Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

Əzizağa Nəcəfov 
 
 
32 
kimi ürəkaçan,  şeirini (nəzmini) Məcnun kimi ciyərdağlayan gör-
mək istəyir. İndiki təbirlə bu, təşbeh yaradıcılığında novatorluqdur.  
...Füzulinin adi təşbehləri də dəyərlidir, kamilliyi, dəqiqliyi ilə 
seçilir, həssas emosiya hazırlayır. Həm də  bənzətmə modelləri 
müxtəlifdir”. (45, 57)  
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına 
Dilçilik İnstitutunun 1997-ci ildə şairin 500 illik yubileyi ilə əlaqə-
dar olaraq nəşrə hazırladığı “Füzulinin dili” adlı  məqalələr toplu-
sunda da poetik fiqurların tədqiqinə xüsusi yer ayrılmışdır. Minayə 
Cavadovanın “Məhəmməd Füzulinin və onun əsərlərinin dili (lek-
sik, semantik və üslubu xüsusiyyətlər)” adlı məqaləsində poetik fi-
qurlardan təzad, Firuzə  Pərəncinin “Füzulinin azərbaycanca qəzəl-
lərində təşbehlərin leksik-semantik xüsusiyyətləri” məqaləsində isə, 
adından da göründüyü kimi, təşbeh poetik fiquru tədqiqat obyekti 
kimi önə  çəkilir.  Əgər birinci məqalədə  təzad poetik fiquru ifadə 
vasitələrinə görə (nitq hissələri ilə) qruplaşdırılırsa, ikinci məqalədə 
təşbehlər məna tutumu baxımından təsnif olunur. Məsələn, müəllif 
təşbehlərin mütləq,  şərti, müsərrəh, kinayəli,  əks, izmar, təfzili, 
müğalətə kimi növlərini müəyyənləşdirir ki, bu da həm dilçilik, həm 
də ədəbiyyatşünaslıq baxımından əhəmiyyətlidir. 
Şairin yaradıcılığındakı bənzətmələrin növ çalarlığının araşdı-
rılması sahəsində adı gedən kitabda dərc olunan Şəfəq Cabbaro-
vanın “M.Füzulinin bədii dilində müqayisə vasitələri və üsulları” 
məqaləsi də xüsusi maraq doğurur. 
Sadaladığımız, təsvir və  şərhinə çalışdığımız uzun ədəbiyyat 
siyahısından olan kiçik parçadan da göründüyü kimi, təkcə son 50 
ildə Azərbaycanda Füzuli irsinin öyrənilməsi sahəsində çox böyük 
işlər görülmüşdür.  Şairin nəzm  əsərlərində  tətbiq olunan poetik 
fiqurların isə sırf ədəbi-nəzəri istiqamətdə, müasir ədəbiyyatşünaslıq 
tələbləri və klassik poetika ənənələrinə uyğun tədqiqi baxımından 
xüsusi iş aparılmamışdır. Görülən işlər isə ya birbaşa dilçilik xarak-
terli olmuş, ya mövzu ilə dolayı bağlılıq daşımış, ya da fraqment 
şəklində öz həllini tapmışdır. Deməli, bu mövzunun hərtərəfli 
şərhinə xüsusi ehtiyac var.  


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
33 
 
Şairin yaradıcılıq psixologiyası 
 
 
“Şeirsiz insan heç nə idi,  
şeirlə isə, demək olar ki, Allah oldu”. 
Nitşe  
 
İncəsənət ictimai şüurun elə bir formasıdır ki, həqiqəti bədii 
obrazlar vasitəsi ilə əks etdirib, insanların hiss, düşüncə və iradəsinə 
təsir göstərir. O, hisslərlə yoluxdurmaq üçün ötürücü və gücləndirici 
vasitə olub, reallıqdan alınan təəssüratı emal edir. 
Yaradıcı  şəxs, tarıma çəkilmiş simləri hərəkətə  gətirən musi-
qiçi kimi, insanların hazır, köklənmiş emosional vəziyyətinə  təsir 
göstərir, onlarda müəyyən duyğular oyadır. Mövcud həyatı əks etdi-
rən sənətkar onda olmayan daha kamil bir formanı ortaya çıxarır, 
əlçatmazı isə xəyallarda realizə edir.  
Ümumilikdə, bədii yaradıcılıq aktının özü disharmoniyadan 
nəşət edib, orqanizm və düşüncə tərzi ilə ətraf mühit və ideologiya 
arasındakı kritik bərabərsizlikdən meydana çıxır ki, bu da incəsənət 
nümunəsinin “narazılıqdan yaranıb onu aradan qaldırmağa yönəldi-
yi” fikrini söyləməyə imkan verir. (Bax: 134, 306) 
Sənətşünas Stefan Vasilyev “İnikas və bədii yaradıcılıq nəzə-
riyyəsi” adlı əsərində yazır: “ Hər cür yaradıcılıq vasitəsi ilə insan 
bilavasitə özünü - öz düşüncə, hiss, arzu və ideallarını, bilvasitə isə 
cəmiyyəti - onun tələb, bacarıq və maraqlarını  əks etdirir”. (133, 
277) Yəni yaradıcılıq onu yaradanın  şəxsiyyətini  əks etdirirsə, 
yaradanın  şəxsiyyəti də öz təkrarolunmazlığı  və özünəməxsusluğu 
ilə cəmiyyətin tələblərini və təbiətini açıqlayır. 
Məlum oldu ki, bədii ədəbiyyatda emosiyaların rolu danılmaz 
bir həqiqətdir. Onun lirika qolu isə bilavasitə emosional halətlə bağ-
lı olduğundan  əksərən iri həcmli  əsərlərin yaranması ilə müşayiət 
olunmur. Çünki sözügedən emosional halət sürəkli yox, ani olur. 
Əgər lirik əsərlərdə iri həcmə  təsadüf olunursa da, o emosiyaların 


Əzizağa Nəcəfov 
 
 
34 
bədii cildi müəyyən bir süjetə tabe edilir, yaxud onda hansısa hadisə 
və ya əşyanın geniş təsviri verilir. Hisslərin bu bədii təcəssümü isə 
məqsəd və ünvanından asılı olaraq müxtəlif cür təzahür edir. 
Məsələn, küskünlük, inciklik və təhqir hissi fərdi hal olduqda həcv, 
ictimai xarakter daşıdıqda satira ilə, fərəh, sevinc və razılıq hissi isə 
birinci  şəraitdə  mədh, daha geniş anlamda təzahüründə himnlər 
şəklində maddiləşir.  
Beləliklə, bədii yaradıcılıqda insan həm  əks etdirən, həm də 
əks olunan rolunu ifa edir: fikri plan hazırlayır, axtarışlar apararaq 
lazımi materialı tapır, müxtəlif konstruktiv, məntiqi, texniki və 
praktik vəsaitlərdən istifadə edərək aşkar  şeyləri müvafiq şəkildə 
maddiləşdirir, müxtəlif şərti sxemlərlə başqa insanlara ötürür. 
Müəyyən duyğusal vəziyyətdə yaradılan əsər yaradanın affekt 
halındakı emosiya və fantaziyalarını  əyaniləşdirir, bu yaradıcılıq 
aktının nəticəsini qəbul edən şəxs isə artıq yaşanılmış hisslərə söy-
kənərək ona ünvanlananın  ərsəyə  gəlməsi prosesindəki halları  tək-
rarlamış olur ki, bu da şüurdakı hazır qəliblərə və təfəkkürdə oxşar 
situasiyalar üçün nəzərdə tutulan adresantla eyni, yaxud bənzər 
halətin yaşanılmasına  əsaslanır. Bunu isə psixoloqlar soaffekt, ya-
xud duyğunun ötürülməsi adlandırırlar. Klassik şərq sənətşünasla-
rından Nizami Əruzi Səmərqəndi də özünün “Çəhar məqalə”  əsə-
rində (1156) sənətin onu qəbul edən şəxsə təsirini düzgün müəyyən-
ləşdirərək yazır: “Poeziya elə bir məharətdir ki, şair onun köməyi ilə 
həyəcanlı  təsəvvür və real mühakimələrini birləşdirərək ifadə edir, 
azı çoxa, çoxu isə aza çevirir. Gözələ eybəcər paltar geyindirir, ey-
bəcəri isə gözəl biçimdə cilvələnməyə məcbur edir. Qəzəbli hisslə-
rin və ya iltifatın təsiri ilə insanın duyğularını gah vəcdə gətirir, gah 
da onda ruh düşkünlüyü yaradır ki, bu da həyatın nizama salın-
masında mühüm işlərə səbəb olur”. (146, 59) 
Beləliklə, ictimai təfəkkürün başqa sahələrindən fərqlənən 
incəsənət həyatı,  şüurda və ondan kənar mövcud olan hər  şeyi sa-
dəcə obrazlı şəkildə əks etdirir. M.Qorkinin təbirincə desək: “Bizim 
mövcudat haqqında düşüncələrimiz, təəssürat və həyəcanımız emal 
olunaraq fəlsəfədə ideyalara, elmdə fərziyyə və nəzəriyyələrə, bədii 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə