Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 257,27 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix15.03.2018
ölçüsü257,27 Kb.
#31557
1   2   3   4   5   6

16 noyabr 2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Noyabrın  10-da    Azərbaycan 

Tibb  Universitetinin  (ATU) 

Tədris Terapevtik Klinikasında 

“Təbabətin  aktual  problemləri 

-2015” 

mövzusunda 

elmi-

praktik konfrans keçirildi. 

Tədbirin 

açılışında 

çıxış 


edən 

akademik 

Əhliman 

Əmiraslanov  bu  tip  konfran-

sın artıq ikinci dəfə keçirildiyini 

qeyd etdi. Onun sözlərinə görə, 

Tibb  Universitetində  təbabətin 

aktual problemlərinə həsr olun-

muş  toplantının  ardıcıl  olaraq 

hər  il  keçirilməsi  planlaşdı-

rılıb:  “Konfransda  müzakirə 

olunacaq  mövzuların  hər  biri 

özünəməxsus səviyyədə vacib, 

önəmli  mövzulardır.  İnanıram 

ki,  bu  müzakirələr  informativ 

baxımdan  əhəmiyyətli  olacaq, 

bizə xeyli məlumatlar verəcək”.

Akademik 

Ə.Əmiraslanov 

həm çinin  ölkə­

miz də 

elmin 


inkişafı, 

elmi 


a r a ş d ı r m a l a -

rın 


aparılması 

üçün  hər  cür 

şərait  yaradıldı-

ğını,  bu  sahəyə 

döv lət 

başçısı 


cənab Prezident 

İlham 


Əliyev 

tərəfindən böyük 

diqqət  və  qay-

ğı  göstərildiyini 

qeyd 

etdi. 


Ə.Əmiraslanov 

Azərbaycan 

Milli Elmlər Akademiyasının 70 

illik  yubileyinə  həsr  olunmuş 

tədbirdə  cənab  Prezidentin 

şəxsən  iştirak  etdiyini,  bir  sıra 

məsələlərlə  bağlı  mövqeyini 

açıqladığını xatırlatdı.

Akademik 

çıxışında 

ATU 

əməkdaşlarının  əldə  etdiyi 



elmi  nailiyyətlər,  universite-

tin  malik  olduğu  modern  tib-

bi  avadanlıq  barəsində  də 

məlumat  verdi:  “hazırda  Tibb 

Universitetində  mövcud  olan 

elektron  mikroskopdan  ən  son 

elmi  tədqiqatların  aparılması 

üçün  istifadə  olunur.  ATU­nun 

əczaçılıq  fakültəsi  də  qrant 

layihəsi çərçivəsində müasir tip 

cihazlar əldə edib”.

    Akademik  Ə.Əmiraslanov 

ən  qürurverici  hallardan  biri 

kimi  impakt  faktorlu  elmi  jur-

nallarda  ATU  əməkdaşlarının 

məqalələrinin  dərc  olunmasını 

qeyd  etdi:  “2014­cü  il  ərzində 

tibb  və  biologiya  bölməsindən 

144 məqalə dərc olunub”.

  Daha sonra “Təbabətin aktual 

problemləri ­ 2015” elmi­praktik 

konfransı  işini  məruzələrlə  da-

vam  etdirdi.  Konfrans  iştirak-

çıları  tərəfindən  qaraciyər  ser-

rozu  zamanı  transplantasiya, 

müxtəlif  mənşəli  neoplazmala-

rın erkən diaqnostikası və proq-

nozlaşdırılması  və  digər  möv-

zularda məruzələr dinlənildi. 

Toplantıda  ATU­nun  əmək­

daşları  ilə  yanaşı  Ukrayna­

nın 


V.K.Qusak 

adına 


Təxirəsalınmaz və Bərpa İnsti-

tutundan olan alimlər də iştirak 

edirdilər.

Tibb Universitetində elmi-

praktik konfrans

Tibb  Universitetinin  Tədris  Terapevtik 

Klinikasında  Azərbaycan  Tibb  Universitetinin 

Kardioloji  Akademiyasının  (ATUKA)  növbəti 

toplantısı keçirilib.

Toplantını  giriş  sözü  ilə  açan 

Tədris  Terapevtik  Klinikanın  di-

rektoru,  professor  Surxay  Mu-

sayev zala toplaşmış və kardio-

logiya sahəsində müvəffəqiyyət 

qazanmış  hər  kəsi  salamla-

yaraq  tədbirə  olan  böyük  ma-

rağı  yüksək  qiymətləndirdi. 

O,  ATUKA­nın  qısa  zamanda 

cəmiyyətdə  özünə  mühüm  yer 

tutduğunu vurğuladı, həkimlərin 

tibb sahəsinin yeniliklərinə qar-

şı  böyük  marağını  alqışladığını 

söylədi.  Surxay  Musayev  bu 

günlərdə ölkəmizə səfərə gələn 

və əslən azərbaycanlı olan, ha-

zırda Amerika Birləşmiş Ştatlarında fəaliyyət 

göstərən  pulmonoloq,  professor  Əmir 

Şərəfxanini tədbir iştirakçılarına təqdim etdi. 

Tədris  Terapevtik  Klinikanın  Ürək­Damar 

Mərkəzinin  rəhbəri  dosent  Fərid  Əliyev  də 

çıxış  edərək  Azərbaycan  Tibb  Universite-

tinin  Kardioloji  Akademiyasının  yaranma 

tarixindən  və  yaradılma  məqsədindən  da-

nışdı. “Birlikdə müzakirə edək “ devizi altın-

da bu günədək 3 görüşün uğurla baş tutdu-

ğunu və günbəgün ATUKA­ya kardioloqların 

marağınının  artdığını  söylədi.  O,  bu  günkü 

toplantının “Yuxu apnesi” mövzusunda ola-

cağını, noyabr ayından etibarən isə 3 aylıq 

“aritmologiya 

məktəbinə” 

start veriləcəyini bildirdi.

    Məktəbdə  52  ayrı  möv-

zuda  dərslərin  keçiriləcəyini 

və  bu  günədək  keçirilmiş 

ən  uzun  müddətli  kurs  ola-

cağını  vurğuladı.  ATU­nun 

beynəlxalq  əlaqələr  üzrə 

prorektoru  dosent  Rəhimə 

Qabulova  da  tədbirə  böyük 

marağı  Tibb  Universitetinin 

uğuru adlandırdı və ölkəmizə 

ilk dəfə səfər edən professor 

Əmir Şərəfxaniyə uğurlar ar-

zuladı.

Əmir  Şərəfxani  də  öz  növbəsində 



Azərbaycana səfərindən çox məmnun oldu-

ğunu,  bu  cür  görüşlərin  davamlı  olmasının 

vacıbliyini  vurğuladı.    Qonaq  öz  çıxışında 

yuxu pozğunluqlarını pasiyentlərin müayinə 

nəticələri  üzərində  aparılmış  araşdırmalar-

la  diqqətə  çatdırdı.  Yuxu  pozğunluqlarının 

səbəblərini,  əlavə  risk  faktorlarını  açıqladı. 

Toplantı  yerli  həkimlərin  sualları  və  diskus-

siyaları ilə davam etdi.

Tibb Universitetinin Kardioloji 

Akademiyasının toplantısı

ATU-nun 

Onkoloji 

Klinikasında 

Amerikanın  Tennessee  Universitetinin 

Tibb  Elmləri  Mərkəzinin  direktoru, 

professor  Alvo  Veir  “Yoğun  bağırsaq 

xərçəngi” mövzusunda mühazirə oxudu.

Mühazirədən  əvvəl  professor  Alvo  Veir 

akademik  Əhliman  Əmiraslanovla  görüş-

dü.  Görüşdə  akademik  Ə.Əmiraslanov 

belə mühazirələrin və qarşılıqlı fikir müba­

diləsinin həkim­mütəxəssislər, o cümlədən 

rezidentlər üçün əhəmiyyətli olduğunu bil-

dirdi.  Akademik  Ə.Əmiraslanov  həmçinin 

ATU­nun  Onkoloji  Klinikası  haqqında  da 

qonağa məlumat verdi. “Onkoloji klinikamız 

100  çarpayılıqdır.  Onkologiya  sahəsində 

elə  əməliyyat  yoxdur  ki,  bu  klinikada  icra 

olunmasın”.

  Qonaq, professor Alvo Veir Bakını çox 

sevdiyini, burada olmaqdan məmnun oldu-

ğunu bildirdi.

  Qeyd edək ki, professor Alvo Veir Amerika 

Birləşmiş  Ştatlarının  Dövlət  Departamen-

ti  tərəfindən  maliyyələşdirilən  “Fulbright 

mütəxəssis proqramı” çərçivəsində Bakıya 

gəlib.  Professor  3  həftə  ərzində  ATU­nun 

bütün  klinikalarında  mühazirələrlə  çıxış 

edəcək. 

Amerikalı professor akademik Əhliman Əmiraslanovla görüşüb



Yüklə 257,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə