DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

şarlıq barədə təkamülçü mənbələrdə yer alan digər nümunə isə insanda 

46, şimpanzedə isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromo-

som saylarının yaxınlığını təkamül əlaqəsinə  dəlil kimi göstərirlər. Bu 

məntiq  əsaslıdırsa,  insana  şimpanzedən  daha  yaxın  qohumun  varlığı 

qəbul edilməlidir: kartof! Çünki kartofun da insan kimi 46 xromo-



somu var.

İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamül-

çülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələ-

rinin  molekulyar  səviyyədə  olmadığı  görünür.  Bu  həqiqət 

genetik oxşarlıq qavrayışının təkamül nəzəriyyəsinə dəlil 

vermədiyini göstərir.

Oxşarlıqlar nə üçün                                                   

təkamülə dəlil deyil?

Təkamülşçülərin şimpanze ilə insan geni arasında  

99 % oxşarlıq olduğu iddiası göründüyü kimi şişir-

dilmiş  bir  iddiadır. Ancaq  iki  fərqli  növdəki  canlı 

99 % oxşasa da, bu ikisi arasında təkamül əlaqəsi 

qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin 

çox xüsusi şifrlərə malik olduqlarını göstərir. Bu 

şifrlərdə meydana gələn ən kiçik dəyişiklik belə 

o növə ölümcül təsir edə bilər. Həm də canlı-

lardakı bu xüsusi quruluş genetik şifrin funk-

sionallığı ilə əlaqədardır.

Bunu  başa  düşmək  üçün  bir-birinə 

bənzəyən  iki  canlı  növü  ilə  bir-birinə 

bənzəyən  iki  binanı  müqayisə  edək. 

Təkamülçülərin  iddiası  genetik  ox-

şarlıq  olduğuna  görə,  bunu  bir  növ 

canlının  layihəsi  kimi  qiymətlən-

dirək.  İki  canlının  və  iki  binanın 

layihələrinin  99  %  eyni  olduğu-

nu  qəbul  edək.  Sonra  da  bu  la-

yihələrə  əsaslanaraq  ortaya 

çıxan  canlıların  forma-

larını  və  binaların 

Düşünən İnsan, Dekabr 2013

19

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 5




20

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 5

quruluşlarını bir-biri ilə qarşılaşdıraq. Nəticə-

də, genetik quruluşları 99 % eyni olan canlı-

lar arasında əvəz edilməsi mümkün olmayan 

quruluş və funksiya fərqliliyinə baxmayaraq, 

layihələri  99%  eyni  olan  binalar    bir-birinə 

bənzəyəcəkdir. 

Həm canlılar, həm də binaların layihələrin-

də 1%-lik fərq olmasına baxmayaraq, nə üçün 

binalar bir-birinə çox bənzəyir, ancaq canlılar 

bənzəmir? Bunun səbəbi genetik quruluşların 

fəaliyyətidir. Pleyotropiya adlanan genetik qa-

nun  haqqında məlumat bu mövzuya açıqlama 

gətirir. Bu qanuna görə, canlı orqanizmlərində 

olan bir gen birdən çox xüsusiyyətə təsir edir. 

Bir xüsusiyyət isə birdən çox gen tərəfindən 

idarə edilir.

Bu  o  deməkdir  ki,  iki  canlı  növünün  ge-

netik quruluşları arasındakı fərq 1% olsa da, 

bu fərq, əslində çox şeyə təsir göstərir. Çünki 

bina layihəsindəki 1% fərq quruluşda 1% fərq 

edirsə, canlı layihəsi, yəni genetik quruluşla-

rı arasındakı 1% fərq o iki canlının quruluşu 

arasında  çox  böyük  fərqin  olmasına  gətirib 

çıxarır.  Çünki  canlıların  fərqli 

olan 1%-lik genetik hissələri 

oxşar olan 99%-lik genetik 

quruluşda kodlanan xüsu-

siyyətlərə müdaxilə edir.

Oxşarlıqların səbəbi: 

«Ortaq Yaradılış»

  Əlbəttə, insan bədəninin digər canlılarla 

molekulyar oxşarlıqları olacaqdır. Çünki eyni 

molekullardan əmələ gəlmişdir, eyni suyu və 

atmosferi istifadə edir və eyni molekullardan 

əmələ  gələn  maddələrlə  qidalanır.  Əlbəttə, 

metabolizmin və dolayısilə, genetik quruluş-

larının bənzəməsi də təbiidir. Ancaq bu “or-

taq  xammal”  bir  təkamülün  deyil,  ortaq 

yaradılışın,  yəni  hamısının  eyni  plan  üzrə 

yaradıldıqlarının nəticəsidir.

Bir misal mövzunu daha da açıqlaya bilər: 

dünyadakı bütün körpülər də oxşar xammalla 

(kərpic,  dəmir,  sement  və  s.)  ilə  tikilir. An-

caq  bu,  körpülərin  bir-birlərindən  təkamül 

keçirərək  əmələ  gəlməsi  demək  deyil.  Or-

taq xammaldan istifadə edərək ayrı-ayrı inşa 

edilirlər. Canlıların vəziyyətini də buna bən-

zətmək  olar.  Ancaq  əlbəttə,  canlıların  quru-

luşu körpülərlə müqayisə edilməyəcək qədər 

mürəkkəbdir.

Həyat təkamül nəzəriyyəsinin iddia etdiyi 

kimi, şüursuz təsadüflərlə deyil, sonsuz bilik 

və ağıl sahibi Allah’ın yaratması ilə meydana 

gəlmişdir.

www.darvinizm.com




Ginkqo yarpağı

 

Dövr  : Kaynozoy erası, Paleosen dövrü



Yaşı  : 65-54 milyon il

Bölgə  : Sentinel Butte, Şimali Dakota, ABŞ

Bitkilər  fosil  qeydlərində  dövrümüzdəki  bitkilərə  bənzər  xüsusiyyətləri  ilə  ani  surətdə  üzə 

çıxırlar. Bu isə onların digər canlılar kimi yaradıldığını göstərir.

Şəkildəki ginkqo yarpağı fosilinin təqribən 65 milyon il yaşı var. Bu, bütün digər bitkilər kimi, 

ginkqoların da təkamül keçirmədiyini sübut edir. Yarpağın əsas cizgiləri və damar quruluşu 

fosilləşərək olduğu kimi qorunmuşdur. 12 sm boyu olan bitki ginkqoların milyon illərdir eyni 

olduğunu, dövrümüzdəkilərlə qədim dövrlərdə yaşayanlar arasında fərq olmadığını göstərir.

Düşünən İnsan, Dekabr 2013



21

Düşünən İnsan, 

 Dekabr  2013

Fosil nədir?

Fosillər uzun zaman əvvəl yaşamış canlıların bu günə gəlib çatan qalıqları və ya 

izləridir. Minlərlə il yaşı olan fosillər olduğu kimi, miyonlarla, hətta yüz milyonlarla 

il  əvvələ  aid  canlılara  məxsus  fosillər  də  var.  Fosil  orjinal  canlı  ilə  tamamilə  eyni 

quruluşa sahibdir, lakin tərkib hissəsi üzvi maddələr deyil, daşdır.

Bütün  bu  fosil  nümunələri  olduqca  vacib  həqiqəti  ortaya  qoyur.  Bütün  canlılar 

dünya üzərində yaradıldıqları ilk andan etibarən eyni quruluş, ölçü və xüsusiyyətlərə 

sahibdir. 

 Ən qədim geoloji dövrlərdə yaşamış canlılar belə ən kiçik dəyişikliklər keçirmədən 

bu günə qədər gəlib çıxıblar. Bu, elmi gerçəkdir və bütün məxluqatın Allah tərəfindən 

yaradıldığının elmi dəlilidir.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə