Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Əzizağa Nəcəfov 
 
 
44 
Bölgüdə ikinci yer alan, Xaqani və Nizamidən başlamış Füzuli 
və müasirlərinin də irsini əhatə edən “İraq səbki”si dil təzahüründən 
çox obrazlı  təfəkkürün inikas forması,  şeirdəki üslubi çalar oldu-
ğundan onun XII-XVI əsrlər boyunca meydana gələn və  hər sə-
nətkarda yeniləşən əsas xüsusiyyətlərini fərqləndirməyə ehtiyac var. 
Sənan İbrahimov, onun kimi əksər İran müəllifləri (Fəzzullah 
Səfa, doktor Məhəmməd Cəfər, Məhəmməd Bahar, Səid Nəfisi və 
b.) və Rus şərqşünasları (N.İ.Priqarina, Y.Ripka və b.) “İraq 
səbki”sinin özündən  əvvəl və sonrakı üslub təzahürlərindən fərqli 
cəhətlərini belə göstərir: 
1.Farsdilli şeirə ərəb sözləri və birləşməsinin axını; 
2.Qəsidənin zəifləyib tədricən yerini qəzələ verməsi; 
3.İslam mədəniyyətinin şeirə nüfuzu; 
4.Şeirdə sufi fikir və istilahların geniş yer alması; 
5.Zəmanədən irəli gələn bədbinlik əhvali-ruhiyyəsi; 
6.İstiarə, kinayə  və başqa metaforik məzmunlu təsvirlərin, 
fəlsəfə, tibb, nücum tipli kəlamların şeirdə geniş tətbiqi; 
7.Farscanın Anadoludan Hindistanadək nüfuzunun artması və 
s. (Müqayisəli ümumiləşdirmələr bizimdir.) 
Diqqətlə düşündükdə bu ümumiləşdirmələr yuxarıda göstəri-
lən zaman kəsiyində yaşayıb-yaradan bütün görkəmli  şairlərimizin 
yaradıcılığı üçün xarakterikdir. Amma bu dövr ərzində müxtəlif 
tarixi  şəraitdə, ayrı-ayrı  fəlsəfi konsepsiyaların təsiri ilə  fəaliyyət 
göstərən və özünün konkret fərdi üslubu ilə seçilən şairlərin yaradı-
cılıq tərzləri arasında müəyyən fərqli cəhətlər də var. Və bu oxşar-
lıqlar içərisində mövcud olan fərqli məqamlar, fikrin müxtəlif yol-
larla ifadə tərzi bizə milli poetikamızda orta əsr Şərq şeirinə müva-
fiq üslubi çalarları aydınlaşdırmağa imkan verir. 
“Qabusnamə” müəllifi əmir Ünsürülmüəlanın oğluna “Şairlik 
qaydaları haqqında” verdiyi nəsihətdə deyilir: “Ey oğul, şair olsan, 
çalış sənin sözün səhli-mümtane olsun”. (57, 180) XI əsr fars didak-
tik nəsrinin ən məşhur nümunəsindən götürülmüş bu cümlədə işlə-
dilən “səhli-mümtane” termini isə Rəşid Vatvatın poetikasında belə 
açıqlanır: “Səhli-mümtane” elə bir şeir formasıdır ki, asan görünür, 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
45 
lakin onu qoşmaq çətindir”. (Bax: 155, 89) Yəni bu üsulla şair mə-
lum mətləbi heç bir çətin, yaxud poeziya üçün yeni söz işlətmədən, 
lakin mövcud poetikanın tələblərinə uyğun, artıq simvol məzmunu 
daşıyan ümumiləşmiş obrazlardan xüsusi konstruksiya quraraq ifadə 
edir, yeni obrazlıq sistemi yaradır. Məşhur  şərqşünas R.Bartın 
fikriilə desək: “Klassik şərq  şeiri tapıntı deyil, ifadə  sənətidir”. 
(Bax: 89, 86) Burada hər söz müəyyən bir mənaya işarə edir, onun 
bir həqiqi, bir də ürfani məzmunu meydana çıxır ki, bu da yalnız 
beyt, yaxud bənd daxilində ifadə oluna bilir.  
Məlumdur ki, müsəlman  şərqində uzun müddət incəsənətə, 
onun rəssamlıq, heykəltəraşlıq sahələrinə  və  həmçinin  şeirə  də bir 
günah, yaradana təqlid kimi baxmışlar. Məhz təsvirə bu kriteriyadan 
yanaşmanın qarşısını almaq üçün sənətkarlar müəyyən priyom-
lardan istifadə etməklə  həqiqəti qəsdən təhrif etmiş  və beləliklə, 
yeni şərq metaforik düşüncə tərzini formalaşdırmışlar. Şeirdə şairin 
əsas məqsədi həqiqəti metafora ilə deyil, metaforanı həqiqət vasitəsi 
ilə vermək olmuşdur ki, məhz bu üsulla da bir mexanizm daxilində 
hər hansı bir poetik obraz konkret həyati, yaxud mənəvi predmetin 
idealizə olunmuş simvolik işarəsinə çevrilmişdir.  
İncəsənətdə  bədii həqiqət anlayışı,  əsasən, intibah dövrü ilə 
(Avropada XIV-XVI əsrləri  əhatə edir) bağlı olsa da, həqiqətə 
uyğunluq prinsipi obyektiv reallığın subyektiv inikası olan bədii sənət 
növlərində sənətkar qarşısında daim bir tələb kimi durmuşdur. Aydın-
dır ki, sənət  əsərində sözügedən bədii həqiqəti  əldə etmək üçün isə 
fantaziya, yaradıcı  şəxsiyyətin fərdiliyi, onun həyatı  əks etdirmədə 
bütün təsvir və ifadə vasitələrindən istifadə  məharəti böyük rol oy-
nayır. Bu zərurətdən çıxış edərək antik Yunan mədəniyyətindən üzü 
bəri XIX əsrin əvvəllərinədək Qərb aləmində rəssamlar üçün xüsusi 
qanunlar tərtib edib onları təbiəti daha yaxşı təqlid etməyə çağıranda 
Şərqdə metaforalara qapılaraq həqiqəti təhrif etməklə “bədii həqiqət” 
anlamına qarşı “bədii yalan” prinsipi yaradılırdı. 
1989-cu ildə Moskvada nəşr olunan “Estetika” kitabında (lüğət) 
bu məsələyə belə aydınlıq gətirilir: “Ərəb müsəlman estetikasında 
“yalan” həqiqəti təqlid etsə də, mövcud reallığı tam oxşar şəkildə əks 


Əzizağa Nəcəfov 
 
 
46 
etdirməyən bədii uydurma poeziyanın  əsas xüsusiyyəti kimi qəbul 
edilir, bütün mövcudatın təsviri  əsasında Allah, onun müxtəlif 
şəkillərdə  təcəssüm edən  əksi dururdu”. (154, 17) Söylənilən fikri 
belə yekunlaşdıra bilərik ki, orta əsrlər İslam mədəniyyəti formanın 
fövqündə durub obraza tapınmanı qadağan edərək onun vasitəsi ilə 
yaradana yetməyə xidmət edən yüksək sənət göstəricisidir. 
Quranda  şeir, onun özünəməxsus dili və  həyatı  əksetdirmə 
üsulu haqqında xüsusi ayələr olmasa da, İslamın ulu peyğəmbəri, 
Allah kəlamının vasitəçisi Məhəmməd  əleyhis-səlama qarşı irəli 
sürülən şairlik ittihamı əleyhinə “Yasin” surəsinin 69, 70-ci və şairlər 
haqqında “əş-Şüəra” surəsinin 224, 225, 226, 227-ci ayələrində mü-
əyyən fikir söylənilir. Göstərilən ayələrdəki məzmuna isə təfsirlərdə 
və rəsul-allahın öz hədislərində açıqlama verilir. (Bax: 79, 70-73) 
Yazılı ədəbiyyatımızda ilk epik şeir örnəyinin yaradıcısı Niza-
mi Gəncəvi “Leyli və  Məcnun” poemasında “Oğlum Məhəmmədə 
nəsihət” parçasında yazır: “Şeir və  şeir fənninə aludə olma, çünki 
onun ən gözəli ən yalan olanıdır. Bu fəndən adın ucalığını tələb et-
mə ki, o, Nizami ilə başa çatdı. Hərçənd ki, nəzmin çox yüksək 
rütbəsi  var,  amma  o  elm  gərəklidir ki, həyatda faydalıdır. [Sətri 
tərcümə bizimdir]. 
Nizamidən verilən bu parçada işlədilən “əkzəbi ust əhsəni-u”, 
yəni “şeirin ən gözəli ən yalan olanıdır” ifadəsi Quranın “əş-Şüəra” 
surəsinin 225-226-cı ayələrinin təfsiri ilə bağlıdır ki, o da orta 
əsrlərdə bir məsəl, bir aforizm kimi yayılmışdı. Qurandan qaynaqla-
nan bu ilahi tezis peyğəmbər sələvatullahın hədislərində daha dəqiq 
işıqlandırılır. “Qarabağlı Nalan təxəllüs  şairə” müraciətlə yazdığı 
məktubunda sözügedən məsələyə toxunan Seyid Əzim  Şirvani də 
“Əkinçi” səhifələrində  Əhsənül-Qəvaid təxəllüsü ilə  çıxış edən 
Əsgər ağa Goraninin şeir və şairlik sənəti haqqında yazısı ilə razı-
laşmayıb öz Qarabağlı həmkarı ilə düşüncələrini bölüşərək Məhəm-
məd peyğəmbərin (s.ə.s.) bu mövzuda olan bir neçə hədisinə müra-
ciət edir. Məsnəvi içərisinə daxil edilən həmin hədislərə nəzər salaq: 
  


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə