DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   2   3   4   5   6   7   8   9   ...   23

Bu tapıntı arxeopteriksin tam uça bilməyən 

yarı quş olduğu iddialarını əsassız etdi.

Digər tərəfdən arxeopteriksin uça bilən bir 

quş  olduğunun  ən  mühüm  dəlillərindən  biri 

heyvanın tüklərinin quruluşu oldu. Arxeopte-

riksin dövrümüzdəki quşlardan fərqi olmayan 

asimmetrik tük quruluşu canlının mükəmməl 

şəkildə uça bildiyini göstərirdi. Tanınmış pa-

leontoloq  Karl  O.  Dunbarın  bildirdiyi  kimi, 

“Tüklərinə görə bu məxluq əsl quş xüsusiy-

yətini ehtiva edir”. (Carl O. Dunbar, Histori-

cal Geology, New York: John Wiley and Sons, 

1961, s. 310)

Arxeopteriksin  tüklərinin  ortaya  çıxardı-

ğı digər həqiqət bu canlının isti qanlı olması 

idi.  Məlumdur  ki,  sürünənlər  və  dinozavrlar 

soyuq  qanlı,  yəni  bədən  temperaturlarını  öz-

ləri tənzimləməyən, ətraf mühitin bədən tem-

peraturlarına təsir edən canlılardır. Quşlardakı 

tüklərin  ən  əsas  xüsusiyyətlərindən  biri  isə 

bədən temperaturlarını qorumalarıdır. Arxeop-

teriksin tüklü olması dinozavrların əksinə, isti 

qanlı canlı olduğunu, yəni bədən temperaturu-

nu  qorumağa  ehtiyacı  olan  əsl  quş  olduğunu 

göstərirdi. 

Arxeopteriksin anatomiyası                                       

təkamülçülərin səhvi 

Təkamülçü bioloqların arxeopteriksi keçid 

forması  kimi  göstərərkən  əsaslandıqları  ən 

mühüm iki cəhət isə bu heyvanın qanadlarının 

üzərindəki pəncələri və ağzındakı dişləridir.

Arxeopteriksin  qanadlarında  pəncələri  və 

ağzında  dişləri  olduğu  doğrudur,  ancaq  bu 

xüsusiyyətləri canlının sürünənlərlə hər hansı 

bir əlaqəsi olduğunu göstərmir. Belə ki, döv-

rümüzdə  yaşayan  iki  quşda,  turako  (Touraco 

corythaix)  və  hoatzində  (Opisthocomus  hoa-

zin) də budaqlardan yapışmaq üçün pəncələr 

vardır.  Bu  canlılar  heç  bir  sürünən  xüsusiy–

yəti olmayan əsl quşlardır. Beləliklə, arxeopte-

riksin qanadlarında pəncələri olduğu və buna 

görə də keçid forması olduğu haqqındakı iddia 

əsassızdır. 

Arxeopteriksin ağzındakı dişlərinin olması 

da bu canlının ara forması olduğu demək de-

yil. Təkamülçülər bu dişlərin sürünən xüsusiy-

yəti olduğunu irəli sürərək insanları aldadırlar. 

Çünki  dişlər  sürünənlərin  tipik  xüsusiyyəti 

deyil.  Dövrümüzdə  bəzi  sürünənlərin  dişləri 

var, bəzilərində isə diş yoxdur. Daha da mü-

hüm cəhət budur ki, dişli quşlar arxeopterikslə 

məhdudlaşmır. Dövrümüzdə dişli quşların ar-

tıq yaşamadığı doğrudur. Ancaq fosillərə bax-

dıqda istər arxeopteriks ilə eyni dövrdə, istərsə 

də daha sonra, hətta dövrümüzə yaxın tarixlərə 

qədər dişli quşlar kimi adlandırılacaq ayrı bir 

quş qrupunun yaşadığını görərik.

Əsas olan odur ki, arxeopteriksin və digər 

dişli  quşların  diş  quruluşları  bu  quşların 

təkamül  əcdadları  olan  dinozavrların  diş 

quruluşlarından çox fərqlidir. Martin, Styuart 

və  Uetstoun  kimi  tanınmış  ornitoloqların 

tədqiqatlarına əsasən, arxeopteriksin və digər 

dişli quşların dişlərinin üstü düzdür və geniş 

kökləri var. Ancaq bu quşların əcdadı olduğu 

iddia edilən teropod dinozavrlarının dişlərinin 

üstü mişar kimi çıxıntılıdır və kökləri dardır. 

(L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, 

10

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3

www.heyatingercekmenseyi.com



The Auk, cild 98, 1980, s. 86) Bu tədqiqatçılar, 

eyni  zamanda,  arxeopteriks  ilə  onun  “əcdadı” 

olan  teropod  dinozavrların  bilək  sümüklərini 

müqayisə  etmişlər  və  arada  heç  bir  bənzərlik 

olmadığını ortaya qoymuşlar. (L. D. Martin, J. 

D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 

1980,  s.  86;  L.  D.  Martin  “Origins  of  Higher 

Groups  of  Tetrapods”,  Ithaca,  New  York: 

Comstock Publising Association, 1991, s. 485, 

540)

Arxeopteriksin dinozavrlardan təkamül yolu 

ilə  əmələ  gəldiyini  iddia  edən  və  bu  sahədəki 

qabaqcıl şəxslərdən biri olan Con Ostromun bu 

canlı ilə dinozavrlar arasında irəli sürdüyü bən-

zərliklərin  isə,  əslində,  səhv  olduğu  Tarsitano, 

Hekt  və  Uolker  kimi  anatomların  fəaliyyətləri 

ilə ortaya çıxmışdır. (S. Tarsitano, M. K. Hecht, 



Zoological Journal of the Linnaean Society, cild 

69, 1985, s. 178; A. D. Walker, Geological Ma-

gazine, cild 177, 1980, s. 595)

Bütün  bunlar  arxeopteriksin  keçid  forma 

olmadığını, sadəcə dişli quşlar kimi ad verilən 

başqa bir sinfə aid olduğunu göstərir. Bu canlını 

Teropod  dinozavrlarla  əlaqələndirmək  isə  son 

dərəcə  əsassızdır.  Amerikalı  bioloq  Riçard  L. 

Dim (Richard L. Deem) ““Quşlar dinozavrdır” 

nəzəriyyəsinin  sonu”  adlı  məqaləsində  quş-

dinozavr  təkamülü  iddiası  və  arxeopteriks 

haqqında bunları yazır:

“Son  elmi  fəaliyyətlərin  nəticələri  göstərir 

ki, teropod dinozavrların əlləri (ön ayaq sümük-

lərindəki)  birinci,  ikinci  və  üçüncü  xanələrdən 

törəmişdir.  Amma  quşların  qanadları  ikinci, 

üçüncü və dördüncü xanələrdən törəyir... “Quş-

lar dinozavrdır” nəzəriyyəsi ilə bağlı başqa prob-

lemlər də vardır. Teropodların ön ayaqları arxe-

opteriks  ilə  müqayisədə  bədənlərinə  görə  çox 

kiçikdir. Bu canlıların ağır bədənləri də nəzərə 

alındıqda  bir  növ  ön  qanad  təkmilləşdirmələri 

mümkün  deyil. Teropod  dinozavrların  çox  bö-

yük hissəsində (quşlarda olan) semilunatik bilək 

sümüyü yoxdur və arxeopteriksə heç bir bənzəri 

olmayan bəzi bilək hissələrinə malikdir. Bütün 

teropodlarda  V1  sinirləri  digər  bəzi  sinirlərlə 

birlikdə kəllənin yan tərəfindən keçir, quşlarda 

isə  eyni  sinirlər  kəlləni  ön  tərəfdən  onlara  aid 

xüsusi dəlikdən keçib gedir. Başqa problem isə 

teropodların  çox  böyük  qisminin  arxeopteriks-

dən daha sonra ortaya çıxmasıdır.

Qısaca  desək,  arxeopteriksin  bir  sıra 

özünəməxsus  xüsusiyyətləri  bu  canlının  keçid 

forma  olmadığını  göstərir.  Belə  ki,  bu  gün  tə-

kamül nəzəriyyəsinin tanınmış tərəfdarlarından 

Harvard  Universitetinin  paleontoloqları  Stefen 

Cey  Quld  (Stephen  Jay  Gould)  və  Naylz  Eld-

rec  (Niles  Eldredge)  də  arxeopteriksin  fərqli 

xüsusiyyətlərinə  görə  mozaik  canlı  olduğunu, 

amma keçid forma olmadığını qəbul edirlər. (S. 

J. Gould & N. Eldredge, Paleobiology, cild 3, 

1977, s. 147)

Arxeopteriks əfsanəsinin sonu:                       

lonqiskvama

Təkamülçülərin  arxeopteriks  haqqındakı 

iddialarına  son  verən  ən  aşkar  dəlil  isə  2000-

Düşünən İnsan, Dekabr 2013



11

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə