Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

2.4 Dəqiq qeydlər və hesabatlar

Sövdələrimiz və əlaqələrimizdə biz düzgün və dürüst oluruq.

Bu, bizim bir-birimizlə 

münasbətlərimizin əsasıdır və 

sərmayəçilərimiz, müştərilərimiz, 

əməkdaşlarımız və biznes 

ortaqlarımızın, eləcə də ictimai 

və dövlət rəsmilərinin bizdən 

gözlədikləridir.  Qeydlərin 

saxtalaşdırılması və ya yanlış olaraq 

dəyişdirilməsi qadağan edilir.  Siz 

heç vaxt heç kəsi yanlış və ya saxta 

qeydi hazırlamaq və ya təsdiq etməyə 

yönləndirməməli və özünüz də belə 

addımlardan çəkinməlisiniz. Qeydləri 

hazırlayan zaman biz hamımız dürüst 

davranmalıyıq ki, məlumat yanlış 

əldə edilməsin və çaşdırıcı və ya 

natamam olmasın.  Hər hansı qeydlərin 

fərqlənməsi müvafiq düzəlişlərlə 

düzəldilməli və bu düzəlişlər 

barədə məlumatlı olmalı insanlara 

aydınlaşdırılmalıdır. 

Qeydlərin aparılması

Şirkətin qeydləri müvafiq qanunlar və 

LafargeHolcim siyasət və təlimatlarına 

əsasən aparılmalıdır. Saxlanması tələb 

olunan hər hansı qeydin pozulması, 

gizlədilməsi və ya dəyişdirilməsi 

qadağan edilir. Nəzarətiniz altında olan 

hər hansı qeydin şirkət daxilində  və ya 

xarici şəkildə tədqiqatı və ya məhkəmə 

işində istifadəsinin lazım olma ehtimalı 

olduğunu bildiyinizdə bu qeydi 

aparmalı və tələb olunan zaman onu 

dərhal təqdim edə bilməlisiniz.

Maliyyə və ya qeyri-maliyyə 

məlumatı üzrə qeydin vaxtında, 

tam və düzgün şəkildə aparılması 

və sənədlər və qeydlərin düzgün 

saxlanması biznesimiz və 

aşağıdakılar üçün çox vacibdir:

•  Etibarlılıq və nüfuz;

•  Hüquqi və qanuni öhdəliklər;

•  Dəqiq layihələndirmə və biznes 

qərarları vermək bacarığı; və

•  Səhmdarlar və başqa şəxslər 

qarşısında məsuliyyət.

26

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Rüblük hesabat dövrünün son həftəsidir.  Sizin rəhbəriniz komandanızın rüblük 

rəqəmlərə uyğun olmasından əmin olmaq istəyir və Sizdən təsdiq edilməmiş 

məhsul satışını indi qeydə almanızı xahş edir, halbuki satış növbəti həftəyə 

qədər tamamlanmayacaqdır.  Siz düşünürsünüz ki, bu, şirkətdə heç kəsə mənfi 

təsir etməyəcəkdir.  Bu xahişi yerinə yetirə bilərsinizmi?

Siz yenicə ölkəniz üzrə maliyyə nəzarətçisi vəzifəsinə təyin edilmisiniz və 

anbarda klinker materialının kitablarda qeyd edildiyindən çox az olmasını kəşf 

edirsiniz.  Potensial itki çox yüksəkdir.  Siz BİD-la danışırsınız və o, Sizə bildirir ki, 

bu il heç bir təchizatı yerinə yetirə bilməyəcək və artıq hədəfdən çox uzaqdır.  O 

qeyd edir ki, bu itki növbəti illərə paylaşdırılmalıdır.  Buna necə baxırsınız?

Xeyr.  Qiymətlər və mənfəət düzgün zamanda qeydə alınmalıdır.  Satış 

tamamlanmamışdır.  Bu, yanlış ola bilər və erkən zamanda qeyd etdiyinizdə 

məbləğ yanlış ola bilər.

Mənfi.  Rəhbərin cavabına baxmayaraq Siz hesabatın dolğun, ədalətli, 

düzgün və vaxtında hazırlanması üçün məsuliyyət daşıyırsınız.  Bu təlimata 

əməl etsəniz, sənədləri saxtalaşdırmış olursunuz.

 

27

LafargeHolcim Biznes Davranış Kodeksi



2.5 Maraqların toqquşması

Bizim hamımız şəxsi maraqlarımıza deyil, LafargeHolcim şirkətinin maraqlarına uyğun biznes qərarları 

qəbul etməliyik.

Maraqların toqquşması vəzifəmizi 

səmərəli və ədalətli şəkildə yerinə 

yetirmə zamanı şəxsi maraqlarımıza 

üstünlük verdikdə və ya üstünlük 

verilməsi güman edilə bilən hallarda 

yaranır. Mümkün olduqda, biz 

LafargeHolcim adından biznes 

fəaliyyəti ilə məşğul olma zamanı 

obyektiv və ədalətli qərar vermək 

bacarığımıza təsir edən və ya edə 

bilən münasibət və ya fəaliyyətlərdən 

çəkinirik.

Bu cür münasibət və ya fəaliyyətlər 

qaçılmaz olduqda Siz onları bilavasitə 

rəhbəriniz və ya yerli komplayens 

mütəxəssisinə bildirməlisiniz. Bundan 

əlavə Siz eyni qaydada peşəkar 

borcunuzun icrası

ilə bağlı ola bilən bütün şəxsi maraqları 

açıqlamalısınız. Hər hansı şübhə 

olduqda bu cür münasibətləri və 

ya fəaliyyətlərin açıqlanması Sizin 

marağınızdadır. Şəffaflıq çox vaxt 

istənilən növ qeyri-müvafiq fəaliyyət 

görüntüsünü aradan qaldırır.



Digər İş fəaliyyəti

Siz direktor, məsləhətçi və ya 

rəhbərliyin üzvü kimi digər təşkilata 

dəvət edilə biləriniz. Siz ilk öncə əmək 

müqavilənizdə bu cür əlaqələrə icazə 

verilib-verilmədiyini yoxlamalısınız və 

bundan əlavə əmin olmalısınız ki, bu, 

Sizin LafargeHolcim şirkətindəki işinizə 

mənfi təsir göstərməyəcək. Bundan 

əlavə, bu təşkilat rəqib olduqda, 

LafargeHolcim ilə biznes əlaqəsi 

olduqda və ya ictimai və dövlət şirkəti 

olduqda bu cür əlaqə yerli komplayens 

mütəxəssisi və rəhbəriniz tərəfindən 

təsdiq edilməlidir. Eyni tələblər dövlət 

müəssisəsi üçün işləmək istəyən 

əməkdaşlara da aiddir.  Tam qadağan 

edilməsə də bir çox rəsmi dövlət 

mövqeləri LafargeHolcim şirkətinin 

biznes fəaliyyəti ilə məşğul olanlar 

üçün həqiqi və ya potensial maraq 

toqquşması kimi qiymətləndiriləcək.

Biz heç zaman LafargeHolcim 

mülkiyyəti və ya məlumatından 

və ya LafargeHolcim-dəki işlə 

bağlı yaranan heç bir imkandan 

əlavə şəxsi mənfəət üçün istifadə 

etmirik.


28

LafargeHolcim Biznes Davranış Kodeksi




Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə