DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal


  Onlara:  “Gəlin  Allah’ın  Elçisi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   ...   20

12

 

Onlara:  “Gəlin  Allah’ın  Elçisi 



sizin  üçün  bağışlanma  diləsin!”– 

deyildiyi  zaman  başlarını  yelləyir 

və  sən  onların  özlərini  dartaraq  üz 

döndərdiklərini görürsən. (Münafiqun 

surəsi, 5)

 

Müsəlmanlar        qəlblərində   



xəstəlik  olan  bu  şəxsləri  səmimi 

mömin  olmağa  dəvət  edib  onlara 

Allah’ın 

ayələrini 

xatırlatdıqları 

zaman 


münafiqlərin 

göstərdikləri 

rəftarlardan  da  qürurlarına  təslim 

olduqları 

aydın 

olur. 


Özlərinin 

qüsursuzluğuna  inanır,  insani  səhvləri 

belə  özlərinə  yaraşdırmırlar.  Allah 

ayələrdə qürurlarına təslim olmalarının 

nəticəsindən belə bəhs edir:

 

Ona: 

“Allah’dan 

qorx!”– 

deyildikdə,  lovğalıq  onu  daha  da 

günaha  sürükləyər.  Ona  cəhənnəm 

kifayət  edər.  Ora  nə  pis  yataqdır! 

(Bəqərə surəsi, 206)

 

Münafiqlər  qürurlu  olduqları 



üçün  möminləri  də  özlərindən  aşağı 

görürlər.  Sahib  olduqları  hər  hansı  bir 

xüsusiyyət  -  zənginlik,  şöhrət,  mövqe, 

gözəllik  onları  qürurlandırır  və  bu 

xüsusiyyətə  sahib  olmayan  bir  mömini 

özlərindən  aşağı  görürlər.  Halbuki, 

üstünlük  ancaq  təqva  ilədir.  Möminlər 

bu cür dünyəvi meyarlara önəm vermir, 

insanları pul, şöhrət, fiziki gözəllik kimi 

xüsusiyyətlərə  görə  deyil,  imanlarına 

görə sevib hörmət edirlər. Bu səbəbdən, 

bu cür xüsusiyyətlərinə görə qürurlanan 

şəxslər  mömin  birliyi  içində  dərhal 

sezilir və alçalırlar.

QƏLBLƏRİNDƏ OLMAYANI SÖYLƏYİRLƏR

 

Münafiqlərin 



başqa 

bir 


xüsusiyyəti 

yalan 


danışmalarıdır. 

Allah’dan  qorxmadıqları  üçün  çətinə 

düşdükləri  vəziyyətlərdə  dərhal  yalana 

əl  atır  və  beləcə,  möminləri  aldada 

biləcəklərini zənn edirlər. Yalanla özlərinə 

verilən  məsuliyyətlərdən  qaçmağa 

çalışırlar.  Quranda  Peyğəmbərimiz 

(s.ə.v) dövründə düşmənə qarşı müdafiə 

etmək  üçün  çağırılan  münafiqlərin 

yalana əl ataraq qaçmağa çalışdıqlarına 

belə diqqət çəkilmişdir:

 

İki qoşunun üz-üzə gəldiyi gün 



sizə  üz  vermiş  müsibət  Allah’ın  izni 

ilə oldu ki, möminləri aşkara çıxartsın 

və  münafiqləri  bəlli  etsin.  Onlara: 

“Gəlin, Allah yolunda döyüşün, yaxud  

müdafiədə  durun!”–  deyildi.  Onlar: 

“Döyüşə  bilsəydik,  sizin  ardınızca 

gedərdik”,  –  dedilər.  Onlar  o  gün 

imandan çox küfrə yaxın idilər. Onlar 

qəlblərində  olmayanı  ağızları  ilə 

deyirlər.  Halbuki,  Allah  onların  nəyi 

gizlətdiklərini  çox  yaxşı  bilir.  (Ali-

İmran surəsi, 166-167)

 

Göründüyü  kimi,  münafiqlər, 



çətinlik anlarında möminləri tərk edərək 

öz mənfəətlərini qoruyurlar. Ancaq bunu 

da həmişə olduğu kimi ikiüzlülüklərini 

davam  etdirərək,  yəni  özlərini  haqlı 

göstərməyə  çalışaraq  edirlər.  Əlbəttə 

ki, 


uzaqlaşarkən 

mənfəətlərinin 

zədələnməsindən 

qorxduqlarını 

demirlər, bunun yerinə ağılsız bəhanələr 

qarşıya  qoyaraq  möminləri  haqlı 

olduqlarına inandırmağa çalışırlar. Allah 

Quranda münafiqlərin bu davranışlarını 

belə xəbər vermişdir:

 

Geri  qalan  bədəvilər  sənə: 

“Var-dövlətimiz  və  ailələrimiz  bizi  

yayındırdı.  (Allah’dan)  bizim  üçün 

bağışlanma  dilə!”–  deyəcəklər.  Onlar 

qəlbində  olmayanları  dilləri  ilə 

12

Düşünən İnsan, 

Avqust  2013

www.munafiqlerinxususiyyetleri.com




13

deyirlər. De: “Əgər Allah sizə bir zərər 

yetirmək və ya bir xeyir vermək istəsə, 

Onun    qarşısını  kim  ala  bilər?”  Xeyr, 

Allah sizin nə etdiyinizdən xəbərdardır.

(Fəth surəsi, 11)

YAXŞILIĞA MANE OLUR

PİSLİK ETMƏK ÜÇÜN YARIŞIRLAR

 

Möminlərin 



əsas 

xüsusiy-


yətlərindən  biri  yaxşılığı  əmr  edib, 

pislikdən  çəkindirməkdir.  Yəni  bir 

mömin  insanları  əlindən  gəldiyi  qədər 

yaxşılığa,  Quran  əxlaqına  çağıracaq  və 

mümkün olduğu qədər pisliklərə mane 

olmağa çalışacaq.

 

Münafiqlərin  rəftarı  isə  bunun 



tam  əksidir.  Dinin  və  möminlərin 

faydasına  olan  fəaliyyətlərə  mane 

olmağa 

çalışırlar. 



Müsəlmanların 

lehinə  nəticələnəcək  olan  hadisələrdən 

narahat olurlar. Eqoist istək və həvəsləri 

yönündəki  hər  hərəkəti  çəkinmədən 

edirlər.  Müsəlmanlara  zərər  verəcəyini, 

onları çətinliyə salacağını düşündükləri 

hərəkətlərə  dəstək  olurlar.  Ayədə  belə 

buyurulur:

 

Münafiq  kişilər  və  münafiq 

qadınlar  bir-birinin  tayıdırlar.  Onlar  

pis  işlər  görməyə  vadar  edir,  yaxşı 

əməllərə  qadağa  qoyur  və  xəsislik 

göstərirlər.  Onlar  Allah’ı  unutdular. 

Allah  da  onları  unutdu.  Həqiqətən, 

münafiqlər  günahkardırlar.  (Tövbə 

surəsi, 67)

NANKORDURLAR

 

Münafiqlər digər bütün inkarçılar 



kimi  Allah’a  qarşı  nankordurlar. 

Özlərini yaradan və müxtəlif nemətlərlə 

yaşadan  Allah’a  nankorluq  edir,  Onun 

hökmlərindən üz çevirirlər. 

 

İkinci  bir  nankorluqları  isə 



möminlərə  qarşıdır.  Çünki  möminlərin 

arasına  qatıldıqda,  möminlər  onlara 

kömək etmişdir. Möminlər onları imana 

çağırmış,  onların  axirətini  qurtarmağa 

çalışmışlar. Onlara verdikləri nəsihətlər, 

etdikləri  xəbərdarlıq  və  xatırlatmalar 

onların  yaxşı  olmalarını  istədikləri 

üçündür. 

 

Bunun qarşılığında münafiqlərin 



rəftarı  isə  möminlərə  düşmənçilik 

bəsləməkdən başqa bir şey deyil. Əlbəttə, 

bu, böyük bir nankorluqdur və Quranda 

münafiqlərin bu nankorluqları belə izah 

edilir:

 

Allah’a  and  içirlər  ki,  (nalayiq 



sözlər) deməyiblər. Onlar küfr sözünü 

demiş,  İslamı  qəbul  etdikdən  sonra 

kafir olmuş və bacara bilmədikləri bir 

işə can atmışlar. Onların intiqam almağı 

yalnız Allah’ın və Onun Elçisinin onları 

Öz  lütfündən  varlandırdığına  görədir. 

Əgər  tövbə  etsələr,  onlar  üçün  xeyirli 

olar. Əgər üz döndərsələr, Allah onları 

dünyada da, axirətdə də acılı-ağrılı bir 

əzaba  düçar  edər.  Yer  üzündə  onların 

nə bir dostu, nə də bir köməkçisi vardır. 

(Tövbə surəsi, 74)

 

Onların bağışlanması üçün dua 

etsən də, etməsən də, (hətta) onlar üçün 

yetmiş  dəfə  bağışlanma  diləsən  belə, 

Allah  onları  əsla  bağışlamayacaqdır. 

Çünki  onlar  Allah’ı  və  Onun  Elçisini 

inkar etdilər. Allah günahkar insanları 

hidayət  yoluna  yönəltməz.  (Tövbə 

surəsi, 80)

13

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə