Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
41 
hın Cəbrayıl vasitəsi ilə endirdiyi kitabın da onun təfəkkürünün məh-
sulu olmadığı, yalnız rəsuli-əkrəmin dili ilə xalqa çatdırıldığı fikri isə 
“Qiyamət” surəsinin 16-20-ci ayələri arasında şərh olunurdu. 
Məhəmməd peyğəmbər (s.ə.s.) özü də  təsdiq edirdi ki, bu 
vəhylər onun üçün tamamilə gözlənilməz və yenidir. Quranın müəl-
lifi Allah, onu passiv şəkildə  qəbul edən bəndə isə odur. Pey-
ğəmbər, sadəcə, bir vasitəçidir. Bəli, Quranda əsaslandırılan Allahın 
elçisi vasitəsi ilə özü və  bəndələri arasında yaratdığı bu ünsiyyət 
informasiya ötürücüsündə “özünü dərk edən şüur”la şüuraltı arasın-
dakı rabitəsizliyin son həddə çatması idi ki, bu da şairin ilhamlana-
raq, vəcdə gəlib bədahətən dediyi şeirdən köklü şəkildə fərqlənirdi. 
XI əsr ərəb filoloqu Əl-Əsgəri “Kitab əs-sınateyn” (“Sənətlərə 
dair kitab”) adlı  əsərində bu məsələyə aydınlıq gətirərək yazırdı: 
“Şairlərdən bəlağətli, gözəl söz tələb olunduğu anda, həqiqəti yalnız 
peyğəmbərdən istəmək olar”. (Bax: 155, 102) Füzuli anadilli “Diva-
nı”na yazdığı dibaçədə həmin fikirləri daha obrazlı dillə belə ifadə 
etmişdir: 
 Ol düri-dürci-“ənə əfsəh” ki, hikmət dayəsi
 Şeir şəhdilə ləbi-canpərvərin tər qılmamış.  
 Şeir bir ziyvərdir, əmma biz kimi naqislərə, 
 Ol ki, kamildir, onu möhtaci-zivər qılmamış. ( 77, 11 ) 
Göründüyü kimi, Füzulinin peyğəmbəri  şairdən fərqləndirən 
əsas amil olaraq irəli sürdüyü “bədii yalan” tezisi təkcə bir çox 
klassik poetika kitablarında deyil, həmçinin müqəddəs Quranda da 
öz təsdiqini tapır. Bu haqda isə biz irəlidə daha geniş  məlumat 
verəcəyik. (Bu isə ayrıca tədqiqatın mövzusudur.) 
Ümumiyyətlə, yuxarıda sadalanan məsələlər: sənətkar və şeir 
sənəti ilə bağlı xüsusiyyətlər, Şərqdə şair və onun fərqli yaradıcılıq 
tərzi, söz və ona şairanə münasibətin özəllikləri və bu barədə Füzuli 
də daxil olmaqla bir çox mütəfəkkirlərin mühakimələri Azərbaycan-
da da şairin yaradıcılıq psixologiyasının tədqiqi üçün zəngin 
material verir və Şərqlə Qərb metaforik düşüncə tərzləri arasındakı 
fərqlərin müəyyən edilməsinin necə  zəruri olduğunu göstərir. 
Bunun üçün isə psixoloq, dilçi və ədəbiyyatşünaslarımızın müştərək 


Əzizağa Nəcəfov 
 
 
42 
əməyinə xüsusi ehtiyac var. Yeniliyə böyük məsuliyyətlə yanaşıb, 
özünün varislik ənənələri və mühafizəkarlığı ilə seçilən Şərq mədə-
niyyətində kanonik forma çərçivəsində müsbət yeniliklər  əldə 
etməyə müvəffəq olan, şeir sənətində, sözün əsil mənasında, proq-
ressiv novatorluq nümayiş etdirən şairlərin müasir, milli elmi kon-
sepsiya sərhədində nailiyyətlərini müəyyən etmək də  ədəbiyyatşü-
naslarımız qarşısında duran vacib problemlərdəndir.  
 
 
Orta əsrlər Şərq şeirində üslub 
 
 
Fikrin sözlə ifadə  tərzinin kommunikativ funksiya daşıyan 
növündən fərqlənən bədii nitq mövcud dil qanunlarına  əsaslandı-
ğından  ədəbiyyatşünaslığın predmeti olduğu kimi, dilçiliyin də, 
daha dəqiq söyləsək, bu iki elmin sintezi olan linqvopoetikanın da 
tədqiqat obyektidir. Çünki bədii  ədəbiyyat nümunəsinin dili təkcə 
onunla söylənilən fikrin maddiləşməsi olmayıb, bu xüsusi kodlaş-
manın  −  bədii konsepsiyanın sözlərlə ifadəsinin, onu yaradanla 
qəbul edən şəxs arasındakı əlaqənin səmərəliyini də şərtləndirir. 
Obrazlı  təfəkkürün sözlərlə  təcəssümünün hər bir təzahürü 
özlüyündə unikaldır. Hətta mühafizəkarlığı ilə seçilən Şərq şeirində 
də bu əlamət aydın sezilməkdədir. Yəni hər sənətkarın öz fərdi üslu-
bu, hər  əsərin isə özünəməxsus ovqatı var. Buna isə  təsir göstərən 
amillər müxtəlifdir. Özündə cəmiyyətdəki ictimai təfəkkür və este-
tik zövqlə yanaşı, konkret yaradıcı şəxsin fərdiliyini, hiss və həyə-
canının mövcud formalara əsaslanıb yeni şəkildə təzahürünü ehtiva 
edən hər bir sənət əsəri kimi, konkret bədii ədəbiyyat nümunəsində 
də fərdi üslub çaları ilə yanaşı, müəyyən məktəb təsiri də hiss olu-
nur. Bu isə  fərdi üslub anlayışının mikro və makro səviyyədə 
dərkini əsaslandırır. 
Böyük  İslam mədəniyyətinin mühüm tərkib hissəsi olan orta 
əsrlər Azərbaycan  ədəbiyyatında hər hansı bir konkret sənətkarın 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
43 
müəyyən  ədəbi mühit, fəlsəfi konsepsiya nüfuzu dairəsində 
fəaliyyətinin tədqiqi həmin yaradıcı  şəxsə  mənsub olduğu  ədəbi 
məktəbin təsirini və onun da öz növbəsində mövcud ideya axarına 
gətirdiyi yeniliklərin aydınlaşdırılmasını tələb edir.  
Söylənilən məsələyə bu və ya digər  şəkildə N.İ.Priqarina, 
Y.Ripka, B.Y.Şidfar, F.Köprülü, A.S.Levend, H.Araslı, R.Azadə və 
başqa  şərqşünaslar özlərinin  ərəb, fars, tacik, türk və Azərbaycan 
ədəbiyyatına dair çalışmalarında toxunsalar da, orta əsrlər Azərbay-
can ədəbiyyatında üslub, fərdi çalar, səbk xüsusiyyətlərinin tədqiqi 
problemi indiyədək açıq olaraq qalır. 
Son dövrlərdə Sənan İbrahimovun “Farsdilli poeziyada “Azər-
baycan səbki” və onun ideya-mövzu aspektləri” adlı monoqrafi-
yasında İran alimlərinin əsərlərinə əsaslanaraq iki min illik farsdilli 
poeziya üçün verdiyi səbk  − stilistik çalar bölgüsü qismən hər iki 
dildə (farsca və türkcə) qələmə alınan ədəbiyyatımız üçün də xarak-
terikdir. Buradakı altı  bəndlik bölgünün təqribən dörd mərhələsi 
milli ədəbiyyatımızın da ümumi üslubi xüsusiyyətlərinin əsas alına-
raq dövrləşdirilməsinə imkan verir. Yuxarıdakı  mənbəyə istinadən 
belə bir təqribi bölgü vermək olar: 
1. VI-XI əsrlər “səbki-Xorasan” və ya “Türkistan səbki”  − 
ərəbcə yazan şairlərdən başlamış Qətran Təbrizi də daxil olmaqla
2. XII-XVI əsrlər “səbki-İraqi” və ya “İraq səbki”  − Xaqani 
Şirvanidən başlamış  Məhəmməd Füzuli və  bəzi davamçıları da 
daxil olmaqla; 
3. XVI-XVII əsrlər “səbki-Hindi” və ya “Hind səbki” − Saib 
Təbrizi yaradıcılığı və bəzi müasirləri; 
4. XVII-XIX əsrlər xalq ədəbiyyatı ənənələrinin güclənməsi − 
Qövsi Təbrizidən başlamış Qasım bəy Zakir və bəzi müasirləri daxil 
olmaqla; 
5. XIX əsrdən XX əsrin əvvəllərinədək “səbki-İraqi”yə qayı-
dış  − Azərbaycanın  əksər mərkəzi  şəhərlərində  fəaliyyət göstərən 
ədəbi məclis üzvlərinin yaradıcılığı; 
6. XX əsrin  əvvəllərindən üzübəri yeni tipli satira və  şeir  − 
Sabir və digərləri. 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə