Duzların hidrolizi



Yüklə 20,26 Kb.
səhifə1/3
tarix03.04.2022
ölçüsü20,26 Kb.
#84998
  1   2   3
Kimya - 9


Duzların hidrolizi

Duzlar - metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir.

Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯

Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s.

Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s.

Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s.

Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s.

Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s.

Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s.

Duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk, kristal maddələrdir. Nitrat və sirkə turşularının bütün duzları suda həll olur. Xlorid turşusunun AgCl və PbCl2duzlarından başqa qalan duzları suda həll olur. Na+, K+, NH4+kationlarının duzlarından başqa qalan karbonatlar, silikatlar və fosfatlar suda həll olmur. Turş duzların molekulunda hidrogen atomlarının sayı çox olduqca onlar bir o qədər yaxşı həll olur (NaHCO3 istisnadır). Duzların kimyəvi xassələri onların metallarla, turşularla, qələvilərlə, turşularla və duzlarla qarşılıqlı təsiri ilə müəyyən olunur.

1. Elektrokimyəvi gərginlik sırasında hər bir metal (qələvi və qələvi-torpaq metallardan başqa) özündən sağda duran metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır.

2. Duzlar qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur. Bu zaman əksər hallarda yeni duz və yeni həll olmayan əsas əmələ gəlir.

3. Duzlar turşularla qarşılıqlı təsirdə olur.

4. Əksər həll olan duzlar bir-birilə qarşılıqlı təsirdə olur. Reaksiya həll olmayan duz əmələ gəldikdə baş verir.

5. Bəzi duzlar qızdırıldıqda parçalanır.


CaCO3 → CaO + CO2

6. Duzlar qeyri-metallarla qarşılıqlı təsirdə olur.

7. Duzlar turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.

8. Bəzi duzlar su ilə kristalhidratlar əmələ gətirir.




Yüklə 20,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə