Əzizağa Nəcəfov
2
Elmi məsləhətçi:
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, filologiya üzrə elmlər doktoru
Teymur Kərimli
Elmi redaktor: Baş elmi işçi, filologiya üzrə
fəlsəfə doktoru
Aytən Bəylərova
Əzizağa Bayram oğlu Nəcəfov. Füzuli – şairin yaradıcılıq
psixologiyası. – Bakı, Mütərcim, 2012, 140 səh.
Füzuli müsəlman Şərq şairləri arasında özünəməxsus yaradıcılıq
tərzi, sənətkarlıq psixologiyası, şeiriyyətində səbk xüsusiyyətləri ilə
seçilən ümumbəşəri sənətkardır. Müzakirənizə təqdim olunan
tədqiqat
şairin yaradıcılığındakı nailiyyətlərin müxtəlif məzmun yenilikləri ilə
yanaşı, üslubi tapıntılar və eyni zamanda şairin mövcud real aləmi poetik
duyum və mücərrəd düşüncə yekunundakı estetik idealının nəzəri əsasları-
nın açıqlanması, hiss-həyəcanın ötürülmə anında söz və məzmunla bağlı
müxtəlif bədii priyomların məcmusu olan poetik fiqurlarla da bağlı
olduğunu aşkarlayır.
N
026
4702000000
88-12
© Ə.Nəcəfov, 2012
Füzuli – şairin yaradıcılıq psixologiyası
3
MÜNDƏRİCAT
Giriş ........................................................................................................ 4
POETİK FİQUR – BƏDİİ DÜŞÜNCƏ VƏ İLHAM
HADİSƏSİ KİMİ
Mövzunun tədqiq tarixinə bir nəzər........................................................ 10
Şairin yaradıcılıq psixologiyası .............................................................. 33
Orta əsrlər Şərq şeirində üslub................................................................ 42
Poetik fiqur bədii sistem daxilində ......................................................... 56
POETİK FİQURLARIN FÜZULİ YARADICILIĞINDA
İŞLƏDİLMƏ ÖZƏLLİKLƏRİ (NORMA VƏ NOVATORLUQ)
Klassik Şərq şeirində ritm - ahəng yaradan vasitələr
Füzuli şeirində fonetik təkrarlar və paralelizm.......................................67
Füzuli şeirində leksik təkrar vasitəsi ilə yaradılan poetik fiqurlar
(Füzuli şeirində təkrir və onun növ çalarlığı) .........................................73
Füzuli şeirində müvazilik və poetik simmetriya..................................... 85
Füzuli yaradıcılığında “rəddül-əcz aləs-sadr” poetik fiquru................... 91
Mübaliğə poetik fiquru və Füzuli yaradıcılığında onun yeri .................. 94
Füzuli yaradıcılığında
təzad poetik fiquru
(antiteza və əks analogiya) ..................................................................... 102
Füzuli yaradıcılığında bədii sual və onun növ rəngarəngliyi.................. 113
Nəticə...................................................................................................... 126
İstifadə olunmuş ədəbiyyat.....................................................................129
Əzizağa Nəcəfov
4
GİRİŞ
Adı Şərqin Rudəki, Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai kimi
söz sənətkarları ilə bir cərgədə çəkilən Məhəmməd Füzuli həssas
lirik, öz mühitinə aşiqanə baxışla nəzər salan,
hər şeydə bir məhəb-
bət axtaran nisgilli şair, güclü nasir, filosof, tərcüməçi və ədəbiyyat-
şünas kimi də məşhurlaşmışdır. Həyata bədiilik prizmasından baxan
bu insan nədən danışırsa-danışsın, nədən yazırsa-yazsın, ondan şai-
ranə, obrazlı dillə söhbət açır, hətta elmi axtarışlarında belə,
fikirlə-
rinin ifadəsində obrazlı təfəkkür tərzini əsas tutur, dilindəki bədii-
publisistik qatı vacib bilir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri, mahir söz ustası
Məhəmməd Füzuli zəngin ədəbi, nəzəri,
fəlsəfi və tərcümə irsinin
sahibidir. Şairin Azərbaycan ədəbiyyatında sənətkarlıq və məzmun
xüsusiyyətləri ilə seçilən bədii əsərləri xalqımızın bəşər mədəniyyəti
xəzinəsinə bəxş etdiyi ən qiymətli hədiyyələrindən biridir. Füzuli
bir ümumbəşəri şair kimi həm Şərqin təriqət ədəbiyyatının, həm də
bütövlükdə Azərbaycan bədii-ictimai fikrinin inkişafında mühüm
rol oynamış, özündən
sonra əsrlərlə davam edən, ənənələrini
yaşadan bir məktəbin əsasını qoymuşdur. Şərq bədii təfəkkürünə
ecazkar təsir göstərən bu sənətkarı tanınmış ədəbiyyatşünas, məşhur
türk alimi Məhəmməd Fuad Köprülüzadə “ən böyük Türk şairi
sayıla biləcək müstəsna bir şəxsiyyət” adlandırmış, onu təkcə
Azərbaycan xalqının deyil, bütün Türk dünyası ədəbiyyatının ən
ümdə, dəyərli şairlərindən biri saymışdır. (117, 32)
Öz ana dilinə sonsuz
məhəbbətlə yanaşan, sənəti ilə onu ədəbi
dil zirvəsinə qaldıran Füzuli orta əsr anadilli ədəbiyyatımızın əsas
yaradıcıları: Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah
İsmayıl Xətaidən üzü bəri yüksələ-yüksələ gələn milli klassik şeir
üslubumuzu ən uca inkişaf mərhələsinə çatdırmış, qarşısına Azər-
baycan türkcəsində mükəmməl sənət əsərləri
yaratmaq məqsədini
qoymaqla öz vəzifəsinin öhdəsindən məharətlə gəlmişdir və sübut