Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

Bu mənim üçün nə deməkdir?

Siz öz ölkənizdə LafargeHolcim üçün yeni sement istehsalı zavodu tikməyi 

planlaşdırırsınız. Yerli orqanlarla danışıqlar zamanı müvafiq yerli qurumun 

rəhbəri Sizə bildirir ki, tikməyi planlaşdırdığınız zavodun yanında şəhər üçün 

yeni klinika da tikmək lazım olacaq. O, aydın qeyd edir ki, LafargeHolcim 

şirkətinin yeni klinikanın tikintisini dəstəkləməsi LafargeHolcim şirkətinin yeni 

zavod üçün icazə almasına kömək etməklə bərabər, onun yenidən seçilmə 

planlarını da dəstəkləyəcək.  Bu zaman nə etməlisiniz?

Üçüncü tərəf Sizə bildirir ki, "lazım olan adamları tanıyır" və avans olaraq 

müəyyən məbləğ alsa yeni müqavilənin imzalanmasını sürətləndirə bilər.  O, 

Sizə deyir ki, bu məbləğ ona səyahət üçün lazımdır, lakin səyahətin lazım olub-

olmayacağından tam əmin deyilsiniz.  Bu zaman nə etməlisiniz?



Bu sorğu müvafiq anti-korrupsiya qanunlarının pozulması ola bilər.   

Siz yerli komplayens mütəxəssisi və rəhbərinizlə bu vəziyyəti müzakirə  

etməli və təlimat almalısınız.

Üçüncü tərəflərə ödənişlər kifayət qədər təfərrüatlı qaydada göstərilən 

xidmətləri və məbləğlərini göstərən hesab-faktura qarşılığında edilməlidir.  

Üçüncü tərəfin avans olaraq ödəniş etmək sorğusu Sizdə "nə üçün" sualı 

doğurmalı və izahatını dinləyən zaman çox diqqətli olmalısınız.  Siz eyni 

zamanda üçüncü tərəfin vəzifə borcu və nüfuzuna da diqqət yetirməlisiniz.

 

21

LafargeHolcim Biznes Davranış Kodeksi



2.2 Hədiyyələr və qonaqpərvərlik

Yaxşı biznes əlaqələri etibar və xoş məram üzərində qurulur və müştəri və biznes ortaqlarımızı 

dəyərləndirdiyimiz və hörmət etdiyimiz üçün hər bir tərəf vaxtaşırı olaraq bunu hədiyyə və ya 

qonaqpərvərlik şəklində ifadə edə bilər.

Hər hansı hədiyyə və ya qonaqpərvərlik 

təklif və ya qəbul etməzdən öncə 

sağlam düşüncə, azad davranış 

və düzgün mühakimə vasitəsilə 

biz müsbət münasibətin yanlış 

anlaşılmasının qarşısını ala bilərik. 

Hədiyyələr və qonaqpərvərlik hər 

hansı orta səviyyədə olmalı və heç 

vaxt mənfi təsir göstərmək  üçün 

istifadə edilməməli və ya maraqların 

toqquşması vəziyyəti yaratmamalıdır.

Dövlət rəsmilərinə hədiyyə və 

ya qonaqpərvərlik göstərmək 

məsələsində biz hər zaman ehtiyat 

tədbirləri görürük. Dövlət rəsmiləri 

geniş şəkildə müəyyən edilmişdir və 

verilən ölkə üçün ictimai funksiyanı 

yerinə yetirən hər bir şəxsi nəzərdə 

tutur (dövlət qulluqçusu) ki, buraya 

da ictimai agentliklərin və ya dövlətə 

məxsus müəssisələrin əməkdaşları 

daxil ola bilər. Bəzi dövlətlərdə və 

ya dövlət qurumlarında hədiyyə 

və qonaqpərvərliklə bağlı hətta 

LafargeHolcim şirkətinin siyasət və 

təlimatlarından daha ciddi olan xüsusi 

qaydaları vardır. Siz ictimai rəsmiyə 

hədiyyə və ya qonaqpərvərlik təklif 

etməyi planlaşdırırsınızsa, lakin 

bundan əmin deyilsinizsə, yerli hədiyyə 

və qonaqpərvərlik qaydaları və ya 

komplayens mütəxəssisinə müraciət 

edin.

Siz bizim siyasətlərimiz, təlimatlarımız 



və ya Kodeksimizdəki qaydaları pozmaq 

üçün öz pulunuz və ya vasitələrinizdən 

istifadə etməməlisiniz.  LafargeHolcim 

adından başqalarına təklif edilən bütün 

hədiyyə və qonaqpərvərliklər müvafiq 

şəkildə LafargeHolcim kitabları və 

qeydlərində qeydə alınmalıdır. 

 

 



 

 

 



 

 

Qonaqpərvərlik

Qonaqpərvərlik dedikdə, 

LafargeHolcim şirkətinin heç olmazsa 

bir əməkdaşının iştirak və ya ev 

sahibliyi etdiyi qida və qəlyanaltı, 

eləcə də mədəniyyət, əyləncəli və ya 

idman tədbirləri başa düşülür.  Heç bir 

LafargeHolcim əməkdaşı qatılmadıqda 

qonaqpərvərlik "hədiyyə" hesab edilir 

və hədiyyələrlə bağlı qaydalar tətbiq 

edilməlidir.



Hədiyyələr

Hədiyyələrə mallar və ya xidmətlər, 

eləcə də dəyərli olan digər şeylər, 

məsələn, kreditlər, məktəb xərcləri, 

tibbi xərclər və səyahətlər və ya 

mədəniyyət, əyləncə və ya idman 

tədbirlərinə biletlər daxil ola bilər. 

Nağd pul hədiyyələri və ya onların 

ekvivalenti (hədiyyə vauçerləri kimi) 

və ya bəxşişlərə icazə verilmir, lakin 

Şirkətlər Qrupu tərəfindən əvvəlcədən 

təsdiq edildikdə çox məhdud sayda 

yerli istisnalar edilə bilər.

Hədiyyənin qaytarılması

Hədiyyə LafargeHolcim siyasətləri və ya 

təlimatlarında qeyd edilən standartları 

keçərsə, rəhbərinizlə danışın, 

müvafiq qayda və ya təlimatlara 

əsasən onun qəbulunu sənədləşdirin 

və LafargeHolcim şirkətinin daxili 

qaydalarının bu cür hədiyyə qəbulunu 

qadağan etməsini izah edərək nəzakətli 

şəkildə hədiyyəni geri qaytarın.  

Hədiyyənin qaytarılması həqiqətən 

mümkün olmadıqda və ya verənin 

özünü təhqir edilmiş hiss etməsinə 

səbəb olduqda, bu hədiyyə anonim 

şəkildə xeyriyyə işlərinə ianə edilməli 

və bu da mümkün deyilsə, şirkətin 

adından qəbul edilməli və əməkdaşlar 

arasında paylanmalıdır (bunun necə 

edilməsini İnsan Resursları qərar verir).

Əsas təlimat 

Hədiyyənin və ya qonaqpərvərlik 

faktının qeyri-qanuni və ya 

LafargeHolcim və ya digər 

tərəfin siyasət və ya təlimatlarını 

pozması halının olub-olmadığını 

özünüzdən soruşun.  Sonra 

hədiyyə və ya qonaqpərvərlik 

aktının qəzetlərin birinci 

səhifəsində dərc edilməsi zamanı 

pərt olmaq və ya şirkəti pis 

vəziyyətdə qoyma bilməsinin 

mümkünlüyünü düşünün. Bu 

suallardan hər hansı birinin 

cavabı "bəli" olarsa, hədiyyə 

və ya qonaqpərvərlik aktı 

qəbul edilməməli və ya ona yol 

verilməməlidir.



22

LafargeHolcim Biznes Davranış Kodeksi




Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə