Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 257,27 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix15.03.2018
ölçüsü257,27 Kb.
#31557
1   2   3   4   5   6

16 noyabr 2015-ci il

http://www.amu.edu.az

5

Amerika 

Birləşmiş 

Ştat  larının  Dövlət  De-

par tamenti 

tərəfindən 

maliyyələşdirilən 

“Ful-

bright 

mütəxxəssis 

proq  ramı” 

çərçivəsində 

h e m o t o l o q - o n k o l o q , 

profes sor  Alva  Boven 

Veirin  Azərbaycan  Tibb 

Universitetinin 

Tədris 

Terapevtik  Klinikasında 

ilk mühazirəsi baş tutub.

Mühazirədən  öncə  Klini-

kanın  direktoru  professor 

Surxay  Musayevlə  görüşən 

qonaq  pasiyentlərin  müa-

sir  şərtlər  daxilində  müalicə 

alması 

üçün 


yaradılmış 

şəraitdən  məmnun  qaldığını 

bildirdi. Professor Surxay Mu-

sayev də öz növbəsində Alva 

Boven Veirin ölkəmizə səfərini 

yüksək qiymətləndirdi, klinika-

nın mövcud geniş imkanların-

dan söz açdı, yaxın zamanda 

sümük  iliyi  transplantasiya-

sına  başlanılacağını  diqqətə 

çatdırdı,  bu  məqsədlə  kadr-

ların  hazırlandığını  söylədi. 

Klinikanın  şöbələri  haqqında 

qonağa ətraflı məlumat verdi.

Hemotoloq­onkoloq 

Alva 


Boven  Veir  daha  sonra 

Tibb  Universitetinin  həkim 

rezidentləri  və  tələbələri  qar-

şısında  “Qan  hüceyrələrinin 

artması”  mövzusunda  müha­

zirə  ilə  çıxış  etdi,  qanda 

eritrositlərin və trombositlərin 

artma  səbəblərindən  da-

nışdı.  Sonda  həkim  rezi-

dent  və  tələbələrin  dünya 

təcrübəsində  mövcud  olan 

müasir  müalicə  üsulları  ilə 

bağlı sualları cavablandırıldı.

Mühazirənin ardından ame-

rikalı  qonaq  Tədris  Terapev-

tik  Klinikanın  Hemotologiya 

şöbəsində oldu, müalicə alan 

xəstələrlə  yaxından  maraq-

landı.

Klinikanın  həkimi,  Hemoto-



logiya  şöbəsinin  müdiri  Va-

leh  Hüseynov  amerikalı  pro-

fessorla  birlikdə  pasientlərin 

müalicəsinin  bundan  sonrakı 

gedişatını müzakirə etdi.

YAP-ın  Nəsimi  rayon  təşkilatı 

oktyabr ayını “gənclər ayı” elan 

edib.  Bununla  əlaqədar  bir  sıra 

silsilə  tədbirlər  keçirilib  ki, 

bunlardan  da  biri  universitetlər 

arası futbol yarışlarıdır.

ATU­nun  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri  Elşad  Novruzovun 

sözlərinə  görə,  Nəsimi  rayonunda 

yerləşən  4  universiteti  təmsil  edən 

futbol  komandaları  arasında  yarışlar 

baş  tutub.  Azərbaycan  Tibb  Univer-

sitetinin  (ATU)  futbol  komandası  da 

yarışma iştirakçılarından biri olub.

  İlk yarış Tibb Universiteti ilə Slav-

yan  Universitetinin  komandaları  ara-

sında  keçirilib  və  ATU­nun  koman-

dası  3:1  hesabı  ilə  qalib  gəlib.  Final 

mərhələsində  ATU  ilə  Neft  Akade-

miyasının komandaları yarışıblar. Fi-

nalda iştirakçılara YAP Nəsimi rayon 

təşkilatının sədri Məlahət İbrahimqızı 

uğurlar  diləyərək,  onları  oyun  mey-

dançasında fəal olmağa çağırıb. 

Daha sonra yarış başlayıb. Hər iki ali 

təhsil  ocağını  təmsil  edən  futbol  ko-

mandaları  fəallıq  nümayiş  etdirsələr 

də, oyun boyu üstünlük Tibb Univer-

sitetinin  gənc  futbolçularında  olub. 

Oyun 11:1 hesabı ilə ATU komanda-

sının xeyrinə başa çatıb.

  Qeyd edək ki, ATU­nun futbol ko-

mandasının  məşqçisi  Şükür  Bayra-

mov, kapitanı İlkin Rüstəmovdur.

Tədris Terapevtik Klinikada Amerikalı 

professor tərəfindən mühazirə oxunub

ATU-nun futbol komandası 

kubok qazandı

ATU-nun mətbuat xidməti

Noyabrın  12-də  ATU-nun 

Tədris  Terapevtik  Klinikası-

nın  Tibbi  Şurasının  növbəti 

yığıncağını  açan  klinikanın 

direktoru,  professor  Surxay 

Musayev  gündəlikdə  duran 

məsələlərə  keçməzdən  öncə 

professor-müəllim heyətini və 

bütün  tibbi  personalı  Kons-

titusiya  Günü  münasibətilə 

təbrik  etdi.  O,  ana  yasamı-

zın  tarixi  barədə  məlumat 

verərək ulu öndərimiz Heydər 

Əiyevin  təşəbbüsü  ilə  hazır-

lanan  və  12  noyabr  1995-ci 

ildə  ümumxalq  referendumu 

yolu ilə qəbul edilən müstəqil 

Azərbaycanın  son  Konstitu-

siyasını  dünyanın  ən  təkmil  

konstitusiyalarından biri kimi 

dəyərləndirdi.    

.

Klinikanın  direktoru  yaddaqa-



lan  bir  gündə  mənalı  ömrünü 

bütövlükdə  Azərbaycan  Tibb 

Universiteti ilə bağlayan profes-

sor  Yaqub  Qurbanovu  da  yubi-

leyi  münasibətilə  təbrik  edərək 

ona gələcək fəaliyyətində uğur-

lar arzuladı. 

Bundan  sonra  gündəlikdə  du-

ran  məsələlər  diqqətə  çatdırıldı 

və  əvvəlcə  klinikanın  oktyabr 

ayındakı 

müalicə­diaqnostik 

fəaliyyətinin yekunları haqqında 

klinikanın  baş  həkimi,  dosent 

Ramin  Bayramlının  hesabatı 

dinlənildi.

Baş  həkim  hesabatını  əsasən 

statistik  rəqəmlər  üzərində  qu-

raraq  paralellər  apardı,  aylıq 

göstəriciləri  slaydlar  vasitəsilə 

nümayiş  etdirdi.  Hesabatda  bu 

ilin oktyabr ayı ərzində klinikaya 

506  nəfərin  daxil  olduğu,  455 

nəfərin  isə  çıxdığı  qeyd  edildi. 

Müqayisə  üçün  deyək  ki,  sent-

yabr ayında klinikaya daxil olan 

xəstələrin  sayı  321  nəfər,  klini-

kadan çıxan xəstələrin sayı 266 

nəfər  olub.  Ən  çox  xəstə  yenə 

terapiya profilli şöbələrdə qeydə 

alınıb (264 nəfər daxil olub, 297 

nəfər çıxıb). Bu il klinikaya daxil 

olan  xəstələrin  sayı  2014­ci  illə 

müqayisədə  cüzi  də  olsa  artıb. 

Belə ki, ötən ilin oktyabr ayında 

klinikaya  daxil  olan  xəstələrin 

sayı 496 nəfər idi. Hesabatda kli-

nikanın bölmələri üzrə daxil olan 

xəstələr,  onların  xəstəliklərinin 

profilləri,  həmçinin  noyabrın  ilk 

həftəsində klinikaya 152 nəfərin 

daxil olması barədə məlumat da 

öz əksini tapdı.

  “Reanimasiya  və  intensiv  te-

rapiya:  güvənə  bilərikmi?”  ad-

lanan  növbəti  hesabatla    çıxış 

edən  şöbənin  müdiri,  dosent 

Əliyar Sultanov bildirdi ki, şöbə 

öz  aktiv  işinə  2011­ci  il  apre-

lin  18­dən  başlayıb.  O  vaxtdan 

indiyədək  şöbədə  1437  xəstə 

müalicə  alıb.  İki  reanimasiya 

zalının biri böyüklər, biri uşaqlar 

üçündür.  Şöbədə  3  intensiv  te-

rapiya palatasının biri,  25 funk-

sional çarpayının isə 7­si uşaq-

lar  üçün  nəzərdə  tutulub.  Şöbə 

ən müasir aparatlar və cihazlar-

la təchiz olunub. 

Şöbə müdiri 2015­ci ilin yanvar­

oktyabr  ayları  ərzində  şöbədə 

cəmi  293  xəstənin  müalicə  al-

dığını, onlardan da 269­nun bö-

yük, 24­nün uşaq olduğunu dedi: 

“269 böyük xəstədən 163­ü kişi, 

106­sı  qadın  olub.  Xəstələrin 

yaşı  18­93  arasında  dəyişib. 

Birbaşa  qəbuldan  RİTŞ­ə  203 

xəstə  gəlib,  29  xəstə  başqa 

xəstəxanalardan  bizim  klini-

kaya  köçürülüb.    Klinikamızın 

şöbələrindən  RİTŞ­ə  köçürülən 

xəstələrin sayı isə 66­dır. İnten-

siv müalicədən sonra 134 xəstə 

şöbələrdə yerləşdirilib,  21 xəstə 

başqa  xəstəxanalara,  əsasən, 

cərrahi əməliyyatlar üçün köçü-

rülüb”. 


Reanimasiya 

və 


intensiv 

terapiya 

şöbəsinin 

həkim­


reanimatoloqu  Emil  Qasımov 

isə müxtəlif diaqnozlarla şöbəyə 

daxil  olan  konkret  4  xəstə 

üzərində  aparılan  müayinə  və 

müalicə  üsullarından  danışdı. 

Ağır vəziyyətdə şöbəyə gətirilən 

xəstələrin  sağalaraq  evə  qa-

yıtması  faktları  həm  də  “Rea-

nimasiya  və  intensiv  terapiya 

şöbəsinə güvənə bilərikmi?” su-

alının cavabı kimi qiymətləndirilə 

bilər.


“Reanimatoloqların 

dədə­


babadan  öz  xəstəsi  olmur” 

deyimini  xatırladan  I  daxili 

xəstəliklər  və  reanimatologiya 

kafedrasının  müdiri,  professor 

İsfəndiyar  İsmayılov  briqada 

sisteminə  keçməklə  nəticələri 

daha da yaxşılaşdırmağın müm-

künlüyünü  vurğuladı.  O,  reani-

matologiya  şöbəsinin  yarandığı 

gündən,  yəni  ötən  əsrin  60­cı 

illərindən güvənc yeri olduğunu, 

bu  gün  də  yüksələn  xətt  üzrə 

inkişaf  etdiyini  söylədi.  Evə  ya-

zılan  xəstələrin  sayının  azaldıl-

ması təklifini də irəli sürən pro-

fessor  bunu  reanimasiya  işinin 

prinsipi  ilə  əlaqələndirərək  bil-

dirdi ki, xəstə kritik vəziyyətdən 

çıxdıqdan  sonra  mütləq  uyğun 

şöbəyə  köçürülməlidir.  Onun 

sözlərinə  görə,  bu  eyni  zaman-

da şöbələrdə xəstə sayının art-

masına  da  təsir  göstərər.  Pro-

fessor  çıxışında  ölüm  faktlarını 

müzakirə  etməyin  vacibliyinə 

və  aparılan  tədbirlərin  effektiv-

liyinin  qiymətləndirilməsinə  də 

toxundu.


Tibbi  şuranın  genişləndirilmiş 

yığıncağında  qeydiyyatı  olma-

yana  ambulator  kart  yazılması 

barədə  iradlar  da  səsləndi  və 

ambulator  qəbul  zamanı    yol 

verilən bəzi nöqsanlara aydınlıq 

gətirildi. 

Arif MƏMMƏDLİ

“REANİMASİYA VƏ İNTENSİV TERAPİYA: 

GÜVƏNƏ BİLƏRİKMİ?”

T i b b i     ş u r a n ı n   y ı ğ ı n c a ğ ı n d a 



Yüklə 257,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə