E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   77


 

E.A.MƏMMƏDOVA 
 
 
 
 
 
 
H İ D R O G E O L O J İ  
 T Ə D Q İ Q A T    Ü S U L L A R I 
 
Ali  məkəblərin  bakalavr  pilləsi  üçün  dərslik 
 
 
Azərbaycan  Respublikası    Təhsil  Nazirliyi  Elmi – Metodik  
Şurası  «Geologiya  və  geofizika»  bölməsinin  07.01.2008-ci  il  
tarixli  62  saylı  iclasının  qərarı    ilə  dərslik  kimi  təsdiq  
olunmuşdur (Azərbaycan  Respublikası    Təhsil  Nazirliyinin 
24.01.2008 – ci  il  tarixli  112  saylı  əmri) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı  -  2008 
 


 

 
 
 
Elmi  redaktor: Azərbaycan  Elmi – Tədqiqat  Hidrotexnika  və  
Meliorasiya İnstitutu  Elm – İstehsalat  Birliyi  «Meliorativ  hidrogelogiya»  
laboratoriyasının  müdiri  prof.  Ə.K.Əlimov 
Rəyçilər: prof. S.S.Səmədov   (BDU  «Ümumi  geologiya»  kafed-
rasının  müdiri), dos. B.A.Abadov  (ADNA  «Ümumi, tarixi  geologiya  və  
hidrogeologiya»  kafedrasının  dosenti) 
 
Məmmədova  Esmiralda  Allahverdi  qız 
 
 
Dərslikdə    yeraltı    su    yataqlarının  öyrənilməsinin  ümumi  prin-
sipləri,  müasir  hidrogeoloji  tədqiqatların  əsas  növləri,  hidrogeoloji  
tədqiqat  üsullarının  xalq  təsərrüfatının  konkret  məsələlərinin  (su  
təchizatı,  yeraltı    suların  mühafizəsi-, istimarı-,  rejimi-, balansı-, 
torpaqların  suvarılması    və  qurudulması,  bərk  faydalı    qazıntı 
yataqlarının,  o  cümlədən  neft  və  qaz  yataqlarının  axtarışı,   kəşfiyyatı  
və  istismarı

  hidrotexniki   qurğuların  tikintisi  və    s.)    həllinə    tətbiqi  
ətraflı  şərh  olunmuşdur. 
Dərslik   ali  məktəblərin  «Hidrogeologiya  və  mühəndisi  geo-
logiya»  ixtisaslı  tələbələri,   o  cümlədən  bu  sahədə  çalışan  və  xalq  
təsərrüfatının  müxtəlif  məsələlərinin  həlli  məqsədilə  hidrogeoloji  
tədqiqatlarla  məşğul  olan  mütəxəssislər  üçün  nəzərdə  tutulmuşdur.


 

G İ R İ Ş 
 
Hidrogeoloji  tədqiqat  üsulları  -  xalq  təsərrüfatının  müxtəlif  
məsələlərinin  həlli  məqsədilə  hidrogeoloji  şəraitin  öyrənilməsi  
üsullarını,  yeraltı  su  yataqlarının  kəşfiyyatını, bu  suların  
ehtiyatının,  rejiminin,  keyfiyyətinin,  hərəkət  xüsusiy-yətlərinin  
tədqiqini  özündə  birləşdirir. 
Müasir  hidrogeologiyanın həll  etdiyi  kompleks  məsələlər  
aşağıdakılardan  ibarətdir: 
1)  yaşayış    məntəqələrinin,  kənd  təsərrüfatı    və    sənaye  
müəssisələrinin    su    təchizatı    məqsədləri  üçün  yeraltı  suların  
istismar  ehtiyatının  qiymətləndirilməsi; 
2) kurort – sanatoriya  işləri,  kimya  sənayesi  və  istilik  
enerjisi  üçün  mineral-,  termal-  və    sənaye  yeraltı    sularının  
axtarışı,  kəşfiyyatı    və  onların  istismar  ehtiyatının  qiymət-
ləndirilməsi; 
3) optimal  işlənilmə    şəraitinin  təyini  məqsədilə    faydalı  
qazıntı  yataqlarının  hidrogeoloji  şəraitinin  öyrənilməsi; 
4) torpaqların  suvarılması    və  qurudulması    məqsədilə   
hidrogeoloji  tədqiqatların  aparılması; 
5) faydalı  qazıntı  yataqlarının  hidrogeokimyəvi  və  
radiohidrogeoloji  axtarışı; 
6) faydalı  qazıntı  yataqlarının   istismarının  yeni mütərəqqi  
üsullarının  (kimyəvi,  hidravlik  və  s.)  hidrogeoloji 
 
əsaslandırılması; 
7) yeraltı  su  ehtiyatının  süni  doldurulması,  tükənmədən  və  
çirklənmədən  müzafizə    tədbirlərinin  hidrogeoloji  əsaslan-
dırılması; 
8) sənaye  çirkab  sularının  yer  altına  basdırılmasının  
hidrogeoloji  əsaslandırılması; 
9) neft  və  qazın  süni  üsulla  yer  altında  saxlanılması  
məqsədilə  xüsusi  qurğuların  tikilməsi  üçün  hidrogeoloji  tədqi-
qatların  aparılması; 
10) yeraltı    suların  rejiminin  regional  və  lokal  sahələrdə  
proqnozlaşdırılması  üçün  hidrogeoloji  əsaslandırma  və  s.  
 


 

 
 
B  i  r  i  n  c  i      f  ə  s  i  l    
 
YERALTI  SU  YATAQLARI  VƏ   
ONLARIN  TİPLƏRİ 
 
 
1.1. Yeraltı su yataqları   haqqında   anlayış 
 
Yeraltı sular ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və 
əlverişli geoloji-struktur şəraitdə toplanır ki, belə sahələri  „yeraltı su 
yatağı” adlandırmaq məqsədəuyğun hesab olunur. Ümumiyyətlə
yeraltı su yatağı  (YSY) – təbii və süni amillərin təsiri altında yeraltı 
suların toplandığı,  miqdar və keyfiyyət baxımından xalq 
təsərrüfatında istifadəsinin iqtisadi cəhətdən səmərəliliyini təmin 
edən sahələrdir. 
Yeraltı su yatağı,  yuxarıda qeyd edildiyi kimi,  təbii və süni 
amillərin  təsiri  nəticəsində  əmələ  gəlir. 
Yeraltı suların süni yatağı əlverişli geoloji - struktur və litoloji 
şəraitlərdə yerləşdikdə yerüstü suların süni surətdə yer altına 
köçürülməsi və ya su təchizatı sistemindən itki, habelə kanallardan, 
su anbarlarından süzülmə  nəticəsində suların toplanması yolu ilə 
əmələ gəlir. 
Yeraltı suların təbii  şəraitdə yerləşərək,  istismar olunduqca 
ehtiyatını yenidən bərpa etməsi xüsusiyyəti onları digər faydalı 
qazıntılardan (filiz  və  qeyri-filiz, neft, qaz)  fərqləndirir. 
Böyük praktiki əhəmiyyəti olan yataqlar –  sənaye tipli 
yataqlar adlanır. Bu, elə hidrogeoloji obyektlərdir ki,  praktikada iri 
şəhərlərin,  sənaye mərkəzlərinin, o cümlədən iri suvarma 
massivlərinin su təchizatını  təmin edir.  Bütün digər faydalı qazıntı 
yataqları kimi, YSY-nin də  həm planda,  həm də  kəsilişdə  şərti 
sərhədləri vardır.  Sənaye tipli YSY üçün yeraltı suların istismar 
ehtiyatını  şərti olaraq,   5-10 min m
3
/sutka  qəbul etmək olar.  Su 
ehtiyatı az olan yataqlar kiçik obyektlərə aid edilir və yeraltı suların 
qeyri-sənaye tipli yatağı hesab edilir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə