DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   2   3   4   5   6   7   8   9   ...   23

vəl  təmin  edildiyi  görünür.  Bu  vəziyyət  digər 

bütün canlılara da aiddir. Hər canlı qrupu onun 

üçün uyğun şərtlər təmin edildikdə, yəni vaxtı 

gəldikdə ortaya çıxmışdır.

Təkamülçülər bu həqiqəti təhrif edir və san-

ki “bu uyğun şərtlər canlıları yaratmışdır” kimi 

düşünürlər.  Əslində  isə  uyğun  şərtlərin  təmin 

edilməsi sadəcə canlıların “vaxtının gəldiyini” 

göstərir. Canlıların ortaya çıxması ancaq şüur-

lu surətdə, yəni Allah’ın qüsursuz yaratması ilə 

mümkündür. 

Buna  görə  də  canlıların  mərhələli  şəkildə 

ortaya çıxması təkamülün deyil, onları yaradan 

Allah’ın sonsuz ağlının və biliyinin bir dəlilidir. 

Yaradılan hər canlı qrupu özündən sonrakının 

varlığı  üçün  lazımlı  şərtləri  təmin  etmiş  və 

bizim üçün çox uzun zaman ərzində bütün can-

lılar ekoloji tarazlıq qurularaq yaradılmışdır.

Təkamülçülər  bir  canlı  növünün  digər 

bir  canlı  növünə  çevrildiyini  göstərmək 

istəyirlərsə, bu canlıların yer üzündə mərhələli 

şəkildə çıxdığını göstərməli deyillər. Onlar bu 

müxtəlif  canlı  növlərini  bir-birinə  bağlayan 

keçid  formalarının  fosillərini  dəlil  kimi 

göstərməlidirlər.  Çünki  meduzanın  balıqlara, 

balıqların  sürünənlərə,  sürünənlərin  quşlara 

və  məməlilərə  çevrildiyini  iddia  edən  bir 

nəzəriyyənin  sübut  edilməsi  üçün  fosilləri 

tapmaq  çətindir.  Darvin  də  bunu  qəbul  etmiş, 

bu  fosillərdən  saysız-hesabsız  nümunə 

tapılmasının  vacibliyini,  ancaq  əlində  heç  bir 

nümunə olmadığını yazmışdır. O vaxtdan bəri 

150 il keçsə də, yenə heç bir ara keçid forma 

tapa bilməmişlər. Təkamülçü paleontoloqlardan 

Derek  V.  Eycerin  qəbul  etdiyi  kimi,  fosillər 

mərhələli  təkamüllə  deyil,  birdən-birə  yer 

üzündə  əmələ  gələn  qrupları  göstərir.  (Derek 

A.  Ager,  The  Nature  of  the  Fossil  Record, 

Proceedings  of  the  British  Geological 

Association, cilt 87, 1976, s. 133)

  Nəticədə,  təbiət  tarixi  canlıların  təsadüf-

lərlə  əmələ  gəlmədiyini,  uzun  dövrlər  ərzində 

mərhələ-mərhələ yaradıldıqlarını göstərir. 

Düşünən İnsan, Dekabr 2013

5

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 1




         

Təkmilləşmə kəlməsi xüsusilə son dövrlərdə 

bir  çox  fərqli  mənada  istifadə  edilir.  Məsələn, 

təkamül  məfhumuna  ictimai  həyatla  bağlı  bir 

məna verilmiş, bəşəriyyətin inkişafı, texnologi-

yanın irəliləyişi kimi məfhumlarla eyniləşdiril-

mişdir.  Bu  mənada  istifadə  ediləndə  təkamül 

məfhumunda heç bir yanlışlıq yoxdur. Şübhəsiz 

ki, ağıl sahibi olan insan zaman ərzində ağlın-

dan, məlumatından və gücündən istifadə edərək 

hər mövzuda inkişaf edər və dəyişər. Bəşəriyyə-

tin məlumat təcrübəsi nəsildən nəsilə ötürülərək 

böyüyər. Bu mövzu canlılar aləmini təsadüflər-

lə  açıqlamaq  iddiası  ilə  ortaya  çıxan  təkamül 

nəzəriyyəsinə dəlil olmadığı kimi, yaradılış ilə 

də əlaqəli deyil.

Burada  təkamülçülər  çox  bəsit  söz  oyunu 

oynayaraq  doğru  anlayışı  yanlış  anlayışla  qa-

rışdırırlar. Məsələn, “insan illərlə ictimai həyat 

baxımından,  mədəni,  elmi  və  texnoloji  olaraq 

davamlı inkişaf və dəyişiklik içindədir” ifadəsi 

doğrudur. (Ancaq bunu da xatırlatmaq lazımdır 

ki,  tarixin  müəyyən  mərhələlərində  irəliləmə 

olduğu  kimi,  geriləmə  də  ola  bilər.  Sosial  ha-

disələrdə daimi irəliləyiş, sabitlik və ya geriləmə 

dövrləri olmuşdur.) Belə ki, “bəşəriyyətdəki də-

yişiklik və inkişaf kimi, canlı növləri də uzun 

illər  ər-

zində  inkişaf  edərək 

dəyişikliyə  məruz  qalmışdır”  iddi-

ası  tamamilə  yanlışdır.  İnsanın  düşünən  varlıq 

olaraq  məlumatını,  elmini  artırması,  bunları 

digər nəsillərə ötürməsi və bu şəkildə davamlı 

irəliləməsi məntiqli və elmi olduğu halda, can-

lıların təsadüflərlə, nəzarətsiz və şüursuz təbiət 

şərtləri  ilə  inkişaf  edib  təkmilləşməsi  iddiası 

cəfəngiyatdır.

 

Elmdə irəliləyişin                       



qabaqcılları yaradılışı müdafiə 

edən elm adamlarıdır

Təkamülçülər  özlərini  yenilik,  dəyişiklik, 

irəliləyiş  kimi  anlayışlarla  tanıtmağa  çalışsa-

lar da, tarix həmişə elm, irəliləyiş və inkişafın 

əsl qabaqcıllarının yaradılışı müdafiə edən elm 

adamları olduğunu göstərmişdir.

Elmi  inkişafın  hər  anında  imanlı  elm 

adamlarının imzası var. Astronomiyada iz qoyan 

Leonardo  da Vinçi,  Kopernik,  Kepler,  Qaliley 

(Leonardo da Vinci, Kopernik, Keppler, Galilei) 

paleontologiyanın  banisi  Kuvier  (Cuvier), 

botanika və zoologiyanın əsasını qoyan Linney 

(Linnaeus),  yerin  cazibə  qüvvəsini  müəyyən 

edən Nyuton (Newton), qalaktikaları və kainatın 

genişlənməsini  kəşf  edən  Edvin  Habl  (Edwin 

Hubble)  və  daha  bir  çox  elm  adamı  Allah’ın 

varlığına, kainatı və canlıları Onun yaratdığına 

inanan alimlər idi.



6

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 2

www.tekamulsaxtakarliqlari.com



XX  əsrin  ən  böyük  alimlərindən  biri  kimi 

qəbul edilən Albert Eynşteyn (Albert Einstein) 

belə demişdir:

“Dərin  imana  malik  olmayan  heç  bir  elm 

adamı təsəvvür edə bilmirəm. Bu, belə də 

ifadə  edilə  bilər:  dinsiz  bir  elmə  inanmaq 

mümkün deyil”. (Science, Philosophy, And 

Religion: A Symposium, 1941, CH.13.)

Müasir fizikanın əsasını qoyan alman fiziki 

Maks Plank (Max Planck) isə belə deyir:

“Hansı sahədə olursa olsun, elmlə ciddi şə-

kildə  məşğul  olan  hər  kəs  elm  məbədinin 

qapısındakı  bu  yazını  oxuyacaqdır:  iman 

elm  adamının  əl  çəkməyəcəyi  xüsusiy-

yətdir”.  (J.De  Vries,  Essential  of  Physical 



Science,  Wm.B.Eerdmans  Pub.Co.,  Grand 

Rapids, SD 1958, səh. 15.)

Elm tarixinin tədqiq edilməsi dəyişiklik və 

irəliləyişin yaradılışı müdafiə edən elm adam-

larının əsəri olduğunu göstərir. Digər tərəfdən, 

elmi irəliləyişlər, xüsusilə də XX və XXI əsr-

dəki elmi nailiyyətlər yaradılışın saysız-hesab-

sız  dəlilini  əldə  etməyimizə  kömək  etmişdir. 

Müasir  elm  və  texnologiya  kainatın  yoxdan 

yaradıldığı həqiqətini aşkar etmişdir. Kainatın 

təxminən 15 milyard il əvvəl tək bir nöqtədən 

partlayaraq genişlənməsi nəticəsində meydana 

gəlməsi bu gün bütün elm dünyası tərəfindən 

qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin 

bəsit elmi şərtləri daxilində materialistlər tərə-

findən müdafiə edilən əvvəli və sonu ol-

mayan  sonsuz  kainat  modeli 

təkzib  edilmişdir. 

Kainatın 

eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir 

başlanğıcının və sərhədlərinin olduğu və geniş-

ləndiyi məlum olmuşdur. 

Canlılardakı yaradılışın bir çox yeni dəlilini 

əldə etməyimizə XX  əsrin inkişaf edən elmi 

kömək  oldu.  Elektron  mikroskop  vasitəsilə 

canlıların ən kiçik hissəsi olan hüceyrənin və 

onu  əmələ  gətirən  hissələrin  möhtəşəm  quru-

luşunu müşahidə etmək mümkün oldu. DNT-

nin kəşf edilməsi mikroskopla görə bildiyimiz 

hüceyrədə  özünü  göstərən  sonsuz  ağılı  sübut 

etdi. Biokimya və fiziologiya sahəsindəki irə-

liləyişlər  orqanizmin  molekulyar  səviyyədə 

mükəmməl funksiyalarını və yaradılış xaricin-

də  açıqlanması  mümkün  olmayan  mürəkkəb 

quruluşunu göstərdi.

Bunun əksinə, təkamül nəzəriyyəsinin 150 

il əvvəl irəli sürülməsindəki şərtləri hazırlayan 

amil isə həmin dövrün elmi cəhətdən geridə ol-

ması idi. 

Nəticədə, yaradılışı müdafiə edənlər  iman-

larının davamlı artmasına vəsilə olan elmə və 

inkişafa qarşı olmamışlar. Əksinə, tam dəstək-

ləmişlər. Yeniliyə qarşı çıxanlar isə elmin orta-

ya qoyduğu bütün dəlillərdən üz çevirib əsassız 

fantaziyaların məhsulu olan təkamül nəzəriy-

yəsini müdafiə edənlərdir.

Düşünən İnsan, Dekabr 2013



7

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 2




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə