Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
35 
yaradıcılıqda isə obrazlara çevrilir, transformasiya edir”. (Bax: 132, 
12) Və bu obrazlar öz əksini sözlərdə tapır, onların yeni, adət 
etdiyimiz dildən fərqlənən konstruksiyasında maddiləşir.  
Elm və əksər hallarda fəlsəfənin də sözlərlə təcəssümü onları 
incəsənətin xüsusi sahəsi olan bədii  ədəbiyyata yaxınlaşdırır. Hər 
üçündə fikrin əsas ifadə vasitəsi sözün sosial-psixoloji vəzifəsi isə 
bədii  ədəbiyyatı yuxarıdakı ictimai şüur formalarından fərqlən-
dirdiyi kimi, ona ən yaxın sənət növü, funksional xüsusiyyətlərinə 
görə “söz sənəti” adlandırılan natiqlikdən də ayırır. Natiqlikdə 
informativ funksiya daşıyan, gündəlik danışıqdan yalnız gözəl ifadə 
tərzi, xüsusi konstruktiv mövqeyi ilə seçilən bu əsas dil vahidi bə-
zən obrazlı səciyyə daşısa da, həqiqəti çatdırmaq vasitəsi kimi mey-
dana çıxır, bədii ədəbiyyatda isə o, mövcud həyatın, ətraf aləm, hiss 
və həyəcanın obrazlı təcəssümünə, məcazlaşmış əksinə xidmət edir. 
Beləliklə, natiqlikdən fərqli olaraq, lirikada təsvirin məqsədi həyə-
can, epik ədəbiyyatda isə obrazın canlı, dinamik və həqiqətə uyğun 
təcəssümü olduğu aydınlaşır. 
 Aydın oldu ki, əgər natiqliklə  bədii  ədəbiyyat arasında este-
tik-emosional təsir sahəsində müəyyən oxşarlıq mövcuddursa, eyni 
vasitədən istifadə edən bu sənət növlərinin fərqləri də olmamış 
deyil. 
İncəsənətin xüsusi sahəsi olan bədii  ədəbiyyatdakı sözlə 
yaradılan emosional halətin içərisində xüsusi yer alan estetik təsir 
daha çox dekorativ rol oynayır və hiss orqanları vasitəsi ilə ideyanın 
daha kamil şəkildə  dərkinə xidmət edir. Yəni bədii  ədəbiyyatdan, 
xüsusilə  də  şeirdən alınan zövq nə gözdə, nə  də qulaqdadır, daha 
dərində, bizim hiss orqanlarımız xaricində formalaşır. Sözlərin bədii 
mətndə zərgər dəqiqliyi ilə gündəlik ifadə tərzindən fərqli düzümü 
şeirdə ahəng, ölçü, bölgü, qafiyə kimi gözəllik göstəricilərini forma-
laşdırır, onların bir mürəkkəb bütöv daxilində bu mövqeyi isə daha 
çox ideyanın anlaşılmasına xidmət edir. Bu cür düzüm, məcaz-
laşmış, simvolik məzmun, adət etdiyimiz səs tərkibindən seçilən 
polifonik yanaşma poetik dil çalarını fərqləndirməyə imkan verir ki, 
bu da Aristotelin “poetik dil xarici dil kimi səslənməlidir” - 


Əzizağa Nəcəfov 
 
 
36 
hökmünə uyğun gəlir. (Bax: 7, 99)  
Uzun  əsrlər boyu Aristoteldən üzü bəri bütün sənətşünas və 
ədəbiyyat bilicilərini düşündürən ən ümdə suallardan biri də şeirin bə-
dii düşüncə, yaxud ilham hadisəsi olması və ya necə yaradılmasıdır. 
Ümumiyyətlə, insanın yaradıcılıq prosesi özlüyündə lay-lay 
açılmasını  tələb edən mürəkkəb bir psixoloji prosesdir. Həmin bu 
psixoloji prosesi araşdırarkən isə ilk öncə dünyanın əşrəfi adlandırı-
lan insanın ikili təbiəti, yəni onun ruhi və cismani - mənəvi və 
maddi tərəfləri nəzərə alınmalıdır. 
Məlumdur ki, insanı başqa canlı orqanizmlərdən fərqləndirən 
ən  əsas amil onda şüurun, müstəqil düşüncənin, dini nəzəriyyəyə 
görə isə ruhun, yaxud nəfsin mövcudluğudur. Quranda “fazili-mux-
tar” adlandırılan insanın Allah tərəfindən özünə oxşar  şəkildə 
yaradıldığı fikri xüsusilə sufizmdə vurğulanır ki, bunun üçün əsas 
insanı xaliqə yaxınlaşdıran başlıca  əlamət onun da tanrı  təkin 
yaratmaq qabiliyyətinə malik olmasıdır. 
Həmin bu yaradıcı ruhun isə canlı aləmdən təkcə insana aid 
olmadığı, yaxud müxtəlif çeşidliliyi izahını  ən gözəl  şəkildə  şeirin 
özünü bir elm adlandıran dahi Azərbaycan şairi Məhəmməd Füzu-
linin “Mətlə ül-etiqad” adlı fəlsəfi traktatında tapır. Şair bu əsərində 
belə bir nəticəyə  gəlir ki, şüurun (Füzulidə  nəfsin)  ən adi forması 
olan instinkt heyvanlarda, nisbətən ali şəkli sayılan ruh, yəni düşün-
cə insanda, ilham adlandırılan xüsusi hal yaradıcı insanda - şair və 
bu tip şəxslərdə (bəstəkar, rəssam və s.), bunların heç birinə oxşa-
mayan vəhy isə yalnız peyğəmbərlərdə vardır. (Bax: 75, 132-141)  
Bəli, həmin bu insanda müşahidə olunan xüsusi bioenerji saydı-
ğımız ruhu isə tədqiq etməyin qeyri-mümkünlüyü dinimizin müqəd-
dəs kitabı Quranda da vurğulanır: “[Ya Məhəmməd!] Səndən ruh 
haqqında soruşarlar. De ki, ruh rəbbimin əmrindədir. Sizə [bu barədə] 
yalnız cüzi bir bilik verilmişdir”. (“Əl-İsra” surəsi, 85-ci ayə) 
Bizi bu sahədə maraqlandıran Füzulidə tezis şəklində verilən 
insan və fövqəlinsan tipi, onlar arasındakı fərqdir. Göründüyü kimi, 
Füzuli üç tip insan, yaxud insana məxsus düşüncə tərzi fərqləndirir. 
Bunlardan ikisi gündəlik həyatımızda müşahidə etdiyimiz sənətçi və 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
37 
heç bir yaradıcı istedadı ilə fərqlənməyən insan tipidir. Görəsən bu 
adi adlandırdığımız  şüurlu varlığın fövqəlinsana çevrilməsi 
mümkündürmü? Bu sualı cavablandırarkən birinci növbədə insanın 
potensial qabiliyyətini artıran keyfiyyətlər aşkarlanmalıdır ki, bu da 
onda qeyri-adi təbiəti müşahidəyə səbəb olan istedad və məşqdir.  
İnsan beyninin iki yarımkürəsi ayrılıqda impulsiv və intellek-
tual ixtisaslaşaraq onun hərəkət və düşüncələrinə istiqamət verir. 
Beynin bu iki qütbünün qarşılıqlı münasibət baxımından inkişaf 
dərəcəsindən asılı olaraq intellektual və emosional insan tipi forma-
laşır ki, onlar arasında tam sərhədi müəyyən etmək mümkün olmasa 
da, fəaliyyət və bacarıqlarına görə qruplaşdırmaq olar. 
Deməli, istedad, ilk növbədə,  şüurun müəyyən istiqamətdə 
ixtisaslaşması ilə bağlıdır. Məlumdur ki, istedadın özü də müəyyən 
təmrinlərlə tərbiyə olunmağı tələb edir. Əks təqdirdə, onun sönməsi, 
yaxud passiv - primitiv şəkildə qalması mümkündür. Heç bir xüsusi 
istedada malik olmayan şəxsin məşq nəticəsində  əldə etdiyi isə 
bacarıq, yaxud vərdişdir. Məşqsiz, təbii şəkildə istedad mümkün ol-
duğu halda, istedadsız, məşq əsasında əldə edilən uğur qeyri-təbii-
dir. İstedadı məşq ilə tərbiyə etdikdə isə fövqəltəbiət meydana çıxır. 
Yəni ədəbiyyatşünas müəyyən şeir şəklinin tələblərinə uyğun qafiyə 
cütlükləri  əsasında  şeir yaza, yaxud kompyuter ən kamil formada 
virtual  şeir yarada bilər, lakin ona can verə bilməz. Məhz bu 
keyfiyyət də fövqəlinsanı tanrıya yaxınlaşdırır. 
Milli poetikamız tarixində uzun müddət diskussiyalara səbəb 
olan məsələlərdən biri də şeir dahisi Füzulinin şeirə, sənətə bir elm 
kimi yanaşması, özünün təkrarolunmaz irsi ilə elmi şeir, yaxud 
şeirdə elm yaratdığı fikridir ki, bu da, ilk növbədə, onun anadilli 
“Divan”ının dibaçəsindən qaynaqlanır. Şair göstərilən mənbədə bu 
xüsusda - şeiri elm cövhəri ilə necə təravətləndirdiyi barədə yazır: 
“... elmsiz şeir əsassız divar olur və əsassız divar ğayətdə bieti-
bar olur. Payeyi-şeiri hileyi-elmdən müərra olmağı mövcibi-ihanət 
bilib və elmsiz şeirdən qəlibi-biruh kimi tənəffür qılıb, bir müddət 
nəqdi-həyatim, sərfi-iqtisadi-elmi-əqli və  nəqli və hasili-ömrüm, 
bəzli-iqtinayi fəvadi-hikəmi və  həndəsi qılmağın mürur ilə  ləaliyi-


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə