Düzaxınlı prinsiplə işıləyən quruducularda qurutma rejminin optimal parametrlərinin seçilməsı”



Yüklə 478,58 Kb.
səhifə1/4
tarix26.10.2017
ölçüsü478,58 Kb.
#6842
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETI

Maqistr mərkəzi

Əl yazması hüququnda


Əliyeva Gülbəniz Qadir qızı

Düzaxınlı prinsiplə işıləyən quruducularda qurutma rejminin optimal parametrlərinin seçilməsı”

İxtisasın şifri və adı: 050643- Çoxişlənən malların texnologiyası mühəndisliyi

İxtisaslaşma: Təbii liflər istehsalı texnologiyası və avadanlıqları

Elmi rəhbər t.e.d. prof. F.Ə.Vəliyev

Maqistr proqramının rəhbəri t.e.d. prof. F.Ə.Vəliyev

Kafedra müdiri: t.e.d. prof. M.H.Fərzəliyev

Bakı- 2015

Dissertasiya işinin referatı.

Mövzunun aktuallığı. Pambığın qurudulması dedikdə pambığın tərkibində olan normadan artıq nəmliliyin quruducu aparatlar vasitəsilə yaxud günəş şüaalrının təsiri ilə ayrılması nəzərədə tutulur. Pambığın qurudulması prosesi quruducu-təmizləyici sexlərdə aparılır.Tədarük həcmindən asılı olaraq tədarük məntəqələrində müxtəlif tipdə olan quruducu təmizləyici sexlər tikilir. İki batareyalı pambıqtəmizləmə zavodlarında olan quruducu-təmizləyici sexə nəzər salaq. Sexdə iki ədəd barabanlı 2CB-10 quruducu qurğusu yerləşdirilib.Bu da hər batareyada olan təmizləyicilərə xidmət edir.

Xam pambığın barabanlı quruducu qurğulardan təmizləycilərə ötürülməsi pnevmatik qurğular vasitəsilə icra edilir. Təmizlənmiş pambıq təmizləyici sexə ötürülür.Quruducu-təmizləyici sexlərdə prosesslər sxem 2 üzrə həyata keçirilir.


Quruducu-təmizləyici sexlərdə pambığın keyfiyyətinin saxlanması qurudulma prosesinin necə keçməsindən asılıdır.

Quruducu agentin xam pambığa yaxınlaşdırma üsulundan asılı olaraq quruducu qurğular konvektiv qarışıq və əlaqəli olurlar.Quruluşuna görə quruducu qurğular lentşəkilli, kameralı, şnekli və barabanlı quruducu qurğulara bölünürlər.

Sənayedə müxtəlif konstruksiyalı barabanlı quruducu qurğulardan istifadə edirlər. 2CB-10, SBO,MC və s. quruducu qurğuları bir birindən qurudulma prinsipinə görə də fərqlənirlər.

Quruducu qurğularda qurudulma prosesi iki prinsipdə aparılır.

1)düz axımlı qurudulma prinsipi

2)əks axımlı qurudulma prinsipi

Düx axımlı qurudulma prinsipi ilə işləyən quruducu qurğularda nəmliyin ayrılması quruducu agentin (isti havanın) nəm pambığın hərəkəti istiqaməti ilə eyni axımla yönəldilməsi üzrə nəmliyin ayrılmasıdır.

Pambığın qurudulması prosesinin tədqiqində olan çatışmamazlıqlar, saxlanmadan qabaq hazırlıq işləri üçün əsas təkliflərin,xam-pambığın yetişkənliyindən, nəmliyindən, zibilliyindən, yığım tempindən asılı olan dəqiq reqlamentin olmaması,saxlanma zamanı xam-pambığın keyfiyyətinfən aşağı düşməsinə gətirib çıxarır.Ona görə xam-pambığın saxlanmasının nəzəri və eksperimental tədqiqatlara əsaslanaan yeni texnologiyanın və texniki vasitələrin işlənib hazırlanması ən vacib məsələ kimi ortaya çıxır.Bu məsələnin həlli məhsuldarlığın və mahlıcın artmasına,pambıq emal zavodlarında enerji sərfinin azalmasına, alınan hazır məhsulun keyfiyyətinin yüksəlməsinə və nəticədə dünya bazarında məhsulun rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olar.


İşin məqsəd və vəzifələri. Bu elmi tədqiqat işinin qarşısında duran əsas məqsəd,xam pambığın spesifik xüsusiyyətlərini nəzərə almaqla onun qurudulmasını təmin edən effektli üsul,texnologiya və texniki vasitələrin işlənib hazırlanması,xam-pambığın qurutma rejiminin optimallaşdırılması,müvafiq quruducu agentin seçilməsi və məhsulun konservasiya şəraitinin yaradılmasıdır.

Bu məqsədlə işdə aşağıdakı məsələlər həll edilmişdir:

-Xam-pambığın saxlanma prosesinin modelləşdirilməsinin və qızışma

prosesinin analizinin metodikası hazırlanmışdır.



  • Nəzəri olaraq xam-pambıq kütləsinin hava keçirmə qabiliyyəti və havanın ayrı-ayrı layların arasından sərbəst keçmə şəraiti öyrənilmişdir.Nəzəri tədqiqatların nəticələri eksperimentlər vasitəsi ilə təsdiqlənmişdir.

  • Tədarük və buntlaşdırma etapında xam-pambığın spesifik xüsuiyyətlərini nəzərə almaqla yeni texnoloji əməliyyat hazırlanmışdır.

  • Çiyidin keyfiyyətinin yüksəlməsinə,mahlıcın qırılma yükünün artmasına,saxlanma zamanı buntda aparılan profilaktik tədbirlərin azalmasına səbəb olan yeni üsullar tətbiq olunmuşdur.Bu üsulların tətbiqi zamanı xam-pambığın xüsusilə nəmliyi nəzərə alınmışdır.

Bu maqistr işinin qarşısında duran əsas məqsəd,xam pambığın spesifik xüsusiyyətlərini nəzərə almaqla onun qurudulmasını təmin edən effektli üsul,texnologiya və texniki vasitələrin işlənib hazırlanması,xam-pambığın saxlanma rejiminin optimallaşdırılması,müvafiq quruducu agentin seçilməsi və məhsulun konservasiya şəraitinin yaradılmasıdır.
İşin həcmi:Dissertasiya girişdən,dörd bölümdən,nəticə və təkliflərdən və 10 sayda ədəbiyyat siyahısı olmaqla 72 səhifədən ibarətdir.

Giriş

Rayondan,məhsulun yığılma üsulundan və hava şəraitindən asılı olaraq xam pambığın hazırlanma dövrü ola bilər ki,iki üç həftə ərzində başa çatdırılsın.Beləliklə gücləndirilmiş hazırlıq məntəqələrinə hər gün ola bilər ki,illik planın 2 – 3 – dən 8 – 10 % həcmində xam pambıq daxil olsun.Hazırlanmış xam pambığın 20% qədəri pambıq ilə təmizləmə zavodunda emal olunur və bu hazırlıq sezonu dövründə həyata keçirilir.Xam pambığın əsas kütləsi uzun müddətli saxlama anbarlarına yığılır,bu isə növbəti aylarda təzə məhsul çıxana qədər emal olunmaq üçündür.

Xam pambıq elə şəraitdə saxlanmalı belə ki,onun liflərinin təbii keyfiyyətləri tam şəkildə saxlanılsın.Əsas şəraiti xam pambığın anbarda saxlanmasından asılıdır bu vaxt normal nəmlik (QOST üzrə) ayrı – ayrı növlər üzrə I növ – 9,0 ,II növ – 10,0 ,III növ – 11,0 və IV növ – 13% i keçməməlidir.Maşın və qozadan yığılan xam pambıq hesabi qiymətdən artıq nəmlikdə təhvil alınarsa bu vaxt o,buraxıla bilən normadan artıq olmamalıdır bu vaxt məhdudiyyəti (5 gündən çox olmamalıdır) anbarda saxlanılır.Onlarda I və II növ üçün yığılma qatlarla aparılır,hündürlüyü isə 4m – dən çox olmur və qalan növlər üçün hündürlüyü 3m olur.

Xam pambığın saxlanılması üçün bağlı binalarının (anbarlardan),yarım açıq və ya açıq anbarlardan istifadə olunur.Bu anbarların dörd tərəfi (navesdən) və açıq meydançalardan ibarət olmalıdır.Bağlı anbarların tutumu 750,1500,3000,4500 və 6000T xam pambıqlı anbarlar dəmir betondan,yandırılmış və ya bişmiş kərpicdən ibarət olmalıdır.

Pambığın nəmləşməməsi üçün anbarlardan döşəmələrdən istifadə olunur.5 sm qatlı asfalt döşənir və ya xüsusi daşlı ara boşluqları xırda doldurulur,qatın qalınlığı 15 sm olur.

Xam pambığın yığılmasının orta sıxlığı bağlı anbarlarda mütləq aşağıdakı kimi olmalıdır:

I və II növlər üçün nəmliyi 10 – 11 % qədər – 150 – 190kq/m3

III və IV növlər üçün nəmliyi 12 – 14% qədər – 130 – 160kq/m3

Böyük nəmlikli xam pambıq saxlanılan bağlı anbarların komplektləşdirilməsində o,vaxt icazə verilir ki,onun döşəmə altı hava aparan ventilyasiya kanalları olsun ki,havanı sora bilsin.Bu vaxt pambığın yığılma sıxlığı I və II növ üçün 150kq/m3,III və IV növ üçün isə 130kq/m3 – i keçməməlidir.

Qurutma-mürəkkəb,qeyri-stasionar proses olub, istilik və nəmliyin xam pambığın tərkibindən çıxarılmasına xidmət edən texnoloji prosesdir. Çoxsaylı tədqiqatlar və təcrübələr göstərir ki, qurutmanın düzgün aparılması, qurudulan materialın və onun komponentlərinin nəmlik ilə əlaqəsini hərtərəfli öyrənilməsi hesabına mümkündür. Ona görə xam pambığın qurudulması üçün müxtəlif metod,texnoloji rejiminin işlənib hazırlamansı xüsusi aktuallıq tələb edir.



I.XAM PAMBIĞIN EMALI PROSESINDƏ TƏTBIQ OLUNAN QURUDUCULARININ KONSTRUKSIYASI VƏ IŞ PRINSIPI
1. 1. Qurutma üsulları

İstənilən materialın qurudulma prosesi istilik agentinin quruducu aqreqata verilmə üsulundan, nəmliyin xaric olunmasından və qurudulma prosesinin rejimindən asılıdır. İstilik agentinin verilməsindən,istilik dəyişməsinin xaricolma üsulundan asılı olaraq quruducular müxtəlif növlərə ayrılırlar: konvektiv, kontaktlı, yüksək tezlikli, cərəyanlı və kombinə edilmiş.

Konvektiv quruducularda quruma prosesi zamanı nəmlik,quruducuda hərəkət edən istilik agenti vasitəsilə materiala verilən istilik hesabına buxarlanır. Bu prosesdə istilik agenti,eyni zamanda istilik daşıyıcısı və nəmliyi qəbul edən rolunda çıxış edir.İlkin qızdırılma zamanı materialın səthində olan temperatur,çiyidin daxilində olan temperaturdan çox olur.Yaranmış temperaturlar fərqinə görə nəmlik axını materialının daxilinə istiqamətlənir ki, bu da onun yerdəyişməsini ləngidir.Mövcud nöqsanların olmasına baxmayaraq,konvektiv quruducular konstruksiyanın sadələyinə görə və iqtisadi baxımdan əlverişli olduğu üçün praktikada geniş yayılmışlar.

Kontakt üsulu ilə işləyən quruducularda material istiliyi birbaşa istilik agenti ilə kontaktda olmaqla əldə edilir.Bu metod ilə qurudulma zamanı xam pambıq layının daim hərəkətdə olması vacibdir.Əks təqdirdə xam pambıq kütləsinin ayrı-ayrı hissələrinin qızması baş verə bilər. Bu metodla qurudulmanın üstünlüyü ondan ibarətdir ki,materialın ayrı-ayrı hissələrində istilik və nəmlik göstəricisi eyni olur. Ona görə nəmlik və istilik materialın daxilindən xaricinə və əks istiqamətdə intensiv hərəkət edir. Bu metodun effektlivliyi az olduğu üçün praktikada geniş yayılmamışdır.

Yüksək tezlikli cərəyan ilə işləyən quruducu aqreqatlarda nəm materialın qurudulması yüksək tezlikli cəryanın yaratdığı istilik effekti hesabına baş verir. Xam pambığın qalın laylarında, ətraf mühitlə qarşılıqlı əlaqədən və istilik dəyişməsinin hesabına pambıq kütləsinin daxilində temperaur daha yüksək dərəcəyə qədər qızır. Bu tipli quruducu aqreqatların istifadəsi zamanı yanacaq sərfi çox olduğu üçün onlar praktikada geniş yayılmamışdır.
1.2 Quruducu aqreqatların siniflərə bölünməsi

Mövcud quruducu aqreqatlar aşağıdakı xüsusiyyətlərinə görə ayrı-ayrı qruplara bölünürlər.

1.İstiliyi materiala ötürmə üsuluna görə

2.İş rejiminə görə (daimi,dövrü)

3.İşçi mühitin təzyiqinə görə (atmosfer,vakuum)

4.İstilik daşıyıcısının tipinə görə(buxar,qaz,hava və s.)

5.Qurudulan materialın hərəkəti istiqamətinə görə(düzistiqamətli,əks- istiqamətli,düz-əks istiqamətli)

6.Quruducu agentin işlədilmə sayına görə(dövrü sirkulyasiya ilə, sirkulyasiyasız)

7.Konstruktiv xüsusiyyətlərinə görə (kameralı, koridorlu,tunelli,lentalı, barabanlı və s.)

Hər bir quruducu aqreqatda bir neçə sinfin elementləri ola bilər.



1.3 Xam pambığı qurutmaq üçün quruducu aqreqatlar
Ölkəmizdə ilk dəfə xam pambığın qurudulması üçün aerofontan və lentalı quruduculardan istifadə olunmuşdur.1954-cü ildən başlayaraq isə CXH-3, 2CXL-1,5M, SXB-1,5 və SB-10 markalı quruducuların tətbiqinə başlanılmışdır.Ona qədər xam pambıq, becərən təsərrüfatlarda böyük əl əməyi tətbiq olunmaqla qurudulurdu. Təsərrüfatlarda tətbiq olunan sadə quruducu aqreqatların məhsuldarlığı aşağı idi.Yanacaq sərfinin çox olmasına baxmayaraq lazımi quruma effekti alınmırdı. Hal-hazırda nəm pambıq tədarük məntəqələrinin quruducu-təmizləyici sexlərində və pambıqtəmizləmə zavodlarının təmizləyici sexlərində lazımi kondisiyaya çatdırılır.

4454545

Şəkil1.1 2CXL-1,5M Quruducu barabanı

1-işçi hava borusu, 2-işçi havaötürücü boru, 3-quruducunun xariciörtüyü,

4-barabanın uzununa rəfləri, 5-işlənmiş havanı xaric edən boru,6qidalandırıcı ,7- yük qaldıran, 8-setkalı quruducu baraban, 9-kənar qarışıqları xaric edən şnek,10-çıxarıcı boşluq klapanı

Xam pambığın quruducu-təmizləyici sexlərdə qurudulması və təmizlənməsi imkan verir ki, tədarük olunan xam-pambıq birbaşa sahədən tədarük məntəqələrinə daşınsın, bu da tədarük mövsümünün müddətinin azalmasına gətirib çıxarır.Bununla yanaşı xam pambığın tədarükünün bu sxemi tədarük məntəqələrində məhsuldarlığı ümumi tədarükün 2-3% qədər, nəmliyi 20-40% olan xam pambığın qurudulmasına imkan verən sexlərin tikilməsi zərurətini ortaya çıxartdı. Bu tələbi yerinə yetirmək üçün ölkəmizdə CXH-3, 2CXL-1,5M, SXB-1,5M və SB-10, 2 SB-10 markalı quruduculardan istifadə olunur.


1.4 2CXL-1,5M quruducu aqreqat

Şəkil 1.1-də bu markalı quruducu aqreqatın sxemi göstərilmişdir. Bu aqreqat diametri 1890 mm,uzunluğu 7500 mm olan 8 barabandan ibarətdir. Barabanın birinci 5 metri səthində 6 mm diametri olan poladdan, qalan 2 metri isə düzsəthli poladdan hazırlanmışdır. Barabanın daxilində hündürlüyü 170 mm olan 4 rəf yerləşdirilmişdir.

Qızmış hava (1) trubasından barabana daxil olaraq xam-pambığın hərəkətinin əksinə hərəkət edir. Hava axını nəm pambıqla qarşılaşdıqda onda olan nəmliyi qurudur.Pambıqdan ayrılan nəm hava (5) borusu vasitəsi ilə atmosferə ötürülür.Xam-pambığın barabanda hərəkəti barabanın mailliyi hesabına əldə edilir. Barabanın mailliyini azaldıb artırmaqla pambığın barabanda qalma müddətini tənzimləmək mümkündür. Bu əməliyyat (7) vinti vasitəsilə həyata keçirilir. 1500 kq/saat məhsuldarlıqla 10% nəmlik ayrılmasını təmin etmək üçün xam pambıq 6 dəq barabanda qalmalıdır. Barabanın fırlanma sürətu 29,5 dövr/dəq təşkil edir.

Xam pambıq barabanın deşikləri olan səthində hərəkət etdikdə,onda olan toz və xırda zibillər pambıqdan xaric olaraq xüsusi bunkerə yığılır,oradan isə (9) vinti vasitəsilə barabandan xaric olur. Bu aqreqatın xırda toz üzrə təmizləmə effekti 20% təşkil edir. İstilik sərfi isə 8400 kCoul/kq buxarlanan nəmlik təşkil edir.

Qurudulan xam pambığın ilkin və son nəmliyi verildikdə 2CXL-1,5M markalı quruducunun məhsuldarlığı aşağıdakı kimi hesablanır.

Nəm pambıq üçün



Quru pambıq üçün



Burada : 130- quruducunun məhsuldarlığı,kq/saat




1.5 CXH markalı pambıq quruducusu
Bu markalı pambıq quruducu(şəkil 1.2) hər birinin uzunluğu 4,5 m,en kəsiyi 1,7 m2 olan üçpilləli kameradan ibarətdir.Kameralarda dəqiqədə 56 dövr edən (2)valı yerləşdirilmişdir.İkinci və üçüncü barabandan aşağı hissəsinin deşikləri olan polad listdən (7) hazırlanmışdır.Xam-pambıq quruducuya (1) qidalandırıcı vasitəsi ilə daxil edilir.Sonra pambıq ardıcıl olaraq bir-biri ilə (3) şaxtası ilə əlaqələndirilmiş hər üç kameradan keçərək üçüncü kameranın axırında barabandan xaric olunur.


c:\documents and settings\admin\мои документы\downloads\мои рисунки\qqq.bmp


  1. Uzununa kəsik b) eninə kəsik


Şəkil 1.2 SXH-3 quruducunun sxemi

1-qidalandırıcı, 2- pərli val, 3-pambıq üçün ön şaxta, 4- pərlər, 5-sorucu boru, 6-vintin yivləri, 7-setkalı səth, 8-zibil üçün şnük, 9-meyilli səth, 10-zibil üçün şnek, 11-quruducu kamera, 12-isti hava ötürücü borusu
Hər bir pərli valın əvvəlində xam pambığın yığılıb qalmasının qarşısını almaq üçün (6) vintli şneki qurulmuşdur. Xam pambığın kamerada hərəkətini isti hava axını və sürəti 1,76 m/san olan pərli val təmin edir.Xam pambığın quruducuda qalma müddəti tənzimlənmir və təxminən 1,5 dəqiqə təşkil edir. Quruducunun kiçik zibil üzrə təmizləmə effekti 40% təşkil edir.İstilik sərfi 8400 kCoul/kq buxarlanan nəmlik təşkil edir.Quruducudan çıxan zaman xam-pambığın istiliyi 600S olur. Məhsuldarlıq nəmlik ayrılması göstəricisinə görə 180 kq/saat təşkil edir.
1.6 2SXB-1,5M markalı barabanlı quruducu
Bu markalı barabanlı quruducu düzistiqamətli quruduculara aiddir(şəkil 1.3) Barabanda xam pambığın hərəkəti isti havanın və barabanın mailliyinin hesabına əldə olunur. Mailliyi (8) domkratı təmin edir.Quruducu bir çox detallardan,(1) qığılcım tutucudan,(2 )ventilyatorundan,(4) truba quruducudan və (6) barabanından ibarətdir. Xam pambığı bölücü şnekdən qəbul edib,bərabər şəkildə paylamaq üçün aqreqat (3) qidalandırıcısı ilə təmin edilmişdir. (4) quruducu boruda ilkin quruma prosesi baş verir. Barabanın divarları nazik metaldan hazırlanmış,diametri 1800mm,uzunluğu 6700 mm olan silindrdən ibarətdir. Silindrin daxilində 12 ədəd pər yerləşdirilmişdir.




Şəkil 1.3 2SXB-1,5M quruducunun sxemi

1-qığılcım söndürücü, 2- mərkəzdənqaçma ventilyator, 3-ijeksiyalı qidalandırıcı, 4-quruducu boru, 5-barabanlı ön yastığı, 6-quruducu baraban, 7-sorucu boru, 8-yük qaldırıcı
Xam pambıq qidalandırıcı vasitəsilə quruducu boruya daxil olur. Burada temperaturu 3000 S olan, 20 m/san sürətlə hərəkət edən istilik agenti ilə qarışır. Pambıq quruducu-borudan 2 san ərzində keçir. Bu zaman quruducu agentin temperaturu 3000S-dən 2000S-yə enir. Pambıq 13 dövr/san sürətlə fırlanan barabana daxil olaraq 6-10 dəqiqədən sonra barabandan xaric olunur. Qurumanın sonunda pambığın temperaturu 55-600\c-yə çatır.

2SXB-1,5M markalı barabanlı quruducunun ilkin və son nəmliyi məlum olduqda məhsuldarlığı aşağıdakı kimi müəyyən olunur:





burada: 180- quruducunun məhsuldarlığı,kq/saat

istilik sərfi 5000-8400 kCoul/kq buxarlanan nəmlik
1.7 SB-10 markalı barabanlı quruducu
Quruducu aqreqat (3) barabanından ibarətdir.Barabanın içərisində uzununa (9) pərləri yerləşdirilmişdir. Bu pərlər xam-pambığın barabanın bütün həcmi boyu paylanmasına xidmət edir. Baraban üfüqi vəziyyətdə yerləşdirilmişdir və 10dövr/dəq sürətlə hərəkət edir. (2) şneki vasitəsi ilə nəm xam pambıq barabana daxil olur. Eyni zamanda ventilyator vasitəsi ilə aqreqata isti hava verilir. Xam-pambıqdan ayrılan xırda zibil və tozların xaric olması üçün barabanın axırıncı iki metri xırda diametri deşiklərlə hazırlanmışdır.Bu hissədə yığılan xırda zibil (8)şneki vasitəsilə barabandan xaric olunur (şəkil 1.4).


Şəkil 1.4 SB-10 quruducu baraban
1-isti hava vurucu ventilyator, 2-şnekli qidalandırıcı, 3-quruducu baraban, 4-istilik qoruyucu kamera, 5-arakəsmələr, 6- işlənmiş havanın çıxışı üçün boru, 7- barabanın intiqalı, 8-zibil xaricedən şnek, 9- uzununa yerləşən lövhələr

Qurumuş xam pambıq barabandan xaric olur və pnevmatik nəqliyyat vasitəsi ilə lazımi yerlərə nəql olunur. İşlənmiş quruducu agent (6) borusu vasitəsilə atmosferə çıxır.Xam pambığın barabanda qalma sürəti öz oxu ətrafında fırlanan (5) pərləri vasitəsilə tənzimlənir. Bu pərləri xam pambığın hərəkət istiqamətinə perpendikulyar çevirsək pambığın hərəkət sürəti azalır və onun barabanda qalma müddəti artır. İstilik itkisinin qarşısını almaq üçün baraban izolyasiya olunmuş kamerada (4) yerləşdirilir.


SB-10 markalı quruducunun texniki xarakteristikası

Göstəricilər

Ölçü vahidi

Qiymət

1.Nəmliyi 10% olan xam pambıq üzrə məhsuldarlıq

saat

7,5


2.Nəmlik üzrə məhsuldarlıq

Kq/saat


700

3.Quruducu agentin maksimum temperaturu

0C

280

4.Materialın maksimal qızma

temperaturu

0C


65


5.Bir kq nəmliyin buxarlanmasına

sərf olunan istilik sərfi

kCoul


8400

6.Sərf olunan enerji

kVt

16

7.Barabanın fırlanma sürəti

dövr/dəq

9-10

8. Barabanın diametri

mm

3200

9.Barabanın uzunluğu

mm

12000


Yüklə 478,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə