Düzgün cavablar a variantındadır



Yüklə 241,87 Kb.
səhifə3/8
tarix08.11.2018
ölçüsü241,87 Kb.
#79493
1   2   3   4   5   6   7   8

  1. Aminturşular və zülalarda olan funksional qruplar və toksiki maddə arasında baş verən kimyəvi çevrilmələrin nəticəsi olaraq.

  2. Aminturşuların çevrilməsi ilə.

  3. Fermentlərin təsiri ilə.

  4. Hidroliz nəticəsi kimi baş verir.

  5. Metabolizmin gedişi nəticəsində.




  1. Tiolların təsir mexanizminin əsasında nə durur?

  1. Sulfhidril qruplarla (-SH), fermentlər və digər zülali strukturlarla kimyəvi qarşılıqlı təsirə asanlıqla daxil olurlar.

  2. Qatılıqları az olduqda belə kəskin toksiki təsir göstərirlər.

  3. Orqanizmdən asanlıqla xaric olurlar.

  4. Sümük toxumalarında toplanır.

  5. Dərini qurudurlar.




  1. Antisianidlərə daxil olan kimyəvi maddələr.

  1. Karbohidratlar, tiosulfatlar.

  2. Sulfidlər, oksidlər.

  3. Aminlər, spirdlər.

  4. Peroksidlər, nitratlar.

  5. Naşatır spirti, xörək duzu məhlulu.




  1. Sensibilizasiya nədir?

  1. Orqanizmə təkrar olaraq təsir edən hər hansı maddənin ilkin maddə ilə təsirdə olduğundan daha böyük effektə malik olması.

  2. Toksiki və ya digər hər hansı başqa maddənin orqanizmdə karbohidratlara təsiri.

  3. Aminturşuların kompleks birləşmələrə çevrilməsi.

  4. Zülalların denaturasiyası.

  5. Hemoqlobinin miqdarının qanda azalması.




  1. Radioaktiv parçalanma məhsulları olan ağır izotopların mühitdə yayılması daha çox hansı vasitələrlə baş verir.

  1. Su və torpaq vasitəsilə.

  2. Yalnız hava vasitəsilə.

  3. Hava və torpaqla.

  4. Hava və su vasitəsilə.

  5. Həşaratlar vasitəsilə.




  1. Ditiollara qarşı antizəhər kimi istifadə olunan ali karbon turşularının təsiri necə baş verir?




  1. Fermentativ reduksiya ilə.

  2. Reduksiya nəticəsində.

  3. Metabalik çevrilmə ilə.

  4. Oksidləşmə ilə.

  5. Dehidrogenləşmə reaksiyası ilə.









  1. Qurğuşun birləşmələrinin toksiki təsiri kiçik yaşlı uşaqlarda ən çox nəyin inkişafına mənfi təsir göstərir?

  1. Uşaqlarda əqli inkişafa.

  2. Boyun artmasına.

  3. Qanda qırmızı qan kürəciklərin yaranmasına.

  4. Sümük toxumalarının möhkəmliyinə.

  5. Orqanizmin immunitet qabiliyyətinə.




  1. Nitratların orqanizmə uzun müddət təsiri zamanı hansı toksiki təsir baş verir?

  1. Orqanizmdə yodun miqdarını azaldır, qalxanvari vəzin böyüməsinə səbəb olur.

  2. Adrenalin fermentinin funksiyası pozulur.

  3. Sinir neyronları zədələnir.

  4. Bədən hərarətinin aşağı enməsinə səbəb olur.

  5. Yuxunun pozulması baş verir.




  1. Zəhərli maddələrin orqanizmə daxil olması yolları.

  1. Tənəffüs yolları, ağız boşluğu və dəri vasitəsi ilə.

  2. Dəri vasitəsilə.

  3. Tənəffüs yolları.

  4. Ağız boşluğu vasitəsilə.

  5. Bilavasitə qana keçməklə.




  1. Metil spirtinin toksiki təsiri hansı iki mərhələdən ibarətdir?

  1. Görmənin tamam itirilməsi, klinik ölüm.

  2. Qara ciyərdə metabolizmin pozulması.

  3. Sinir sistemini qıcıqlandırma.

  4. Mədə-bağırsaq sistemində pozulma.

  5. Ürək döyüntülərini sürətləndirmək.




  1. Antizəhər hansı tələblərə cavab verməlidir?

  1. Zəhərin təsirini neytrallaşdırmalı onun orqanizmdən xaric olunmasını təmin etməlidir.

  2. Zəhəri reduksiya etməlidir.

  3. Zəhəri oksidləşdirməlidir.

  4. Kimyəvi tərkibini dəyişməlidir.

  5. Zülalla birləşməyə daxil olmalıdır.




  1. İonlaşdırıcı radiasiyanın toxumalara təsiri nə ilə nəticələnir?

  1. Toxumalarda kompleks toksiki məhsulların əmələ gəlməsinə səbəb olur.

  2. Toxumaları qismən dağıdır.

  3. Toxumaları tamamilə məhv edir.

  4. Toxumaların strukturunda bəzi dəyişikliklər yaradır.

  5. Toxumada olan su molekullarını parçalayır.




  1. Şüalanma xəstəliyinin neçə dövrü məlumdur?

  1. 4

  2. 5

  3. 2

  4. 8

  5. 6




  1. Metil bromidlə zəhərlənmədə daha effektli təsirə malik hansı maddə tətbiq edilir?




  1. Qlükoza.




  1. Dimerkapto kəhrəba turşusu.

  2. Sistein (aminturşu).

  3. Unitiol.

  1. Qliserin.




  1. Nitratlar insan orqanizmində daha çox hansı birləşmələrə çevrilir?

  1. Nitroaminlərə.

  2. Qanın tərkibinə daxil olan hemoqlobinlə üçvalentli dəmir ionunun daxil olduğu kompleks birləşməyə.

  3. Sulfo hidridlərlə kompleksə.

  4. Kompleks birləşmələrə.

  5. Diazobirləşmələrə.




  1. Nitratların ətraf mühitdə yayılması və toksiki təsir mənbələri hansıdır?

  1. Azot gübrələri istehsal edən müəssisələr və meyvə-tərəvəz.

  2. Amonyak istehsalı və dərman preparatları.

  3. Havadan azotun alınması və yağış suları.

  4. Nitrat turşusu istehsalı və filizsaflaşdırma kombinatları.

  5. Neftayırma və qaz-kontesat müəssisələri.




  1. Mineral gübrələr üzvi gübrələrlə əvəz olunduqda nitratların meyvə və tərəvəzlərdə toplanmasında nə kimi dəyişiklik baş verir?

  1. Bitkilərdə nitratların miqdarı azalır.

  2. Heç bir dəyişmə olmur.

  3. Bitkilərdə nitratların miqdarı artır.

  4. Nitratlar qabıqda yox kökdə toplanır.

  5. tərəvəzlərdə dəyişmə baş versədə meyvələrdə dəyişmə olmur.




  1. Qurğuşunun toksiki təsiri nədən ibarətdir?

  1. Eritrositlərə və sümük toxumalarına toksiki təsirdən.

  2. Mədə-bağırsaq sisteminə.

  3. Dəri toxumalarına.

  4. Beyin yarımkürəsinə.

  5. Ağız boşluğuna.




  1. Atmosferdə zəhərli maddələrin yayılmasında daha çox hansı qazlar üstünlük təşkil edir?




  1. H2S, SO2, CO

  2. Cl2, He, SO2

  3. Ar, N2O, N2

  4. NO, Ar,H2

  5. Kr, He, Xe









  1. Toksiki maddələrlə zəhərlənməyə qarşı spesifik mübarizə yolları.

  1. Qabaqlayıcı tədbirlər və farmakoloji preparatlardan istifadə olunmaqla.

  2. Əlehiqazdan istifadə olunmaqla.

  3. Respiratorlardan istifadə olunmaqla.

  4. Farmakoloji preparatlardan istifadə etməklə

  5. Qabaqlayıcı tədbirlər görməklə.




  1. Pestisidlərin toksiki təsiri hansı orqanlarda müşahidə edilir




  1. Endokrin sistemində

  2. Qara ciyərdə.

  3. Mədə-bağırsaq traktında.

  4. Böyrəklərdə.

  5. Hemoqlobində.







  1. Arsen və onun birləşmələrinin toksiki təsiri necə baş verir?

  1. Orqanizmdən ayrılması sürəti və toxumalarda toplanma dərəcəsindən asılı olaraq.

  2. Biokimyəvi çevrilmə sürəti ilə.

  3. Zülallarla qarşılıqlı təsirindən asılı olaraq.

  4. Fermentlərə təsiri ilə.

  5. Hemoqlobinə birləşməsi sürətindən asılı olaraq.




  1. Antropogen radiasiya fonu nədir?

  1. Elm, tibbi və sənayenin bəzi sahələrindən alınan süni radioaktivlik.

  2. Vulkan püskürməsindən alınan radioaktiv birləşmələrin yaratdığı radiasiya.

  3. Yerdə akkumliyasiya olunan Günəş enerjisi.

  4. Atom elektrik stansiyalarından alınan radioaktivlik.

  5. Radioaktiv elementlərdən ayrılan radiasiya.




  1. Dəm qazının (CO) hemoqlobinlə birləşərək onu blokada etməsi reaksiyasını göstərin.

a) HbO2 + CO HbCO + O2.

Hb + CO HbCO

b) HbCO + O2 HbO2 + CO2.

c) 2HbCO + O2 2HbCO + O3.



  1. 4HbCO + O 4Hb + 4 CO2.

  2. 6HbCO + O2 HbO2 + CO.




  1. Pestisidlərin mənbələri və toksiki təsiri.

  1. Kənd təsərrüfatı, kanserogen Sintetik yuyucu maddələr istehsalı adrenalin blokator.

  2. Sintetik yuyucu maddələr istehsalı adrenalin blokator.

  3. Neft emalı sənayesi, hemoqlobinə təsir.

  4. Gübrələrin istehsalı, dəri epitelisinə təsir.

  5. Polivinil xloridin alınması, tənəffüs yolları.




  1. Radonun radioaktiv təsiri özünü necə biruzə verir.

  1. Burun-udlaq, nəfəs yolu, bronxlarda şüa yükü formalaşdırır.

  2. Adrenalinin fermentativ funksiyasını pozur.

  3. Mədə-bağırsaq sisteminin normal fəaliyyətini sarsıdır.

  4. Hemoqlobində eritrositləri blokada edir.

  5. Dəri toxumalarında yanıqlar əmələ gətirir.




  1. Kimyəvi gübrələrdən səmərəsiz istifadə bitkilərdə öz təsirini necə göstərir?

  1. Yeyilən kökü meyvəlilərdə nitratların yüksək miqdarda toplanması baş verir.

  2. Heç bir dəyişmə olmur

  3. Meyvənin qabıq hissəsində nitratların miqdarı çoxalır.

  4. Yarpaqların vaxtsız saralması gedir.

  5. Yarpaqların tez tökülməsi baş verir.




  1. Qəbul olunmuş müasir standartlara görə benzinin tərkibində qurğuşun birləşməsinin miqdarı hansı həddə müəyyən olunmuşdur?

  1. 0,012 q/l.

  2. 0,005 q/l.

  3. 0,5 q/l.

  4. 0,05 q/l.

  5. 0,0005 q/l.




  1. Ni ilə zəhərlənmə daha çox hansı orqanlarda özünü göstərir?

  1. Burun-udlaq yolları, ağciyərlərdə.

  2. Baş-beyin yarımkürələrində.

  3. Böyrəklərdə.

  4. Qara ciyərdə.

  5. Hemaqlobində.




  1. Risk faktoru nədir?

  1. Müəyyən toksiki təsirin səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorlar.

  2. Xəstələnmə səbəbi.

  3. Toksiki təsirə məruz qalma.

  4. Toksiki maddə ilə təmasda olmaq.

  5. Atmosferdə zəhərin yayılması.




  1. Stibium və birləşmələrin toksiki təsiri hansı orqanlarda daha çox özünü göstərir?

  1. Gözün selikli qişası, yuxarı tənəffüs yollarına.

  2. Sinir sistemində.

  3. Dəri epitelisinə

  4. Hemoqlobinə təsir.

  5. Beyin yarımkürələrində.




  1. Kimyəvi maddələrin ətraf mühitə toksiki təsiri.

  1. İnsanların sağlamlığına, su hövzələrinə, biosferə.

  2. Açıq və qapalı qrunt sularına.

  3. Bitki örtüyünə.

  4. Atmosfer havasına.

  5. Flora və faunaya.




  1. İntoksikasiyanın maddələr mübadiləsinin gedişinə təsiri necə baş verir?

  1. Maddələr mübadiləsi pozulur.

  2. Maddələr mübadiləsinin gedişi iürəti azalır.

  3. Sürətlənir.

  4. Hüceyrədaxili parçalanma baş verir.

  5. Bu təsir baş vermir.




  1. Biosferin çirklənməsi özünü necə biruzə verir.

  1. Müxtəlif toksiki maddələrin təsiri nəticəsində canlıların biosferdə həyat fəaliyyətinin pozulmasında.

  2. Havanın tərkibində karbon qazının miqdarının artmasında.

  3. Havada azot qazlarının çoxalmasında .

  4. Canlı aləmin məhvində.

  5. Ətraf mühitdə çirkləndiricilərin sayında.




  1. Nikelin insan sağlamlığına təsiri daha çox hansı orqanlarda özünü biruzə verir?




  1. Burun-udlaq yolları və ağ ciyərlərdə.

  2. Ürək-damar sistemində.

  3. Böyrəklərdə

  4. Beyin yarımkürələrind

  5. Hemoqlobində.









  1. Zəhərə qarşı istifadə olunan maddələrin farmakoloji xüsusiyyətləri.

  1. Toksikomaddənin tərkibində olan funksional qrupu neytrallaşdırmaq.

  2. Aktiv funksional qruplara malik farmakoloji preparatlardan istifadə.

  3. Kmpleks birləşmə əmələ gətirmək.

  4. Hidroliz.

  5. Dehidroxlorlaşma.




  1. Dərman maddələri ilə intoksikasiyaya qarşı preparatlar içərisində ən çox tətbiq olunan preparat hansıdır?




  1. Atropin və atropin tipli maddələr.

  2. Sulfamid preparatları.

  3. Vitaminlər.

  4. Məlhəmlər.

  5. Antibiotiklər






  1. Kadmiumun ətraf mühitdə yol verilən yüksək hədd miqdarı.

  1. Atmosferdə 0,3 mkq/m3, su mənbələrində 0,001 mq/l, torpaqda 0,5-1,0 mqkq.

  2. Su mənbələrində - 0,05 mq/l.

  3. Su mənbələrində – 0,0005 mq/l.

  4. Neytral torpaqlarda - 2 mqkq.

  5. Atmosferdə – 0,6 mkq/m3.




  1. Vinil xloridin toksiki təsiri necə baş verir?

  1. Maddələr mübadiləsini, kalsiumun və xolesterinin mübadiləsini, qaraciyərdə metabalizmi pozur.

  2. Mədə-bağırsaq sisteminin funksiyasını pozur.

  3. Neyronlara təsir edir.

  4. Sümük toxumalarında toplanır.

  5. Zülal molekulunu blokadaya uğradır.




  1. Asetil xolinin fermentativ hidrolizi reaksiyası necə baş verir?

  1. Sirkə turşusu alınması ilə.

  2. Qarışqa turşusunun alınması ilə.

  3. Hidroxion alınması ilə.

  4. Sirkə anhidridi və CO2 Alınması ilə.

  5. Xolinestraza və aminosirkə turşusu alınması ilə.




  1. 1q aktivləşdirilmiş kömür süleymani və ya strixininlə zəhərlənmədə daxilə qəbul edilərsə ən çox nə qədər zəhəri adsorbsiya edə bilər?

  1. 300 mq.

  2. 50 mq.

  3. 100 mq.

  4. 400 mq.

  5. 10 mq.




  1. Mövcud toksiki təsirlərin baş verməsində su ilə nitratların yayılması neçə % təşkil edir?




  1. 70-80 % .

  2. 30-4% .

  3. 40-60 % .

  4. 10-20 % .

  5. 90 %.









  1. Toksiki proseslərin qarşısının alınması məqsədilə hansı müasir elm sahəsi məşğüldür?




  1. İmmunofarmakologiya.

  2. Biokimya.

  3. Mikrobiologiya.

  4. Biogeosenologiya.

  5. Ekotoksikologiya.







  1. Kompleksonlar kimyəvi birləşmələrin hansı sinfinə aid edirlər?

  1. Bir çox qeyri üzvi kationlar eyni zamanda ağır metallarla suda həll olan davamlı komplekslərə.

  2. Kompleks birləşmələrə.

  3. Mərkəzi ion ətrafında 6-dan çox liqand saxlaya bilən kompleks birləşmələrə.

  4. Suda həll olmayıb dissosiasiya edə bilməyən birləşmələrə.

  5. Üzvi komplekslərə.




  1. Metilen göyün antizəhər təsirinin mexanizmi nədən ibarətdir?

  1. Yüksək oksidləşmə-reduksiya potensialına malik olub hemoqlobini oksigenin iştirakı ilə bərpa etməsi.

  2. Zülallarla kompleks birləşmə əmələ gətirməsi.

  3. Qara ciyərdə hüceyrə metabolizmində tarazlığın pozulması.

  4. Adrenalinin təsirini zəiflətməsi.

  5. Neyronların mütəhərrikliyini zəiflətmək.




  1. Politsiklik aromatik karbohidrogenlərin toksiki təsiri hansı orqanlarda daha çox biruzə verilir?




  1. Endokrin və immunı sistemində.

  2. Qara ciyərdə.

  3. Böyrəklərdə.

  4. Mədə-bağırsaq sistemində.

  5. Sümük toxumalarında.









  1. Neyrotoksinlərə daxil olan kimyəvi birləşmələri qeyd edin.

  1. Hidrazin, FÜB (fosfor üzvi birləşmələri), karbamatlar və b.

  2. Fenol və onun törəmələri.

  3. Sulfatlar, nitratlar.

  4. Sianidlər, benzol sırası k/h-lər.

  5. Dəm qazı, NO2, CO2.




  1. Toksikinetikanın əsas parametrləri hansılardır?

  1. Toksiki maddənin qatılığı (mq/l), təsir müddəti orqanizmin kütləsi, ağ ciyərlərdən ayrılma sürəti.

  2. Orqanizmin kütləsi və toksiki prosesin davam etdiyi müddət.

  3. Toksiki maddənin dozası və zaman.

  4. Toksiki maddənin havada miqdarı (mq/l-lə), orqanizmə daxil olma müddəti.

  5. Orqanizmdə transformasiya olunması və zaman.




  1. Litosferdə toksiki təsir necə yaranır?

  1. Litosferdə toksiki maddələrin yayılması və canlı aləmə təsirində.

  2. Bitki örtüyünətəsirdə.

  3. Canlıların populyasiyasında.

  4. Torpağın səthində olan canlıların transformasiyasında.

  5. Xromosomların bölünməsində.




  1. Biosferin civə və onun birləşmələri ilə çirklənməsinin nəticələri özünü daha çox nədə göstərir?

  1. Mədə-bağırsaq sistemi, böyrəklər, sinir sisteminə toksiki təsir göstərir.

  2. Beyin yarımkürələrinə təsir göstərir.

  3. Dəri epitelisini sıradan çıxarır.

  4. Tənəffüs sistemində ciddi fəsadlar törədir.

  5. Kanserogen təsir göstərir.




  1. İntoksikasiya nədir?




  1. Zəhərlənmə.

  2. Zəhərin parçalanması.

  3. Zəhərin hidrolizi.

  4. Toksiki maddənin dehidroxlorlaşması.

  5. Toksiki maddənin dehidrogenləşməsi.









  1. Zəhərli maddələrin orqanizmə daxil olmasının əsas yolları.

  1. Dəri, tənəffüs yolları, ağız boşluğu, bilavasitə qana keçməklə.

  2. Ağız boşluğu.

  3. Dəri vasitəsilə.

  4. Bilavasitə qana daxil olmaqla.

  5. Burun boşluğu ilə.




  1. Nikel və birləşmələrinin toksiki təsiri necə baş verir?

  1. Burun, udlaq və ağ ciyər.

  2. Mədə-bağırsaq sisteminin funksiyasını pozur.

  3. Qara ciyərin funksiyasını pozur.

  4. Ürək-damar sisteminin funksiyasını pozur.

  5. Sümükdə.




  1. Antizəhər nədir?

  1. Zəhərin təsirini qismən və ya tamamilə aradan qaldıran xüsusi farmakoloji maddələr.

  2. Karbohidratlar.

  3. Amin turşular.

  4. Qarışıq funksiyalı birləşmələr.

  5. Doymuş 1, 2, 3 atomlu spirtlər.




  1. Kükürdlü birləşmələrdən olan natrium tiosulfatın sianidlərin təsirinə qarşı reaksiyasını qeyd edin.

  1. Tiosulfatın kükürd ayırması (S).

  2. Kükürd qazının ayrılması (SO2).

  3. Rodanid tərkibli birləşmə alınması (HCNS).

  4. Natrium-sulfidə çevrilməsi.

  5. Kompleks birləşməyə çevrilməsi.




  1. Fosfor üzvi birləşmələrinin ümumi formulu.

  1. R1 – O O

P – X

R2



  1. R1 – O O

P – H

H


  1. O

H – O – P – Cl

H


  1. O

Cl – O – P – Br

H


  1. O

J – O – P – F

H



  1. Yüklə 241,87 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə