Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

Bu mənim üçün nə deməkdir?

Texniki avadanlıq təchizatçısı nöqsanlı mexanizm çatdırır və Siz bunu 

quraşdırıldıqdan sonra aşkar edirsiniz.  Sizin qaynatanız təchizat şirkətinin 

rəhbəridir və siz nöqsanın düzəldiməsini tələb etmək fikriniz yoxdur.

Dostum mənə yaxınlaşaraq LafargeHolcim bazarında təchiz etmək üçün 

xammal istehsal edən şirkətə sərmayə yatırmağı təkilf edir.  Mən yalnız maliyyə 

səhmlərinə malik olsam və rəhbərlikdə iştirak etməsəm bu, maraqların 

toqquşması hesab edilərmi?  



Sizin qəbul etdiyiniz qərar təchizatçı ilə şəxsi münasibətlərdən 

təsirlənməməlidir.  Siz LafargeHolcim şirkətinin maraqlarına uyğun 

davranmalısınız.  Siz eyni zamanda bu məsələni rəhbərinizə bildirməli və 

yerli komplayens mütəxəssisini təchizatçı ilə şəxsi münasibətləriniz olması 

barədə məlumatlandırmalısınız.

Bu, ən azından potensial maraq toqquşmasıdır.  Həqiqi maraq toqquşması 

aşağıdakılar kimi müxtəlif amillərdən ibarət ola bilər:

•  LafargeHolcim şirkətində tutduğunuz vəzifə;

•  LafargeHolcim təchizatçılarının seçimində iştirakınız;

•  Sərmayənizin və əlaqədar səhmdarlığınızın məbləği;

•  LafargeHolcim şirkətinin müştəri kimi mühümlüyü.

Hər halda Siz müvafiq təlimat və məsləhət almaq üçün şirkətə 

sərmayə yatırmazdan öncə rəhbəriniz və yerli uyğun mütəxəssisini 

məlumatlandırmalısınız.  Bundan əlavə burada rəqabətlə bağlı nəzərə 

alınmalı olan məqamlar da ola bilər.

 

29

LafargeHolcim Biznes Davranış Kodeksi



2.6 İnsayder ticarəti

LafargeHolcim açıq və ədalətli qiymətli kağızlar bazarını dəstəkləyir, çünki bu etibar və sərmayəçi 

inamının qazanılmasının əsasıdır.

İnsayder ticarəti o zaman mövcud 

olur ki şəxsin qiymətli kağızları alıb-

satma qərarı ona şirkətdəki fəaliyyəti 

ilə bağlı olaraq məlum olan vacib və 

ictimaiyyətə acıq olmayan məlumat 

əsasında formalaşır.

Məlumat o zaman vacib sayılır 

ki hər hansı sərmayeçi şirkətin 

qiymətli kağızlarının alqısı, satqısı 

və ya saxlanması qərarının verilməsi 

zamanı belə məlumatı mühüm hesab 

etsin  Məlumat içtimai qaydada 

açıqlanmayana və ya  qiymətli 

kağızlar bazarı üçün əhəmiyyətini 

itirməyənədək vacib sayılır. Əsaslı və 

ictimaiyyətə açıq olmayan məlumata 

aşağıdakılar daxildir:

•  Rəhbərlikdə dəyişikliklər edilməsi 

barədə əvvəlcədən bildiriş;

•  Elan edilməmiş birləşdirmə və ya 

əldə etmə;

•  Gözləyən və ya bitməkdə olan 

məhkəmə işi; 

 

•  Məxvi maliyyə məlumatları;



•  Mühüm yeni məhsulun istehsalı;

•  Elan edilməmiş səhm tədiyyəsi.

Biz LafargeHolcim şirkətində 

işləyən zaman əldə edilmiş insayder 

məlumatına əsasən LafargeHolcim-in 

və ya hər hansı şirkətin qiymətli 

kağızları ilə ticarət etmirik.

Müvafiq LafargeHolcim Siyasəti

•  Ticarət və Bazar Açıqlama 

Direktivi

İnsayder ticarət qanunları yalnız daxili məlumat əsasında qiymətli kağızlarla 

ticarəti qadağan etmir, eyni zamanda bu cür məlumatın üçüncü tərəflərlə 

paylaşılmasını da qadağan edir.



30

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Ağır avadanlıq təchizatçısı gizli surətdə Sizə yaxınlaşır və bazara yeni 

mexanizmləri təqdim etməyi planlaşdırdıqlarını bildirir. Siz artıq LafargeHolcim 

şirkətinin məhsuldan istifadə edə bilməməsinə qərar vermisiniz, lakin 

düşünürsünüz ki, bu, başqa sənayelər üçün ciddi irəliləyiş ola bilər.  Təchizatçı 

bu yeni mexanizmlər üçün müştəri taparsa, onun səhmlərinin qiymətləri 

çox yüksəyə qalxacaqdır. Bu təchizatçının qiymətli kağızlarını almanız 

düzgündürmü?



Xeyr.  Siz ictimaiyyət yeni məhsul haqda bilməyənədək təchizatçının heç bir 

qiymətli kağızlarını satın ala bilməzsiniz.  Təqdimat məxfi saxlandığı üçün 

bu, "daxili məlumatdır".  Hələ tam və dolğun içtimai açıqlama edilməmişdir.  

Sərmayəçinin məlumatı şirkətlə bağlı sərmayə qərarlarının verilməsi üçün 

mühüm hesab edə bilməsi səbəbindən məlumat "vacib" hesab edilir.

 

31

LafargeHolcim Biznes Davranış Kodeksi



2.7 Beynəlxalq biznes əlaqələri

LafargeHolcim dünyanın bir sıra bazarları və regionlarında təmsil edilir və beləlikə müxtəlif hüquq 

sistemlərinin qanun və qaydalarına uyğun fəaliyyət göstərir.

Sanksiya və embarqo

Biz dünya üzrə məhsullar, xidmətlər 

və texnologiyalar təqdim edirik.  

Beləliklə, biz bütün müvafiq ixrac 

və idxal qanunları, o cümlədən 

ticarət sanksiyaları, embarqolar və 

başqa qanunlar, qaydalar və dövlət 

sərəncamları və siyasətlərinə riayət 

edirik.

Məhsul, xidmət və ya texnologiyanın 



bir ölkədən digər ölkəyə ixrac edilmə 

imkanı məhsulun təbiəti, istehsal 

ölkəsi, son istifadəsi və son istifadəçisi 

kimi bir sıra amillərdən asılıdır.  

Sanksiya və embarqolar müəyyən 

ölkələr, adı çəkilən fiziki və hüquqi 

şəxslər və müəyyən son istifadəçilərlə 

əməliyyatları məhdudlaşdırır. Biz bu 

məhdudiyyətlər barədə məlumatlı 

olmalı və bütün sənədləri əməliyyata 

və ya məhsulların ixracına başlamazdan 

öncə tələb edildiyi kimi əldə etməliyik.

Bu mənim üçün nə deməkdir?

Müştəri Sizdən sementi qonşu ölkədə yerləşən tanımadığınız şirkətə çatdırmağı 

xahiş edir.  Ölkə BMT tərəfindən sanksiya altına alınıb.  Siz müştərinin sorğusunu 

icra edib etməməyi bilmirsiniz.  Bu zaman nə etməlisiniz?



Siz sorğuya necə cavab vermək barədə yerli komplayens mütəxəssisi ilə 

məsləhətləşməlisiniz.  Göndərmə imkanı müştərinin göndərməyinizi 

istədiyi ölkə, ixrac olunacaq məhsul, məhsuldan kimin və necə istifadə 

edəcəyi kimi bir sıra amillərdən asılıdır.

32

LafargeHolcim Biznes Davranış Kodeksi




2.8 Çirkli pulların yuyulmasının 

qarşısının alınması

Bizim məqsədimiz qanuni biznes fəaliyyəti ilə məşğul olan və vəsaitləri qanuni mənbələrdən əldə 

edilən nüfuzlu biznes ortaqlarımızla əməkdaşlıq etməkdir.

Çirkli pulların yuyulması cinayət 

əməlidir və pulun mənbələrini 

terrorizm, narkotik satışı və 

rüşvətxorluq kimi cinayət əməlləri 

ilə əlaqələndir.  Cinayət yolu ilə əldə 

edilən və həqiqi mənbəyi və sahibi 

məlum olmayan pullar ticarət axınına 

buraxıldıqda cinayət əməli baş vermiş 

sayılır.

LafargeHolcim şirkətinin çirkli 

pulların yuyulmasında istifadə 

edilməsinin qarşısını almaqdan ötrü 

əməkdaşlarımız nağd ödənişlər 

və digər biznes əməliyyatları üçün 

nəzərdə tutulmuş bütün mühasibat, 

qeydiyyat və maliyyə hesabatları ilə 

bağlı tələblərə əməl etməlidirlər.

LafargeHolcim əməkdaşları kimi biz 

ödəniş pozuntularının aşkarlanması, 

müştərilər və ya başqaları tərəfindən 

şübhəli davranışlara diqqətliyik.

Təklif edilən əməliyyatla bağlı şübhəniz 

və ya suallarınız olarsa, rəhbəriniz və 

ya yerli komplayens mütəxəssisi ilə 

məsləhətləşin.

 

33

LafargeHolcim Biznes Davranış Kodeksi



34

LafargeHolcim Biznes Davranış Kodeksi




3. İcmada dürüstlük

 

35

LafargeHolcim Biznes Davranış Kodeksi



3.1 Ətraf Mühit

Məsuliyyətli vətəndaşlar kimi biz hamımız ətraf mühitlə bağlı daimi öhdəliyimizi və təbii resursları 

qorumaq və coxaltmaqda fəal olmaq lazım olduğunu bilirik.  Biz təbiətə mənfi təsiri azaltmağa, 

müsbət təsiri isə artırmağa çalışırıq.

LafargeHolcim biznes fəaliyyəti ilə 

məşğul olduğu ətraf mühiti qorumağa 

çalışır və bunun üçün aşağıdakı 

məsələlərə ciddi önəm verən siyasətlər 

hazırlamışdır: 

•  İstixana qaz emissiyası;

•  Enerjiyə qənaət;

•  Suya qənaət;

•  İstehsalat tullantılarının azaldılması 

və düzgün idarə olunması;

•  Daimi revalvasiya, istehsalat 

prosesində tullantıların atılması, 

bərpası və təkrar istifadəsi;

•  Dayanıqlı xammaldan və  

 təcrübədən istifadə; 

•  Karxanaların rekultivasiyası və 

biomüxtəlifliyin idarə edilməsi;

•  Ətraf mühit qanunları və tələblərə 

əməl etmək; 

•  Ətraf mühitlə bağlı tələblərə 

uyğunluq və iş göstəricilərinin 

yoxlanması və qeydə alınması.

LafargeHolcim eyni zamanda minimal 

standartlar təyin edən bir sıra dövlət 

tələbləri və ətraf mühit qanunlarına 

əməl edir.  LafargeHolcim şirkətində 

biz yüksək davranış standartları üçün 

çalışırıq.

Biz mütəmadi olaraq bu sahələrdəki 

işimizi yoxlayır və daima iş 

göstəricilərimizi yaxşılaşdırmaq üçün 

fəaliyyət planları hazırlayırıq.

Biz daima Sizi suya qənaət, tullantıların 

azaldılması, faydalı şəkildə bərpa 

edilməsi,  təkrar istifadəsi, enerjiyə 

qənaət və biomüxtəlifliyin idarə 

edilməsi daxil olmaqla, təbii 

resurslardan qənaətli istifadəyə 

səsləyirik. LafargeHolcim şirkətini 

dəstəkləmək və məqsədlərimizlə bağlı 

ətraflı məlumat almaq üçün ətraf mühit 

koordinatoru ilə əlaqə saxlayın.



Müvafiq LafargeHolcim Siyasəti

•  Ətraf Mühit Siyasəti Alternativ 

Yanacaq 

•  və Resurslar (AYR) Siyasəti



36

LafargeHolcim Biznes Davranış Kodeksi




3.2 İnsan hüquqları

Biz biznes fəaliyyətimiz çərçivəsində insan hüquqlarına hörmət etmək və onları qorumağa çalışırıq.

Biz aşağıdakıları qadağan edir və bu 

fəaliyyətlərdə iştirak edən fiziki və ya 

hüquqi şəxslərlə bilərəkdən əməkdaşlıq 

etmirik:


•  Uşaqların və uşaq əməyinin 

istismarı;

•  Fiziki cəza;

•  Əməkdaşlara qarşı zorakılıq (xüsusilə 

cins, mənsubiyyət, din və ya seksual 

orientasiya əsasında);

•  Məcburi və ya icbari iş;

•  İş və işə qəbul zamanı 

diskriminasiya; 

 

•  Təhlükəli iş mühitinin yaradılması;



•  İşçiyə qeyri-qanuni şəkildə minimal 

əmək haqqından az maaş təqdim 

edən əmək haqqı ödənişləri (və ya 

deduksiyalar); və

•  Qeyri-qanuni əlavə iş saatı qaydaları.

Bizim insan hüquqları ilə bağlı 

öhdəliyimiz Korporativ Sosial 

Məsuliyyət (KSM) Siyasətimizdə qeyd 

edilmiş və BMT Global Compact 

proqramında iştirakımızla təsdiq 

edilmişdir.  LafargeHolcim şirkətinin 

İnsan Hüquqlarının İdarə edilməsi  

 

 

Sistemi bütün Qrup şirkətlərinə şamil 



edilir.  Bu sistem bizim, eləcə də 

münasibətdə olduğumuz, təchizatçılar, 

podratçılar və digər üçüncü tərəflərin 

davranışını qiymətləndirir.

LafargeHolcim və ya onun 

ortaqlarından hər hansı birinin insan 

hüquqlarını pozmasını düşünmək üçün 

əsasınız olarsa, bunu yerli komplayens 

mütəxəssisi ilə paylaşın.

Bu mənim üçün nə deməkdir?



Müvafiq LafargeHolcim Siyasəti

•  Korporativ Sosial Məsuliyyət 

(KSM) Siyasəti

Mən təchizatçı ilə işləyirəm.  Eşitdiyim şayiəyə görə, bu təchizatçı uşaq və bəzən 

də dustaqları öz iş yerində işlədir.  Mən nə etməliyəm?

Siz bu şayiəni yerli komplayens mütəxəssisinə bildirməlisiniz ki O da öz 

növbəsində KSM əməkdaşları ilə birgə müvafiq addımlar ataraq bu şayiənin 

həqiqət olub-olmadığını müəyyən etsin. LafargeHolcim insan hüquqları 

məsələsinə ciddi yanaşır və öz təchizatçılarının belə yanaşmasını təmin 

etmək üçün əlindən gələni edir.

 

37

LafargeHolcim Biznes Davranış Kodeksi



3.3 İcmanın həyatında iştirak

LafargeHolcim etibarlı korporativ tərəf olmağa və fəaliyyət göstərdiyi icmalar qarşısında öhdəliklərini 

yerinə yetirməyə çalışır.

Biz icmanın bütün əlaqəli şəxsləri ilə 

qarşılıqlı hörmət və etibara əsaslanən 

sərmayə və əməkdaşlıqla  buna nail 

olmağa çalışırıq.

Biz insanlar və planetimizə hörmət edir 

və əməkdaşlarımızdan biznes qərarları 

qəbul edən zaman icma və ətraf mühitə 

qısamüddətli və uzunmüddətli təsirləri 

nəzərə almağı xahiş edirik.



Siyasi ianələr

LafargeHolcim bir şirkət kimi siyasətə 

münasibəti neytraldır. Siyasi partiyalar, 

siyasətçilər və ya namizədlərə ianələr 

əməkdaşlarımızın şəxsi məsələləridir.  

LafargeHolcim binaları və aktivləri 

heç zaman müəyyən siyasi partiya və 

ya namizəd üçün vəsait toplamaq və 

ya kampaniya keçirmək üçün istifadə 

edilə bilməz. Yerli qanun və müvafiq 

LafargeHolcim siyasət və təlimatlarında 

xüsusilə yazılı şəkildə icazə verilmədiyi 

halda (bu zaman bu cür ianələr düzgün 

və şəffaf şəkildə sənədləşdirilməli 

və qeyri-müvafiq fayda müqabilində 

olmamalıdır) LafargeHolcim-in adından 

siyasi ianələrə yol verilmir.

Müvafiq LafargeHolcim Siyasəti

•  Korporativ Sosial Məsuliyyət 

(KSM) Siyasəti

38

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Siz LafargeHolcim əməkdaşı kimi siyasi partiyanın təşkil etdiyi gecəyə dəvət 

almısınız. Gecədə partiyanın yeni siyasətinin təqdimatından sonra vəsait 

toplanacağı gözlənilir. Sizin gecə üçün biletinizdə təqdimatın mövzusu qeyd 

edilmiş və bu bileti almaqla partiyaya vəsait ödəmiş  lduğunuz göstərilmişdir.  

Bu zaman nə etməlisiniz?



Sizin siyasi gecəyə qatılmanız LafargeHolcim tərəfindən siyasi partiyanın 

dəstəklənməsi anlamına gələ bilər.  Siz bu cür dəvətlərin qəbul edilməsi 

zamanı diqqətli olmalı və onları qəbul etməzdən öncə yerli komplayens 

mütəxəssisi ilə məsləhətləşməlisiniz.  Hər halda gecəyə qoşulsanız, bu fərdi 

fiziki şəxs kimi edilməlidir.

 

39

LafargeHolcim Biznes Davranış Kodeksi



Məsləhət, təlimat və məlumat

Tez və ya gec LafargeHolcim şirkəti 

üçün işləyərkən əxlaqi dilemma ilə 

qarşılaşa bilərsiniz.  Nə olursa olsun, 

söyləməkdən, vəzifələriniz barədə 

suallar verməkdən və narahatlıq və 

ya qeyri-müvafiq davranış barədə 

lazım olduqda məlumat verməkdən 

çəkinməyin.  Hər zaman ilk öncə sual 

və ya narahatlıqlarınızı bilavasitə 

rəhbəriniz və ya İnsan Resursları, 

Hüquq, Daxili Audit, Daxili Nəzarətlər, 

Təhlükəsizlik departamentlərinin 

nümayəndələri və yerli komplayens 

mütəxəssisi kimi Sizə kömək edə bilən 

başqa insanlara bildirin.



Qaynar Xətt

Məsələni yuxarıdakı şəxslərdən hər 

hansı biri ilə müzakirə etməkdən 

çəkinirsinizsə, alternativ olaraq 

LafargeHolcim-in Qaynar Xətti ilə 

əlaqə saxlamalı,inandığınız və ya 

şübhə etdiyiniz Kodeks və ya qanun 

pozuntusu və ya hər hansı vəziyyət 

barədə məsələ qaldırmalı və ya 

məsləhət almalısınız. 

Qaynar Xətti 2015/2016-cı illədə 

LafargeHolcim Group vasitəsilə 

yaradılmışdır.  Sizin ölkənizdə mövcud 

olduqda LafargeHolcim Qaynar Xəttinə 

ölkəniz üçün təqdim edilmiş telefon 

nömrəsinə zəng etməklə və ya 

https://integrity.lafargeholcim.com 

səhifəsindəki formanı doldurmaqla 

müraciət etmək olar.  Siz eyni zamanda 

+41 58 858 8700 nömrəsinə zəng 

etməklə və ya group-compliance@

lafargeholcim.com ünvanına elektron 

məktub göndərməklə birbaşa olaraq 

Qrupun Komplayens Departamenti ilə 

əlaqə saxlaya bilərsiniz.

Sizin məlumatınız LafargeHolcim-in 

Qrup Komplayens və ya daxili 

araşdırma bölməsinin mütəxəssislər 

peşəkarcasına baxıb və onunla  

davranacaqlar. Məlumatlar təfərruatı 

ilə məxfi şəkildə davranılacaq və yalnız 

şirkətin maraqlarını qorunmasını təmin 

edən insanlarla paylaşılacaq. 

Daxili araşdırma, audit və daxili 

nəzarət fəaliyyəti ilə qarşılıqlı əlaqə

Kodeksin və ya qanunun pozulmasının 

qarşısının alınması və ya aşkarlanması 

LafargeHolcim şirkətində çox ciddi 

qəbul edilir.  Eynilə Kodeksin və 

ya qanunun hər hansı potensial 

pozuntusu da dərhal araşdırılır.  

Bu zaman əməkdaşlardan bütün 

məlumat sorğularına cəld cavab 

vermək daxil olmaqla tam və dürüst 

şəkildə araşdırma, audit və ya daxili  

nəzarət prosesində iştirak etmək tələb 

edilir.  LafargeHolcim siyasətləri və 

təlimatlarına əsaəsən çap edilmiş, 

elektron və e-poçt faylları daxil olmaqla 

bütün sənədlər şirkətin mülkiyyətidir 

və vaxtaşırı olaraq araşdırma, audit 

və ya daxili nəzarət və qanuna 

uyğunluğun təmin edilməsi üçün 

məxfiliyin qorunması üzrə qanunun 

tələbləri gözlənməklə nəzərdən keçirilə 

bilər.


Təqibdən müdafiə

LafargeHolcim dürüst şəkildə 

narahtlığını paylaşan əməkdaşlara 

qarşı heç bir cəzalandırma tətbiq 

etmir.  Narahatlığını paylaşan və ya 

araşdırmada iştirak edən şəxslərə 

qarşı şəxsi cəzalandırma addımı 

atan şəxslərə qarşı intizam tətbirləri 

görüləcək (əmək müqaviləsinə xitam 

verilməsi daxil olmaqla).



Müvafiq LafargeHolcim Siyasəti

•  Komplayens Məlumatlandırma 

Dirketivi

+41 58 858 8700

group-compliance@lafargeholcim.com

https://integrity.lafargeholcim.com



40

LafargeHolcim Biznes Davranış Kodeksi




Mən nə zaman danışmalıyam?

Rəhbəriniz Sizə xərc hesabatını dəyişməyi əmr edir, lakin Siz bilirsiniz ki, 

bu, LafargeHolcim siyasətlərinin və bu Kodeksin pozulması sayılacaq. Sizə 

əmr etdiyini icra etmədikdə rəhbərinizin sizin işinizi çətinləşdirməsindən 

qorxursunuz.  Bu zaman nə etməlisiniz?

Siz bunun ciddi problem ola bilməsini müəyyən etmisiniz.  Adətən 

rəhbəriniz ilk mərhələdə söhbət edilməli olan ən yaxşı şəxsdir.  Alternativ 

olaraq, rəhbərinizin meneceri ilə də bu məsələni qaldırmaq olar.  

Rəhbərinizin cəlb edilməsi səbəbində Qaynar Xətt-ə müraciət etmək bu 

halda ən yaxşı həlldir.

 

41

LafargeHolcim Biznes Davranış Kodeksi



42

LafargeHolcim Biznes Davranış Kodeksi




 43

LafargeHolcim Biznes Davranış Kodeksi




LafargeHolcim Ltd

Zürcherstrasse 156

8645 Jona

Switzerland

www.lafargeholcim.com

© 2015 LafargeHolcim Ltd



Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə