 

 

 



 

 

 



 

 



 

Dəzgahqayırmanın sənayedə rolu 

Bütün  sənayeləşmiş  ölkələrdə  emal  sənayesinin  əsas  texnoloji  təmin  edicisi 

olan  dəzgahqayırma  sektorunun  mühüm  rolu  vardır.  İnformasiya  texnologiyası 

xaricində  ən  yüksək  əlavə  dəyəri  təmin  etdiyi  bilinən  maşınqayırma  sənayesi 

daxilində yer alan dəzgahqayırma fərqli bir yerə sahibdir. 

İnkişaf  etmiş  ölkələrin  sənayelərinin  bir  növ  onurğasını  təşkil  edən 

dəzgahqayırma,  texnologiya  istehsalında  olan  təsiri  səbəbi  ilə  bir  çox  sektorların 

təkmilləşməsinə birbaşa və ya dolayı olaraq təsir etməkdədir. 

Dəzgahqayırma  sənayesi  sektoru,  avtomobil,  mebel,  gəmiqayırma,  kənd 

təsərrüfatı, müdafiə, qida sənayesi kimi bütün mühüm sahələrdə istehsalat üçün lazım 

olan  istehsal  vasitələrini  təmin  etməklə  bərabər,  eyni  zamanda  tətbiq  etdiyi 

texnologiyalar  sayəsində  bu  sektorların  məhsuldarlığına  da  önəmli  təsir  etməkdədir. 

Hər  hansı  bir  istehsalat  sahəsində  yarana  biləcək  durğunluq,  bu  sahə  üçün  dəzgah 

emal  edən  firmaların  istehsalında  azalmaya  səbəb  olur.  Dünyanın  bir  çox  ölkəsində 

yaşanmış  qlobal  böhranlar  sadəcə  bir  və  ya  bir  neçə  sahəyə  təsir  etməklə 

kifayətlənməmiş, demək olar ki, bütün sahələrdə durğunluğa səbəb olmuşdur.  

 

 



 

 

 



Dəzgahqayırmanın inkişafında texnologiyanın rolu 

Emal sənayesi daxilində texnologiyanın mühüm rolu vardır. Texnologiya ilkin 

olaraq  dəzgahların    hazırlanması  müddətini  və  maya  dəyərini  (məsrəfləri)  azaldır, 

onların  təkmilləşdirilməsini  təmin  edir.  Bu,  əsasən  modelləşdirmə,  simulyasiya, 

prototip istehsalı kimi müasir informasiya texnologiyaları ilə bağlıdır. 



 

Texnologiyanın dəzgah üzərindəki rolu, xüsusilə qanuni tənzimləmələr, bazar 



və istehlakçının dəzgahdan gözləntiləri ilə diqqət mərkəzinə çevrilməkdədir. Bazar və 

istehlakçılar məhsuldan ətraf mühitə uyğun, etibarlılığı yüksək, keyfiyyəti yüksək və 

maya  dəyəri  aşağı  bir  xüsusiyyət  qazanmasını  gözləməkdədirlər.  Yeni  məhsul 

istehsalında  son  10  ildən  bəri  nano  texnologiyalar  da  istifadə  olunur.  Bu 

texnologiyalar çox kiçik ölçüdə dəzgah istehsalına imkan yaratmaqdadır və çox geniş 

tətbiq sahəsi vardır. Dəzgahqayırma sənayesində də gələcək illərdə bu texnologiyalar 

tətbiq olunacaq və istehsalda əhəmiyyətli imkanlar əldə olunacaqdır. 

 

 

Dəzgahqayırmanın inkişafı 

XIX  əsrin  sonunda  texnikanın  ümumi  inkişafı  ilə  əlaqədar  olaraq 

dəzgahqayırma da öz inkişafından geri qalmırdı. 80-ci illərdə Amerika dəzgahlarının 

bütün  Avropanı  bürüdüyü  halda,  on  il  sonra  vəziyyət  artıq  Avropada  fəaliyyət 

göstərən  müəssisələrin  xeyrinə  dəyişməyə  başlayır.  Bu  ərəfədə  Almaniya 

dəzgahqayırma  sənayesi  güclənərək  dünyada  aparıcı  rol  oynayır.  Almaniya 

dəzgahları  1893-cü  ildə  keçirilən  Çikaqo  sərgisində,  1896-ci  ildə  Berlin  sərgisində, 

1900-cü il Paris sərgisində ən çox mükafat qazanaraq dəzgahqayırma sənesində lider 

statusuna nail olmuşdur.  

 

1890-1914-cü  illər,  ümumiyyətlə  maşınqayırmanın  inkişafında  çox  məhsuldar 



bir  dövr  olmuşdur.  Bir  çox  başqa  texniki  nailiyyətlərlə  bərabər,  dəzgahqayırma  və 

texnoloji  proseslərin  inkişafında  da  irəliləyişlər  əldə  edilmişdir.  Bu  baxımdan 

Teylorun  ixtira  etdiyi  alət  poladı  nəinki  texnologiyada,  həmçinin  dəzgahqayırmada 

inkişafı stimullaşdırmışdır.  

 

XIX  əsrin  80-ci  illərinin  sonunda  ən  mühüm  texnoloji  nailiyyətlərdən  biri də, 



çoxşpindelli torna dəzgahlarının tətbiqi idi. Bu dəzgahın formalaşması prosesi bir çox 

müxtəlif məqsədli ixtiraların birgə tətbiqi nəticəsində mümkün olmuşdur. 




 

 



XX  əsrin  əvvəlində  dəzgahqayırmada  edilən  ən  böyük  nailiyyətlərdən  biri  də 

radial  burğu  dəzgahının  ixtirası  idi.  Radial  burğu  dəzgahının  inkişafı  bu 

istiqamətlərdə gedirdi: 

-

 



Statik və dinamik sərtliyin artırılması; 

-

 



Tezkəsən  alət  poladının  tətbiqi  ilə  şərtlənən  yüksək  dövrlər  sayı,  veriş  və 

ötürmə gücünün tətbiqi; 

-

 

Ötürmədə  bəndlərin  sayının  azaldılması  hesabına  faydalı  iş  əmsalının 



yüksəldilməsi; 

-

 



Dövrlər sayı və verişin müxtəlif texnoloji tapşırıqlara uyğunlaşdırılması; 

-

 



Sadə idarə sisteminin tətbiqi. 

 

 



 

Rəqəmli idarəetmə sistemlərinin yaranması 

 

Dəzgahlar üçün idarəolunma informasiyalarının yaddaşa verilməsi formalarının 



axtarışı  öz  başlanğıcını  seriyalı  istehsaldan  götürmüşdür.  Dəzgahların  yüksək 

dəqiqliklə,  təkrar  olunaraq  emal  olunması  üçün  informasiyaların  uzun  müddətli  və 

sadə  şəkildə  saxlanması baxımından  müxtəlif  yaddaş  konseptləri  yaranmışdır. Onlar 

dəzgahların  sazlanmasını  sadələşdirərək  prosesə  nəzarət  işlərini  sexlərdən 

planlaşdırma şöbələrinə keçməyə imkan yaratmışdır. 

 

XX əsrin ortalarında dəzgahların avtomatlaşdırılmış idarə olunmasına ABŞ-da 



daha çox can atılırdı. Burada məqsəd, proses zamanı dəzgahlarda çalışan fəhlələrdən 

asılılığın  azaldılması  və  istehsalın  idarə  olunmasını  mərkəzləşdirməkdən  ibarət  idi. 

Hesablama texnikasının tətbiqi ilə nəhayət ki, dəzgahların idarə olunması üçün yeni 

bir  alət  tapılmış  olur.  Sərt  proqramlarla  işləyən  informasiya  daşıyıcılarına  nisbətən 

yeni yaddaş mexanizminin uğurlu olmasında, həm də idarə olunma informasiyasının 



10 

 

saxlanmasının yeni üsulunun işlənib tətbiq olunması böyük rol oynamışdır. Hissənin 



ümumi emal prosesi formal şəkildə abstrakt təsvirə gətirilərək kodlaşdırılır. 

 

Bu  yeni  konsepti  reallaşdırmaq  üçün  keçən  əsrin  40-cı  illərində  bir  neçə 



rəqəmli idarəetmə prinsipi (NC-Numerical Control) yaradılmışdır. 

 

Hissələrin emalı ilə bağılı prosesi avtomatlaşdırmaq üçün düzəldilmiş rəqəmli 



idarə sistemi, müasir dəzgahlarda tətbiq olunan sistemlər üçün əsas sayılır. 

 

80-ci  illərin  əvvəlində  artıq  NC  sistemlərinə  qarşı  böyük  texnoloji  etibarlılıq 



yaranmışdır.  Bu  texnologiyanın  praktikada  tətbiqindən  alınan  yaxşı  nəticələr,  onun 

haqqında  olan  müsbət  təsəvvürü  daha  möhkəmləndirmişdir.  Bu  dəzgah  tiplərinin 

fərdi və kiçik seriyalı istehsalda iqtisadi səmərəliliyi daha aydın nəzərə çarpırdı. 

 

 



 

Rəqəmli idarəetmə sistemlərinin proqramlaşdırılması 

 

Rəqəmli  idarəetmə  sistemlərinin  əsas  məqsədi  maşınlarda  işçi  hissələrin 

mövqeləşdirilməsinin  idarə  olunmasından  və  nəzarət  edilməsindən  ibarətdir. 

Mövqeləşdirmənin  növündən  asılı  olaraq  mövqe,  xətti  və  kontur  üzrə  idarəetmə 

fərqləndirilir. 

 

Mövqe  idarəetmə  maşının  işçi  hissələrini  verilmiş  nöqtədə  bir-birinə  nisbətən 



mövqeləşdirmək  və  bu  vəziyyətdə  hər  hansı  bir  əməliyyatı  yerinə  yetirməyə  xidmət 

edir. 


Xətti  idarəetmə  emal  şəraitində  baş  verdiyindən  sistemə  böyük  ağırlıq  düşür. 

Dəzgahın hərəkət oxuna paralel hərəkət zamanı alət kəsmədə iştirak edir. 

Bu  iki  idarəetmənin  üstün  cəhəti  onların  sadə  quruluşa  malik  olması  və  ucuz 

başa gəlməsindən ibarətdir. 

Kontur idarəetməsində rəqəmli idarəetmə sistemləri maşının işçi hissəsini eyni 

zamanda üç koordinat oxu boyu verilmiş kontur üzrə hərəkət etdirməyə imkan verir. 




11 

 

Bu 



sistemlər 

nisbətən 

mürəkkəb 

hərəkət 


yerinə 

yetirdiyindən, 

onların 

hazırlanmasında maşının hərəkətini ani bir zamanda hesablayıb, rəqəmli şəkildən real 

hərəkətə  çevirmək  üçün  güclü  hesablama  texnikasına  ehtiyac  yaranır.  Bu  növ 

proqramların  hazırlanması  böyük  zəhmət  tələb  etdiyindən  60-cı  illərdə  ilk  növbədə 

mövqe və xətti idarəetmə sistemləri geniş tətbiq olunur. 

 

Getdikcə  güclü  elektron  hissələrin  idarəetmədə  tətbiqi  nəticəsində  bu 



sistemlərin  məhsuldarlığını  artırmaqla  bərabər,  hesablama  texnikasının  istehsal 

prosesləri,  layihələndirmə,  nəzarətetmə  və  idarəetmədə  tətbiqi  mümkün  olmuşdur. 

Beləliklə,  60-cı  illərin  ortalarında  Adaptiv  Control  (  AC-adaptiv  idarəetmə),  Direct 

Numerical  Control  (DNC-birbaşa  rəqəmli  idarəetmə)  və  Computerized    Numerical 

Control  (CNC-kompyuterlə  rəqəmli  idarəetmə)  sistemləri  yaradılıb  istehsalda  tətbiq 

olunurlar. 

 

1970-ci ildə ilk dəfə tətbiq olunan AC sistemləri əlavə xərclərlə bərabər, proses 



zamanı texniki problemlər yaratdığından praktikada geniş tətbiq tapa bilmir. 

 

Elektronikanın inkişafı nəticəsində hesablama texnikasının gücünün artması bu 



texnikanın,  həm  də  proqramlaşdırmada  tətbiq  olunması  üçün  zəmin  yaratmışdır. 

Bununla dəzgahların birbaşa kompyuterdən idarə olunmasına cəhd edilir. 1971-ci ildə 

nümayiş  etdirilən  CNC  torna  dəzgahı  ilk  mini  kompyuterdən  idarə  olunan  dəzgah 

hesab  olunur.  Minikompyuterlərin  üstünlüyü  ondan  ibarət  idi  ki,  burada  idarəetmə 

sistemi  çevik  olaraq  istənilən  dəzgah  üçün  proqramlaşdırma  yolu  ilə  uyğunlaşdırıla 

bilirdi.  

 

CNC  dəzgahlarının  istifadəsi  bütün  dünyada  geniş  yayılmışdır.  Xüsusilə 



texnologiyanın  inkişafı,  rəqabətin  artması,  zaman  və  xammal  itkisinin  son  dərəcə 

həssas  bir  nöqtəyə  gəlməsi  CNC  dəzgahlarının  dünyada  artmasının  başlıca 

səbəbləridir. 

CNC  (Computer  Numerical  Control)  kompyüterlə  rəqəmli  idarəetmə

 

NC

 



(Numerical

 

Control)  ilə  işləyən



 

dəzgahların  idarə  sisteminin  tərkib  hissəsi  olan 




12 

 

elektronik  qurğuları  işlətmək  üçün  tətbiq  olunur.  CNC  sistemlər  dəzgahlarda  NC 



proqramlarını  onun  mexaniki  hərəkət  edən  hissələrinə  ötürür  və  beləliklə,  rəqəmli 

şəkildə verilmiş informasiya uzlaşdırılmış mexaniki hərəkətə çevrilir. Nəticədə

 

alətin


 

istənilən trayektoriya üzrə hərəkətini təmin etmək mümkün olur

 

1975-ci ildə mikroprosessorların tətbiqi ilə dəzgahların idarə olunmasında yeni 



bir texniki mərhələnin başlanğıcı qoyulur. Cəmi bir neçə millimetr ölçüyə malik kiçik 

mikroprosessorlar minlərlə kiçik tranzistorları özündə cəmləyərək böyük gücə malik 

idilər. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


13 

 

II. Dünya dəzgahqayırma sənayesində mövcud vəziyyət



 

Rəqabətli  dünya  istehsal  bazarında  məhsuldarlığı  artırmaq  ən  aktual 

məsələlərdən  biridir.  Bunun  bir  yolu  yüksək  ixtisaslı  işçi  qüvvəsindən  istifadə 

olunması,  digəri  isə  daha  səmərəli,  yəni  daha  çox  və  keyfiyyətli  məhsul  istehsal 

etmək  qabiliyyətinə  malik  olan  dəzgahlarnan  təchizatdır.  Həqiqətdə,  hər  ikisi  bir 

birini  tamamlayan  anlayışlardır.  Belə  ki,  məhz  ixtisaslı  işçi  qüvvəsi  yüksək 

texnologiyalar  əsasında  fəaliyyət  göstərən  avadanlıqları  istehsal  edir  və  nəticə 

etibarilə  bu  yüksək  həyat  standartlarına  gətirib  çıxarır.  Lakin,  daha  təcrübəli  işçi 

qüvvəsinin  tələb  etdiyi  yüksək  əmək  haqqı  və  faiz  dərəcələrinin  aşağı  olması 

istehsalatda  məhsuldarlığı  artırmaq  üçün  dəzgahlara  investisiya  qoymağa  nəzərən 

daha baha başa gəlir. Buna görə də, hal-hazırda dəzgahqayırma sənayesində lider olan 

ölkələrin  təcrübəsi  bunu  göstərir  ki,  ən  son  texnologiyalara  əsaslanan  avadanlıqlara 

investisiya qoymaq iqtisadi cəhətdən daha səmərəlidir. 

Dünya  dəzgahqayırma  sənayesinin  istehlak  və  istehsalının  95%-i  25  ölkə 

arasında  bölüşdürülmüşdür.  Aşağıdakı  cədvəllərdə  müvafiq  göstəricilər  üzrə  bu 

ölkələr qruplaşdırılmışdır: 



Çin  dünyanın  dəzgahqayırma  sənayesində  ən  çox  paya  malik  olan  ölkədir. 

Ölkədə


 

dəzgahqayırma  üzrə  istehlak  2011-ci  ildən  bəri  3  il  ərzində  40.8  milyard 

dollardan  22  %  azalaraq  2014-cü  ildə  31.7  milyard  dollara  enmişdir.  Buna  səbəb 

ölkədə pul təklifinin son 20 ildə ən aşağı səviyyədə olmasıdır. 

Dəzgahqayırma  sənayesi  üzrə  istehlakda  ikinci  yeri  tutan  Amerikada  2014-cü 

ilə  nəzərən  2015-ci  ildə  istehlakın  əhəmiyyətli  dərəcədə  artaraq  10.4  milyard  dollar 

olması gözlənilir. 

Almaniya  istehlakına  görə  dünya  dəzgahqayırma  sənayesində  üçüncü  yeri 

tutur. Ölkənin pul təklifinin və sənaye istehsalının getdikcə azalmasına görə, son iki 

ildə dəzgah istehlakı nəzərəçarpan dərəcədə aşağı düşmüşdür. 




14 

 

Son  illərdə  dəzgahqayırma  sahəsindəki  göstəriciləri  artım  tempində  olan 



Yaponiya və Cənubi Koreya bu cədvəldə ilk beşliyi tamamlayan ölkələrdir. 2014-cü 

ildə Yaponiyanın dəzgah istehlakı 39.4% yüksələrək dünyada ən yuxarı artım qeydə 

alınarkən, Cənubi Koreyada bu göstərici 13.2% olmuşdur. 

Dəzgahqayırma  sənayesində  istehlaka  görə  əhəmiyyətli  azalma  Hindistan  ve 

Braziliyada müşayiət olunmuşdur. Belə ki, 2011-ci ilde iki ölkə üzrə dəzgah istehlakı 

təxminən 2.5 milyard dollar olmuşdur. Lakin 2014-cü ildə bu rəqəm Hindistanda 1.4 

milyard, Braziliyada isə 1.0 milyard olmuşdur.  

 

 



 

 

 



DƏZGAH İSTEHLAKÇILARI 

 

  

2013 

2014 

Çin 

$31,900.0 

$31,700.0 

Amerika Birləşmiş Ştatları 

$8,048.5 

$8,056.3 

Almaniya 

$7,573.4 

$6,758.2 

Yaponiya 

$3,695.8 

$5,150.2 

Cənubi Koreya 

$4,320.0 

$4,891.0 

    İtaliya 

$2,098.4 

$2,266.9 

 Rusiya 

$2,054.5 

$2,030.2 

Meksika 

$1,924.2 

$1,708.9 

Tayvan 

$1,629.0 

$1,687.0 

 Hindistan 

$1,337.7 

$1,416.5 

Kanada 

$1,342.0 

$1,235.0 

Türkiyə 

$1,261.0 

$1,227.0 

İngiltərə 

$1,077.5 

$1,087.2 

İsveçrə 

$1,126.1 

$1,081.8 

Braziliya 

$1,464.9 

$1,014.6 



15 

 

Fransa 

$1,113.8 

$977.3 


Avstriya 

$734.0 


$663.7 

İspaniya 

$426.1 


$534.8 

Çexiya 

$435.5 


$464.3 

Avstraliya 

$374.7 


$333.0 

Niderland 

$342.5 


$303.9 

Belçika 

$190.4 


$221.2 

Argentina 

$210.0 


$195.7 

Portuqaliya 

$209.6 


$166.5 

İsveç 

$194.2 


$161.3 

Finlandiya 

$121.9 


$115.5 

Danimarka 

$63.0 


$59.6 

Cəm 

$75,268.7 

$75,507.6 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




16 

 

DƏZGAH İSTEHSALÇILARI 

 

 

 



 

 

  



2013 

2014 

Çin 

24,700.0 

23,800.0 

Almaniya 

15,268.7 

12,957.2 

Yaponiya 

11,333.1 

12831.6 

Cənubi Koreya 

5,150.0 


5,631.0 

İtaliya 

5,475.9 


5,074.7 

Amerika Birləşmiş Ştatları 

4,956.1 


4,900.4 

Tayvan 

4,537.0 


4,700.0 

İsveçrə 

3,242.8 


3,111.7 

Avstriya 

1,217.0 


1101.2 

 

İspaniya 

1,285.1 

1,083.0 


İngiltərə 

1,007.1 


931.9 

Türkiyə 

719.0 


722.0 

Fransa 

797.3 


698.9 

Hindistan 

576.0 


645.3 

Çexiya 

697.2 


625.9 

Kanada 

685.0 


571.0 

Niderland 

428.8 


380.5 

Braziliya 

417.5 


280.0 

Belçika 

317.8 


254.0 

Rusiya 

210.9 


234.4 

Finlandiya 

191.8 


170.2 

Meksika 

140.6 


144.0 

Avstraliya 

160.0 


143.4 

İsveç 

163.4 


135.7 

Portuqaliya 

119.2 


102.1 

Danimarka 

49.3 


45.0 

Argentina 

36.2 


37.5 

CƏM 

$83,883.3 

$81,312.6 


17 

 

İdxal göstəriciləri 

Dünya dəzgahqayırma sənayesi idxalatında ilk yeri Çin tutur. Çin 2013-cü ildə 10.1 

milyard  dollar  məhsul  idxal  edərkən,  2014-cü  ildə  idxal  göstəricisi  11.2  milyard 

dollar  səviyyəsinəm  qalxmışdır.  Siyahıda  ikinci  yerdə  Amerika  yer  alır.  Amerikada 

2014-cü ildə dəzgahqayırma sənayesində idxal əvvəlki ilə nisbətən 27 milyon dollar 

azalaraq 5.2 milyard dollar olmuşdur. 

 

2013 

2014 

Çin 

10,100.0 

$11,200.0  

Amerika Birləşmiş Ştatları 

5,268.4 


5,241.5 

Almaniya 

3,012.6 


2,783.5 

Rusiya 

1,922.4 


1,869.1 

Meksika 

1,907.6 


1,655.3 

Cənubi Koreya 

1,386.0 


1,496.0 

İtaliya 

992.2 


1,021.0 

Türkiyə 

1,037.0 


989.0 

Belçika 

857.6 


911.6 

Kanada 

900.0 


902.0 

Braziliya 

1,263.8 


901.2 

İngiltərə 

902.9 


893.1 

Fransa 

982.3 


876.4 

Hindistan 

797.0 


811.1 

Tayvan 

640.0 


740.0 

Yaponiya 

745.1 


715.7 

İsveç 

683.6 


583.4 

Çexiya 

477.0 


507.7 

Avstriya 

461.3 


416.9 

İspaniya 

324.7 


404.8 

Hollandiya 

452.1 


401.1 

Avstraliya 

286.0 


264.9 

İsveç 

288.1 


239.2 

Argentina 

194.6 


166.4 

Portuqaliya 

154.8 


121.6 

Danimarka 

119.2 


108.2 

Finlandiya 

109.6 


97.2 

CƏM 

36,235.9 

36,317.9 


18 

 

İxracat 

Ölkələr  üzrə  dəzgah  ixracatında  statistik  göstəricilərə  görə,  Almaniya  və  Yaponiya 

uzun  muddətdir  ən  çox  dəzgah  ixrac  edən  ölkələrdir.  Dünya  dəzgahqayırma 

sənayesində olduqca yüksək texnologiyaya  malik olan bu iki ölkəni İtaliya, Tayvan, 

Çin  və  İsveçrə  izləyir.  İxracat  sıralamasında  inkişaf  etmiş  ölkələrin  üstünlüyü 

cədvəldən  görülməkdədir.  2014-cü  ildə  dəzgah  ixracatı  əvvəlki  ilə  nisbətən  6.1% 

azalaraq 42.1 milyard dollar olmuşdur.  

  

2013 

2014 

Almaniya 

10,707.9 

8982.5 

Yaponiya 

8,382.9 


8397.1 

İtaliya 

4,369.6 


3828.8 

Tayvan 

3,548.0 


3753 

Çin 

2,900.0 


3300 

İsveçrə 

2,800.3 


2613.3 

Cənubi Koreya 

2216 


2236 

Amerika Birləşmiş Ştatları 

2,176.0 


2085.6 

İspaniya 

1183.7 


953 

Belçika 

985.0 


944.4 

Avstriya 

944.2 


854.5 

İngiltərə 

832.5 


737.8 

Çexiya 

738.7 


669.3 

Fransa 

665.8 


598 

Türkiyə 

495.0 


484 

Hollandiya 

538.4 


477.7 

Kanada 

243 


238 

İsveç 

257.3 


213.6 

Braziliya 

216.4 


166.5 

Finlandiya 

179.5 


151.9 

Danimarka 

105.5 


93.6 

Meksika 

124.1 


90.4 

Avstraliya 

71.3 


75.3 

Rusiya 

78.8 


73.3 

Portuqaliya 

64.4 


57.1 

Hindistan 

35.3 


39.9 

Argentina 

20.8 


8.2 

CƏM 

44,880.4 

42,122.8 


19 

 

Mühəndislik  və  araşdırmanın  sıx  və  zəruri  olduğu  dəzgahqayırma  sənayesi 



iqtisadiyyat daxilində də əhəmiyyətli rol oynayır. Ümumi daxili məhsul içindəki payı 

çox  olmasa  da,  bu  sənaye  sahəsi  hər  zaman  cəlbedici  sənaye  sahəsi  olması 

xüsusiyyətini davam etdirmişdir. 

Dəzgahqayırma  sənayesinin  təkmilləşməsi  emal  sənayesinin  digər  sahələri  ilə 

birbaşa əlaqədədir. Məsələn, qida sənayesi inkişaf etdikcə ehtiyacı olan dəzgahları bu 

sahədən  alaraq,  həm  dəzgahqayırma  sənayesini  daha  da  təkmilləşdirir,  həm  də  bu 

sektordakı  mühəndislik  intizamını  hərəkətə  gətirərək  öz  inkişaf  tempini  artırır.  Bu 

trend digər sahələr üçün də xarakterikdir. 

Dəzgahqayırma  sənayesində  istehsalın  digər  sahələrdən  fərqi,  ümumi  anlayış 

kimi  tanınan  “Araşdırma  və  Təkmilləşdirmə”  (



Research 

and 

Development

tədqiqatlarının  hər  mərhələdə  zəruriliyidir.  Dəzgahlar  və  onların  hissələri 

istehlakçıların (digər sahələr və istifadəçilər) istəyinə və digər  malların çeşidliliyinə 

və  funksiyalarına  görə  dizayn  və  layihə  mərhələsindən  keçər,  yenidən  planlaşdırılar 

və  istehsalata  daxil  olar.  “Araşdırma  və  Təkmilləşdirmə”  (

Research  and  Development

tədqiqatları  dəzgahqayırma  sənayesinin  inkişafında,  təkmilləşdirilməsində  və  bu 

sektorda texnologiyanın yenilənməsində mühüm rol oynayır. 

 

 



 

 

 



 

 

 



 

 



20 

 

Avropa dəzgahqayırma sənayesi 

“CECIMO”nun  (European  Committee  for  the  Cooperation  of  the  Machine 

Tool  Industries)  statistik  rəqəmlərinə  görə,  2013-cü  ildə  Avropa  dəzgahqayırma 

sənayesinin dünya üzrə ümumi istehsaldakı payı 34%-ə yüksəlib. 

Avropa dəzgahqayırma sənayesinin 2012-ci ildə 8%-lik böyüməsinin ardından, 

2013-cü  ildə  də  artım  tempində  kiçik  azalma  müşayiət  olundu.  Avropa  dəzgah 

istehsalçılarının  2011  və  2012-ci  illərdə  ən  nəzərəçarpan  artımı  birbaşa  ixracatla 

bağlıdır.  

Avropa birliyi və Avro zonada böyümənin təkrar başlaması, iqtisadi vəziyyətin 

müsbət  olması  dəzgah  istehlakında  indiyə  qədər  olan  qeyri-müəyyənlikləri  aradan 

qaldıracaq. Son iki ildə Avropada dəzgah istehsalı 22 mlrd. Avrodan çox olmuşdur. 

2008-ci  ildə  Avropanın  dünya  üzrə  istehsalda  ümumi  payı  44%  idi,  lakin  iqtisadi 

böhranla əlaqədar olaraq bu rəqəm 34%-ə enmişdir. 

Avropa dəzgahqayırma  sənayesi dünya  bazarında  hələ də  rəqabətcil  yer  tutur. 

Üstün ixracat potensialı ixracatın 2012-ci ildə 18.8 mlrd. avro, 2013-cü ildə isə 18.3 

mlrd. avro olmasına səbəb olmuşdur. 

 

 



 

Almaniya dəzgahqayırma sənayesi 

Almaniya  dəzgahqayırma  sənayesində  istehsalın  2015-ci  ildə  3%  faiz  artması 

proqnozlaşdırılır.  Çünki  neftin  aşağı  qiyməti  və  avronun  dünya  məzənnəsində 

ucuzlaşması  kapital  investisiyalarını  canlandırır  və  dəzgahlara  olan  tələbatı  artırır. 

2014-cü ildə ölkədə dəzgah istehsalı 2013-cü ilə nəzərən 4% artaraq 15.1 mlrd avro 

olmuşdur. 2013-cü ildə isə bu rəqəm 14.5 mlrd. avro qeydə alınmışdır. 




21 

 

Almaniya  dəzgahqayırma  sənayesi  bütün  dünya  ölkələri  ilə  müqayisədə 



davamlı inkişaf etməkdədir. Dəzgah istehsalının hər il artması mallara olan tələbatın 

həm beynəlxalq bazarda, həm də daxili bazarda yüksək olması ilə əlaqədardır. Son 10 

ildə ölkədə dəzgah istehsalı 2 dəfədən çox artmışdır.  

Dəzgah ixracatı 2013-cü ildə 10.7 mlrd. dollar, 2014-cü ildə isə 9 mlrd. dollar, 

idxalat isə 2013-cü ildə 3 mlrd. dollar, 2014-cü ildə 2.7 mlrd. dollar olmuşdur. 

 

 

 

Rusiya dəzgahqayırma sənayesi 

Rusiya  xammal  resursları  cəhətdən  ən  zəngin  ölkələrdən  biri  olmağına 

baxmayaraq,  sənayenin  bir  çox  sahələrində,  həmçinin  dəzgahqayırma  sənayesində 

yüksək artım tempi müşayiət olunmur.  

Ölkədə dəzgah istehsalı 2010-cu ildə 219 mln. dollar, 2011-ci ildə isə bu rəqəm 

artaraq  263  mln.  dollar  olub.  Bu  göstərici  sonrakı  illərdə  azalaraq  2013-ci  ilə  211 

mln. dollar, 2014-cü ildə isə 234.4 mln. dollar olmuşdur. 

Dəzgahqayırma  sənayesində  ixracat  göstəricisi  2010-cu  ilə  nəzərən  6.5% 

artaraq  2011-ci  ildə  64  mln.  dollar,  2014-cü  ildə  isə  2013-cü  illə  müqayisədə  5% 

azalaraq 73.3 mln. dollar ətrafında müəyyənləşmişdir. Ölkəyə dəzgah idxalı 2010-cu 

ildə 1 mlrd dollar, 2011-ci ildə 1.1 mlrd dollar, 2013-cü ildə 1.9 mlrd dollar, 2014-cü 

ildə isə 1.87 mlrd dollar olmuşdur. 



 

 

 

 


22 

 

Türkiyə dəzgahqayırma sənayesi 

Türkiyədə 

sənayeləşmə 

müddətində 

atılacaq 

addımlarda 

əvvəlcə 


dəzgahqayırma  sənayesinin  yaradılması  vacib  hesab  edilmiş  və  70-ci  illərdə  bu 

istiqamətdə  işlər  görülməyə  başlamışdır.  İlk  əvvəl  dünyanın  iki  mühüm  dəzgah 

istehsal edən ölkəsi ilə müqavilə bağlanaraq dəzgahların bəzi hissələri istisna olmaqla 

digər  bütün  hissələrini  istehsal  edə  biləcək  avadanlıqlarla  təchiz  olunmuş  birgə 

müəssisələrdə  istehsala  başlanmışdır.  Türkiyədə  dəzgahqayırma  sənayesi  xeyli 

inkişaf etmiş, mühüm nailiyyətlər əldə olunmuşdur. 

2009-cu  ildə  441,3  milyon  dollarlıq  dəzgah  istehsalı  Türkiyədə  2010-cu  ildə 

555 mln. dollar, 2011-ci ildə 659.4 mln. dollar, 2012-ci ildə 644 mln. dollar, 2013-cü 

ildə 719 mln. dollar, 2014-cü ildə 722 mln. dollar olmuşdur. 

 

 



 

Türkiyənin dəzgah ixracatı 2004 və 2008-ci il arasında 3.5 dəfə artaraq, 177.6 

mln. dollardan 630.5 mln. dollara çatmışdır. 2009-cu ildə ixracat əhəmiyyətli şəkildə 

azalaraq  379.2    mln.  dollar  olmuşdur.  Daha  sonra  bu  göstərici  artan  tempdə  davaç 

etmiş  və  2013-cü  ildə  585.9  mln.  dollar  olmuşdur.  Dəzgah  idxalatı  göstəricisi  isə 

0

100



200

300


400

500


600

700


800

2008


2009

2010


2011

2012


2013

2014


583.2 

441.3 

555.0 

659.4 

644.2 

719.0 

722.0 

İllər üzrə Dəzgah istehsalı, Türkiyə 


23 

 

2004-cü  ildən  2011-ci  ilə  qədər  sürətlə  artaraq  1.7  mlrd.  dollar  olub.  2014-cü  ildə 



idxalat geriləyərək 1.48 mlrd. dollar, ixracat isə artaraq 592.1 mln. dollara çatıb.  

 

 



 

 

 



 

 

 

Tayvan dəzgahqayırma sənayesi 

 

Tayvan  dünyanın  aparıcı  dəzgah  istehsalçı  ölkələrindən  biridir.  Belə  ki, 



dünyada 7-ci ən çox dəzgah istehsal edən ölkə kimi 2014-cü ildə istehsalı 4.7 milyard 

olmuşdur.  2012-ci  ildə  istehsal  rekord  həddə  çataraq  5  mlrd.  dollar  olmuşdur  ki, 

ölkənin  dəzgah  ixracı  4.2  mlrd.  dollar  dəyərində  qiymətləndirilmişdir.  Ölkədə  500-

dən  çox  dəzgah  istehsalçı  müəssisələrinin  olması    dəzgahqayırma  sənayesinin 

Tayvanda  əsas  sənaye  sahələrindən  biri  olduğunu  önə  çəkir.  Ada  ölkəsi  olan 

177.6 

247.7 

318.3 

500.9 

630.5 

379.2 

417.3 

521.1 

552.2 

585.9 

592.1 

751.4 

946.8 

962.1 

1194.1 

1409.2 

686.0 

931.9 

1701.7 

1520.6 

1494.2 

1483.9 

2004


2005

2006


2007

2008


2009

2010


2011

2012


2013

2014


Dəzgahqayırma 

ixracat


idxalat


24 

 

Tayvanın  dəzgahqayırma  sənayesinin  sürətlə  inkişaf  etməsi  daha  yüksək  keyfiyyətli 



məhsul,  dəyəri  əsasında  qiymətləndirilmə,  operativ  çatdırılma,  qabaqcıl  istehsal 

texnologiyası və müştəri yönümlü xidmətlərlə birbaşa əlaqədardır. Tayvan hökumətı 

müstəsna  yenilik  və  əhəmiyyət  kəsb  edən  “Tayvan  Mükəmməlliyi”  (Taiwan 

Excellence) proqramı çərçivəsində sənayenin inkişafını dəstəkləyir. 

Tayvan  dəzgahqayırma  sənayesi  40  ildən  çox  müddət  ərzində qurulub  hazırkı 

səviyyəyə  çatmışdır.  Dəzgah  hissələri  və  komponentlərinin  inkişaf  etdirilməsinə 

istiqamətlənmiş 

Tayvan  şirkətlərinin  uzun-müddətli  investisiyaları  sənaye 

potensialının  və  texnoloji  təcrübənin  artırılmasına  təkan  verdi.  Son  10  il  ərzində, 

Tayvan  istehsalçıları  ittifaq  formasında  olan  yerli  maşınqayırma  müəssisələrinə 

satışda  olan  asılılığı  azaldaraq  beynəlxalq  bazara  inteqrasiyanı  uğurla  inkişaf 

etdirmişlər.  Dəzgah  istehsalının  75%-i  Çin,  Avropa,  Asiya  və  ABŞ  daxil  omaqla 

digər ölkələrə ixrac olunur.  

Tayvan dəzgahqayırma sənayesinin məhsulları yüksək qiymət səviyyəsinə görə 

yapon və alman texnologiyası ilə, aşağı qiymət göstəricilərinə görə isə Çin sənayesi 

ilə  rəqabət  aparır.  Bazarın  bu  amillərinə  cavab  olaraq,  Tayvan  dəzgah  istehsalçıları 

bazarın  ehtiyaclarını  dəyərləndirir,  məhsul  differensiyası  strategiyalarından  istifadə 

edir və bazar imkanlarına uyğun məhsulları inkişaf etdirir. 

Tayvan  sənayesində  2012-2015-ci  illər  üzrə  ixrac  olunan  dəzgahların 

əksəriyyəti metal kəsən dəzgahlardan, həmçinin qazma maışnlarından ibarətdir. 

Tayvan  dəzgahqayırma  sənayesi  həmçinin  ölkədə  digər  sektorların  da 

inkişafına  kömək  edir,  xüsusilə  informasiya  kommunikasiya  texnologiyaları  və 

elektrik avadanlıqları sənayesinin artımına təkan verir. 

Tayvan  dəzgahqayırmanın  yüksək  artım  tempində  inkişaf  etməsi  dünya 

bazarında  rəqabətcil  üstünlüklərə  sahib  olmasıdır.  Tayvan  dəzgah  istehsalçıları 

alıcılara  məhsulları  yüksək  keyfiyyətdə  və  digər  ölkə  sənaye  məhsullarına  nəzərən 

daha aşağı qiymətdə təklif edir. Digər üstünlüklərdən  biri də müştəri xidmətləridir ki



25 

 

burada  həm  sifarişlərin  qısa  müddət  ərzində  çatdırılması,  həm  də  satış  sonrası 



xidmətlərin göstərilməsi yüksək səviyyədə həyata keçirilir.  

 

 



 

Tayvan dəzgah ixracı 2001 – 2015 

 

 



 

 

Cənubi Koreya dəzgahqayırma sənayesi 



 

Cənubi Koreya dəzgahqayırma sənayesində istehsal 2014-cü ildə 9.3% artaraq 

5.6  mlrd.  dollar  olmuşdur.  NC  kəsmə  dəzgah  istehsalı  11.8%  artmış,  lakin  digər 

dəzgah istehsalı təxminən 20% azalmışdır.  

 

Ölkənin  ixracat  göstəricisi  isə  2014-cü  ildə  0.9%  artaraq  2.2  mlrd.  dollar 



səviyyəsində  müəyyənləşmişdir.  Belə  cüzi  artım  Asiya  bazarlarının  hər  birində, 

həmçinin Hindistan və Tayland sənayesində də qeydə alınmışdır.  

1,357

1,445


1,674

2,251


2,654

2,961


3,465

4,761


1,700

2,960


4,000

5,035


5,971

6,604


7,086

0

1,000



2,000

3,000


4,000

5,000


6,000

7,000


8,000

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

2011 2012(f) 2013(f) 2014(f) 2015(f)




26 

 

NC  kəsmə  dəzgahlarının  ixracatında  artım  4.5%  olaraq  1.48  mlrd.  dollar, 



ümumi  dəzgah  ixracatında  isə  artım  11.6%  olaraq  139  mln.  dollar  olmuşdur.  NC 

dəzgah  qrupuna  aid  olan  NC  torna  dəzgahlarında  710  milyon  dollarlıq  məhsul 

Amerikaya ixrac olunmuşdur. 

Regionlar üzrə qruplaşdırıldıqda, dəzgah ixracatında azalma Asiya ölkələrində 

5.6%  qeydə  alınaraq  1.2  mlrd.  dollar  və  Şimali  Amerika  ölkələrində  7.8%  azalma 

qeydə alınaraq 425 mln. dollar olmuşdur. Lakin Avropa (17.5%) və Latın Amerikası 

(14.8%) ölkələrinə ixracatda əhəmiyyətli dərəcədə artım olmuşdur.  

 

İdxal göstəricisi 2014-cü ildə avtomobil və aero kosmik ehtiyat hissələrinə olan 

investisiyaların  artması,  “Yen”in  məzənnəsinin  davamlı  aşağı  olması  və  ikinci  əl 

maşınların  ixracatında  olan  artım  səbəbi  ilə  7.9%  artaraq  1.5  mlrd.  dollar 

müəyyənləşmişdir. 

NC kəsmə dəzgahlarının və ümumi kəsmə dəzgahlarının idxalı müvafiq olaraq 

9.4% artımla 980 milyon dollar, ikincisi isə 2.2% artımla 225 mln. dollar olmuşdur. 

Cənubi  Koreyaya  dəzgah  idxalında  Asiya  və  Şimali  Amerika  ölkələrinin  payı 

artsa da, Avropa ölkələrinin payı 0.8% azalaraq 486 milyon dollar olmuşdur. 

2015-ci  ildə  Cənubi  Koreya  dəzgahqayırma  sənayesində  istehsal  2014-cü  ilə 

nisbətən  5.3%  artımla  proqnozlaşdırılır.  Daxili  investisiyaların  genişlənməsi,  dünya 

bazarlarına,  xüsusilə  Amerika  və  Avro  zonaya  dəzgah  ixracatının  gözlənilən  artımı 

cari  il  üçün  də  ölkə  dəzgahqayırma  sənayesinin  müsbət  göstəricilərlə 

tamamlanmasından xəbər verir.  

 

 

 



 

 

 




27 

 

Ədəbiyyat siyahısı 

 

http://www.komma.org/komma/eng/Introduction.do



 

http://www.cecimo.eu/site/

 

http://www.gardnerweb.com/cdn/cms/2014wmtocs_SURVEY.pdf



 

http://www.tiad.org/dosyalar/Tiad_SektorRaporu2015.pdf



 

Maşınqayırmanın tarixinə dair (Rezo Əliyev). Dərslik 



Yüklə 177,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə