DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

21

diş quruluşunun yaranmasına kömək edir, 

dərinin rəngini gözəlləşdirir, saçların daha 

sağlam  olmasını  təmin  edir,  bakterioloji 

infeksiyalarla  mübarizəyə  dəstək  verir. 

Bundan  əlavə,  həmin  maddələr  qandakı 

xolesterol  balansının  tənzimləyici  təsirləri 

ilə infarktın qarşısının alınmasında mühüm 

rol oynayırlar. Bu maddələr nişasta və piyin 

parçalanaraq  onların  orqanizm  tərəfindən 

mənimsənilməsinə yardımçı olur, beləliklə, 

daha enerjili və daha güclü qalmağı təmin 

edirlər.  Digər  tərəfdən,  balıq  ətində  olan 

maddələr zehni fəaliyyətin nizamlı olmasına 

müsbət təsir göstərir. Onun tərkibindəki D 

vitamini və başqa minerallar kifayət qədər 

qəbul  edilmədikdə  isə  raxitlik,  sümük 

boşluğu, diş əti xəstəlikləri, zob, hipertiroit 

kimi problemlər ortaya çıxa bilər.

 

Bunlardan  əlavə,  müasir  tibbi 



biliklər  balığın  tərkibində  omeqa-3  yağ 

turşularının  sağlamlıq  baxımından  çox 

əhəmiyyətli olduğunu sübut edib. Hətta bu 

yağlar  zəruri  yağ  turşuları  (EFA:  essential 

fatty acid) kimi müəyyənləşdirilir. 

Balıq yağındakı omeqa-3 

turşusunun faydası 

 

Balıq 



yağında 

sağlamlığımız 

üçün  xüsusilə  çox  əhəmiyyətli  olan  iki 

fərqli  doymamış  yağ  turşusu  növü  var: 

EPA  (eicosapentaenoic  acid)  və  DHA 

(docosahexaenoic  acid).  EPA  və  DHA 

doymamış  yağlar  kimi  tanınır  və  özündə 

vacib  omeqa-3  yağ  turşularını  ehtiva 

edir.  İnsan  bədəni  omeqa-3  və  omeqa-6 

yağ  turşularını  yarada  bilməz,  yəni  onlar 

kənardan qidalarla qəbul edilməlidir. 

 

Balıq  yağı  özündə  omeqa-3  yağ 



turşularını  ehtiva  etdiyi  üçün  onun 

sağlamlığa  faydası  haqqında  daha  çox 

dəlil  var.  Omeqa-3  bitki  yağlarında  olsa 

da, o, sağlamlığı qorumaqda daha az təsirə 

malikdir.  Bunun  əksinə  olaraq,  dəniz 

planktonları omeqa-3 yağ turşusunun EPA 

və DHA-ya çevrilməsində çox böyük təsirə 

malikdir. Balıqlar bu planktonları yeyəndə 

EPA  və  DHA  baxımından  zənginləşirlər. 

Buna görə də balıq insan bədəni üçün çox 

əhəmiyyət  kəsb  edən  bu  yağ  turşularının 

olması  baxımından  ən  zəngin  qidalardan 

hesab edilir.

21

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




22

Ürək-damar sisteminin 

sağlamlığında balığın 

əhəmiyyəti 

 

Balığın  tərkibində  olan  omeqa-3 



yağ  turşusu  qandakı  xolesterolu, 

triqliseridi  və  qan  təzyiqini  aşağı  salır. 

Bu  turşu  ürəyin  sağlam  fəaliyyətini 

təmin  etməsi  ilə  məşhurdur.  Triqliserid 

yağın  bir  növüdür,  tərkibindəki  bol 

yağ  və  az  zülal  baxımından  LDL-yə 

(pis  xolesterola)  oxşayır.  Triqliseridin 

səviyyəsinin artması xüsusilə xolestrolun 

səviyyəsi  yüksələndə  ürək  xəstəliyi 

riskini  çoxaldır.  Balıq  yağları  infarktdan 

sonra anormal ürək döyüntülərini, həyatı 

təhdid edən riskləri də azaldır.

 

ABŞ-ın Tibb Birliyinin apardığı bir 



araşdırma  göstərib  ki,  həftədə  5  porsiya 

balıq  yeyən  qadınlarda  infarkt  keçirmə 

nisbəti  1/3  qədər  azalır.  Bunun  balıq 

yağında  olan  omeqa-3  yağ  turşularının 

qanın  daha  az  laxtalanmasına  səbəb 

olmasından 

qaynaqlandığı 

güman 


edilir.  Qanın  damarlarımızda  adi  sürəti 

saatda 60 km-dir və qanın kifayət qədər 

duruluğu,  onun  axınının,  miqdarının, 

sürətinin normal səviyyədə olması həyati 

əhəmiyyət  kəsb  edir.  Qanımız  üçün  ən 

böyük  təhlükə  -  qanaxma  kimi  zəruri 

vəziyyətlər  istisna  olmaqla  -  laxtanaraq 

duruluğunun  azalmasıdır.  Balıq  yağları 

qandakı 

trombositlərin 

(bədəndə 

qanaxma  olanda  qanı  intensivləşdirən 

qan  lövhəcikləri)  bir-birinə  yapışmasına 

mane  olaraq  qanın  laxtalanmasını 

azaltmaqda da təsirlidir. Əks halda, qanın 

qatılaşması  damarların  daralmasına 

səbəb  olur.  Bu  vəziyyət  də  başda  ürək, 

beyin, göz və böyrək olmaqla, bədəndəki 

bir  çox  orqanların  qanla  kifayət  qədər 

yaxşı qidalanmamasına, ləng çalışmasına 

və tədricən fəaliyyətini itirməsinə gətirib 

çıxarır.  Məsələn,  aorta  qan  damarının 

laxtalanması  nəticəsində  damarların 

tıxanması  infarkt,  iflic  və  ya  başqa 

xəstəliklərin  yaranmasına  gətirib  çıxara 

bilər. 


 

Omeqa-3 


yağ 

turşuları 

eritrositlərin  (qırmızı  qan  hüceyrələri) 

daxilində  oksigen  daşıyan  hemoqlobin 

molekulunun  istehsalında  və  hüceyrə 

qılafından  keçən  qidalara  nəzarət 

edilməsində  də  mühüm  rol  oynayır  və 

bədən  üçün  ziyanlı  yağların  zərərinin 

qarşısını  alır.  Araşdırmalar  balıqdakı 

omeqa-3  yağ  turşularının  infarkt  riskini 

azaltdığını sübut edib.

Balığın yeni doğulan uşaqların 

inkişafında rolu 

 

Omeqa-3  yağ  turşuları  insan 



beyninin  və  retinasının  əhəmiyyətli 

bir  tərkibi  olduğu  üçün,  xüsusilə  təzə 

doğulan uşaqların ehtiyacı ilə bağlı ötən 

22

Düşünən İnsan, 

Avqust  2013

www.Allahinvarliqdelilleri.com




23

10  ildə  mühüm  tədqiqatların  mövzusu 

olub.  Omeqa-3  xüsusilə  hamiləlik 

dövrü  boyunca  və  uşaqlıq  dövrünün 

başlanğıcında  beyin  və  sinirlərin 

uyğun  şəkildə  inkişafı  baxımından  çox 

əhəmiyyətlidir.  Ana  südü  də  təbii  və 

mükəmməl bir omeqa-3 anbarı olduğuna 

görə,  alimlər  ana  südünün  vacibliyini 

xüsusi vurğulayırlar. 

Oynaqların sağlamlığına 

faydası 


 

Revmatizm  artrit  xəstəliyində 

(revmatizmlə  bağlı  oynaq  infeksiyası) 

ən  əhəmiyyətli  risk  oynaqlarda  yaranan 

aşınmanın  qarşısıalınmaz  bir  təxribata 

səbəb  olmasıdır.  Omeqa-3  yağ  turşusu 

baxımından  zəngin  bir  qidalanmanın 

artritin yaranmasına mane olduğu, şişən 

və  həssas  oynaqlarda  narahatlığın  da 

yüngülləşdiyi sübut olunmuşdur.

 

Omeqa-3  yağ  turşusunun  beyin 



və  sinir  sisteminin  sağlam  şəkildə 

fəaliyyət  göstərməsində  təsirləri  bir  çox 

tədqiqatlar  nəticəsində  təsdiq  edilib. 

Həmçinin  sübut  edilib  ki,  balıq  yağının 

qəbul edilməsi depressiya və şizofreniya 

əlamətlərini  yüngülləşdirir,  Altshaymer   

xəstəliyinin 

(yaddaşın 

zəifləməsinə 

səbəb  olan,  gündəlik  yaşayış  aktivliyinə 

mane  olan  bir  beyin  xəstəliyi)  qarşısını 

alır.  Məsələn,  depressiyaya  məruz  qalan 

və 12 həftə ərzində 1 qram omeqa-3 yağ 

turşusu qəbul edən adamlarda gərginlik, 

narahatlıq,  kədər  və  yuxu  problemləri 

kimi əlamətlərin azaldığı sübut olunub. 

 

Yüksək 


səviyyədə 

omeqa-3 


yağ  turşusuna  malik  balıqla  qidalanan 

Qrenlandiya 

eskimoslarının 

və 


yaponların ürək-damar, astma və psoriaz 

xəstəliklərinə  daha  az  məruz  qaldığını 

göstərən çox əhatəli məlumatlar var. Buna 

görə də balıq müalicəvi bir qida kimi də 

tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək 

xəstəliyi  üçün  sübut  edilmiş  faydaları 

ilə  müasir  dövrümüzdə  də  qidalanma 

üzrə  mütəxəssislərin  tövsiyə  etdiyi  əsas 

maddələrdən biri kimi hesab edilir. 

 

Balığın 



ümumi 

şəkildə 


göstərdiyimiz  faydalı  cəhətlərinə  hər 

ötən  gün  yeniləri  əlavə  olunur.  Balığın 

faydalarını  ortaya  çıxarmaq  alimlərin 

inkişaf  etmiş  texnoloji  imkanlarla  təchiz 

olunmuş tədqiqat mərkəzlərindən istifadə 

etməsi ilə mümkün olub. Bu cür dəyərli 

qida  mənbəyinə  Quranda  işarə  edilməsi 

və «Kəhf» surəsində yorğunluğu aradan 

qaldıran  bir  qida  kimi  təqdim  olunması 

da, əlbəttə, çox hikmətlidir. Balıqdan əldə 

edilən  bütün  faydalar  Rəbbimizin  bizə 

verdiyi böyük nemətdir. Bütün qidalarda 

olduğu  kimi,  balıqdakı  üstün  quruluşu 

da  bizim  üçün  yaradan  aləmlərin  Rəbbi 

olan Allah`dır.

23

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə