DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
  1   2   3   4   5   6   7   8   9   ...   23




DÜŞÜNƏN İNSAN

Elmi-kütləvi, mənəvi-psixoloji jurnal

Dekabr 2013; № 28

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydiyyatdan keçmişdir.

Reyestr № 3418  

Təsisçi və redaktor: Ziya Kazımov

Telefon: (077) 381 61 91

E-mail:info@dusuneninsan.az

www.dusuneninsan.az

Poçt ünvanı: AZ1000 abonent qutusu 35

Çapa imzalanma tarixi: 30.11.2013

Şərq-Qərb mətbəəsində çap edilib.

Tiraj: 600

Qiyməti: 2 manat

Ən qədim canlıların mürəkkəb quruluşları 

təkamül nəzəriyyəsini necə təkzib edir?

Dinozavrların quşlara çevrilməsi

iddiası nə üçün elmə zidd nağıldır?

Meymun və insan geninin 99 %oxşarlıq 

təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini 

sübut etdiyi iddiası nə üçün doğru deyil?

“Təkamül nəzəriyyəsi bəlkə də gələcəkdə 

əsaslandırıla bilər” fikri nə üçün doğru 

deyil?

Klonlaşdırmanı təkamül nəzəriyyəsinin 



dəlili kimi təqdim etmək nə üçün böyük 

yalandır?

İrqlərin müxtəlifliyi nə üçün təkamül 

nəzəriyyəsinə dəlil deyil?

Həyatın kosmosdan gəlməsi nə üçün 

mümkün deyil?

İnsana aid tapıntılar nə qədər qədimdir?

Nə üçün DNT təsadüflə açıqlana bilməz?

Niyə təkamül nəzəriyyəsini rədd etmək 

inkişaf və irəliləyişi də rədd etmək kimi 

göstərilir?

Bakteriyaların antibiotiklərə qarşı 

müqavimət qazanması nə üçün təkamülə 

dəlil deyil?

Təkamül nəzəriyyəsi nə üçün elmi və 

əsaslı nəzəriyyə deyil?

Təkamül nəzəriyyəsi nə üçün 

biologiyanın əsasını təşkil etmir?

Qurbağa kimi suda-quruda yaşayan 

canlılar nə üçün təkamül nəzəriyyəsinə 

dəlil ola bilməz?

Təkamül nəzəriyyəsinin süqutu 

yaradılışın doğruluğunu necə göstərir?

Ağıl dişi nə üçün təkamül nəzəriyyəsinə

 dəlil ola bilməz?

Dünyanın yaşının 4 milyard il olması nə 

üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

“İnsan embrionundakı qəlsəmələr”

 

cəfəngiyatı hansı elmi saxtakarlığa əsaslanır?



Yaradılışla elm arasında hansı əlaqələr var?

“Allah canlıları təkamüllə yaradlb” fikri nə 

üçün səhvdir?

2

38

40

43

44

46

48

52

56

58

60

6

8

16

18

22

26

30

32

36



Canlılar fosil qeydlərində müəyyən ardıcıllıq-

la  yerləşirlər.  Bu  ardıcıllıq  ən  qədimdən  yeni-

yə  doğru  tədqiq  edildikdə  mikroorqanizmlər, 

onurğasız  dəniz  canlıları,  balıqlar,  suda-quru-

da yaşayanlar, sürünənlər, quşlar və məməlilər 

şəklindədir.  Təkamülçülər  bu  ardıcıllığı  yanlış 

izah  edərək  təkamül  nəzəriyyəsinə  dəlil  kimi 

göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına 

görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf 

yolu  keçmiş,  bu  inkişaf  ərzində  də  canlı  növ-

ləri  müxtəlifləşmişdir.  Məsələn,  təkamülçülər 

300 milyon illik fosillər tədqiq edildikdə insan 

fosillərinə  rast  gəlinməməsini  buna  dəlil  kimi 

göstərirlər. Türk təkamülçülərdən Aykut Kence 

belə deyir:

“Təkamül  nəzəriyyəsinin  əsassız  olduğunu 

sübut etmək istəyirsiniz? Elə isə gedin, Kem-

bri dövrünün fosilləri arasında insan fosilləri 

tapın!  Bunu  edən  adam  təkamül  nəzəriy-

yəsinin  əsassız  olduğunu  sübut  etmiş  olur, 

bu  tapıntısı  üçün  Nobel  mükafatı  da  alar”. 

(Evrim Kuramı Konferansı, İstanbul Üniver-

sitesi Fen Fakültesi, 3 İyun 1998)

İbtidaidən mürəkkəbə çevrilmə 

sıralaması qeyri-realdır

Kencenin  sözlərində  ifadə  edilən  bu 

təkamülçü  məntiqi  nəzərdən  keçirək.  Əvvəla, 

ibtidaidən mürəkkəbə doğru dəyişdiyini bildirən 

ifadəsi həqiqəti əks etdirməyən təkamülçü rəy-

dir.  Bu  təkamülçü  iddianı  nəzərdən  keçirən 

ABŞ-dan  olan  biologiya  üzrə  professor  Frank 

L. Marş “Təbiətdə müxtəliflik və sabitlik” adlı 

kitabında: “Canlılar ibtidaidən mürəkkəbə doğ-

ru sıralanmır”, - deyir. 

Məlum olan bütün heyvan siniflərinin böyük 

əksəriyyətinin  Kembri  dövründə  birdən-birə 

ortaya  çıxdıqları  təkamülçülərin  bu  barədə  id-

dialarını  çürüdən  çox  güclü  dəlildir.  Habelə, 

birdən-birə  ortaya  çıxan  bu  canlılar  təkamül 

nəzəriyyəsinin fərziyyələrinin tam əksinə, bəsit 

deyil,  mürəkkəb  bədən  quruluşlarına  malik-

dirlər.


Möhkəm  dəriləri,  buğumlu  bədənləri  və 

mürəkkəb  orqanları  ilə  çox  mürəkkəb  canlılar 

olan trilobitlər onlardan biridir. Fosil izləri tri-

lobitlərin  gözlərini  belə  çox  ətraflı  öyrənməyə 

imkan vermişdir. Bir trilobit gözü yüzlərlə kiçik 

fasetdən  ibarətdir  və  bu  pətəklərin  hər  birinin 

içində  qoşa  göz  yerləşir.  Bu  göz  quruluşu  əsl 

yaradılış  möcüzəsidir.  Harvard,  Roçester  və 

Çikaqo  universitetlərindən  geologiya  profes-

soru  Devid  Roup  (David  Raup):  “Trilobitlərin 

gözü  ancaq  dövrümüzün  bilikli  və  son  dərəcə 

bacarıqlı  optika  mühəndisi  tərəfindən  düzəl-

diləcək dizayna malikdir”, -deyir. (David Raup, 

“Conflicts Between Darwin and Paleontology”, 

Bulletin, Field Museum of Natural History, cild 

50, yanvar 1979, s. 24)

Mövzunun  digər  maraqlı  cəhəti  budur  ki, 

eyni göz quruluşu dövrümüzdəki milçəklərdə də 

2

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 1

www.heyatingercekmenseyi.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə