Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

 07

LafargeHolcim Biznes Davranış Kodeksi




¹ Yerli komplayens mütəxəssisi olmadıqda, bu cür komplayens mütəxəssisi təyin edilməyənədək hüquq departamentinin rəhbəri komplayens 

mütəxəssisi kimi çıxış edir.

Bu mənim üçün nə deməkdir?

Mühüm qeyd: Yerli qanun və Kodeks arasında fərq olduqda biz hər zaman ən yüksək standartı 

tətbiq edirik.  Kodeksə sadiq qalmaq müvafiq yerli qanuna uyğun olmadıqda, Siz yerli komplayens 

mütəxəssisi ilə məsləhətləşməlisiniz.¹ 

LafargeHolcim şirkətinin satış və marketinq komandaları aylar və saatlarla 

inşaat şirkətindən böyük məbləğli təchizat müqaviləsi qazanmaq ümidi ilə 

çalışmışlar.  Tenderdən əvvəlki həftə hüquqşünas maliyyə direktoruna zəng 

edərək inşaat şirkətində yaxşı əlaqəsi olan şəxsi işə götürərsə LafargeHolcim 

şirkətinin tenderi udacağına şübhə etmədiyini bildirir.  Bu layihənin əldə 

edilməsinin LafargeHolcim şirkəti üçün ən vacib irəliləyiş olması səbəbindən 

maliyyə direktoru təklifi qəbul etmək istəyir.  Bu zaman o, nə etməlidir?



Bu vəziyyət qırmızı bayraq nişanı ilə işarələnir.  Sövdənin əldə edilməsi 

LafargeHolcim şirkəti üçün çox vacib olsa da, qanunu pozmaq və 

LafargeHolcim nüfuzuna xələl gətirmək riski daşıyır.  O, yerli komplayens 

mütəxəssisi ilə məsləhətləşmədən heç bir addım atmamalıdır.

08

LafargeHolcim Biznes Davranış Kodeksi




1. İş yerində dürüstlük

 

09

LafargeHolcim Biznes Davranış Kodeksi



1.1 Sağlamlıq və Təhlükəsizlik (S və T)

LafargeHolcim şirkətində biz işçilərimiz, podratçılarımız, müştərilərimiz və səhmdarlarımız üçün 

sağlam və təhlükəsiz mühit yaratmağa çalışırıq.  Heç kəs bizimlə iş zamanı ziyan görməməlidir.  Bizim 

məqsədimiz insanlara sıfır ziyandır.  Bizim buna nail olmağımız üçün hər kəsin iştirakına ehtiyacımız 

var.

İdarəetmə prosesimiz vasitəsilə biz 



hər bir əməkdaşın nə üçün cavabdeh 

olduğunu və uğur qazanmaq 

üçün nə cür dəstək alacaqlarını 

anlamasını təmin edirik.  Biz sağlam 

və təhlükəsiz mühit təmin etməyə 

çalışırıq və eyni zamanda S və T üçün 

məsuliyyət daşıyan işçilər və kollektivi 

həvəsləndirmək mədəniyyətini 

inkişaf etdirmək üçün əməkdaşlar və 

podratçılarla birgə çalışırıq.

Biz S və T-ni bütün biznes proseslərinə 

tətbiq edir və S və T funksiyasının 

dəstəyi ilə bizneslə bağlı narahatçılıq 

yaradan məsələlərin qaldırılması və həll 

edilməsi mədəniyyətini dəstəkləyirik.

Sağlamlıq və Təhlükəsizlik 

LafargeHolcim üçün çox vacibdir və bu 

o deməkdir ki, LafargeHolcim şirkəti 

ilə əlaqədə olan hər bir əməkdaş və 

podratçı ciddi xəsarət və ya ölümün 

qarşısının alınması üçün nə etmək 

lazım olduğunu bilməlidir.



Sağlamlıq və Təhlükəsizlik Qaydaları:

Qayda 1    Mən hər hansı tapşırığa başlamazdan öncə riskləri qiymətləndirir 

və idarə edirəm.



Qayda 2    Mən yalnız səlahiyyətim olan əməliyyatları yerinə yetirirəm.

Qayda 3    Mən heç vaxt sağlamlıq və təhlükəsizlik cihazlarını inkar edib 

onlardan sui-istifadə etmirəm və mən hər zaman tələb edilən FMV 

geyinirəm.

Qayda 4    Mən spirtli içki və ya narkotik vasitənin təsiri altında işləmirəm.

Qayda 5    Mən bütün hadisələr barədə məlumat verirəm.

Bu qaydalara əməl edərək yaşamaq işləməyin şərtidir.



Müvafiq LafargeHolcim Siyasəti

•  Qrupun Sağlamlıq və 

Təhlükəsizlik (S və T) Siyasəti

10

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Bir gün Siz işə tez gəlirsiniz və həmkarınızın bir neçə həbi şirə ilə birlikdə qəbul 

etməsini görürsünüz.  Həmkarınızla soyunma otağında salamlaşdıqda onun 

nəfəsindən azca spirtli içki iyi hiss edirsiniz.  Onun spirtli içki içib-içmədiyini 

soruşduğunuzda o, Sizə içmədiyini, iyin isə dişyuyan vasitədən gəldiyini deyir.  

Bu zaman nə etməlisiniz?

Siz S və T ilə bağlı təşkilatınızdakı problemdən agahsınız və qaydalara əsasən 

onun barəsində hesabat verilmədiyindən şübhələnirsiniz.  Bu zaman nə 

etməlisiniz?

İş yerinə gəldiyinizdə həmkarınızın tapşırıq üçün müvafiq alətdən istifadə 

etmədiyi ilə qarşılaşırsınız.  Bu zaman nə etməlisiniz?

Hər kəsin iş yerində təhlükəsizlikdə olduğundan əmin olmaq üçün 

həmkarlarınızla bağlı narahatlıqlarınızı rəhbəriniz və ya İnsan Resursları ilə 

müzakirə etməniz vacibdir.  Həmkarınızın köməyə ehtiyacı olan problemi 

ola bilər və spirtli içki və ya narkotik maddənin təsiri altında olaraq 

işləməsi özündən başqa ətrafındakılara da ziyan vura bilər.

Rəhbərinizin hadisə barədə məlumatlı olduğundan əmin olun və 

problem haqqında ona bildirildiyini təsdiq edin.  Birbaşa olaraq problemi 

rəhbərinizlə müzakirə etməkdən çəkinirsinizsə, yerli S və T dəstəyi, yerli 

komplayens mütəxəssisi və ya bir sıra digər yerli vasitələrdən biri ilə əlaqə 

saxlayın.  Bunlar qeyri-mümkün kimi görünürsə, bu zaman Qaynar Xəttdən 

istifadə edə bilərsiniz.

Heç kəs heç bir təhlükəsizlik təlimatını pozmamalı və ya ona müdaxilə 

etməməlidir (buraya riskin qiymətləndirilməsi və müvafiq alətlərdən 

istifadə daxildir).  Bunun üçün Siz həmkarınızla bu məsələni qaldırmalı və 

onun tapşırığı təhlükəsiz şəkildə icra etməsindən əmin olmaqla bağlı ona 

kömək etmənizi istəyib-istəmədiyini soruşmalısınız.

 

11

LafargeHolcim Biznes Davranış Kodeksi



Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə