DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   15   16   17   18   19   20   21   22   23
    Bu səhifədəki naviqasiya:
  • Dövr

Canlıların  doğuşlarına  qədər  olan  müddət  ər-

zində ana bətnində təkamülə dəlil olan bəzi dövrlər 

keçirməsi tezisi təkamül nəzəriyyəsinin əsassız id-

diaları arasında xüsusi yer tutur. Çünki təkamülçü 

ədəbiyyatda “rekapitulyasiya” kimi tanınan bu tezis 

elmi səhv olmasından başqa, həm də elmi saxtakar-

lığı da ifadə edir.

Hekkelin rekapitulyasiya cəfəngiyatı

Rekapitulyasiya iddiası təkamülçü bioloq Ernst 

Hekkel (Ernst Haeckel) tərəfindən XIX əsrin son-

larında  ortaya  atılmışdır.  Bu  terminin  ifadə  etdiyi 

təkamülçü tezis “ontogenez filogenezin təkrarıdır” 

(ontogeny  recapitulates  phylogeny)  şəklində  ifadə 

edilən bir iddia irəli sürür. Bunun mənası budur ki, 

canlı embrionları inkişaf prosesi zamanı sözdə tə-

kamüli əcdadlarının keçirdikləri təkamül prosesini 

təkrarlayırlar.  Məsələn,  insanın  ana  bətnində  əv-

vəlcə balıqlara, sonra sürünənə bənzədiyini, sonra 

da  insan  xüsusiyyətlərini  göstərdiyi  irəli  sürülür. 

Embrionun inkişaf dövrü ərzində qəlsəməyə malik 

olması iddiası da elə bu tezisdən qaynaqlanır.

Lakin bu tezis bir xurafatdan ibarətdir. Rekapi-

tulyasiyanın ortaya atılmasından sonrakı illər ərzin-

də elmi irəliləyişlər tezisin əsaslılığının araşdırılma-

sına imkan yaratdı. Sonda tezisin bunu ortaya atan 

təkamülçülərin xəyal güclərindən və məqsədli təh-

riflərindən başqa əsası olmadığı məlum oldu. İnsan 

embrionunun ilkin dövrlərində ortaya çıxması iddia 

edilən qəlsəmələrin, əslində, insanda orta qulaq boş-

luğu, yevstaxi borusu, paratiroid və timus (çəngələ-

bənzər) vəzlərinin əmələ gəlməsindən əvvəl inkişaf 

dövründəki  formaları  olduğu  məlum  oldu.  Təka-

mülçülər tərəfindən insan embrionunun yumurtanın 

sarı kisəsinə bənzədilən hissəsinin rüşeym üçün qan 

hazırlayan bir hissə olduğu müəyyən edildi. Təka-

mülçülər embrionda quyruğa bənzətdikləri hissənin 

isə insanın onurğa sümüyü olduğu üzə çıxmış və tə-

kamülçülərin quyruq bənzətməsinin bu hissənin ana 

bətnində  ayaqlardan  əvvəl  inkişafa  başlamasından 

irəli gəldiyi məlum olmuşdur.

Rekapitulyasiya iddiasının elmi cəhətdən yanlış-

lığı bu gün qabaqcıl təkamülçü elm adamları tərə-

findən də qəbul edilir. Neodarvinizmin banilərindən 

olan Corc Qeylord Simpson (George Gaylord Sim-

pson): “Hekkel təkamül inkişafını səhv şəkildə or-

taya qoydu. Bu gün canlıların embrioloji inkişafının 

keçmişlərini əks etdirmədiyi artıq qəti şəkildə mə-

lumdur”, - deyə yazır. (G. G. Simpson, W. Beck, An 



Introduction to Biology, New York, Harcourt Brace 

and World, 1965, s. 241) 

“American Scientist”də dərc edilən bir məqalə 

isə bu həqiqəti oxuyucularına belə bildirmişdir:

Biogenetika  qanunu  (rekapitulyasiya  nəzəriy-

yəsi)  artıq  tamamilə  ölmüşdür.  1950-ci  illərdə 

dərsliklərdən çıxarılıb. Əslində, elmi mübahisə 

kimi  1920-ci  illərdə  sonu  çatmışdı.  (Keith  S. 

Thompson,  “Ontogeny  and  Phylogeny  Recapi-

tulated”, American Scientist, cild 76, may/iyun 

1988, s. 273)

Eyni həqiqət “New Scientist” jurnalının 16 okt-

yabr, 1999-cu il tarixli sayında da bildirilmişdir:

Hekkel  nəzəriyyəsini  “biogenetik  qanun”  ad-

landırdı  və  bu  düşüncə  qısa  müddətdə  rekapitul-

yasiya  kimi  tanındı.  Əslində  isə  Hekkelin  kəskin 

qanununun səhv olması yaxın gələcəkdə göstərildi. 

Məsələn,  erkən  inkişaf  dövründəki  insan  embrio-



58

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 19

www.heyatingercekmenseyi.com



nunun heç vaxt bir balıq kimi qəlsəmələri olmur və 

embrion  heç  vaxt  yetkinləşmiş  bir  sürünənə  və  ya 

meymuna  bənzər  mərhələlərdən  keçmir.  (Ken  Mc

-

Namara, “Embryos and Evolution”, New Scientist, 

16 oktyabr 1999)

Göründüyü  kimi,  tezisin  ortaya  atılmasından 

sonrakı irəliləyişlər rekapitulyasiyanın heç bir elmi 

əsasının olmadığını göstərdi. Ancaq eyni irəliləyiş-

lər tezisin sadəcə elmi xətadan deyil, açıq-aşkar sax-

takarlıqdan qaynaqlandığını da göstərəcəkdi.

Hekkelin şəkil saxtakarlığı

Rekapitulyasiya  tezisini  ortaya  atan  Ernst  Hek-

kel nəzəriyyəsini dəstəkləmək üçün bəzi şəkillər də 

dərc etmişdi. Sonrakı illərdə və hələ Hekkel həyatda 

ikən aparılan araşdırmaların ortaya qoyduğu nəticə 

çox təəccüblü idi. Hekkel balıq və insan embrion-

larını bir-birinə bənzədə bilmək üçün saxta şəkillər 

çəkmişdi! Saxtakarlığının üzə çıxmasından sonrakı 

açıqlamaları isə daha çox təəccüb doğururdu:

“Etdiyim  bu  saxtakarlıq  etirafından  sonra  özü-

mü alçaldılmış və qınanmış hiss etməliyəm. Lakin 

mənim təsəllim budur ki, mənimlə bərabər günah-

kar olan bir çox adam, bir çox etibarlı müşahidəçi və 

məşhur bioloq da var ki, onların nəşr etdirdikləri ən 

yaxşı  biologiya  kitablarında,  tezis  və  jurnallarında 

mənimki  qədər  edilmiş  saxtakarlıqlar,  qeyri-dəqiq 

məlumatlar, az-çox təhrif edilmiş, sxem halında ye-

nidən qurulmuş şəkillər var. (Francis Hitching, The 



Neck  of  the  Giraffe:  Where  Darwin  Went  Wrong, 

New York: Ticknor and Fields 1982, s. 204)

Tanınmış  elmi  jurnallardan  olan  “Science”də 

Hekkelin embrion şəkillərindəki saxtakarlığa toxun-

muşdu. “Londondakı Müqəddəs Corc Tibb fakültə-

sinin  Xəstəxanasından  Maykl  Riçardsonun  (Mic-

hael  Richardson)  bildirdiyinə  görə  Hekkel  sadəcə 

orqanlar  əlavə  etmək  və  ya  çıxarmaqla  kifayətlən-

məmiş, eyni zamanda, fərqli növləri bir-birinə bən-

zər göstərmək üçün böyüklük ölçüləri ilə oynamış, 

bəzən embrionları bir-birindən on dəfə fərqli göstər-

mişdir. Habelə, Hekkel fərqləri gizlətmək üçün növ-

lərin  adını  qeyd  etməkdən  çəkinmiş  və  təkcə  bir 

növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi 

göstərmişdir.  Riçardson  və  qrupunun  bildirdiyinə 

görə, əslində, bir-birlərinə çox yaxın olan balıq növ-

lərinin  embrionlarında  belə  görünüşləri  və  inkişaf 

prosesləri baxımından çox böyük fərqlər var. Riçar-

dson:  “(Hekkelin  şəkilləri)  biologiyanın  ən  böyük 

saxtakarlıqlarından  birinə  çevrilmişdir”,  -  deyir”. 

(Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Re-

discovered”, Science, 5 sentyabr 1997 )

Hekkelin saxtakarlığının hələ 1901-ci ildə orta-

ya çıxmasına baxmayaraq, bir əsrə yaxın bir müddət 

boyu bu mövzunun sübut edilmiş elmi qanun kimi 

təkamülçü  KİV-lərdə  yer  alması  da  cəlbedicidir. 

Təkamülçü düşüncə sahibləri ideologiyalarını elmi 

əsaslara qarşı qoyaraq özləri də bilmədən çox vacib 

mesaj vermişlər: təkamül elm deyil, elmi həqiqətlərə 

baxmayaraq, ayaqda tutulmağa çalışılan doqmadır.

Düşünən İnsan, Dekabr 2013



59

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #19




Təkamülçülər  ssenarilərini  təbii  təsirlərə  və 

təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox 

arxalandıqları məfhumlardan biri isə uzun zaman 

məfhumudur.  Məsələn,  Darvini  dəstəkləyən  al-

man elm adamı Ernst Hekel gözlənilərsə, palçıq-

lı sulardan canlı hüceyrənin çıxa biləcəyini iddia 

etmişdir.  XX  əsr  ərzində  hüceyrənin  mürəkkəb 

quruluşunun müəyyən olunması ilə bu iddianın 

nə qədər cəfəng olması məlum olmuş, amma tə-

kamülçülər uzun zaman anlayışı ilə gözdən pər-

də asmağa davam etmişlər.

Əslində, bu yolla canlıların təsadüflər nəticə-

sində necə ortaya çıxması sualına cavab vermək 

əvəzinə mövzunu bir az da çətinləşdirərək prob-

lemdən xilas olmağa çalışırlar. Uzun zaman keç-

məsinin canlıların əmələ gəlməsində və növlərə 

şaxələnməsində faydalı olması kimi bir təəssürat 

yaradaraq  zamanı  daim  fayda  gətirən  bir  amil 

kimi  təqdim  edirlər.  Məsələn,  təkamülçü  prof. 

Yaman Örs bunları deyir: “Təkamülü yoxlamaq 

istəyirsinizsə,  uyğun  bir  qarışığı  suya  atın,  bir 

neçə milyon il gözləyin, bir  neçə hüceyrə əmələ 

gəldiyini  görəcəksiniz”.  (Evrim  Kuramı  Konfe-

ransı, İstanbul Üniversitesi Fen Fakültesi, 3 iyun 

1998)

Yaman Örsün bu iddiası son dərəcə məntiq-

sizdir.  Belə  bir  hadisənin  gerçəkləşdiyini  iddia 

edəcək heç bir dəlil yoxdur. Cansız  maddələrdən 

canlıların öz-özünə əmələ gəlməsi iddiası, əslin-

də, orta əsrlərə aid batil bir inancdır. O dövrdə in-

sanlar bəzi canlıların bir yerə toplanmalarının bir 

anda  əmələ  gəlməyə  səbəb  olduğunu  fərz  edir-

dilər. Dövrümüzdə “spontane generasiya” adı ilə 

tanınan bu inanca görə,  insanlar qazların ağac-

lardan, quzuların qarpızdan çıxdığına və hətta bir 

su çuxurundakı qurbağaların yağış buludlarından 

bir  anda  əmələ  gəldiklərinə  və  yağışla  torpa-

ğa  düşdüklərinə  inanırdılar.  1600-cü  illərdə  isə 

çirkli  köynək  və  buğda  qarışığının  siçan  əmələ 

gətirdiyinə, ölü milçəklərlə balın birləşməsi nə-

ticəsində də milçək əmələ gəldiyinə inanılmağa 

başlandı!

Ancaq italyan elm adamı Françesko Redi və 

daha sonra fransız elm adamı Lui Paster apardıq-



60

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 20

www.heyatingercekmenseyi.com



Düşünən İnsan, Dekabr 2013

ları  təcrübələrlə  siçanların  çirkli  köynəkdən  və 

ya  milçəklərin  ölü  milçəklərlə  bal  qarışığından 

əmələ  gəlmədiklərini  sübut  etdilər.  Bu  canlılar 

sözügedən  cansız  maddələrdən  əmələ  gəlmir-

dilər, onların üstünə çöldən gəlirdilər. Məsələn, 

ölü milçəklərin üstünə canlı bir milçək gəlib yu-

murtalarını qoyurdu və qısa müddət sonra ortaya 

birdən-birə bir çox milçək çıxırdı. Yəni canlılar 

cansızlardan deyil, canlılardan doğurdu. Bu qa-

nun, yəni “həyat həyatdan doğar” qanunu müasir 

biologiyanın əsaslarından biridir.

Orta əsrlərdə yuxarıda nümunələrini sadala-

dığımı qəribə iddialara inanılması XVII əsr elm 

adamlarının məlumat azlığı və o dövrün şərtlə-

ri nəzərə alınaraq təbii qəbul edilə bilər. Ancaq 

dövrümüzdə  elm  və  texnologiyanın  bu  qədər 

irəlilədiyinə  və  canlıların  cansız  maddələrdən 

əmələ  gəlməsinin  mümkün  olmadığı  bir  çox 

təcrübə  və  müşahidə  ilə  sübut  edilməsinə  bax-

mayaraq, Yaman  Örs  kimi  təkamülçülərin  hələ 

də belə bir iddianı müdafiə etmələri, həqiqətən, 

təəccüblüdür.

Belə bir iddianın həyata keçməsinin mümkün 

olmaması bu gün elm tərəfindən dəfələrlə sübut 

edilmişdir. Elm adamları canlıların əmələ gəldiyi 

dövrdəki şərtləri nəzarətli və son dərəcə inkişaf 

etmiş laboratoriya mühitində meydana gətirərək 

təcrübələr aparmışlar, ancaq bunların hamısı nə-

ticəsiz qalmışdır. Nə qədər təcrübə aparılsa da, 

bircə canlı hüceyrəsi belə əmələ gətirilə bilmə-

mişdir və nəticədə, bu təcrübələrdən əl çəkilmiş-

dir.

Canlılar üçün lazımi fosfor, kalium, maqne-



zium,  oksigen,  dəmir  və  karbon  kimi  atomlar 

birləşdirildikdə  ortaya  cansız  yığından  başqa 

bir  şey  çıxmır.  Amma  təkamülçülər  bu  atom 

yığınının birləşərək zaman ərzində özlərini çox 

yaxşı  təşkil  etdiklərini,  hər  birinin  uyğun  miq-

darda,  uyğun  yer  və  uyğun  şərtlərdə  aralarında 

ən  uyğun  əlaqələri  qurduqlarını  irəli  sürürlər. 

Bu cansız atomların möhtəşəm təşkil olunmala-

rının  və  işlərinin  doğru  getməsi  nəticəsində  isə 

görən, eşidən, danışan, hiss edən, gülən, sevinən, 

kədərlənən,  ağrı  hiss  edən,  həzz  alan,  qəhqəhə 

ilə gülən, həyəcanlanan, düşünən, sevən, şəfqət 

duyan,  musiqinin  ritmini  qavrayan,  şirniyyatı 

ləzzətlə  yeyən,  sivilizasiyalar  quran,  elmi  araş-

dırmalar aparan insanların əmələ gəldiyini iddia 

edirlər.


Əslində  isə  bütün  şərtlər  təkamülçülərin 

istəklərinə  görə  nizamlanıb  üstünə  milyardlarla 

il gəlsə də, belə bir təcrübənin uğursuz olacağı 

açıqdır.


Təkamülçülər  bu  açıq  həqiqətləri  “uzun  za-

man ərzində hər şey mümkündür” kimi bir yalan-

la gizlətməyə çalışırlar. Uydurma məntiqi elmə 

aid etməyə əsaslanan bu iddianın əsassızlığı göz 

qabağındadır.  Bu  mövzu  fərqli  cəhətlərdən  dü-

61

Düşünən İnsan, 

 Dekabr  2013

Sual 


 #20


62

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 20

www.darvinizminsonu.com



Düşünən İnsan, Dekabr 2013

şünüldükdə də əsassızlığı çox rahat başa düşülə 

bilər. Sadə nümunə ilə zamanın gedişinin nə vaxt 

fayda, nə vaxt zərər verəcəyini düşünək: sahildə 

duran taxta gəmi olsun, ilk halda gəmi ilə maraq-

lanan, onu boyayan, təmir edən, təmizləyən bir 

kapitan olsun. Kapitanın gəmi ilə maraqlandığı 

müddət boyu gəmi gözəlləşəcək, daha sağlam və 

təmirli olacaq.

İkinci  halda  isə  gəmi  baxımsız  qalsın.  Bu 

dəfə də günəşin təsiri, yağışlar, külək, toz və fır-

tına zaman ərzində gəminin çürüməsinə, köhnəl-

məsinə və nəhayət yararsız hala gəlməsinə səbəb 

olacaq.


Bu iki hal arasındakı tək fərq isə birincisində 

bir ağıl, məlumat və güclü müdaxilə olmasıdır. 

Yalnız ağıllı bir gücün nəzarətində keçən zaman 

fayda verə bilər. Əks halda, zaman nizama salan 

deyil,  nizamı  pozan  və  korlayıcı  təsir  göstərər. 

Belə  ki,  bu  elmi  qanundur.  Termodinamikanın 

ikinci  qanunu  kimi  məlum  olan  entropiya  qa-

nunu kainatda özbaşına, təbii şərtlərin öhdəsinə 

buraxılan  bütün  sistemlərin  zaman  ərzində  düz 

mütənasib  şəkildə  nizamsızlığa,  dağınıqlığa  və 

pozulmağa doğru gedəcəyini ifadə edir.

Bu həqiqət göstərir ki, Yerin uzun ömrünün 

olması təkamülçülərin iddiasının tam əksinə, xa-

osu artıran, informasiya və nizamı məhv edən və 

yox edən bir amildir. Xaosun içindən nizamlı və 

informasiyaya əsaslanan sistemin çıxması ancaq 

ağıllı müdaxilənin əsəri ola bilər.

Təkamül tərəfdarları növlər arasında bir də-

yişiklik nağılını danışarkən həmişə uzun zaman 

ərzində  bəhanəsinə  sığınırlar.  Beləliklə,  bu  gün 

heç bir təcrübə və müşahidə tərəfindən təsdiqlən-

məyən  ssenarilərin  keçmişdə  baş  verdiyini  irə-

li  sürürlər.  Lakin  kainatda  və  dünyada  hər  şey 

müəyyən qanunlar çərçivəsində həyata keçir. Bu 

qanunlar  isə  zaman  ərzində  dəyişmir.  Məsələn, 

yerin cazibə qüvvəsi olduğu üçün atılan hər daş 

yerə  düşür,  çox  uzun  müddət  keçsə  də,  bu  daş 

yuxarı  çıxmağa  başlamaz;  trilyon  il  keçsə  də, 

yenə  yuxarı  qalxmaz.  Bir  kərtənkələnin  balası 

da həmişə kərtənkələ olur. Çünki balaya ötürülən 

genetik məlumatlar kərtənkələyə aiddir və təbii 

səbəblərlə  bu  məlumata  əsla  əlavələr  edilməz. 

Məlumatın azalması, pozulması ola bilər, ancaq 

əlavə edilməsi əsla baş verməz. Çünki bir sistemə 

məlumat (informasiya) əlavə edilməsi üçün ağıllı 

və zəkalı müdaxilə və nəzarət lazımdır. Təbiətin 

özündə isə bu cür xüsusiyyətlər yoxdur.

İllər  ərzində  edilən  təkrarlar  və  bu  təkrarla-

rın sayının çoxluğu da heç bir şeyi dəyişdirməz. 

Trilyonlarla  il  gözlənilsə,  bir  kərtənkələ  yu-

murtasından bir gün əsla bir quş çıxmaz. Uzun 

kərtənkələ, qısa kərtənkələ, daha güclü, daha zəif 

kərtənkələ  ola  bilər,  ancaq  həmişə  kərtənkələ 

çıxar.  Əsla  başqa  bir  növ  ortaya  çıxmaz.  Uzun 

zaman  anlayışı  mövzunu  müşahidə  və  təcrübə 

sahəsindən çıxarmaq üçün istifadə edilən bir ya-

landan ibarətdir. Bu müddət 4 milyard olsa da, 

40 milyard və hətta 400 milyard il olsa da, də-

yişən bir şey olmaz. Çünki təkamül nəzəriyyəsi-

nin izah etdiyi mümkünsüzlükləri mümkün edən 

təbiət qanunu və ya təbii meyil yoxdur.

63

Düşünən İnsan, 

 Dekabr  2013

Sual 


 #20


ÇİNAR YARPAĞI

Dövr  : Kaynozoy erası, Eosen dövrü

Yaşı  : 50 milyon il

Bölgə  : Kolorado, ABŞ

Quruda  yaşayan  bitkilərin  fosil  tarixi  və  quruluşunu  tədqiq  etdikdə  təkamül  nəzəriyyəsinin 

iddialarına  qətiyyən  uyğun  olmayan  mənzərə  ilə  qarşılaşırıq.  Demək  olar  ki,  bütün  biologiya 

dərsliklərində gördüyünüz bitkilərin “təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili 

ardıcıllığı yoxdur. Bir çox bitki fosil qeydlərində tam saxlanılıb və bu qalıqlardan heç biri bir 

növdən digərinə keçid forması xüsusiyyətini daşımır. Hər biri xüsusi, orijinal yaradılmış, ayrı-

ayrı növlərdir və bir-birləri arasında iddia edildiyi kimi hər 

64

Düşünən İnsan, 



 Dekabr  2013


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə