112
sadəcə söz deyil. Çünki dərdi tanımışıq və İslam vəhdətini
dərman kimi görürük. Bu ümmətə ürəyimiz yanır. Ona
görə də vəhdət dalıncayıq. İran xalqı artıq bunu başa
düşüb və əməl edir. Amma bir çox millətlər hələ ki, bunun
əhəmiyyətini dərk etmir. Həcc bu düşüncəni yaymaq üçün
bir fürsətdir. Təbii ki, bunun müxalifləri də var. İxtilaf
ardınca olanlar dostluq rabitələrinə qarşıdırlar. Hər halda
yollar axtarılmalıdır, tədbir görülməlidir.
1
Daha bir nüfuz yolu: Milli ixtilaf yaratmaq
İnqilabın başlanğıcında İmamın quruculuq, islahat
fəryadları bərəkəti ilə qəlblər və zümrələr bir-birinə
yaxınlaşdı.
İnqilabdan
əvvəl
cəmiyyətdə
olan
parçalanmalar bu gün yoxdur. Ruhani ilə universitet
tələbəsi, hərbiçi ilə mülki şəxs, ziyalı ilə ticarət əhli
arasında olan çatlar artıq bu gün mövcud deyil. Uzun illər
bu problem üzərində iş aparılıb. İnqilabdan sonra həmin
çatlar aradan qaldırılıb. Bu gün yenidən həmin çatları
yaratmağa cəhd göstərirlər. Çalışırlar ki, dinlər və
məzhəblər arasında da münasibəti pozsunlar. Belə çatlar
düşmənə yol açır. Düşmən bu ixtilaf sayəsində cəmiyyətə
nüfuz edir, öz siyasətlərini yeridir. Hamı diqqətli
olmalıdır.
2
Bu gün düşmən Şimali Afrika hadisələrinə görə, İranın
elmi inkişafına görə narahatdır. Onlar İranın elmi
inkişafını nüvə sənayesi ilə məhdudlaşdırmaq istəyirlər.
Amma bu belə deyil. İran xalqının başqa xalqlara müsbət
təsiri onları narahat edir. İslam oyanışına görə
narahatdırlar. Düşmən məğlub olduğunu hiss edir. Buna
1
Həcc məsulları ilə görüş, 2016
2
Cümə namazı xütbələri, 2003
113
görə də narahatdır. Əlbəttə ki, Amerikanın dövlət
məsulları özünü qalib kimi göstərməyə çalışır. Öz
fəaliyyətlərindən
ağızdolusu danışırlar. Amma öz
aralarında gözəl bilirlər ki, həqiqət nədən ibarətdir. Bunu
dünya da bilir. Hamı bilir ki, Amerika bu mübarizədə
məğlub olub. Bu məğlubiyyəti ört-basdır etmək üçün
çalışırlar. Üsullarından biri tədricən, hiss olunmadan
cəmiyyətə nüfuz edib parçalanma yaratmaqdır. Bu onların
həmişəki işidir. Bu işdə İngiltərə daha peşəkardır. İxtilaf
yaratmaq ustasıdırlar. Amerikalılar onlara şagird sayıla
bilər. Nüfuz etməklə ixtilaf yaratmaq siçovullar kimi
yerinaltı ilə yol açıb dağıdıcılıq etmək kimidir. Bu onların
həmişəki işidir. Diqqətli olaq. İxtilafları minimuma
endirək. Qeyd etdik ki, cəmiyyətdə ixtilafların olması
normaldır. İki dövlət məsulu dost olduğu halda onların
baxışlarında fərqlər var. Bu həmişə olub. Amma baxış
fərqləri düşmənçiliyə, qarşıdurmaya çevrilməməlidir. Belə
olmasın ki, xalqın gözü qarşısında yaxalaşsınlar. Bəzən
xalqın bir məsələdən xəbər tutması vacib olur. Amma iki
məsul arasında olan ixtilafın ictimailəşdirilməsinin heç bir
mənası yoxdur. Belə ixtilafların şişirdilməsinə yol
verməməliyik. İxtilafları aşkarlamağa ehtiyac yoxdur.
Məsullar arasında olan ixtilafları xalqın arasına çıxarıb
onları narahat etməyə dəyməz. Seçkilər zamanı, seçkilər
ərəfəsində xalqın hislərindən sui-istifadə edib ixtilaf
yaratmaq heç şübhəsiz məmləkətə xəyanətdir.
Bu gün dünya imperializminin diqqət mərkəzində olan
təxribatlardan biri ölkə daxilində qarşıdurma yaratmaqdır.
Bu sahədə düşmən dəyirmanına su tökənlər, qarşıdurmaya
gedənlər
Allah
qarşısında cavabdehdir. Düşməni
tanımalıyıq. Düşmənin planlarından xəbərdar olmalıyıq.
Diqqət yetirməliyik ki, düşmən bizim hansı sözlərimizdən
114
sui-istifadə edib təfriqə sala bilər. Hansı sözlərimiz
düşmənə ümid verər, onun ruhiyyəsini yüksəldər.
1
Düşmən ümid edir ki, cəmiyyətimizdə parçalanma
yaratmaqla ölkəyə nüfuz etsin. Bu çox zərif və dəqiq
məsələdir. Bu sahəyə böyük pullar yatırılır. Belə deyil ki,
düşmənin təfriqə yaratma planlarına cavabımız təkcə
əlimizi göydə düyünləyib şüar vermək olsun. Düşmənin
çox dəqiq işlənmiş mexanizmləri var. Buna görə də ayıq
olmalıyıq.
Əgər kiminsə haqqında bizə söz gətirirlərsə, kiməsə
qarşı şayiə düzəldirlərsə, bizə təlqin edirlərsə ki,
danışmaq, səsini çıxarmaq vəzifəmizdir, ağlımıza gələn ilk
fikir bu olmalıdır ki, düşmənin burada bir planı var, bizim
vasitəmizlə ixtilaf yaratmaq istəyir.
Vəhdət əsas prinsipimiz olsun. Hətta dini vəzifə hiss
edəndə araşdıraq ki, bu vəzifənin icrası vəhdətə zərbə
vurur, yoxsa yox. Təfriqə yaradan vəzifəni yerinə
yetirmək haramdır. Vəhdəti qorumaq vacibdir.
2
Unutmayaq ki, İran xalqının vəhdəti düşmənin bütün
ümidlərini puça çıxarıb. Bu vəhdət qorunmalıdır.
3
Xoşbəxtlikdən məsullarımız zəhmətkeş, canıyanandır.
Onlar xalq üçün, məmləkət üçün iş görmək istəyir. Təbii
ki, bəzən diqqətsizliklər ola bilər. Amma onların niyyəti
safdır, iş görmək istəyirlər. Allah-Taala bu saf niyyətlərə
görə hamıya əvəz versin. Şübhəsiz inşallah İran xalqı bu
meydanda qalibdir.
4
1
Qədir bayramı münasibəti ilə görüş, 2010
2
İmam-cümələrin beyət mərasimi, 1990
3
Bicar əhli ilə görüş, 1990
4
Tələbə və məktəblilərlə görüş, 2013
Dostları ilə paylaş: |