DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   ...   20

17

 

Lakin  dünyadakı  hər  şey  və  hər  varlıq  məqsədyönlü 



şəkildə  yaradılmışdır.  Allah  kainatdakı  hər  şeyi  insanların 

düşünmələri  üçün  yaratmışdır. Allah  Quran  ayələrində  yeri, 

göyü  və  ikisi  arasındakıları  kimin  daha  gözəl  davranacağını 

sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı 

ərzində bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən 

sonra  yenidən  dirildən,  haqq-hesaba  çəkən  Allah  qarşısında 

böyük  məsuliyyət  daşıyır.  Quranı  oxumaq,  dinləmək,  ayələr 

üzərində düşünmək və anlayıb tətbiq etmək də hər bir insanın 

ən öndə gələn vəzifələrindən biridir. Allah bu həqiqətə “Məgər 

kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu 

babalarına gəlməyən bir şey gəldi?” (Muminun surəsi, 68) 

ayəsi ilə diqqət yetirir.                                               

  Düşünən insan kainatdakı bu qədər incə nizamın və 

qüsursuz dizayn nümunələrinin təsadüfən meydana 

gəlməyəcəyinə,  var  olan  hər  şeyin  yaradıcısı 

olduğuna  qərar  verəcək.  Ətrafındakı  yaradılış 

möcüzələrini  çox  dərindən  düşündükcə  Allahʹın 

varlığının dəlillərini, Onun yaratdığı hadisələrdə 

hikmətləri görərək Allahʹa təslim olacaq və yalnız 

Onun  rizasını  qazanmaq  üçün  yaşayacaqdır. 

Bu  həqiqətin  fərqində  olan  şeytan  insanların 

qəflət  içində  ömür  sürmələrini,  Allahʹın 

ayələrindən  uzaqlaş-malarını,  bunun  üçün  də 

düşünməmələrini  istəyir.  Allah  şeytanın  bu 

hədəfini bir ayədə belə bildirir:                                                                                                                                   

 

  “...  Mən  də  Sənin  düz  yolunun  üstündə 



oturub insanlara mane olacağam! Sonra onların 

yanına qarşılarından və arxalarından, sağlarından 

və sollarından gələcəyəm...” (Əraf surəsi, 16-17)                                                 

 

 



Şeytan  bu  son  hədəfinə  çatmaq  üçün  insanları 

qəflətdə  saxlayacaq  xüsusi  şəraitlər  hazırlayır.  Bunun  üçün 

insanların  zəif  xüsusiyyətlərindən  istifadə  edərək  planlar  qurur, 

ssenarilər yazır və bunları insanların nəfslərinin ən çox məmnun olacağı, ən 

çox zövq alacağı vəziyyətə gətirməyə çalışır. Din əxlaqından uzaq insanlar 

da belə mühitlərdə iman edən insanların əksinə Allahʹı unudaraq, axirəti 

heç düşünməyərək qəflət içində olurlar.                       

 

 



Məsələn, əyləncə yerləri şeytanın bu incə planını asanlıqla 

tətbiq etdiyi məkanlardır. Çünki din əxlaqına tabe olmayan insanlar buna 

bənzər  yerlərdə  heç  bir  şey  düşünmədən,  boş 

zehinlə vaxt keçirirlər. Bu məkanlarda 

ən  dəyər  verilən  şeylər  geyilən 

geyim,  taxılan  bəzək 



17

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




18

əşyaları,  xərclənən  pul 

və  ətrafdakı  insanlardır.  Heç 

kimin bir-birini eşidə bilmədiyi yüksək 

səsli  musiqi,  dumandan  insanların  bir-

birini görə bilmədiyi tüstülü hava, partlayan 

fişənglər,  yüksək  səsli  danışıqlar  və  qışqırtılar 

bir yerə yığılınca Allah qorxusu olmayan insanların 

diqqətini əsla toplaya bilməyəcəyi və düşünə bilməyəcəyi 

mühit tamamlanmış olur.                                                                                                   

 

Əlbəttə, insanların əylənmələri, şad olmaları, söhbətindən 



xoşları  gələn  insanlarla  bir  yerdə  olmaları  gözəl  nemətlərdir. 

Lakin burada nəzərdə tutulan axirətin unudulduğu, Allahʹın adının 

anılmadığı mühitlərdir. Yaradılış məqsədini tamamilə unutmuş, 

Allah  qorxusunu  qəlbində  hiss  etməyən,  əylənmək  üçün  deyil, 

buradakı qafil şəraitə düşmək üçün vaxtını belə yerlərdə keçirən 

insanların  nə  xəbərdarlıqları  düşünəcək,  nə  də  anlayacaq 

halları  qalar.  Onsuz  da  belə  insanların  bu  cür  məkanları 

seçmələrindəki  səbəblərdən  biri  də  hər  şeyi  unutmaq  və 

düşünməməkdir  ki,  bunu  da  tez-tez  dilə  gətirirlər.  Belə 

məkanlara,  öz  ifadələri  ilə,  fikrini  dağıtmaq  üçün  gələn 

insan on dəqiqə əvvəl ağlı başında davranarkən bir anda 

hər  cür  lazımsız  hərəkətləri  normal  görməyə  başlayır. 

Yenə öz ifadələri ilə çılğıncasına əylənmək üçün hər cür 

əxlaqsızlığı məqbul qarşılayır, baş verənlərə qarşı laqeyd olur.                                                                                                                                            

            Belə mühitlərdə Allah qorxusu hiss etməyən insanların 

zehinlərindən  faydalı  düşüncənin  keçməsi  demək  olar  ki, 

mümkün deyil. 

  Beləliklə, şeytan “düşünməyin!” əmrinə insanların itaət etmələrini 

təmin  etmiş  olur.  Allah  “Onlardan  kimi  bacarırsansa,  səsinlə 

yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına 

və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver...” (İsra surəsi, 64) 

ayəsi ilə də şeytanın bu üsuluna diqqət çəkir.                                                                                                        

 

İnsanların  dərin  qəflət  içində  yaşadıqları  bu  həyat  hal-hazırda 



yalnız əyləncə məkanları ilə məhdud deyil. Səs-küylə, lazımsız hərəkətlərlə 

insanların  Allahʹın  ayələrini  düşünməkdən  uzaqlaşdırıldıqları  hər 

mühit  şeytanın  yuxarıda  bəhs  etdiyimiz  planının  bir  hissəsidir.  Futbol 

oyunlarında  tribunaları,  konsertlər  zamanı  stadionları  dolduran 

izdihamların meydana gətirdiyi və buna bənzər mühitlərdə şeytan eyni 

üsullarla  bəzi  insanları  düşünməkdən  uzaqlaşdırır.  Bir  çox  insan  belə 

yerlərə  əylənmək,  yarışı  izləmək  və  ya  gözəl  səs  dinləmək  üçün  deyil, 

insanlara qışqırmaq, dava etmək, qısacası, hər cür çirkin hərəkəti etmək 

üçün gəlir. Üstəlik, belə yerlərdə bir iki nəfər deyil, minlərlə, on minlərlə 

izdiham, hamısı bir-birilərinə təsir edə bilir və hamısı qafil vəziyyətə düşə 

bilir.                                                                   

 

Belə  mühitdə  bir  çox  insan Allahʹın  onu  hər 



tərəfdən  əhatə 

etdiyini,  hər  an  ölüm  mələkləri  ilə 

qarşılaşa biləcəyini ağlına 

gətirmir.                                                                                                      

 

18

Düşünən İnsan, 

Avqust  2013

www.Allahianmaq.com




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə