Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
29 
əsasında fikirlərini aydınlaşdırır. Beləliklə  də, “adiləşdirmə”, 
“ayırma” kimi poetik fiqurları müəyyənləşdirən alim orta əsr sələf-
lərinin mütərəqqi ənənələrini davam etdirir.  
Milli  ədəbiyyatşünaslığımızda, demək olar ki, Şərq  ədəbiyya-
tına məxsus bütün əsas poetik fiqurların konkret şairin yaradıcılığında 
tətbiqini xırdalığı ilə araşdıran yeganə tədqiqat işi son dövrlərdə nəşr 
olunan “Nizaminin poetikası” kitabıdır. Nüşabə Araslının qələmə 
aldığı bu monoqrafiyanın “Dünyanı poetik duyum: fərdi özəlliklər”, 
“Nizaminin söz sənətinin incəlikləri” adlı fəsilləri Nizami kimi böyük 
klassikin yaradıcılığında ayrı-ayrı poetik vasitələrin tətbiqi özəlliklə-
rini öyrənir. Bu əsər iki böyük ədəbi simanın yaradıcılıqları arasında 
oxşar və  fərqli xüsusiyyətlərin müəyyənləşdirilməsi sahəsində  və 
həmçinin ümumilikdə tədqiqatımız üçün də qiymətli mənbədir. 
Müasir dövrdə elmlərin kontaktı və inteqrasiyası zamanı mey-
dana gələn yeni tədqiqat sahələrinin mövcud olduğu  şəraitdə poetik 
fiqurların da müxtəlif istiqamətdən öyrənilməsi və şərhi xüsusi maraq 
doğurur. Buna görə  də dilçilik və  ədəbiyyatşünaslığın qovşağında 
formalaşan linqvopoetikanın əsas tədqiqat obyekti olan poetik fiqur-
ların ayrı-ayrı sənətkarların ədəbi irsindəki təzahür xüsusiyyətlərinin 
öyrənilməsi təkcə tarixi qrammatika baxımından deyil, ədəbiyyat 
tariximizin inkişaf strukturunu araşdırmaq sarıdan da əhəmiyyətlidir. 
1970-ci ildə Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat 
və Dil İnstitutunun  əməkdaşlarının səyi nəticəsində  nəşr olunan 
“Azərbaycan bədii dilinin üslubiyyatı” kitabı bu istiqamətdə irəliyə 
doğru atılmış ilk ciddi addım idi. Kitabda məcazlar (metafora, müqa-
yisə, epitet, metonimiya, şəxsləndirmə, canlandırma və nitqləndirmə), 
alliterasiya, bədii sual, nida, xitablar və onların müxtəlif növ təza-
hürlərinin Azərbaycan  ədəbiyyatındakı  əksinin tədqiqini xarakterizə 
edən ayrıca oçerklər bizim araşdırmamızda da müəyyən mənada kö-
məkçi mənbə rolunu oynayır və müqayisə üçün zəngin material verir. 
1979-cu ildə Zemfira Verdiyeva, Firəngiz Ağayeva və Musa 
Adilovun birgə müəllifliyi  əsasında nəşr olunan “Azərbaycan 
dilinin semasiologiyası” adlı ali məktəblər üçün dərs vəsaitində də 
bəzi poetik fiqurların dilçilik mövqeyindən  şərhinə rast gəlinir. 


Əzizağa Nəcəfov 
 
 
30 
“Məna dəyişmələri” başlığı altında ümumiləşdirilən metafora, meto-
nimiya, sinekdoxa və başqa məcaz növləri mənanın funksional 
dəyişməsi və semantik sıxılma kimi açıqlanır. (Bax: 103, 106-185) 
Lakin klassik poeziyamızda poetik fiqurların ilkin mənbələrə 
müvafiq bölgü və adlandırma prinsipi baxımından linqvopoetik 
istiqamətdə öyrənilməsi, sözsüz ki, birbaşa Musa Adilovun adı ilə 
bağlıdır. Alimin 1991-ci ildə çapdan çıxmış “Klassik ədəbiyyatı-
mızda dil və üslub” kitabındakı oçerklərdən ikisi bu poetik vasitə-
lərdən bəzilərinin bilavasitə Füzuli yaradıcılığında tətbiqini araşdı-
rır. Onun bu kitabında “Füzuli yaradıcılığının bəzi dil və üslub xü-
susiyyətləri haqqında”, “Xalq dilində və Füzuli şeirində alliterasiya” 
adlı tədqiqlərindəki tezis xarakterli məsələlər sonradan 1996-cı ildə 
nəşr olunan “Məhəmməd Füzulinin üslubu və poetik dili” adlı 
monoqrafiyasında daha geniş şərh olunur. 
Kitabda Füzuli yaradıcılığı, xüsusilə də onun poetik irsi bədii-
ekspressiv, üslubi mövqedən tədqiqata cəlb olunur, şairin dilini fo-
netik, leksik, semantik, sintaktik və poetik istiqamətdə şərh etməyə 
çalışan alim poetik fiqurları dil vahidləri üzrə, təzahürünə uyğun 
olaraq qruplaşdırır; fonetik səviyyədə: məqlub, alliterasiya və asso-
nans (touzi), təcnis, iştiqaq; leksik səviyyədə: təkrir; semantik sə-
viyyədə: təzad, təşbeh, istiarə, ləffü nəşr; sintaktik səviyyədə:  əks, 
sual-cavab, cəm, təfriq və təqsim, izah, təzad, təcahülül-arif; poetik-
üslubi istiqamətdə isə: tərsi, iltizam, rəddül-əcuz aləs-sadr, mira-
ətün-nəzr, həşv, dövriyyə və s. kimi Şərq poetik fiqurlarının Füzuli 
şeiriyyətində  işlədilmə xüsusiyyətlərini açıqlayır. Beləliklə, Füzuli 
yaradıcılığında poetik vasitələrin tətbiqindəki son xırdalıqları belə 
nəzərə alan Musa Adilov dəqiq təsnifatlar aparır.  
Müəllifin kitabda poetik fiqurların  şairin irsindəki işlənmə 
özəlliklərinə  və ona məxsus dil xüsusiyyətlərinə dair irəli sürdüyü 
bəzi tezislərə nəzər salaq: “Füzuli şeirində klassik Şərq poetikasına 
xas məqlub (hərflərin möcüzəsi) ilə türk şeirinə xas alliterasiya 
(səslərin möcüzəsi) bir vəhdət təşkil edir”. (3, 8) Yaxud: “...Böyük 
sənətkar alliterasiya prinsipinə  əsaslanan klassik (ərəb və fars 
dillərinə  məxsus) poetik izafət tərkiblərini türkləşdirməyə, onları 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
31 
ana dili sintaksisi qəliblərində təqdim etməyə xüsusi səy göstərmiş-
dir”. (3, 58) Və ya: “Füzuli şeiri dilin təfəkkür tərzi ilə əlaqəsinə aid 
zəruri olan bütün nümunələri özündə ehtiva edir. Qeyri-müəyyənliyi 
ilə səciyyələnən dil vahidləri daha çox ümumi hökmlərin ifadəsində 
işlədilir”. (3, 443) Göründüyü kimi, klassik Şərq  ədəbiyyatına 
məxsus poetik fiqurların dahi şairin yaradıcılığında tətbiqini dilçilik 
nöqteyi-nəzərindən araşdıran bu tədqiqat işi dərin müşahidə  və 
axtarışların müvəffəq yekunu kimi əhəmiyyətini qorumaqdadır. 
Füzuli  şeirində  şairin sənətkarlıq sehrini açmağa cəhd edən 
alimlərdən biri də Nizaməddin Mustafadır. Onun 1994-cü ildə nəşr 
olunan “Füzulinin poetik semantikası” adlı monoqrafiyası  şairə 
məxsus bədii düşüncənin  ədəbi mətn daxilində yekun realizəsinin 
və  bədii dilin elementlərindən biri olan poetik vasitələrin Füzuli 
irsindəki  ədəbi-estetik funksiyasının öyrənilməsi baxımından ma-
raqlıdır. Kitabda ənənəvi poetik fiqurlar dilçilik nöqteyi-nəzərindən 
- fonetik, leksik və sintaktik paralelizmin ünsürləri kimi tədqiqata 
cəlb olunur. (Məlumat üçün bax: 89, 27) 
Burada həmçinin məcazlar, onların müxtəlif təzahür  şəkilləri 
də məzmun və ifadə mütənasibliyi baxımından şərh olunur və Füzu-
li dilinə  məxsus oppozisiya, informatik situasiya, poetik mühit 
qəliblərini açıqlayan tədqiqatçı dahi şairin misralarındakı kod siste-
mini müəyyənləşdirməyə çalışır. 
Azərbaycan ədəbi dilinin tarixini araşdırıb, Füzuli kimi onlarla 
klassikin dilimizin inkişafı tarixində mövqeyini müəyyənləşdirən 
Tofiq Hacıyev də şairin 500 illik yubileyi ərəfəsində ölməz sənətka-
rın sənət incəliklərini aydınlaşdırmaq məqsədi ilə  qələmə aldığı 
“Füzuli: dil sənətkarlığı” adlı monoqrafiyasında onun təkrarolun-
maz misraları haqqında mülahizələrini yazarkən, yeri gəldikcə, bəzi 
ənənəvi poetik fiqurların  şərhinə müraciət edir. Lakin əsər elmi-
fəlsəfi oçerk səciyyəli olduğundan bu, fraqment xarakteri daşıyıb, 
sistemli deyil. Alimin Füzuli təşbehləri haqqındakı fikri xüsusi ilə 
maraq doğurur: “...Təşbeh gözəllik,  şeiriyyət ölçüsüdür. Təşbeh 
predmetləri olduqca rəngarəng olub. Ancaq bu, nadir təşbehdir ki, 
söz, şeir insanla müqayisə olunsun: Füzuli öz sözünü (ləfzini) Leyli 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə