Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 257,27 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix15.03.2018
ölçüsü257,27 Kb.
#31557
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 noyabr 2015-ci il

6

- Aynurə xanım, Azərbaycanda ödənişsiz 



EKO xidmətlərinin tətbiqi planlaşdırılırmı? Bu 

xidmətlərdən kimlər istifadə edə bilər?

-Azərbaycanda ödənişsiz EKO xidmətlərinin tətbiqi yaxın 

gələcək üçün qarşıya qoyulan perspektiv vəzifələrdən biridir. 

Lakin EKO proqramında xaricdən gətirilən bahalı dərman 

vasitələrindən istifadə edildiyi üçün hazırda bu mümkün 

deyil. Dövlət dəstəyi göstəriləcəyi halda ödənişsiz EKO 

xidmətlərindən müəyyən göstəricilərə malik aztəminatlı ər-

arvadlar istifadə edə bilərlər.



- Azərbaycanda süni mayalanma xidmətlərinə dair 

müraciətlərin statistikası barədə nə deyə bilərsiniz? 

Bu xahişlə müraciət edən ər-arvadların sayının 

artması nə ilə bağlıdır?

- Klinikalarda EKO tsikllərinin keçirilməsi statistikası re-

spublika üzrə ümumi məlumatlar cəmlənmədən aparılır. 

Ona görə də sonsuzluğun məlum müalicə növünün 

göstəriciləri və faizi müxtəlif rəqəmlər arasında dəyişir. Bu 

müalicə metoduna müraciət edən ər-arvadların sayının 

artması son illər sonsuzluğun çoxalması, habelə sonsuzluğun 

başqa müalicə metodları səmərəsiz olduğu halda ər-arvadın 

ən qısa müddətə uşağa sahib olmaq arzusu ilə bağlıdır.

- EKO yolu ilə genetik xəstəliklər ötürülürmü? 

Onların qarşısını necə almaq olar?

- EKO proqramı təkcə sonsuzluğun müalicəsini nəzərdə 

tutmur, həm də implantasiya qabağı genetik diaqnostika 

metodu əsasında döldə genetik xəstəliklərin inkişafının 

qarşısının alınması məqsədləri ilə istifadə edilir. Bu metod 

genetik cəhətdən sağlam embrionun seçilməsinə və 

hamiləliyin normal inkişafına imkan yaradır. Bu metoddan, 

məsələn, valideynlərdə talassemiya kimi genetik xəstəliklər 

olan zaman istifadə edilir.

- Azərbaycanda donor toxum hüceyrəli bankı 

mövcuddurmu?

- Donor toxum hüceyrələri bankı EKO metodunu tətbiq 

edən ayrı-ayrı özəl klinikalarda var. Bu halda donor toxum 

hüceyrələri vitrifikasiya edilir (dondurulur), sonradan EKO 

proqramlarında istifadəsi edilir.

- Nə üçün EKO zamanı adətən əkizlər doğulur?

- EKO proqramında hamiləlik şansını artırmaq məqsədilə 

uşaqlıq borusuna bir neçə embrion köçürülür. Son vaxtlar 

iki embrion olur. Embrionların implantasiyası ilə əlaqədar 

çoxdöllü hamiləlik yaranır.

- EKO cəhdlərinin sayı barədə müəyyən tövsiyələr 

varmı?

- Xarici tədqiqatlara əsasən EKO proqramının keçirilməsi 

cəhdlərində konkret miqdar məhdudiyyəti yoxdur. Əldə 

olan məlumatlara görə, EKO cəhdlərinin sayı artdıqca, 

hamiləlik ehtimalı artır. Lakin dördüncü və sonrakı 

cəhdlərdən sonra hamiləlik ehtimalı azalır. Bu halda ər-

arvad övladlığa uşaq götürmək barədə fikirləşməlidir.

- EKO-nun tətbiqi üçün hansı məhdudiyyətlər var?

- Ağır somatik və yoluxucu xəstəliklərdə, hamiləliyin və 

əməliyyat müdaxiləsinin mümkünsüz olduğu hallarda 

EKO proqramını həyata keçirmək olmaz. Ailədə uşaqların 

tərbiyəsini çətinləşdirən psixosomatik xəstəliklər, habelə 

xəstələrin yumurtalığında bədxassəli törəmə və ya digər 

yerlərdə bədxassəli şişlər olanda da EKO proqramı tətbiq 

edilmir.


- Süni mayalanmada uşağın cinsini “sifariş” etmək 

olarmı?

- EKO proqramında dölün cinsinin seçimi cinsi xromo-

somlarla ilişikli genetik xəstəliklərə dair tibbi göstəricilər 

olduğu halda implantasiya qabağı diaqnostika metodu 

əsasında müəyyən edilir. Məsələnin mənəvi-estetik tərəfi 

ayrı-ayrı ölkələrdə müxtəlif cür yozulur.



Mütəxəssis sözü

 

                          



M

üasir dövrdə keçirdiyimiz həyat 

tərzinə  xas  olan  xəstəliklərdən 

biri  də  onurğa  xəstəlikləridir. 

Hazırda onurğa ilə bağlı problemlər 

geniş  yayıldığına  görə  ATU-nun 

Tədris 

Cərrahiyyə 

Klinikasının 

neyrocərrahiyyə  şöbəsinin  müdiri 

Fərid Qaralovla da elə bu mövzuda 

söhbət etdik.  

   

  

  Qeyd  edək  ki,  Fərid  Qaralov  2005-

ci ildə ATU-nun müalicə işi fakültəsini 

bitirib,  həmin  ildə  də  Türkiyənin  Egey 

Universitetində  uzmanlıq  kursu  keçib. 

2012-ci  ildə  təhsilini  başa  vuraraq  uz-

man  neyrocərrah  adını  qazanıb.  Daha 

sonra  Bakıya  dönərək  2012-ci  ildən 

ATU-da  ilk  olaraq  baş  laborant,  daha 

sonra assistent kimi fəaliyyətini davam 

etdirib.

  F.Qaralov deyir ki, onurğanın dar ka-

nalı, yəni “spenal stenozis” və fəqərələr 

arası  diskin  sürüşməsi,  yəni  “spondilo-

dispezis”  kimi  xəstəliklər  kifayət  qədər 

geniş yayılıb.

-  Əvvəlcə  “spenal  stenozis”  adlan-

dırdığımız  xəstəlik  haqqında  danışmaq 

istərdim.  Onurğa  beyninin  içində  onur-

ğa  kanalı  yerləşir  ki,  onun  ölçüləri  hər 

bir  insanın  öz  orqanizminə  uyğundur. 

Bəzən  bu  ölçünün  daralması  və  həmin 

onurğa  beyninin  sıxılması  nəticəsində 

əmələ  gələn  xəstəlik  “spenal  steno-

zis”  adlanır.  Bu  xəstəliyin  ilk  əlaməti 

bel  ağrılarıdır.  Bəzən  onurğanın  bütün 

nahiyələrində  -  məsələn,  boyun,  döş, 

bel,  oma  nahiyəsində  də  ağrılar  olur. 

Amma daha çox buna bel-oma ətrafında 

rast  gəlinir.  Xəstədə  xroniki  ağrıların, 

hərəkətin  çətinləşməsi,  əllərdə  və  ayaq-

larda gücsüzlük, keyimə, daha sonra yeri-

şin pozulması və nəticədə sidik qaçırtma 

əlamətləri  ortaya  çıxa  bilər.  Xəstənin 

şikayətlərini  dinlədikdən,  həm  də 

xəstəliyə  uyğun  radioloji  görüntüsünə 

baxdıqdan sonra biz əməliyyatın vacib 

olub-olmamasına  qərar  veririk.  Dar 

onurğa  kanalı  ilə  bağlı  xəstəliklərə  xas 

olan  xüsusiyyətlərdən  biri  də  xəstənin 

müəyyən bir məsafəni yeridikdən sonra 

oturmağa  məcbur  olmasıdır.  Məsələn, 

elə xəstələr var ki, 1 kilometr gəzəndən 

sonra ayaqları ağrıyır və oturmalı olur. 

Bu, onurğanın bel nahiyəsindəki kanal-

larda problemindən xəbər verir. Amma 

xəstə  artıq  500  metrdən,  100  metrdən, 

hətta  bəzən  1-2  metrdən  sonra  ağrı-

dan  gəzə  bilmirsə,  onda  belə  xəstəyə 

əməliyyat vacibdir.



-  Bu  xəstəlik  zamanı  hansı  növ 

əməliyyat aparılır?

- Əməliyyat zamanı həmin dar onurğa 

kanalı  xüsusi  hazırlanmış  metal  fiksa-

torlar vasitəsilə fiksə olunur, daha sonra 

onurğanın  həmin  hissəsi  aradan  qal-

dırılaraq  onurğa  beyninə  birləşdirilir. 

Əməliyyatın  məqsədi  bundan  ibarətdir. 

Bu, texniki olaraq ən çox icra etdiyimiz 

cərrahiyyə əməliyyatlarından biridir. Bu 

xəstəlik  əsasən  orta  və  yaşlı  insanlarda 

müşahidə olunur.

-  Bir  çox  adamlar  onurğada  disk 

sürüşməsi,  yırtıqlardan  şikayətlənirlər. 

Bu xəstəliyin mahiyyəti nədir?

-  İnsanların  “bel  sürüşməsi”  adlan-

dırdığı  bu  xəstəliyin  tibbi  adı  “spenal 

spondilodispezis”dir.  Bu  xəstəlik  trav-

madan  sonra,  yaxud  da  müəyyən  yaş-

dan  sonra  əmələ  gələ  bilər.  Bu  zaman 

fəqərələrin  bir-birinin  üzərində  nor-

mal  düzülüş  ardıcıllığı  pozulur.  Belə 

xəstələrdə disk sürüşməsi olan nahiyədə 

şiddətli ağrılar baş verir. Adətən uzanan-

da bu ağrılar nisbətən azalır. Lakin aya-

ğa  qalxıb  yeridikdə  isə  ağrılar  olduqca 

şiddətlənir. Beləliklə, disk sürüşməsində 

də bir çox hallarda xəstəliyin ilkin əlaməti 

bel ağrısıdır. Lakin xəstədə ayaq ağrıları, 

gücsüzlük  də  müşahidə  oluna  bilər.  Bu 

zaman  cərrahiyyə  əməliyyatında  qey-

ri-stabil,  sürüşmüş  nahiyə  fiksatorlar 

vasitəsilə  fiksə  olunur  və  sürüşmə  ara-

dan qaldırılır. Xəstələr bu əməliyyatdan 

sonra  ağrılardan  xilas  olur,  öz  normal 

həyatlarına davam edə bilirlər.



Günel ASLANOVA

Onurğa problemləri zamanı nəyə diqqət etməli?

Sonsuzluğu müalicə etmək mümkündür

S

onsuzluq dünyada aktual problemlərdən hesab olunur. Son statistik məlumatlara görə, dün-



yada hər yeddi cütlükdən biri bu problemlə qarşılaşır. Təbabətin yenilikləri – süni mayalan-

ma (EKO), donor toxum hüceyrələrindən istifadə metodu və digər bu kimi vasitələr çox 

ailələrə valideynlik səadətini duymaq imkanını yaradır. Azərbaycanda sonsuz ər-arvadlara hansı 

texnologiyalar təklif edilir? EKO zamanı uşağın cinsini “sifariş” etmək olarmı? AZƏRTAC-ın 

bu və digər suallarını Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun elmi əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aynurə Əmirova cavablandırıb.




Yüklə 257,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə