DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

16

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 4

www.saxtadeliller.com



Müxtəlif insan irqlərinin olmasını bəzi təka-

mül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi 

göstərməyə çalışırlar. Bu iddia daha çox müda-

fiə  etdikləri nəzəriyyəni  kifayət  qədər  bilməyən 

həvəskar təkamülçülər tərəfindən dilə gətirilir. 

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis 

“əgər  həyat  İlahi  mənbələrdə  göstərildiyi  kimi 

bir kişi və bir qadından başlamışsa, bir-birindən 

fərqlənən irqlər necə meydana çıxmışdır” sualına 

əsaslanır.  Başqa  sözlə:  “Hz. Adəm  və  hz.  Həv-

vanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri 

cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli 

xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıx-

mışdır?” - deyirlər.

Əslində,  bütün  bu  sualların  və  ya  etirazların 

ardında  duran  problem  genetika  elmi  haqqında 

məlumat  azlığı  və  ya  genetik  qanunların  qulaq 

ardı  edilməsidir.  Bu  gün  yer  üzündəki  insanlar 

arasındakı  irq  müxtəlifliyinin  səbəbini  anlamaq 

üçün, əvvəlcə, bu suala yaxından bağlı olan va-

riasiya  mövzusu  haqqında  ümumi  məlumata 

yiyələnmək lazımdır.

Variasiya  genetikada  istifadə  edilən  bir  ter-

mindir və müxtəliflik mənasını verir. Bu genetik 

hadisə bir canlı növündəki fərdlərin və ya qrup-

ların  bir-birlərindən  fərqli  xüsusiyyətlərə  malik 

olmasına səbəb olur. Variasiyaların mənbəyi isə o 

növün daxilindəki fərdlərin malik olduğu genetik 

məlumatdır. Bu fərdlərin aralarındakı cütləşmələr 

nəticəsində  bu  genetik  məlumat  yeni  nəsillərdə 

fərqli  kombinasiyalarda  birləşir.  Ana  və  atanın 

xromosomları arasında genetik maddə mübadilə-

si olur. Beləliklə, genlər bir-biri ilə qarışır. Bunun 

nəticəsində,  bu  fərdin  fiziki  xüsusiyyətlərində 

müxtəliflik əmələ gəlir.

İnsan irqləri və insanlar arasındakı bir-birin-

dən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid 

variasiyalardır.  Yer  üzündəki  insanların  hamısı, 

əsasən,  eyni  genetik  məlumata  malikdirlər. An-

caq  bu  genetik  məlumatın  imkan  verdiyi  varia-

siya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, 

bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilə-

rinin də boyu qısadır.

Variasiya  potensialını  başa  düşmək  üçün  sa-

rışın  və  mavi  gözlü  fərdləri  olan  cəmiyyət  ilə 

qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təş-

kil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cə-

miyyətin  zaman  ərzində  bir-birinə  qarışması  ilə 

və aralarındakı evliliklər nəticəsində ortaya qara-

buğdayı və mavi gözlü yeni nəsillər çıxır. Yəni 

hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri 

yeni  nəsillərdə  bir-biri  ilə  cütləşərək  fərqli  gö-

rünüşlü fərdlər meydana gətirir. Digər fiziki xü-

susiyyətlərin də bir-biri ilə qarışdıqlarını nəzərə 

alsaq, ortaya böyük müxtəlifliyin çıxacağı aşkar 

olur.


Burada  bir  cəhət  nəzərdən  qaçmamalıdır: 

hər fiziki xüsusiyyəti müəyyən edən iki gen var. 

Bunlardan  biri  resessiv,  digəri  dominant    və  ya 

hər  ikisi  də  eyni  dərəcədə  dominant  ola  bilər. 

Məsələn, insanın göz rəngini müəyyən edən iki 

gen var. Bunlardan biri anadan, digəri isə atadan 

gəlir. Dominant olan gen hansıdırsa, uşağın göz 

rəngini o gen müəyyən edir. Əsasən, tünd rəng-

lər açıq rənglərlə müqayisədə dominantdır. Buna 

görə də bir insanda yaşıl və qara göz rənglərinə 

aid genlər varsa, o insanın gözü qara rəngin geni 

daha dominant olduğu üçün qara olur. Lakin re-

sessiv olan yaşıl rəng daha sonrakı nəsillərə ötü-

rülərək sonrakı nəsildə ortaya çıxa bilər. Yəni ata 

və anası qara gözlü olan bir uşağın gözü yaşıl ola 

bilər. Çünki bu rəngin genləri ata-anada resessiv-

dir.

Bu  qayda  bütün  digər  fiziki  xüsusiyyətlər 



və  onları  müəyyən  edən  genlərə  də  aiddir. 

Qulaq,  burun,  ağız  forması,  boy  uzunluğu, 

sümük quruluşu, bədən üzvlərinin və orqanların 

quruluşu,  forması,    xüsusiyyətləri  və  s.  kimi 

yüzlərlə,  hətta  minlərlə  xüsusiyyət  bu  cür 

müəyyən edilir. Elə bu xüsusiyyətə görə, genetik 

quruluşda  yer  alan  saysız-hesabsız  məlumat  o 

fərdin  xarici  görünüşünə  təsir  etmədən  sonrakı 

nəsillərdə üzə çıxa bilər.

İlk insan olan hz. Adəm və yoldaşı da gene-

tik  quruluşlarındakı  zəngin  məlumatı  öz  xarici 

görünüşlərində ancaq bir qisminin üzə çıxmasına 

baxmayaraq, sonrakı nəsillərə ötürmüşlər. Bəşə-

riyyət tarixində ortaya çıxan coğrafi dəyişikliklər 

müxtəlif insan qruplarında müəyyən xüsusiyyət-

lərin toplanması üçün əlverişli şərait yaratmışdır. 

Bu proses uzun zaman ərzində insan qruplarının 

sümük  quruluşu,  bədən  rəngi,  boy,  kəllə  sümü-

yünün  həcmi  kimi  xüsusiyyətlərinin  bir-birin-

dən fərqlənməsinə gətirib çıxarmışdır. Nəticədə, 

irqlər meydana çıxmışdır.

Ancaq bu uzun proses, əlbəttə, növ müxtəlifli-

yi gətirməmişdir. Boyu, bədən rəngi, kəllə sümü-

yünün həcmi nə olursa olsun, bütün irqlər insan 

növünün bir hissəsidir.

Düşünən İnsan, Dekabr 2013



17

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 4




Bir çox təkamülçü mənbədə insanla mey-

mun  geninin    99%  oxşarlıq  təşkil  etdiyi  və 

bunun  təkamülə  dəlil  olduğu  iddiaları  yer 

alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə 

aid edilir və bu canlının meymunlar arasında 

insana ən yaxın növ olduğuna görə, insanla 

arasında  qohumluq  olduğundan  bəhs  edilir. 

Əslində,  bu,  təkamülçülərin  cəmiyyətin  bu 

barədə  məlumat  azlığından  istifadə  edərək 

ortaya atdıqları saxta dəlildir.

99%  oxşarlıq  iddiası  insanları  yanıldan 

təbliğatdır.

Əvvəla, qeyd edilməlidir ki, insan və şim-

panze DNT-ləri haqqında tez-tez irəli sürdük-

ləri 99% oxşarlıq iddiası yalandır. 

İnsanla  şimpanzenin  genetik  quruluşları-

nın bir-birinə 99% oxşar olduğunu iddia et-

mək üçün insan kimi şimpanzenin də genetik 

quruluşu öyrənilməli, hər ikisinin geni bir-bi-

ri ilə müqayisə edilməli və nəticə olmalıdır. 

Əslində  isə  belə  bir  nəticə  yoxdur.  Çünki 

indiyə  qədər  yalnız  insanın  genetik  xəritəsi 

əldə edilmişdir. Şimpanze üzərində isə bu cür 

tədqiqat aparılmamışdır.

Əslində, müəyyən zamanlarda gündəliyə 

gətirilən  insan  və  meymun  genlərinin  99% 

oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təb-

liğat xarakterli şüardır. Bu oxşarlıq iddiası in-

sanda və şimpanzedə olan 30-40 arasındakı 

əsas zülaldakı amin turşusu düzülüşünün 

oxşarlığına  əsaslanaraq  aparıl-

mış  şişirdilmiş  ümumiləş-

dirmədir.

Əslində,  insanda  30 

minə  yaxın  gen  və  bu 

genlərin kodlandığı 100 

minə qədər zülal var. Buna görə, 100 min zü-



lalın sadəcə 40 dənəsinin oxşarlığı ilə insan 

və meymunun bütün genlərinin 99% eyni 

olduğunu  iddia  etmək  üçün  heç  bir  elmi 

əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə 

isə onların üzərində aparılan DNT müqayisə-

si  hələ  mübahisəlidir.  Bu  müqayisə  1987-ci 

ildə Sibley və Olkvist adlı iki bioloq tərəfin-

dən aparılmış və “Molekulyar təkamül” jur-

nalında  dərc  edilmişdir. Ancaq  sonradan  bu 

iki bioloqun verdiyi faktları tədqiq edən Sariç 

adlı alim istifadə etdikləri üsulun etibarlılı-



ğının mübahisəli olduğunu və faktların şi-

şirdilmiş olduğu qənaətinə gəlmişdir.

İnsan DNT-si soxulcan, milçək

 və ya toyuğa da bənzəyir!

Yuxarıda  bəhs  etdiyimiz  əsas  zülallara 

gəldikdə, digər bir çox müxtəlif canlılarda da 

bu  əsas  zülallar  ortaq  həyati  molekullardır. 

Təkcə şimpanzedə deyil, ümumilikdə müxtə-

lif  canlılardakı  eyni  cür  zülalların  quruluşu 

insandakılarla çox oxşardır.

“New Scientist” jurnalında verilən gene-

tik təhlillər nematod soxulcanları və insan 

DNT-lərində 70% oxşarlıq olduğunu ortaya 

qoymuşdur. Bu, əlbəttə, insanla bu soxulcan-

lar arasında sadəcə 25% fərq olduğu mənası-

na gəlmir! 

Digər  tapıntı  türk  mətbuatında  da  xəbər 

verilən  drosophila  növünə  aid  meyvə  mil-



çəklərinin genləri ilə insan genləri müqa-

yisə edildikdə 60% oxşarlıq təşkil etməsi-

dir.

İnsanla  meymun  arasındakı  genetik  ox-



18

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 5

www.darvinizm.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə