DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   ...   20

14

 

1990-cı  illərin  əvvəllərində  dünyanın 



tanınmış  qəzetləri  çox  mühüm  bir  arxeoloji 

qazıntıya  “Möhtəşəm  ərəb  şəhəri  tapıldı”, 

“Əfsanəvi  ərəb  şəhəri  tapıldı”,  “Qumluqların 

Atlantidası  -  Ubar”  başlıqları  ilə  geniş  yer 

ayırdılar.  Bu  maraqlı  arxeoloji  tapıntının 

əhəmiyyətini  xeyli  artıran  cəhət  isə  həmin 

şəhərin adının Quranda çəkilməsi idi. O vaxta 

qədər  isə  Quranda  haqqında  bəhs  edilən  Ad 

qövmünün  bir  əfsanə  olduğunu  və  ya  heç 

vaxt  tapılmayacağını  fikirləşənlər  bu  yeni 

tapıntıdan  sonra  heyrətə  gəldilər.  Quranda 

bəhs  edilən  həmin  şəhəri  tapmış  şəxs  isə 

həvəskar arxeoloq Nikolas Klapp idi.

 

İxtisasca  ərəbşünas  və  sənədli  filmlər 



rejissoru  olan  Nikolas  Klapp  ərəb  tarixi  ilə 

bağlı  apardığı  tədqiqatlar  zamanı  ingilis 

tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci 

ildə yazılan “Arabia Felix” adlı bir kitaba rast 

gəlmişdi. “Arabia Felix” romalıların Ərəbistan 

yarımadasının cənubunda olan və dövrümüzdə 

Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi 

ad  idi.  Yunanlar  bura  “Eudaimon  Arabia”, 

orta əsrlərdəki ərəb alimləri isə “əl-Yəmən əs-

Səidə”  deyirdilər.  Bu  adların  hamısı  “şanslı, 

bəxtli ərəblər” mənasına gəlirdi. Çünki qədim 

dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan 

arasındakı  ədviyyat  ticarətinin  mərkəzi 

sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan 

tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl 

dəyərində olan “kəhribar” adlı bir bitkini yığır 

və onun satışı ilə məşğul olurdular.

 

Öz kitabında bu məlumatlara geniş yer 



ayıran  ingilis  tədqiqatçısı  Bertram  Tomas Ad 

qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının 

olduğu  bölgəyə  bir  elmi  ekspedisiya  təşkil 

etmişdi.  Bu  vaxt  səhrada  yaşayan  bədəvilər 

B.Tomasa  Omanın  sahilə  yaxın  bir  yerində 

həmin  bölgədə  qədim  bir  cığırın  olduğunu 

göstərmiş  və  cığırın  Ubar  adlı  çox  qədim  bir 

şəhərə aid olduğunu bildirmişdilər.

 

Ubarda aparılan arxeoloji qazıntılarda 



Quranda  haqqında  bildirilən  çoxlu  sənət 

abidələri  və  yüksək  mədəniyyət  əsərləri 

tapılmışdı. 

İngilis 


tədqiqatçısı 

Ubarın 


mövcudluğunu  sübut  etmək  üçün  iki  ayrı 

üsuldan  istifadə  etdi.  Əvvəlcə,  mövcudluğu 

bədəvilər 

tərəfindən 

bildirilən 

cığırın 


izlərini  tapdı.  NASA-ya  müraciət  edərək 

bu  bölgənin  peyk  vasitəsi  ilə  çəkilməsini 

xahiş  etdi.  Bundan  sonra  da  Kaliforniyanın 

Hantinqton  Kitabxanasında  saxlanılan  qədim 



14

Düşünən İnsan, 

Avqust  2013

www.quranmocuzeleri.org




15

kitabə  və  xəritələri  tədqiq  etməyə  başladı. 

Qısa  araşdırmadan  sonra  Misir-yunan 

coğrafiyaşünası  Ptolemey  tərəfindən  bizim 

eranın  200-cü  ilində  çəkilmiş  bir  xəritəni 

aşkara  çıxardı.  Xəritədə  bölgədə  olan  qədim 

bir  şəhərin  yeri  və  bu  şəhərə  tərəf  gedən 

yollar  göstərilmişdi.  Bu  vaxt  NASA-nın 

çəkdiyi şəkillərdə yerdən adi gözlə görünməsi 

mümkün  olmayan,  ancaq  havadan  bir  bütöv 

şəkildə görünən bəzi yol izləri ortaya çıxmışdı. 

Həm qədim xəritədə təsvir olunan yollar, həm 

də  peykdən  çəkilmiş  şəkillərdən  görünən 

yollar bir-biri ilə üst-üstə düşüb kəsişirdi. Bu 

yolların  qurtardığı  yer  isə  qədimdə  bir  şəhər 

olduğu bilinən geniş bir sahə idi. 

 

Beləliklə, bədəvilərin şifahi olaraq bəhs 



etdikləri hekayələrə mövzu olan əfsanə şəhərin 

yeri  tapıldı.  Qazıntılar  nəticəsində  qumların 

içindən  bir  şəhərin  qalıqları  çıxmağa  başladı. 

Buna  görə  də  bu  itmiş  şəhər  “Qumluqların 

Atlantidası - Ubar” şəklində adlandırıldı. 

 

Bu  qədim  şəhərin  Quranda  haqqında 



bəhs  edilən  Ad  qövmünün  şəhəri  olmasını 

sübut  edən  əsl  dəlil  isə  şəhərin  qalıqları  idi. 

Bu  dağılmış  şəhərin  Quranda  haqqında  bəhs 

edilən Ad  qövmü  və  İrəmin  sütunları  olması 

faktı  dağıntıların  ilk  aşkarlanmasından 

etibarən  təsdiqlənmişdi.  Çünki  qazıntılarda 

ortaya  çıxarılan  abidələr  arasında  Quranda 

mövcudluğuna diqqət çəkilən uzun sütunlar da 

yer alırdı. Qazıntını aparan qrupdan dr. Zarins 

də  bu  şəhəri  başqa  arxeoloji  tapıntılardan 

fərqləndirən  cəhətin  yüksək  sütunlar  amili 

ilə  bağlı  olmasını  və  dolayısilə,  bu  şəhərin 

Quranda haqqında bəhs edilən Ad qövmünün 

şəhəri olan İrəm olduğunu bildirirdi. 

Quranda İrəmdən belə bəhs edilir: 

 

“Məgər  görmürsənmi  ki,  Rəbbin 



nələr  etdi  Ada  (Ad  qövmünə)?!  Sütunlar 

sahibi  İrəmə?!  Məmləkətlər  arasında  onun 

kimisi yaradılmamışdı”. (Fəcr surəsi, 6-8) 

 

Göründüyü  kimi,  Quranda  keçmişlə 



əlaqədar  verilən  məlumatların  tarixi  faktlarla 

bu cür uyğunluq təşkil etməsi və öz təsdiqini 

tapması  Quranın  Allah`ın  kəlamı  olduğunun 

başqa bir sübutudur.



15

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




16

   


Düşünmək  qabiliyyəti  insana  dünya  həyatında  verilən 

ən  böyük  nemətlərdən  biridir.  Çünki  insan  düşünərək  Allahʹın 

sonsuz  gücünü,  kainatdakı  qüsursuz  sənətini  qavrayır. 

Düşünən  insan  dünyada  olan  hər  xırdalığın  bir  çox  hikmətlə 

yaradıldığını,  ölümün  yaxın  olduğunu  və  dünya  həyatında 

yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda 

bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, 

Allahʹın  varlığının  dəlillərini  ancaq  onların  görəcəklərini 

bildirmişdir.  Quranın  nazil  olma  məqsədi  “Sənə  nazil 

etdiyimiz  mübarək  bir  kitabdır  ki,  onun  ayələrini 

düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! 

“ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların 

ayələr üzərində dərin düşünmələridir.                                                        

   

Lakin  insanların  böyük  hissəsi  düşünməyi 



çətinlik olaraq qəbul edir. Hətta bu insanlar düşünməyin 

həyatlarına  və  rahatlıqlarına  zərər  verəcəyinə  inanırlar. 

Bu  anlayışa  görə,  zərərlərin  ən  mühümü  insana  dünya 

həyatlarındakı  vəzifələrini  xatırlatmaq,  düşdükləri  qəflətdən 

onları çıxartmaqdır. Çünki düşünməmək insanı zehni tamamilə 

boş  qoyan  bir  növ  yuxuya  sürükləyir.  Bu  yuxu,  adətən,  sehr 

kimi  insana  bütün  vəzifələrini,  nə  üçün  var  olduğunu,  həyatdakı 

məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə 

dünya  həyatının  gündəlik    və  təkrarlanan  işlərinə  özünü  verməkdir. 

Bəlkə, bu insanlar gün ərzində bir çox şey düşünür, qərar verir və ya 

həll yolları tapmış kimi görünə bilirlər, əslində isə düşündükləri şeylər 

gündəlik qaç-qovlarından başqa bir şey deyil. Bu düşüncələrin heç biri 

insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər 

canlının bir gün torpaq olacağı ilə bağlı deyil. Əzbərlənmiş, öyrədilmiş, 

qəlibləşmiş,  vərdiş  edilmiş  hərəkətlər,  danışıqlar  və  davranışlar  belə 

insanların  bütün  həyatını  o  qədər  bürüyür  ki,  əsl  həqiqətlər  üzərində  düşünməyi 

lazımsız bilir.                                                                                                                                                      

 

Bu  insanlar  özləri  düşünməkdən  qaçdıqları  kimi,  başqalarının  etdikləri 



xatırlatmalardan  da  qətiyyətlə  qaçırlar.  Allahʹa  iman  etmələri,  Onun  rizası  üçün 

yaşamaları və Quran ayələri üzərində düşünmələri üçün edilən çağırışlardan üz çevi-

rirlər.                                                                                       

16

Düşünən İnsan, 

Avqust  2013

www.Allahianmaq.com




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə