DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   2   3   4   5   6   7   8   9   10   ...   23

keçirilmişdir.

Kampaniyanın təhrif və saxtakarlıq üzərin-

də qurulduğu isə bir-bir aşkar olmuşdur.

Bu  kampaniyanın  ilk  qəhrəmanı  1966-

cı  ildə  Çində  tapılan  və  sinozavropteriks 

(Sinosauropteryx)  adlandırılan  bir  dinozavr 

idi. Fosil bütün dünyaya tüklü dinozavr kimi 

tanıdılmış və bir çox qəzetdə xəbər verilmişdi. 

Ancaq  sonrakı  aylarda  sinozavropteriks 

üzərində aparılan hərtərəfli təhlillər təkamülçü 

tədqiqatçıların  həyəcanla  quş  tükü  kimi 

tanıtdıqları  tüklərin  tüklə  əlaqəsi  olmadığını 

göstərdi.  “Science”  jurnalında  dərc  edilən 

“Tüklü dinozavrın  tüklərini yolmaq” adlı bir 

məqalədə təkamülçü paleontoloqlar tərəfindən 

tük  kimi  qəbul  edilən  şeyin,  əslində,  tüklə 

əlaqəsi olmadığı belə bildirilirdi:

“Təxminən    bir  il əvvəl paleontoloqlar 

“tüklü  dinozavr”a  aid  fotoşəkillərin  or-

taya  çıxması  ilə  sevindilər.  Çinin  Yixian 

ərazisində  tapılan  sinozavropteriks  adlı 

fosil “New York Times”ın ön səhifəsində 

dərc  edilmiş  və  quşların  mənşəyinin  di-

nozavrlar olduğuna dair təsirli dəlil kimi 

təqdim edilmişdi. Amma keçən ay Çikaqo-

dakı onurğalılar paleontologiyası iclasın-

da  verilən  hökm  daha  fərqli  oldu:  fosil 

nümunələrini  tədqiq  edən  6  nəfər  qərbli 

paleontoloq  bu  formaların  tük  olmadı-

ğını  söylədilər...  Kanzas  Universitetinin 

paleontoloqu  Lari  Martin  bu  formaların 

köhnəlmiş  kollagen  lifləri  olduğunu  və 

quşlarla  heç  bir  əlaqəsinin  olmadığını 

bildirdi”. (Ann Gibbons, “Plucking the Fe-

athered  Dinosaur”,  Science,  cild  278,  no 

5341 14 noyabr 1997, s. 1229 – 1230)

Digər  dino-quş  kampaniyası  isə  1999-

cu ildə başlandı. Yenə Çində tapılan bir fosil 

gündəmə gətirildi və bütün dünyaya təkamül 

nəzəriyyəsinə  böyük  dəlil  kimi  təqdim  edil-

di.  Kampaniyanın  mənbəyi  olan  “National 

Geographic”  jurnalı  tapılan  fosildən  ilham 

alaraq tüklü dinozavr rəsmləri çəkib dərc etdi 

və bunlar Türkiyə daxil olmaqla, bir çox ölkə-

də  qəzetlərdə  əsas  məqalə  oldu.  “Sabah”  və 

“Hürriyyət”  kimi  qəzetlər  “Qanadlı  dinozavr 

tapıldı” və “Uçan dinozavr tapıldı” başlıqlı xə-

bərlər yayımladılar.

Ancaq  iki  il  sonra  çox  heyrətamiz  bir 

həqiqət ortaya çıxdı. 29 mart 2001-ci il tarixli 

bəzi gündəlik qəzetlərdə təkamül nəzəriyyəsi 

haqqında  mühüm  etiraf  yer  alırdı.  1999-cu 

ildə ortaya atılan “dino-quş fosili”nin, əslində, 

saxtakarlıq  olduğu,  bir  sürünənin  onurğasına 

quş  skeleti  hissələrinin  yapışdırılması  ilə 

düzəldildiyi  ortaya  çıxdı.  “Hürriyyət” 

qəzetinin  “DİNO-QUŞ  SAXTA  ÇIXDI” 

başlıqlı xəbərində belə yazırdı:

14

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3

www.fosilmuzeyi.com

“National geographic” jurnalı 1999-cu 

ildə “dino-quş”ları belə təsvir edib 

bütün dünyaya təkamülün böyük dəlili 

olduğunu bəyan etmişdi.Ancaq iki il 

sonra bu rəsmlərin ilham qaynağı olan 

arxeoraptorun böyük bir elm

saxtakarlığı olduğu ortaya çıxdı




“National Geographic” jurnalının 1999-cu il 

sentyabrında  quş  ilə  dinozavr  arasındakı  əskik 

halqa  olduğunu  xəbər  verdiyi,  haqqında  elmi 

məqalələr yazılan heyvanın saxta olduğu məlum 

oldu. “Archaeoraptor liaoningensis” adı verilən 

hindtoyuğu böyüklüyündəki dino-quşun skeleti-

nin başqa heyvanlara aid sümüklərdən birləşdi-

rilərək düzəldildiyi ortaya çıxdı”. 

Təkamül  nəzəriyyəsinin  mühüm  əskikliyi 

işıqlandırdığı fərz edilən dino-quşun 125 milyon 

il əvvələ aid olduğu, Çinin Liaoninq əyalətində 

tapıldığı irəli sürülürdü. Tüklü bədəni bir quşa 

bənzəyir, ancaq uzun, sümüklü quyruğu ətyeyən 

dinozavrları xatırladırdı. “Nature” adlı həftəlik 

ingilis  elmi  jurnalının  bu  günkü  sayında  dərc 

edilən  bir  tədqiqat  dino-quşun  saxta  olduğunu 

nümayiş etdirdi. İçlərində üç paleontoloqun ol-

duğu bir qrup tədqiqatçı kompyuter tomoqrafi-

yasının köməyi ilə saxtakarlığı sübut etdilər. Di-

no-quş, əslində, çinli qaçaqmalçıların əsəri idi... 

Qaçaqmalçılar  yapışqan  və  əhəngdən  istifadə 

edərək 88 sümük və daşdan dino-quş düzəltmiş-

dilər. Arxeoraptorun (Archaeoraptor liaoningen-

sis) ön hissəsi təkcə bir quşa aid fosil idi, ancaq 

dinozavrın quyruğu ilə birlikdə bədən hissəsin-

də dörd ayrı növə aid sümüklər vardı. Dino-qu-

şun kompyuterdə tədqiq edilməsi quş skeletinin 

daha əvvəl məlum olmayan növlərə aid olduğu-

na, dino hissəsinin isə kiçik dinozavrların yeni 

növünə işarə etdi”. (“Dino-Kuş Palavra Çıktı”, 



Hürriyet,  29  mart  2001)  (Cümlə  “Hürriyyət”-

dən götürülmüşdür)

Bəs necə olmuşdu ki, “National Geographic” 

jurnalı bu qədər böyük bir elm saxtakarlığını bü-

tün dünyaya təkamül nəzəriyyəsinin böyük dəli-

li kimi göstərmişdi? Bu sualın cavabı sözügedən 

jurnalın təkamül fanatizmində gizlənir. “Natio-

nal Geographic” jurnalı darvinizmə kor-koranə 

bağlandığı  və  təkamül  nəzəriyyəsinin  lehinə 

olduğunu  gördüyü  hər  cür  təbliğat  materialını 

elmin aqibətini düşünmədən istifadə etdiyi üçün 

ikinci bir Piltdaun qalmaqalına imza atmışdı.

Təkamülçü  elm  adamları  belə  “National 

Geographic”in  fanatizmini  qəbul  edirdi. ABŞ-

dakı  məşhur  Smitsonian  İnstitutunun  quşlarla 

bağlı  fakültə  rəhbəri  dr.  Storrs  L.  Olson 

bu  fosilin  saxta  olduğuna  dair  əvvəlcədən 

“National Geographic”i xəbərdar etdiyini, ancaq 

jurnalın  rəhbərliyinin  bunu  qulaqardı  etdiyini 

açıqladı.  (Storrs  L.  Olson  “OPEN  LETTER 

TO:  Dr.  Peter  Raven,  Secretary,  Committee 

for  Research  and  Exploration,  National 

Geographic  Society  Washington,  DC  20036”, 

Smithsonian Institution, 1 noyabr 1999). Olson 

“ABŞ  bu  gün”  adlı  qəzetə  verdiyi  açıqlamada 

isə:  “Problem  budur  ki,  fosilin  saxta  olduğu 

müəyyən bir mərhələdə “National Geographic” 

tərəfindən  də  başa  düşülmüşdü,  lakin  bu 

məlumat açıqlanmadı”, - deyirdi. (Tim Friend, 



“Dinosaur-bird  link  smashed  in  fossil  flap”, 

USA  Today,  25  Ocak  2000).  Yəni  “National 

Geographic”  bütün  dünyaya  böyük  təkamül 

dəlili  kimi  göstərdiyi  fosilin  saxta  olduğunu 

başa  düşməsinə  baxmayaraq,  bu  saxtakarlığa 

davam etmişdi.

“National Geographic” jurnalının göstərdiyi 

bu  münasibətin  təkamül  nəzəriyyəsi  xətrinə 

qurulan ilk saxtakarlıq olmadığını da bildirmək 

lazımdır.  Ortaya  atıldığından  bəri  nəzəriyyəni 

dəstəkləmək üçün bir çox saxtakarlıq edilmişdir. 

Alman bioloq Ernst Hekkel Darvini dəstəkləmək 

üçün  saxta  embrion  rəsmini  çəkmişdir.  İngilis 

təkamülçülər  insan  kəlləsinə  oranqutan  çənəsi 

yapışdıraraq onu Britaniya muzeyində 40 ildən 

çox  “Piltdaun  adamı-təkamülün  ən  böyük 

dəlili”  kimi  nümayiş  etdirmişlər.  Amerikalı 

təkamülçülər  bir  donuz  dişini  Nebraska  adamı 

kimi  göstərmişlər.  Dünyanın  hər  tərəfində 

rekonstruksiya  adı  verilən  saxtakarlıqlarla, 

əslində,  heç  bir  zaman  yaşamamış  primitiv 

məxluqlar  və  ya  meymun  adamlar  təsvir 

edilmişdir.

Qısaca olaraq, təkamülçülər daha əvvəl Pilt-

daun adamı saxtakarlığında əl atdıqları üsuldan 

bir daha istifadə etmişdilər: tapa bilmədikləri ara 

keçid formasını özləri düzəltmişdilər. Bu hadisə 

təkamül nəzəriyyəsi lehinə aparılan beynəlxalq 

təbliğatın nə qədər yalan olduğunu və təkamül-

çülərin  nəzəriyyəyə  bağlılıq  uğrunda  hər  cür 

saxtakarlığa əl ata biləcəklərinin bir sübutu kimi 

tarixə düşdü.

Düşünən İnsan, Dekabr 2013



15

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə