Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
47 
Rəmzi - “illəlləzinə” kafidir, 
“Əmilüs-salihat” şafidir... 
...Şüəranın lisanın ol şah 
Söyləyibdir “kilidi-gəncüllah.” 
Şüəra vəsfinə yetər bu rümuz: 
“İnnə lillahi-təhtə ərşi künuz”, 
Payeyi-şeiri bundan eylə hesab
Dedi: “Əş-şeirü hikmətün” o cənab. (95, 178) 
Burada şair əsas iki hədisə istinad edir: “İnnə lillahi-təhtə ərşi 
künuz”, yəni “göyün altında xəzinələr vardır ki, [onların açarı 
şairlərin dilidir]” və  “əş-şeiru hikmətün”, yəni “şeir hikmətdir”. 
Peyğəmbərdən verilən həmin hədislər onlardan əvvəlki “illəlləzinə 
əmilus-salihat” - “saleh əməl sahiblərindən başqa” kəlamı Füzulinin 
anadilli divanına yazdığı dibaçəsi ilə  də  səsləşir.  Şair divanına 
yazdığı “Dibaçə”ni belə başlayır: “Həmdi-bihədid, ol mütəkəllimi-
nitqafərinə ki, səfineyi-ümmid sükani-bihari-bihuri-nəzmi, təməv-
vüci-istiğraqi “vəş-şüəraü yəttəbiühümul-ğavun” müstəğrəqi-girda-
bi-hirman etmişkən, silsileyi-istisna “illəlləzinə amənu” buraxıb 
şüərayi-islami səhihü salim sahili-nəcahə  çəkmiş[dir]”. Və daha 
sonra fikrini davam etdirərək deyir: “Və dürudi-namedud ol mü-
xatəbi-kəlami-möciznizamə ki, fünuni-şeiri “və ma yənbəği iəhu” 
mərdudi-təba qılmış ikən lisani-hikmət-bəyani “innə minəş-şeiri-
ləhikmətün” təqriri-dilpəzirilə məqbulih-qulu-biəhli-hal etmiş[dir]”. 
(77, 8-10) 
Söylənilən fikirlər Füzulinin “Leyli və  Məcnun” poemasında 
anasının Məcnuna etdiyi nəsihətində: 
“Şeirə həvəs etmə kim yamandır, 
Yaxşı desələr, onu yalandır.” - şəklində, məşhur eşqnamə-
sində - “Can vernə qəmu eşqə ki, eşq afəti-candır” misrası ilə baş-
lanan qəzəlində isə: 
“Gər dersə Füzuli ki, “gözəllərdə vəfa var”, 
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.” - formasında öz 
əksini tapır. Verilən hər iki beytdə  şeirin  əsas məziyyətinin bədii 
yalan - mübaliğəli təsvir olduğu poetik dillə ifadə olunur. (Bax: 40, 


Əzizağa Nəcəfov 
 
 
48 
64) “Füzulinin poetikası” kitabının müəllifi Sabir Əliyevin fikri ilə 
desək: “Şairin təsvir etdiyi bədii yalan ideal gerçəkdir”. (24, 75) 
Həmin bu ideal gerçəkliyin özü, həyatın obrazlı inikası  şeirin 
spesifikası olsa da, Şərq poetik təfəkkürü üçün daha xarakterikdir. 
Yuxarıdakılara münasibətdə XI əsr  şərq mütəfəkkiri, özü də  şair 
olan  İbn Raşik deyır: “Şeirin  ən yüksək keyfiyyəti odur ki, hər 
sahədə tənbeh olunan yalan onda daha gözəl görünür”. (153, 102) 
Orientalistika sahəsində müxtəlif tədqiqatlar onu söyləməyə 
imkan verir ki, incəsənətdə insan təfəkkürünün obraza, ona işarəyə 
Qərbdən fərqli münasibəti, daha doğrusu, bədii yalan konsepsiyası 
təkcə müsəlman mədəniyyəti daşıyıcıları arasında deyil, daha geniş 
arealda - bütövlükdə  Şərq aləmində yayılmışdır. Klassik Hind 
ədəbiyyatını tədqiq edən ingilis müəllifi M.A.Vindernist ümumilik-
də Şərq şeirini “ornamental poeziya” adlandıraraq “Hind ədəbiyyatı 
tarixi” adlı  əsərində yazırdı: “Ornamental poeziyada şairin  əsas 
məqsədi baqədri-qüvvə oxucularını, dinləyicilərini öz kamil bənzət-
mələri ilə heyrətləndirmək sayılır”. (89, 51) Daha dəqiq söyləsək, 
orta əsr müsəlman Şərqi üçün də xarakterik olan bu ifadə üsulunda 
əsas məqsəd şairin obyektiv reallığın subyektiv inikasını elə qurma-
sıdır ki, onun metaforik dillə, müxtəlif poetik vasitələrdən istifadə 
əsasında adresata çatdırdığı yalan bədii həqiqət kimi dərk olunsun. 
Farsdilli poeziyamızda Xaqani və Nizaminin, anadilli şeirdə 
Qazi Bürhanəddin və  Şah  İsmail Xətainin real (məcazi) eşqi ifadə 
edib, gözəli tərənnüm edən qəzəllərində bu metaforik düşüncə tərzi 
geniş yayılıb. Bu da bir çox poetik fiqurların, gözəlin, eşqin və 
aşiqin iztirablarının təsvirində mübaliğəli ifadələrin işlənməsini 
şərtləndirmişdir. Fikrimizi misallar əsasında əyaniləşdirək: 
 Tərifi gül camalın düşdükdə bu cahanə
 Valehlərin sədası yüksəldi asimanə. 
 Zülfün niqaba döndü, gizlətdi ay camalın, 
 Batdı günəş, cahanın sirri düşüb əyanə. 
 ...Al sən mənim canımı bir busə ver, a canan! 
 Bir busəyə bu canım, səncə, dəyərmi, ya nə!  
    
(Xaqani Şirvani - tərcümə M.Soltanındır.) [105, 286] 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
49 
Nazlı yarım, camal göstər, bu gün gülzar arzularam. 
Dodağından gəl busə ver, təzə nubar arzularam. 
Qəribədir, vüsalının bağçasında xar görməmiş, 
Ətir saçan, təravətli güllü gülzar arzularam. 
...Hicranının acısından canım gəldi dodağıma, 
Ləbindən busə bəxş elə, mən şəkərbar arzularam. 
 (Nizami Gəncəvi - tərcümə M.Rahimindir.) [90, 42] 
  Ağzun, sənəma, ləli-ləbün əmə gərəkdür, 
 Can xəstədürür, cəhd qıla əmə gərəkdür. 
 Mən canumı verdümü şahun şol todağına, 
 Götürmədi gözinə, dedi nəmə gərəkdür. [60, 49] 
Yaxud: 
 Yüzün üstündə saçun həm çün şəb əndər ruzdur, 
 Qəmzən oxları nigara navəki-dilduzdur. 
 ...Nöqtədür xalun sənün, ayətidür hüsnünün, 
 Nüqtədür mənisi anun süreyi-mərmuzdur. 
 Gözlərün tatarı üçün canı peşkəş çəkərəm, 
 Ta ləbündən əyağ içəm, yəni ki, novruzdur
(Qazi Bürhanəddin) [60, 145] 
 Yanağın, ey pəri, can mənzilidir, 
 Bu bülbülün gülüstan mənzilidir. 
 Ayağın basdığı yer, ey dilaram, 
 Bu mur üçün Süleyman mənzilidir. 
 Saçının zülmətində təşnə Xızırəm, 
 Dodağın abi-heyvan mənzilidir. 
 Götürmə ağ yüzündən qara zülfün  
 Ki, əqrəb mahi-taban mənzilidir.  
 (Şah İsmayıl Xətai) [99, 117] 
Haşiyəyə  çıxaraq söyləyək ki, əsasını klassik ərəb  ədəbiyya-
tından götürən orta əsr Şərq poeziyasında ənənəvi mövzular, onların 
bədii həlli zaman-zaman sanki varislik ənənəsi ilə  şairdən  şairə 
keçərək yeni məqsəd və  məramla istifadə olunurdu. Cahiliyyə 
dövründən qaynaqlanan klassik qəsidə janrının girişi - nəsib, təşbib 
kimi hissələrin müxtəlif süjet xüsusiyyətləri:  şərabiyyə, saqinamə, 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə